Fatihə surəsi ərəbcə

Fatihə surəsinin audiosı
Fatihə (Həmd) surəsinin oxunuşu
- Bismilləhir-Rahmənir-Rahim
- Əlhamdu lilləhi rabbil-‘aləmin.
- Ərrahmənir-rahim.
- Məliki yəumiddin.
- İyyəkə nə’budu və iyyəkə nəstə’in.
- İhdinəs-sıratal-müstəqim.
- Sıratal-ləzinə ən’amtə aleyhim ğayril məğdubi ‘aleyhim vələd-dallin.
Fatihə surəsinin tərcüməsi
- Rəhman və Rəhim olan Allahın adı ilə!
- Həmd olsun aləmlərin (insan, cin və mələklər aləminin) Rəbbi olan Allaha,
- Rəhman və Rəhim olana,
- Din (axirət) gününün sahibinə!
- Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.
- Bizi doğru yola yönəlt!
- Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox!
Fatihə surəsinin adları
Mənbələrdə bu surənin bir neçə adı olduğu xəbər verilir. Məşhur hədis kitablarında “Fatihə”, “əs-Səbül-məsani” və “Ümmül-kitab”(Buxari, “Təfsir”, 1; Tirmizi, “Salat”, 183.) kimi adları qeyd olunmaqla yanaşı, təfsir kitablarında da iyirmiyə yaxın adı sadalanır. Bunlardan ən çox istifadə olunan adları aşağıdakılardır:
Fatihə: “ilk, əvvəl, başlanğıc, kitabı açan” kimi mənalara gəlir. Bütöv şəkildə endirilən ilk surə olduğu və Qurani-Kərimi oxumağa və yazmağa onunla başlandığı üçün bu adla adlandırılmışdır.
əs-Səbül-məsani: “təkrarlanan yeddi” deməkdir. Bu surə yeddi ayədən ibarət olduğu və hər namazda ən az iki dəfə oxunduğu üçün bu adı almışdır.
Ümmül-kitab: “kitabın əsası, təməli” deməkdir. Bəzi hədislərdə bu surə “Ümmül-Quran (Quranın əsası)” olaraq da qeyd olunmuşdur.(Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, I, 3.)
Həmd surəsinin ehtiva etdiyi mövzular
“Fatihə” surəsi Qurani-Kərimin müqəddiməsi və mükəmməl bir xülasəsi mahiyyətindədir. Qurani-Kərimdə bəyan edilən bütün mahiyyət ve mənalar bu surədə əsas xətləri ilə xülasələndirilmişdir. Belə ki, “Fatihə” surəsində Qurani-Kərimdəki əsas iki mövzu olan iman və ibadət məsələlərinə işarə edilmişdir, iman mövzusu dedikdə, bu surə inanılması vacib olan xüsusları — üluhiyyət (tövhid əqidəsi), nübüvvət, axirət mövzularını özündə cəmləşdirir. İbadətlərə gəlincə isə “Fatihə” surəsində ibadətin özəyi olan dua və ibadətin kim üçün və necə ediləcəyindən bəhs olunur.(Çelik, “Hakkın Daveti Kuran-ı Kerim Meali ve Tefsiri”, 1, 39.)
Fatihə (Həmd) surəsinin fəziləti
“Fatihə” surəsinin fəziləti və dəyəri barəsində mənbələrdə və məşhur təfsir kitablarında olduqca çoxlu hədisi-şəriflər və rəvayətlər mövcuddur. Burada həmin rəvayətlərin ən mühüm olanlarından bir neçəsini qeyd etmək yerinə düşərdi.
Peyğəmbərimiz ﷺ buyurmuşdur: “Zikrin ən üstünü “Lə iləhə illəllah”, duanın ən üstünü “Əlhəmdülillahdır”.
(Tirmizi, “Dua”, 9.)
Digər bir hədisdə də: “Fatihə” surəsi Quranın ən böyük surəsidir”(Buxari, “Fəzailül-Quran”, 9.), — deyə buyurulmuşdur. Burada ən böyük ifadəsi ilə ayələrin sayı deyil, surənin əzəməti və mənəvi böyüklüyü nəzərdə tutulmuşdur.
