Yasin surəsinə qulaq as (audio)
Yasin surəsinin oxunuşu
- Ya sin.
- Vəl-Qur`anil-həkim.
- İnnəkə ləminəl-mursəlin.
- Ələ siratin mustəqim.
- Tənziləl-əzizir-rahim.
- Litunzira qavmən mə unzira əbəuhum fəhum ğafilun.
- Ləqad həqqal-qavlu ələ əksərihim fəhum lə yu`minun.
- İnnə cəəlna fi ə`naqihim əğlalən fəhiyə iləl-əzqani fəhum muqməhun.
- Və cəəlna min bəyni əydihim səddən və min xalfihim səddən fəəğşəynəhum fəhum lə yubsirun.
- Və səvəun ələyhim əənzərtəhum əm ləm tunzirhum lə yu`minun.
- İnnəmə tunziru mənittəbəəz-zikra və xaşiyər-Rahmənə bil-ğəybi, fəbəşşirhu biməğfiratin və əcrin kərim.
- İnnə nəhnu nuhyil-məvtə və nəktubu mə qaddəmu və əsərahum və kullə şəy`in əhsəynəhu fi iməmin mubin.
- Vədrib ləhum məsələn əshəbəl-qaryəti iz cəəhəl-mursəlun.
- İz ərsəlnə iləyhimusnəyni fəkəzzəbuhumə fəəzzəznə bisəlisin fəqalu innə iləykum mursəlun.
- Qalu mə əntum illə bəşərun mislunə və mə ənzələr-Rahmənu min şəy`in in əntum illə təkzibun.
- Qalu Rabbunə yə`ləmu innə iləykum ləmursəlun.
- Və mə ələyna illəl-bələğul-mubin.
- Qalu innə tətayyərna bikum ləin ləm təntəhu lənərcumənnəkum vələyəməssənnəkum minnə əzəbun əlim.
- Qalu tairukum məəkum əin zukkirtum bəl əntum qavmun musrifun
- Və cəə min əqsal-mədinəti raculun yəs`a qalə yə qavmittəbiul-mursəlin.
- İttəbiu mən lə yəs`əlukum əcran və Muhtədun.
- Və mə liyə lə ə`budul-ləzi fətərani və iləyhi turcəun.
- Əəttəxizu min dunihi əlihətən in yuridnir-Rahmənu bidurrin lə tuğni ənni şəfəətuhum şəy`ən və lə yunqizun.
- İnni izən ləfi daləlin mubin.
- İnni əməntu birabbikum fəsməun.
- Qilədxulil-cənnətə qalə yə ləytə qavmi yə`ləmun.
- Bimə ğəfəra li Rabbi və cəələni minəl-mukramin.
- Və mə ənzəlna ələ qavmihi min bə`dihi min cundin minəs-səməi və mə kunna munzilin.
- İn kənət illə səyhətən vəhidətən fəizə hum xamidun.
- Yə həsratən ələl-ibad, mə yə`tihim min rasulin illə kənu bihi yəstəhziun.
- Ələm yərav kəm əhləkna qabləhum minəl-quruni ənnəhum iləyhim lə yərciun.
- Və in kullun ləmmə cəmiun lədəynə muhdarun.
- Və əyətun ləhumul-ərdul-məytətu əhyəynəhə və əxracna minhə həbbən fəminhu yə`kulun.
- Və cəəlna fihə cənnətin min nəxilin və ə`nəbin və fəccərnə fihə minəl-uyun.
- Liyə`kulu min səmərihi və mə əmiləthu əydihim əfələ yəşkurun.
- Subhənəlləzi xaləqal-əzvəcə kulləhə mimmə tunbitul-ərdu və min ənfusihim və mimmə lə yə`ləmun.
- Və əyətun ləhumul-ləylu nəsl minhun-nəhəra fəizə hum muzlimun.
- Vəş-şəmsu təcri limustəqarrin ləhə, zəlikə təqdirul-əzizil-əlim.
- Vəl-qaməra qaddərnəhu mənzilə həttə ədə kəl-urcunil-qadim.
- Ləş-şəmsu yənbəği ləhə ən tudrikəl-qaməra vələl-ləylu sabiqun-nəhər, və kullun fi fələkin yəsbəhun.
- Və əyətun ləhum ənnə həməlna zurriyyətəhum fil-fulkil-məşhun.
- Və xaləqna ləhum min mislihi mə yərkəbun.
- Və in nəşə` nuğriqhum fələ sarixa ləhum və lə hum yunqazun.
- İllə rahmətən minnə və mətəən ilə hin.
- Və izə qilə ləhumuttəqu mə bəynə əydikum və mə xalfəkum ləəlləkum turhəmun.
- Və mə tə`tihim min ayətin min ayati Rabbihim illə kanu ənha mu`ridin.
- Və izə qılə ləhum ənfiqu mimmə razəqakumullahu qaləlləzinə kəfəru lilləzinə əm t`imu mən ləv yəşəullahu ət`əməhu in əntum illə fi dalalin mubin.
- Və yəqulunə mətə həzəl-və`du in kuntum sadiqin.
- Mə yənzurunə illə səyhətən vahidətən tə`xuzuhum və hum yəxissimun.
- Fələ yəstətiunə təvsiyətən və lə ilə əhlihim yərciun.
- Və nufixa fis-suri fəizə hum minəl-əcdəsi ilə Rabbihim yənsilun.
- Qalu yə vəyl mən bəəs min mərqadina, həzə mə vəədər-Rahmənu və sadəqal-mursəlun.
- İn kənət illə səyhətən vəhidətən fəizə hum cəmiun lədəyna muhdarun.
- Fəl-yəvmə lə tuzləmu nəfsun şəyən və lə tuczəvnə illə mə kuntum təməlun.
- İnnə əshəbəl-cənnətil-yəvmə fi şuğulin fəkihun.
- Hum və əzvəcuhum fi ziləlin ələl-əraiki muttəkiun.
- Ləhum fihə fəkihətun və ləhum mə yəddəun.
- Sələmun qavlən min Rabbin rahim.
- Vəmtazul-yəvmə əyyuhəl-mucrimun.
- Ələm əhəd iləykum yə bəni Ədəmə ən lə təbuduş-şəytanə innəhu ləkum vun mubin.
- Və əni`buduni həzə siratun mustəqim.
- Və ləqad ədallə minkum cibillən kəsiran əfələm təkunu tə`qilun.
- Həzihi cəhənnəmul-ləti kuntum tun.
- İsləvhəl-yəvmə bimə kuntum təkfurun.
- Əl-yəvmə nəxtimu ələ əfvahihim və tukəllimunə əydihim və təşh ərculuhum bimə kənu yəksibun.
- Və ləv nəşəu lətəməsnə ələ ə`yunihim fastəbəqus-ciratə fəənnə yubsirun.
- Və ləv nəşəu ləməsəxnahum ələ məkənətihim fəməstətəu mudıyyən və lə yərciun.
- Və mən nuəmmirhu nunəkkishu fil-xalqi əfələ yə`qilun.
- Və mə əlləmnəhuş-şira və mə yənbəği ləhu in huvə illə zikrun və Quranun mubin.
- Liyunzira mən kənə həyyən və yəhiqqal-qavlu ələl-kafirin.
- Əvələm yərav ənnə xaləqna ləhum mimmə əmilət əydinə ən`əmən fəhum ləhə məlikun.
- Və zəlləlnəhə ləhum fəminhə rakubuhum və minhə yə`kulun.
- Və ləhum fiha mənafiu və məşaribu əfələ yəşkurun.
- Vəttəxazu min dunilləhi alihətən ləəlləhum yunsərun.
- Lə yəstətiunə nəsrahum vəhum ləhum cundun muhdarun.
- Fələ yəhzunkə qavluhum, innə nələmu mə yusirrunə və mə yulinun.
- Əvələm yəral-insənu ənnə xaləqnəhu min nutfətin fəizə huvə xasimun mubin.
- Və darabə lənə məsələn və nəsiyə xalqahu qalə mən yuhyil-izamə və hiyə ramim.
- Qul yuhyihəlləzi ənşəəhə əvvələ mərratin və huvə bikulli xalqin əlim.
- Əlləzi cəələ ləkum minəş-şəcəril-əxdari nəran fəizə əntum minhu tuqidun.
- Əvələysəlləzi xaləqas-səmavati vəl-ərda biqadirin ələ ən yəxluqa misləhum, bələ vəhuvəl-xalləqul-əlim.
- İnnəmə əmruhu izə əradə şəy`ən ən yəqulə ləhu kun fəyəkun.
- Fəsubhənəlləzi biyədihi mələkutu kulli şəyin və iləyhi turcəun.
Yasin surəsinin tərcüməsi
- Ya, Sin!
- Hikmətli Qurana and olsun ki,
- (Ey Mühəmməd!) Həqiqətən, sən göndərilən peyğəmbərlərdənsən.
- Doğru yoldasan.
- (Bu Quran) yenilməz qüvvət sahibi və mərhəmətli Allah tərəfindən nazil edilmişdir.
- Ataları xəbərdar edilmədiyinə görə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə nazil edilmişdir.
- Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman gətirməzlər.
- Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır.
- Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər.
- Sən onları xəbərdar etsən də, etməsən də onlar üçün birdir. Onlar iman gətirməzlər.
- Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
- Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq.
- Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi. (Təfsir mənbələrində bu şəhərin bugünkü Türkiyə ərazisindəki Antakya şəhəri olduğu qeyd olunur.)
- O zaman Biz onlara iki elçi göndərmişdik. Ancaq onlar ikisini də təkzib etmişdilər. Biz də onları üçüncü bir elçi ilə dəstəkləmişdik. Onlar: “Həqiqətən, biz (Allah tərəfindən) sizə göndərilən elçilərik!” — dedilər.
- (Şəhərin əhalisi:) “Siz də bizim kimi insanlarsınız. Rəhman olan Allah heç bir şey nazil etməmişdir. Siz yalan danışırsınız!” — dedilər.
- Onlar dedilər: “Rəbbimiz bilir ki, biz həqiqətən, sizə göndərilmiş elçilərik.
- Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir”.
- Onlar (şəhər əhalisi): “Həqiqətən, biz sizdə bir uğursuzluq gördük. Əgər bu işdən vaz keçməzsəniz, and olsun ki, sizi daşqalaq edəcəyik və bizdən sizə acı bir əzab toxunacaq”, — dedilər.
- Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.
- Şəhərin ən ucqar yerindən bir kişi qaçaraq gəlib belə dedi: “Ey qövmüm, bu elçilərə tabe olun!
- Sizdən heç bir əvəz istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun!” (Həmin adamın bu tövsiyəsindən sonra şəhər əhalisi ona yönələrək: “Sən də onların dinindəsənmi?” — dedilər. Bunun müqabilində o belə dedi:)
- “Mən nəyə görə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız.
- Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (bütlərin) şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
- (Əgər bütlərə sitayiş etsəm,) o zaman mən açıq-aşkar bir azğınlıq içində olaram.
- Şübhəsiz ki, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!” (Şəhərin azğın əhalisi o adama qulaq asmayıb onu daşqalaq etdilər. Nəhayət, o, can verərkən ona:)
- “Cənnətə daxil ol!” – deyildi. O da belə dedi: “Kaş qövmüm biləydi ki,
- Rəbbim məni bağışladı və məni möhtərəm kimsələrdən etdi”.
- Ondan sonra qövmünün üstünə göydən heç bir ordu göndərmədik və göndərəsi də deyildik.
- (Onları məhv edən,) qorxunc səsdən başqa bir şey deyildi. Onlar birdən-birə sönüb getdilər.
- Özlərinə bir peyğəmbər gəldikdə onu ələ salan qulların vay halına!
- Onlardan əvvəl neçə-neçə millətləri məhv etdiyimizi və bir daha onların yanına qayıda bilmədiklərini görmədilərmi?
- Əlbəttə, hamısı birlikdə Bizim hüzurumuza gətiriləcəklər.
- Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir və oradan dənələr çıxardırıq, onlar da bunlardan yeyirlər.
- Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,
- Onun meyvələrindən və əlləri ilə emal etdiklərindən yesinlər. Hələ də şükür etməzlərmi?
- Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir!
- Gecə də onlar üçün (Allahın qüdrətini göstərən) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardarıq və bu zaman onlar qaranlıqda qalarlar.
