Zilzal: Surə qiyamət əsnasındakı sarsıntılardan bəhs etdiyi üçün “zəlzələ” mənasına gələn “Zilzal” adı ilə adlandırılmışdır. Habelə surəyə “Zəlzələ” adı da verilmişdir.
Zəlzələ surəsi ərəbcə
.إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا
وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا
.وَقَالَ الْإِنسَانُ مَا لَهَا
.يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا
.بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا
.يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ
.فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ
.وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
əz-Zəlzələ (Zilzal) surəsinin oxunuşu
- İzəə zulzilətil — ərdu zilzəələhəə.
- Va əxracətil — ərdu əsqaaləhəə.
- Və qaaləl-insəənu məə ləhəə.
- Yəvməizin tuhəddisu əxbəərahəə.
- Bi’ənnə Rabbəkə əvhəə ləhəə.
- Yəvməiziy yəsdurun — nəəsu əştəətəl liyurav ə’məələhum.
- Fəməy yə’məl misqaalə zərratin xayray yərah.
- Va məy yə’məl misqaalə zərratin şərray yərah.
Zəlzələ surəsinin tərcüməsi
- Yer şiddətlə titrəyəcəyi zaman,
- Yer öz yükünü (qəbirdəkiləri, yaxud yeraltı mədənləri) çıxardacağı zaman,
- Və insan: “Ona nə oldu?” — deyəcəyi zaman,
- O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.
- Çünki bunu ona Rəbbin vəhy etmişdir.
- O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar.
- Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,
- Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.
əz-Zəlzələ (Zilzal) surəsinin audiosı
Zəlzələ surəsinin ehtiva etdiyi mövzular
Surədə qiyamət günü yer üzərində meydana gələcək şiddətli sarsıntılar, ardınca baş verəcək vahiməli hadisələr, insanların məhşər yerindəki halları, yaxşı və ya pis əməllərinə görə aqibətləri təsirli bir üslubla izah edilmişdir.
Zəlzələ surəsinin fəziləti
Abdullah ibn Amrdan (r.a) nəql edilən rəvayətə görə, bir adam Allah Rəsulunun ﷺ yanına gəlib: “Ey Allahın Rəsulu, mənə Quran oxutdur”, — dedi. Rəsulullah ﷺ ona: “Əlif, lam, ra» ilə başlayan surələrdən oxu», — dedi. Həmin adam: “Yaşım çoxdur, ürəyim zəifləyib, dilim də ağırlaşıb”, — dedi. Rəsulullah ﷺ: “Ha, mim» ilə başlayan surələrdən oxu”, — buyurdu. Həmin kimsə yenə eyni sözləri təkrarladı. Rəsulullah ﷺ “Səbbəha» ilə başlayan surələrdən oxu», — buyurdu. O adam yenə eyni sözləri təkrarlayıb: “Mənə sözləri az, mənası çox olan bir surə oxutdur”, — dedi. Bundan sonra Peyğəmbərimiz ﷺ ona “Zilzal” surəsini sonuna qədər oxutdu. Həmin kimsə: “Səni haqq ilə peyğəmbər olaraq göndərənə and olsun ki, o surəyə əsla bir şey əlavə etmərəm”, — dedi, sonra da çıxıb getdi. Peyğəmbərimiz ﷺ iki dəfə: “O adam nicat tapdı”, — buyurdu. (Əbu Davud, “Səlat”, 326; Əhməd ibn Hənbəl, “Müsnəd”, II, 169.)
Həmçinin İbn Abbasdan rəvayət edilən bir hədisdə “Zilzal” surəsi Quranın yarısına bərabərdir”, (Tirmizi, “Səvabül-Quran”, 10.) digər bir hədisdə isə “dörddə birinə bərabərdir”,- buyurulmuşdur.
əz-Zəlzələ surəsinin nüzul səbəbi
İbn Abbas, Mücahid, Qətadə və Müqatil kimi əksər alimlər bu surənin Mədinədə nazil olduğu görüşünü qəbul etmişlər. Buna dəlil göstərilən bir rəvayətdə qeyd olunur ki, Əbu Səid belə demişdir: “Kim zərrə ağırlığı qədər xeyir işləyərsə, onu görər” ayələri nazil olduğu zaman mən: “Ey Allahın elçisi, mən bütün əməllərimi görəcəyəmmi?” — deyə soruşdum. Allah Rəsulu ﷺ: “Bəli”, — buyurdu. Mən: “Bu böyük günahları, bu böyük günahları görəcəyəmmi?” — deyə soruşdum. Allah Rəsulu ﷺ: “Bəli”, — buyurdu. Mən: “Bəs bu kiçik günahları, bu kiçik günahları görəcəyəmmi? — deyə soruşduğumda da Allah Rəsulu ﷺ yenə: “Bəli”, — deyə cavab verdi. Mən: “Heyif! Təəssüf ki, anam məni itirdi!” — dediyimdə Həzrət Peyğəmbər “: “Müjdələr olsun, ey Əbu Səid! Yaxşılıq on qatı ilədir”, — buyurdu (Əlusi, “Ruhül-məani fi təfsiril-Quranil-əzim”, XXX, 208.)
Ənəs ibn Malikdən gələn rəvayətə görə, Həzrət Əbu Bəkr (r.a) Həzrət Peyğəmbərlə ﷺ birlikdə yemək yeyərkən bu ayeyi-kərimələr nazil olmuşdur. Həzrət Əbu Bəkr də bu ayələri eşitdikdə əllərini yeməkdən çəkmiş və: “Ey Allahın Elçisi, zərrə ağırlığında işlədiyim pis əməlin qarşılığını görəcəyəmmi?” — deyə soruşmuşdu. Həzrət Peyğəmbər ﷺ: “Ey Əbu Bəkr, dünyada gördüyün, başına gələn, xoşuna gəlməyən şeylər etdiyin zərrə ağırlığındakı pis əməllərin qarşılığıdır. Zərrə ağırlığındakı xeyirlərə gəlincə isə, Allah onları sənin üçün yığır. Qiyamət günü onlar sənə tam veriləcəkdir”, — buyurmuşdur. Abdullah ibn Ömərdən (r.a) gələn rəvayətə görə isə, Həzrət Peyğəmbər ﷺ bu surənin nüzuluna görə ağlayan Həzrət Əbu Bəkrə: “Əgər siz heç günah işləməsəydiniz, Allah-Təala sizi həlak edər və yerinizə günah işləyən, (ancaq tövbələrinə görə) əfv edəcəyi kimsələr yaradardı”, — buyurmuşdur.(Müslim, “Tövbə”, 9.)
Zəlzələ (Zilzal) surəsinin əvvəlki surə ilə əlaqəsi
Allah-Təala “Beyyinə” surəsinin sonunda kafirlərin cəzasının cəhənnəm odu, möminlərin mükafatının isə cənnət olduğunu bildirdikdən sonra burada həmin cəzanın vaxtını və bəzi nişanələrini açıqlamışdır.
Feng Shui Essentials ilə evinizi gözəlləşdirin: Harmonik Ev üçün Kristal Müalicələr. gücünü kəşf edin crystals harmoniya və tarazlığı təşviq etmək. Diqqətlə seçilmiş feng shui məhsulları ilə məkanınıza müsbət enerji gətirin.