Allah Rəsulu ﷺ səhabələrdən Əbu Səid əl-Müəllayə: “Məsciddən çıxmazdan əvuəl Qurani-Kərimdəki ən böyük surəni sənə öyrədəcəyəm”, — deyə buyurmuş və onun “Fatihə” surəsi olan “əs-Səbül-məsani” olduğunu xəbər vermişdir.(Buxari, “Təfsir”, 1.)
Allah Rəsulu digər bir hədisində isə: “Allah-Təala nə Tövratda, nə də İncildə ‘Ümmül-Quran” olan “Fatihə” kimi bir surə endirmişdir. O, “Səbül-məsani”dir”.(Tirmizi, «Təfsir”, 15.)
Uca Allah qüdsi bir hədisdə: “Fatihə” Mənimlə bəndəm arasında ikiyə bölünmüşdür. Bəndəmə də istədiyi veriləcəkdir”, — deyə buyurmuşdur.
(Müslim, Salat, 38.)
Başqa bir hədisdə də belə buyurulmuşdur: “Fatihətül-kitab olmadan namaz olmaz”.(Müslim, “Salat», 11; Tirmizi, “Salat”, 183; ibn Macə, “Iqamə”, 4.)
Səhabələrdən Əbu Səid əl-Xüdri (r.a) bir səfər əsnasında ikən ilan çalan bir qəbilə rəhbərinə “Fatihə” surəsini oxumuş, o da şəfa tapmışdır.(Buxari, Fəzailül-Quran , 9.)
Həmçinin səhabələrdən biri bayılan bir adamın qulağına “Fatihə” surəsini oxuduğunu və bundan sonra həmin adamın ayıldığını Rəsulullaha ﷺ xəbər vermiş, o da belə buyurmuşdu: “O, «Ummül-Quran”dır və o, hər cür xəstəliyə şəfadır”.(Buxari, “Fəzailül-Quran», 103.)
Hədislərdən və digər rəvayətlərdən də görüldüyü kimi “Fatihə” surəsi Qurani-Kərimin ən mübarək və ən əzəmətli surəsidir. Bu surə böyük bir dua olmaqla yanaşı, həm insanın mənəvi aləminin məlhəmi, həm də cismani dərdlərinin şəfasıdır.
“Fatihə” surəsi Qurani-Kərimin mükəmməl bir xülasəsi olduğu üçün “Fatihə”nin məna çalarlıqlarını və məzmun dərinliklərini nə qədər çox anlayarıqsa, Quranı da bir o qədər mükəmməl şəkildə dərk etmiş olarıq. Quranı “açan” bir surə kimi ondakı ilahi əmrləri həyatımıza tətbiq etməklə böyük bir xəzinənin qıfılına sanki açar əldə edilər, məhz bu açarla da bütün xeyir qapıları, o cümlədən behişt qapıları üzümüzə açılmış olar.
Fatihə surəsinin nüzul səbəbi:
“Fatihə” surəsinin nazil olma səbəbi ilə əlaqəli xüsusi bir hadisə yoxdur. Nə vaxt və harada nazil olması haqqında da vahid bir fikir yoxdur. Bəzi alimlərə görə, Məkkədə, bir qisim alimə görə də, Mədinədə nazil olmuşdur. Digər bir qrup alimə görə isə, “Fatihə” surəsi əvvəlcə Məkkədə namaz fərz edilərkən nazil olmuş, daha sonra — ikinci dəfə Mədinədə qiblə Qüdsdən Məkkəyə tərəf çevrilərkən təkrar nazil olmuşdur. Bununla belə, aşağıdakı rəvayətlər “Fatihə” surəsinin Məkkə dövrünə aid olduğunu təsdiqləyir. Belə ki, Həzrət Əlidən nəql edilən bir rəvayətə görə, o, belə demişdir: “Fatihətül-kitab Məkkədə Ərşin altındakı bir xəzinədən nazil olmuşdur”.(Vahidi, “Əsbabün-nüzul», s. 19-20.)
Übeyy ibn Kəbdən nəql edilən səhih bir rəvayətə görə də, “Fatihə” Qurandan ilk nazil olanlar arasındadır və o, “Səbül-məsani”dir. Eləcə də “Fatihə” surəsinə işarə edən “Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik”(Hicr, 15/87.) ayəsinin də içində yer aldığı “Hicr” surəsinin Məkkədə nazil olduğu barəsində alimlər həmfikirdirlər.
Откройте для себя будущее вейпинга вместе с Elf Bar Ireland! Откройте для себя новейшие устройства со стильным дизайном на сайте http://www.elfbc5000ie.com для максимального удовольствия от парения.
Fatihə surəsinin təfsiri
أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
Qovulmuş şeytandan Allaha sığınıram!
İlk kəlməsi olan “أَعُوذُ / əuzü” ifadəsinə görə “Əuzü” və ya “İstiazə” adlandınlan bu cümlə ayə olmadığı üçün Qurani-Kərimdə yer almır. Ancaq müshəf tərtibində Qurani-Kərimin ilk surəsi “Fatihə” olduğu və bu surənin əvvəlində daima “İstiazə” cümləsi oxunduğu üçün onun məhz “Fatihə” surəsinin əvvəlində izah edilməsini məqsədəuyğun hesab edirik.
Bununla yanaşı, Quranın “Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın!” ayəsində də Quran oxumağa başlanacağı zaman bu cümlə ilə başlamaq əmr olunmuşdur. Alimlərin bir qismi bu ayədə Uca Allahın əmr etməsini əsas tutaraq Quran oxumağa başlamazdan əvvəl “İstiazə” cümləsini söyləməyi fərz hesab etsələr də, alimlərin əksəriyyəti bunun tövsiyə xarakteri daşıdığını qeyd etmişlər. Buna görə də Quran oxumağa başlamazdan öncə “أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ / Əuzübilləhiminəş-şəytanir-racim” demək məndub, yəni gözəl bir davranış hesab edilmişdir.(Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, I, 6.) Məhz bu fikirlərə əsaslansaq, deməli, istər fərz olsun, istər məndub olsun, şeytandan Allaha sığınmağımızın təkcə Quran oxumağa başlamazdan əvvəl yox, eyni zaman bütün xeyirli əməllərdən öncə edəcəyimiz doğru bir davranış olduğu açıq-aydın görünməkdədir.
بِسْمِ اللَّـهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
1. Rəhman və Rahim olan Allahın adı ilə!
Təfsiri:
Surələrin əvvəlində yer alan və qısaca «Bəsmələ» olaraq adlandırılan bu ifadə Qurani-Kərimin bir ayəsidir. Lakin bu ifadənin bütün surələrin ilk ayəsi, yoxsa yalnız “Fatihə” surəsinin ilk ayəsi olduğu məsələsi mübahisəlidir. Belə ki, “Fatihə” surəsinin yeddi ayə olması məsələsində alimlər həmfikir olsa da, bu yeddi ayənin tərkib hissələrinin müəyyənləşdirilməsində, eləcə də “Bəsmələ”nin “Fatihə” surəsinin ayələrindən biri hesab olunması barəsində fərqli fikirlər səsləndirilmişdir. Məkkə və Kufəli qiraət alimlərinin yanaşmasına görə, “Bəsmələ” “Fatihə”nin ilk ayəsi, “الْحَمْدُ / əl-Həmdü” ilə başlayan ayə ikinci ayəsi, “صِرَاطَ الَّذِينَ / Siratəlləzinə” ifadəsindən etibarən sona qədər olan hissə isə sonuncu, yəni yeddinci ayəsidir. Lakin Mədinə, Bəsrə və Şamlı qiraət alimlərinin mülahizəsinə görə, “Bəsmələ» “Fatihə”yə daxil deyildir. Yəni الْحَمْدُ / əl-Həmdü” ilə başlayan ayə surənin ilk ayəsi, صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ / Siratəlləzinə ənəmtə əleyhim” ifadəsi altıncı ayəsi, onun ardı olan غَيْرِ الْمَغْضُوبِ / Ğayril-məğdubi” ifadəsindən sona qədər olan hissə isə müstəqil bir ayə hesab edilərək yeddinci ayə hesab edilmiş və beləcə, “Fatihə” surəsi yeddi ayəyə tamamlanmışdır.(Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, I, 4.)
Digər tərəfdən Hənəfi məzhəbinin alimlərinə görə, surələrin əvvəlindəki “Bəsmələ” həmin surələrin tərkibinə daxil olmayan müstəqil bir ayədir. Bu səbəbdən Hənəfi məzhəbinə tabe olanlar qiraəti səsli olan namazlarda “Fatihə” surəsindən əvvəl gələn “Bəsmələ”ni asta səslə oxuduqları halda, “Fatihə» surəsindən sonra gələn zəmmi surələrdən əvvəl “Bəsmələ»ni oxumurlar. İmam Şafeiyə görə isə, surələrin əvvəlindəki “Bəsmələ” bütün surələrin, eləcə də “Fatihə» surəsinin tərkib hissəsidir. Bu səbəbdən də Şafei məzhəbinə tabe olanlar qiraəti səsli olan namazlarda “Bəsmələ»ni ucadan oxuyurlar.(Heyet, “Kuran Yolu Türkçe Meal ve Tefsir”, I, 7.)
Qeyd edək ki, Bəsmələ dilimizdə “Rəhman və Rəhim olan Allahın adı ilə” şəklində tərcümə edilsə də, dilimizdə “Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram” mənasında işlədilir. Ümumiyyətlə, dilimizdə “Allah” kəlməsinin əvəzinə “tanrı», “Rəhman» kəlməsinin əvəzinə “əsirgəyən”, “Rəhim” kəlməsinin əvəzinə də “bağışlayan” kəlmələrindən istifadə etmək doğru deyildir. Çünki “Allah” ismi bənzərsiz, bütün mükəmməl vəsflərə sahib, hər cür nöqsanlardan uzaq, varlığı zəruri, yoxluğu isə düşünülməz olan uca varlığı özündə ehtiva edir. “Rəhman” ismi də sadəcə Allaha məxsusdur və başqa heç bir varlıq üçün istifadə edilə bilməz. “Rəhman” sözünün mənası “layiq olub-olmamasından asılı olmayaraq bütün yaradılanlara sonsuz və qeyri-məhdud lütf, nemət və rəhmət bəxş edən” deməkdir. “Rəhim” sözü isə “çox mərhəmətli, rəhməti bol olan” mənasına gəlir. Bu ifadə eyni zamanda insanlar üçün də istifadə edilə bilər. Yəni “Rəhim” ismi insanlara da məxsus edilə bildiyi halda, “Rəhman” ismi ilə yalnız Uca Allah tövsif edilə bilər. “Rəhim” kəlməsi ilə insanların da tövsif edilməsinə nümunə olaraq “Tövbə” surəsində Uca Allahın Həzrət Peyğəmbəri ﷺ “Rəhim” sifəti ilə vəsfləndirdiyini göstərə bilərik: «Həqiqətən, sizə öz içinizdən elə bir peyğəmbər gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir”.(Tövbə, 9/128.)
Uca Allah bu dünyada hər kəsi Öz neməti ilə şərəfləndirdiyi halda, axirətdə yalnız möminləri sonsuz nemətləri ilə mükafatlandıracaqdır. Buna görə də xalq arasında “Allah dünyanın Rəhmanı, axirətin Rəhimidir” deyilir. Yəni Onun lütfkarlığı dünyada həm möminləri, həm də kafirləri əhatə etdiyi halda, axirət də isə yalnız möminlər bu lütfündən dadacaqlar.
Digər tərəfdən Peyğəmbərimiz ﷺ bir hədisində: “Bismillah” ilə başlanmayan hər iş nöqsandır”,(İbn Macə, “Nikah”, 19.) — buyuraraq hər bir işə “Bismillah / Allahın adı ilə” ifadəsi ilə başlamağımızı tövsiyə etmişdir.
الْحَمْدُ لِلَّـهِ رَبِّ الْعَالَمِينَ
2. Həmd olsun aləmlərin (insan, cin və mələklər aləminin) Rəbbi olan Allaha
Təfsiri:
Ayədəki “ الْحَمْدُ / əl-həmd” sözü “həmd etmək, tərifləmək, şükür etmək” mənalannı ifadə edir. Mədh və şükür kəlmələri bu kəlmə ilə oxşarlıq təşkil etsə də, hər birinin öz fərqli xüsusiyyətləri də vardır. “Həmd” ifadəsi verdiyi nemətlərə görə nemət bəxş edəni tərifləmək, bütün yaxşılıqların sahibi olduğunu dərk edərək ona könüldən təşəkkür etmək mənasına gəlir. Həmd edərkən həmd etdiyimiz varlığın yaxşılıq və nemətlərinin bizə gəlib çatması mühüm amil deyildir.(Çelik, “Hakkın Daveti Kuran-ı Kerim Meali ve Tefsiri”, I, 42.) Odur ki, Allah-Təalanın bizə gəlib çatan və çatmayan bütün nemətlərinə qarşı Ona qulluq şüuru içində minnətdarlıq və təşəkkür etmək “həmd” ilə ifadə edilir. “Mədh” ifadəsi hər hansı bir yaxşılığın əvəzində, yaxşılıq edənin bu işdə rolu olub-olmamasından asılı olmayaraq onu öymək və tərifləmək mənasına gəlir(Heyet, ‘Kuran Yolu Türkçe Meal ve Tefsir , I, 8.) “Şükür” isə bizə bəxş edilən nemətlərin və yaxşılıqların əvəzində edilən təşəkkürdür. Bu, yalnız əldə edilən nemətin əvəzində olur.(Çellk, “Hakkın Daveti Kuran-ı Kerim Meali ve Tefsiri”, I, 43.)
Ayədəki “ رَبّ / rəbb” sözü “tərbiyə etmək, qorumaq” mənasına gəlir və Uca Allahın gözəl isimlərindən biridir. Habelə bu kəlmə Allah-Təalanın adı olmaqla yanaşı digər mənalarda da istifadə edilir.
Ayədəki “ الْعَالَمِينَ / aləmin” sözü “ عَالَم / aləm” sözünün cəm formasıdır. Bu söz “işarə, nişan qoymaq” mənasına gələn “ ٌعَلَم / aləm” və ya “bilmək” mənasına gələn “ ٌعِلْم / ilm” kökündən gəlir və “Yaradanın varlığına işarə edən, onun mövcudiyyətinin bilinməsini təmin edən” kimi mənaları ehtiva edir, » عَالَم / aləm” sözünün digər cəm forması isə ““ عَوالِمُ / avalim”dir ki, insanlar, cinlər və mələklər kimi düşünən varlıqları nəzərdə tutmaq üçün istifadə edilir.(Bolay, “Alem”, TDV İslam Ansiklopedisi, II, 357.) Kainatda şüurlu varlıqlar digər şüursuz varlıqlardan üstünlük təşkil etdiyi üçün “aləm” sözü bu formada cəmlənmişdir.
Bu ayə eyni zamanda duadır. Müsəlmanlar hər hansı bir işin sonunda Allaha bu ifadə ilə həmd edərlər. Peyğəmbərimiz ﷺ də bir hədisində belə buyurur: “Duanın ən üstünü “Əlhəmdülillah” deməkdir”.(Tirmizi, Dəəvat , 9.) Ona görə də bu hədis əsas hesab edilərək, ümumiyyətlə, görülən hər hansı bir iş yekunlaşanda “Əlhəmdü lillahi rəbbil aləmin” deyilir.
