Namazı camaatla qılanlar nəyə əməl etməlidirlər?

Namazı camaatla qılanlar nəyə əməl etməlidirlər Namaz

Namazı camaatla qılanlar aşağıdakılara əməl etməlidirlər:

Camaatdan hər kəs imama tabe olmağa niyyət edər, məsələn, “Niyyət etdim bugünkü sübh namazının fərzini qılmağa, tabe oldum hazır olan imama” sözləri ilə niyyət edər. Sonra imam əllərini qaldırıb bərkdən “Allahu əkbər” deyərək namaza başlar. Camaat da əllərini qaldıraraq gizlincə “Allahu əkbər” deyib imamla birgə namaza başlayarlar. İmam və camaat “Sübhanəkə”ni gizlincə oxuyarlar, sonra camaat susar. Abdullah İbn ömərdən (r.a) belə dediyi rəvayət edilmişdir.

“Sizdən hər kim imamın arxasında namaz qıldıqda, ona imamın oxuyuşu kifayətdir. Təkbaşına namaz qıldıqda isə özü oxusun.”1

İmam gizlincə “Əuzu”“Bəsmələ” oxuyar, qiraət edərək namazı aşağıdakı kimi qıldırar.

Sübh namazı ilə axşam və gecə (işa) namazlarının ilk iki rükətlərində və vitr namazının hər üç rükətində, cümə və bayram namazlarının bütün rükətlərində Fatihə ilə əlavə etdiyi ayələri bərkdən, yəni camaatın eşidə biləcəyi bir səslə açıqdan oxuyar, digər təkbirləri, təsmiləri (səmiallahu limən hamidəh) və salamları bərkdən deyər. Axşam namazının üçüncü və gecə namazının üçüncü və dördüncü rükətləri ilə, günorta və ikindi namazının bütün rükətlərində təkbirləri, təsmiləri və salamları bərkdən, “Sübhanəkə” ilə qiraəti də gizli oxuyar.

İmam sübh namazının ilk rükətində oxuduğu ayələri, ikinci rükətdə oxuduğu ayələrdən daha uzun oxumalıdır. Bu, bir sünnədir və həmçinin camaatın ilk rükətə çatmasına kömək olar.

Camaat təkbirləri gizlincə alar. İmam rükudan qalxarkən, bərkdən “Səmiallahu limən hamidəh” və gizli olaraq “Rabbənə ləkəl-hamd” deyər. Əbu Hənifədən gələn başqa bir rəvayətə görə, imam “Rabbənə ləkəl-hamd” deməz. Bunu gizlincə yalnız camaat deyər. Habelə camaat rükuda imamla birgə gizlincə üç dəfə “Subhanə rabbiyəl-azim (Uca olan Rəbbimi hər cür nöqsanlıqdan uzaq tuturam)”, səcdələrdə də üç dəfə “Subhanə rabbiyəl-ə’lə (Ən uca olan Rəbbimi hər cür nöqsanlıqdan uzaq tuturam)” deyərlər.

İmam ilə camaat birinci oturuşlarında yalnız “təhiyyatı”, ikinci oturuşlarında, “təhiyyat” ilə birlikdə “salli-barik”“Rabbənə ətinə…” dualarını gizlincə oxuyarlar. İmam əvvəlcə sağ tərəfə, sonra da sol tərəfə səsli salam verdikdə, camaat da onunla birlikdə salam verər. İmam bərkdən oxuduğu Fatihənin axırında gizlincə “amin” deyər, camaat da gizlincə “amin” deyər.

İmam salam verdikdən sonra müəzzin səsli;

اللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَمِنْكَ السَّلاَمُ تَبَارَكْتَ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ

“Allahummə əntəs-sələmu və minkəs-sələm, təbəraktə yə zəl-cələli vəl-ikram” deyər.

Mənası: “Allahım sen Salamsan, bütün nöqsanlıqlardan uzaqsan. Dünya və axirət salamatı senin yardımınla olar. Ey celal ve ikram sahibi olan Allahım! Sen müqeddessən, ucalığa həqiqi mənada layiqsən.”

Fərzin arxasından sünnə varsa qılınar, daha sonra Hz. Peyğəmbərə salavat gətirilər. Ya müəzzin səslə və ya imam ilə camaatdan hər biri gizlincə “Ayətül-kürsü”nü oxuyar,2 otuz üç dəfə «sübhanəllah”, “əl-hamdulil-ləh”, “Allahu əkbər” deyərlər. Bunların sayı, sağ əlin barmaqları ilə sayıla bildiyi kimi, təsbehlə də sayıla bilər. Sayda xəta olmaması kifayətdir.

Yuxarıda qeyd edilən təsbehlərdən sonra müəzzin səsli;

لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ سُبْحَانَ رَبِّىَ الْعَلِىِّ الْأ عْلىَ الْوَهَّاب

“Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-hamdu və huvə alə kulli şeyin qadir, subhanə Rabbiyəl-aliyyil-aləl-vəhhəb” deyər.

Duadan sonra imam və camaat iki əllərini təbərrükən üzlərinə sürtərlər. Təkbaşına namaz qılanlar da bunları oxuyarlar. Bunlar namazın müstəhəblərindəndir və bunlara riayət edənlər böyük savab qazanırlar.

Namazların vaxt, rükn və rükətlərinə riayət olunaraq qılınması, Hz. Peyğəmbərdən təvatür yoluyla rəvayət olunmuş, habelə bu mövzuda əsrlərdən bəri icma meydana gəlmişdir.

Rəsulullah (s.ə.s), “Namazı, menim qıldığım kimi qılın!”3 buyurmuşdur.

Məhz bu səbəbə görə Hz. Məhəmmədin (s.ə.s) qıldığı namazlara zidd düşən bir namaz İslam dini nəzərində mötəbər deyildir.


  1. Malik, Müvəttə, Selat, 10, H. No. 43.
  2. Bax. Bəqəre, 2/255.
  3. Buxari, Azan, 18, Ədəb, 27, Ahad, 1.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.387-389)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика