Minik vasitəsinə minərkən edilən dua

Maşına minərkən edilən dua Dua və zikr

Uca Allah Öz Elçisi Muhəmməd (ona Allahın salavatı və salamı olsun) vasitəsilə insanlara lazım olan bütün bilikləri ötürmüşdür. Peyğəmbər bizə həyatın bütün sahələrində insan davranışının necə olmalı olduğunu izah etmişdir.

Lakin bütün bunlara baxmayaraq, son zamanlarda ya avtomobillərin sayının sürətlə artması, ya da bəzi sürücülərin sürücülük ədəbinə və yol hərəkəti qaydalarına laqeyd yanaşması səbəbindən çoxlu qəza baş verir.

Hər bir sürücü bilməlidir ki, onun səhlənkarlığı və məsuliyyətsizliyi, nəqliyyat vasitəsinə qulluq və idarəetmə qaydalarının pozulması yol-nəqliyyat hadisəsinə səbəb ola bilər. O, həmçinin hər zaman xatırlamalıdır ki, bunun cavabını həm bu dünyada, həm də axirətdə verməli olacaq.

Qəzanın qarşısının alınmasında və yolda sürücünün, eləcə də sərnişinlərin təhlükələrdən qorunmasında sürücünün səfərə necə hazırlaşması da mühüm rol oynayır. Əgər o, yoluna Uca Allahı yad edərək, Ona dua və yalvarışla başlayarsa, yolda mütləq bərəkət onunla olar.

Evdən çıxmazdan əvvəl dəstəmaz almaq, evdən çıxarkən oxunması tövsiyə olunan dua və zikrləri oxumaq lazımdır. Avtomobilin sükanı arxasına keçdikdə isə, adi zikrlərlə yanaşı, aşağıdakı duaları da oxumaq tövsiyə olunur:

Maşına minərkən edilən dua ərəbcə:

بِسْمِ اللَّهِ، الْحَمْدُ لِلَّهِ ،(سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ، وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ)، الْحَمْدُ للهِ، الْحَمْدُ للهِ، الْحَمْدُ للهِ، اللهُ أَكْبَرُ، اللهُ أَكْبَرُ، اللهُ أَكْبَرُ، سُبْحَانَكَ اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ

Nəqliyyata minərkən edilən duanın oxunuşu:

Bismilləh. Əlhəmdulilləh. (Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin. Və innə ilə Rabbinə ləmunqalibun.) Əlhəmdulilləh, əlhəmdulilləh, əlhəmdulilləh. Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. Subhanəkə Allahummə inni zaləmtu nəfsi fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə ənt.

Maşına minərkən edilən duanın azərbaycanca tərcüməsi:

Allahın adı ilə! Allaha həmd olsun! «Bunu bizə tabe edən [Allah] pak və müqəddəsdir. [Yoxsa] bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq». Allaha həmd olsun! Allaha həmd olsun! Allaha həmd olsun! Allah ən Böyükdür, Allah ən Böyükdür, Allah ən Böyükdür. Allahım, Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan. ⁽¹⁾

(Əbu Davud, 3/34; ət-Tirmizi, 5/501. Həmç. bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/156.)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика