Əsr: Surənin adı birinci ayədə keçən və “zaman, çağ, ikindi vaxtı” kimi mənalara gələn “الْعَصْر / əl-əsr” kəlməsindən götürülmüşdür. (Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, V, 639.)
əl-Əsr surəsi ərəbcə
وَالْعَصْرِ
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
Əsr surəsinin oxunuşu
- Vəl-əsr
- İnnəl-insanə ləfi xusr
- İlləlləzinə amənu və əmilus-salihati və təvasəf bil-həqqi və təvasəf bis-sabr
Əsr surəsinin tərcüməsi
- And olsun axşam çağına!
- Həqiqətən, insan ziyan içindədir.
- Ancaq iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır.
əl-Əsr surəsinin audiosı
Əsr surəsinin ehtiva etdiyi mövzular
Bu surə qısa olmasına baxmayaraq bir sıra böyük surələrin xülasəsi mahiyətindədir. Surədə zamana and içilərək onun əhəmiyyətinə diqqət çəkilmiş, insanı əbədi zərər və ziyandan xilas edən yollar göstərilmişdir. Belə ki, insanların fani istəklərdən əl çəkib iman, saleh əməl, gözəl əxlaq və hər cür xeyirlərə qapı açan gözəl işlərə yönəlməsi təşviq olunmuşdur.
əl-Əsr surəsinin fəziləti
Əbu Hüzeyfədən (r.a) nəql olunan bir rəvayətə görə, o belə demişdir: “Rəsulullahın səhabələrindən iki nəfər bir-biri ilə qarşılaşdıqlarında biri digərinə “Əsr” surəsini oxumadam digəri də ona salam vermədən bir-birindən ayrılmazdılar”.2
İmam Şafei (r.a) də bu surənin fəziləti ilə bağlı belə demişdir: “Bu surədən başqa heç bir surə nazil olmasaydı, bu surə özü insanlara kifayət edərdi. O, Qurani-Kərimin bütün məlumatlarını əhatə etmişdir”.
Əsr surəsinin nüzul səbəbi
İbn Abbasdan (r.a) nəql olunan bir rəvayətə görə, o demişdir: “Əsr surəsində “Şübhəsiz ki, insan xüsrandadır” ayəsindəki “insan” sözü ilə Vəlid ibn Müğirə, As ibn Vail, Əsvəd ibn Əbdülmüttəlib və Əsvəd ibn Əbd Yağus adlı müşriklər nəzərdə tutulmuşlar”.
əl-Əsr surəsinin əvvəlki surə ilə əlaqəsi
Bu surə qısa və sadə olmaqla birlikdə əvvəlki surələrdə qeyd olunan bütün öyüd-nəsihətlərini özündə cəm etmişdir. Eyni zamanda özündən əvvəl gələn “Təkasür” surəsinin “Sonra o gün bütün nemətlərdən mütləq sorğu-sual olunacaqsınız” ayəsinin mənasını əhatə etdiyi üçün həmin surədən sonraya yerləşdirilmişdir.
Uca Allah tərəfindən əvvəlki surədə dünya işləri ilə məşğul olmaq, bu surədə isə insanın məşğul olması vacib olan işlərin iman etmək, saleh əməllər işləmək olduğu, cəmiyyətin də xeyir işləri, haqqı və səbri tövsiyə etməli olduğu vurğulanmışdır.