- Günəş də özü üçün təyin olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın qoyduğu nizamdır.
- Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.
- Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.
- Onların nəsillərini (ulu babalarını) yüklə dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.
- Onlar üçün bunun kimi başqa minik vasitələri də yaratdıq.
- Əgər istəsəydik, onları suda boğardıq. O zaman nə onların köməyinə çatan olardı, nə də onlar xilas olunardılar.
- Ancaq tərəfimizdən bir mərhəmət olaraq və müəyyən bir vaxta qədər (dünyadan) faydalansınlar deyə (onları xilas etdik).
- Onlara: “Önünüzdəkindən (dünya əzabından) və arxanızdakından (axirət əzabından) qorxun! Ola bilsin ki, sizə mərhəmət olunar”, — deyildikdə (onlar üz çevirərlər).
- Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
- Onlara: “Allahın sizə verdiyi ruzidən infaq edin!” – deyildikdə kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə yedirdə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz tamamilə zəlalət içindəsiniz”, — dedilər.
- Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd olunan (qiyamət) nə zaman olacaq?” — deyirlər.
- Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.
- O zaman onlar nə vəsiyyət edə biləcək, nə də ailələrinin yanına qayıda biləcəklər.
- Sur (ikinci dəfə) çalınan kimi onlar qəbirlərindən qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər.
- Onlar belə deyəcəklər: “Vay halımıza! Yatdığımız yerdən (qəbirlərimizdən) bizi kim qaldırdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Peyğəmbərlər də doğru deyirlərmiş”.
- O dəhşətli səs qopan kimi onların hamısı Bizim hüzurumuza gətiriləcəklər.
- Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin qarşılığını alacaqsınız.
- Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər.
- Onlar və zövcələri kölgəliklər altındakı taxtlara söykənib oturarlar.
- Orada onlar üçün meyvə və istədikləri hər şey mövcuddur.
- Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər.
- (Günahkarlara isə belə deyilər:) “Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!”
- Ey Adəm oğulları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir”, — deyə əmr etmədimmi?!
- Mənə ibadət edin. Doğru yol budur!
- Həqiqətən, şeytan sizdən bir çox nəsilləri haqq yoldan azdırdı. Hələ də dərk etmirsinizmi?
- Bu, sizə vəd olunan cəhənnəmdir.
- Haqqı inkar etdiyinizə görə bu gün ora girin!
- Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində Bizimlə əlləri danışar, ayaqları da şahidlik edər.
- Əgər Biz istəsəydik, onların gözlərini tamamilə kor edərdik. Bu zaman onlar (doğru) yola çatmaq üçün bir-birləri ilə yarışardılar. Ancaq necə görə bilərdilər?!
- Əgər Biz istəsəydik, onları olduqları yerdə elə bir hala salardıq ki, nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.
- Biz kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik (qocaldıb zəif bir hala salarıq). Hələ də dərk etmirlərmi?
- Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.
- Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik).
- Onlar üçün sahib olduqları heyvanları Öz qüdrətimizlə yaratdığımızı görmədilərmi?
- Bu heyvanları onların əmrinə verdik. Onlardan bəzilərinə minir, bəzilərini də yeyirlər.
- Bu heyvanlarda onlar üçün bir çox fayda və içəcək süd də vardır. Onlar hələ də şükür etmirlərmi?
- Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər.
- (Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir.
- (Ey Peyğəmbər!) Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlətdiklərini də, aşkar etdiklərini də bilirik.
- İnsan Bizim onu nütfədən yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, (Rəbbinə qarşı) açıq-aydın bir düşmən kəsilib.
- O öz yaradılışını unudaraq Bizə qarşı bir misal çəkib: “Çürümüş sümükləri kim dirildəcək?!” — deyir.
- De ki: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir”.
- Sizin üçün yaşıl ağacdan od əmələ gətirən Odur. Beləcə, siz onunla od qalayırsınız. (Bədəvi ərəblər bəzi ağacların çubuqlarını bir-birinə sürtərək od qalayırdılar. Ayədə qəsd olunan odur ki, yaşıl ağacdan od əmələ gətirən Allah ölüləri də diriltməyə qadirdir.)
- Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.
- O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” — deyə əmr edər. O da dərhal olar.
- Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız.







