İftar duası, gün batımında orucun açılması ərəfəsində edilən duadır. İftar, Ramazan ayında müsəlmanların orucunu açdıqları vaxtdır. Səhər sübh namazından qabaq başlayan oruc, gün batımına qədər davam edir. Gün batımında isə, iftar vaxtı çatır və müsəlmanlar orucu açarlar. İftar, həm fiziki, həm də ruhi baxımdan insanın təmizlənməsinə yardım edir. Ramazan, müsəlmanlar üçün mənəvi təfəkkür və özünü hesaba çəkmə ayıdır. İftar isə bu mənəvi səyahətin ən mühüm anlarından biridir.
İftar duası ərəbcə
اَللّهُمَّ لَكَ صُمْتُ وَ بِكَ آمَنْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ
İftar duasının oxunuşu
Allahummə ləkə sumtu və bikə əməntu və aleykə təvəkkəltu və alə rizqikə əftərtu.
İftar duasının tərcüməsi
Allahım Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə təvəkkül etdim və Sənin verdiyin ruzi ilə orucumu açdım.
İftardan hədislər
İftarın əhəmiyyəti hədislərdə də vurğulanır. Peyğəmbər Muhəmməd . buyurmuşdur:
«İnsanlar iftar etməyə davam etdikcə, onların xeyirləri davam edəcək.» (Sahih əl-Buxari)
Bu, iftarın ruhi və sosial əhəmiyyətini göstərir. Hədislər, iftarın təkcə bir yemək zamanı olmadığını, həmçinin mənəvi yenilənmə və Allaha yaxınlaşma vaxtı olduğunu vurğulayır:
“Sizdən biriniz orucunu açacağı zaman xurma ilə açsın. Çünkü xurmada bərəkət vardır. Egər xurma tapmazsa, su ilə açsın. Çünki su təmizləyicidir.” (Tirmizi)
Əbu Hüreyrənin (r.a) rəvayətinə görə Rəsulullah ﷺ belə buyurur:
“Allah-Təala, İnsanın orucun xaricindəki bütün əməlləri özü üçündür. Oruc isə mənim üçündür, onun mükafatını mən verəcəyəm – buyurur.
Oruc qalxandır. Biriniz oruc tutduğu gün pis söz söyləməsin və dalaşmasın. Əgər bir nəfər onu təhqir edərsə və ya sataşarsa, “Mən orucluyam!” – desin.
Muhəmmədin ﷺ canını qüdrət əlində saxlayan Allaha and olsun ki, oruclunun ağzının iyi, Allah qatında müşkdən daha dəyərlidir. Oruclunun sevinəcəyi iki an vardır: Bir iftar edəndə sevinir, bir də Rəbbinə qovuşduğu an mükafatını alanda sevinir.”
(Buxari, Savm, 9; Müslim, Sıyâm, 163)
İftar açmaqda tələsmənin fəziləti
İftar açanda tələsmək lazımdır. Necə ki, Əbu Hüreyrə (r.a) Rəsulullahın ﷺ belə buyurduğunu rəvayət edir:
“Allah-Taala belə buyurur: Qullarım arasında mənə ən sevimli olanlar, orucunu açanda tələsənlərdir.”
(Tirmizi, Savm 13)
Orucluya iftar vermənin savabı
Ramazanda bir oruclunu iftar etdirmənin savabı böyükdür. İftar vermək xüsusunda Zeyd ibni Xalid əl-Cuhani (r.a), Rəsulullahın ﷺ belə buyurduğunu rəvayət edir:
“Kim bir oruclunu iftar etdirsə, onun qədər savab qazanar. Orucu tutan şəxsin savabından heç nə əskilməz.” (Tirmizi, Savm 82)
Başqa bir hədisi-şərifdə isə belə buyurulur:
“Kim bu ayda bir orucluya iftar verərsə, bu onun günahlarının bağışlanmasına, cəhənnəm əzabından xilas olmasına və öz mükafatından heç nə əskilmədən oruc tutma savabına savabına nail olmasına vəsilə olur.” Bunu eşidən səhabələr dedilər:
“Ya Rəsulullah! Hamımızın bir oruclunu doyduracaq qədər ərzaqı yoxdur.” – dedilər. Rəsulullah belə buyurdu:
“Kim bir oruclunu bir xurma və ya bir qurtum su və ya dadımlıq süd ilə iftar etdirsə, Allah ona bu savabı verər.”
(Əli əl-Müttəqi, VIII, 477/23714)