الرَّحْمَـٰنِ الرَّحِيمِ
3. Rəhman vs Rəhim olana
Təfsiri:
Bu ayədə Allah-Təalanın mənaca bir-birinə yaxın olan iki gözəl ismi bir yerdə verilmişdir. Bəzi alimlərə görə, “Rəhman” ismi “bol ruzi verən” mənasına gələn “Rəzzaq”, “Rəhim” ismi isə “xətaları bağışlayan” mənasına gələn “Gəffar” ismi ilə eyni mənaları daşıyır.(Çelik, “Hakkın Daveti Kuran-ı Kerim Meali ve Tefsiri”, I, 45.)
Uca Allah bu dünyada hər kəsə Öz nemətindən bəxş etdiyi halda, axirətdə yalnız Ona iman gətirənlər nemətlərin davamını ən gözəl şəkildə alacaqlar. Yəni Onun lütfü və nemətləri dünyada etiqadından asılı olmayaraq hər kəsi əhatə edir. Axirətdə isə bütün bunlar yalnız möminlərə xas olacaqdır.
مَالِكِ يَوْمِ الدِّينِ
4. Din (axirət) gününün sahibinə
Təfsiri:
Ayədəki “مَالِك / məlik” sözü , “mal-mülkün sahibi” deməkdir. Bəzi qiraət alimlərinə görə, bu söz “hökmdar, padşah” mənasına gələn “məlik” formasında da oxunmuşdur. Hər iki kəlmə də güc və qüvvət sahibi olmaq kimi mənaları ifadə edir və bunlar yeganə güc və qüdrət sahibi olan Uca Allaha məxsusdur. Allah-Təala Özünü Qurani-Kərimdə hər iki vəsflə də tövsif etmişdir. Belə ki, Quran ayələrində belə buyurulur: “De: “Ey mülkün sahibi olan Allah!”.(Ali-İmran, 3/26.) “Hakim və haqq olan Allah çox ucadır!”(Müminun, 23/116.)
Ayədə keçən “ يَوْم / yəvm” sözü “gün” mənasına gəlir və dan yerinin ağarmasından günəşin qürubuna qədər olan müddətə deyilir. Burada isə qiyamətin qopacağı andan cənnət və cəhənnəmliklərin hər birinin son sığınacaqlarına qovuşacaqları vaxta qədərki zaman kəsiyini bildirir. Belə ki, buradakı “ يَوْمِ الدِّينِ ” ifadəsi “din günü” deməkdir və haqq-hesab, cəza və mükafat gününə işarə edir. Sözsüz ki, bu hadisələrin hər birinin baş verəcəyi yer axirətdir. Ona görə də ümumi olaraq axirət günü nəzərdə tutulur. Bir sözlə, bu ifadə İslamın ilk illərində nazil olan ayələrin ümumi mahiyyətinə uyğun olaraq insanın iman və əməlinə görə haqq-hesaba çəkiləcəyi axirət gününü ifadə edir.(Tümer, “Din”, TDV İslam Ansiklopedisi, IX, 345.) Əslində, Qurani-Kərimin özü din gününün nə olduğunu açıqlamışdır. Belə ki, Uca Allah “İnfitar” surəsində: “Sən haradan biləsən ki, haqq-hesab günü nadir?! Bəli, sən haradan biləsən ki, haqq-hesab günü nadir?! O gün heç kim heç kimə yardım edə bilməz. O gün hökm Allahındır!”(İnfitar, 82/17-19.) — buyurur.
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
5. Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik!
Təfsiri:
Bu ayədə müsəlman üçün ən önəmli mətləblərdən bəhs edilir. Belə ki, insan oğlu yalnız Uca Allaha ibadət etməyə çağırılmış və Allaha güvənərək təkcə Ondan yardım tələb etməsinin zəruriliyi bildirilmişdir. Digər bir mühüm məsələ olaraq insanın ilk öncə yalnız Allah rizası üçün etdiyi ibadətinin vurğulanması və ardınca həmin ibadətin müqabilində Uca Allahdan kömək istəmək haqqına yiyələnməsinə də ayədə açıq şəkildə toxunulmuşdur. Ayədə bildirildiyi kimi, Allaha qəlbən sitayiş də məhz ilahi yardımın bəxş olunmasında mühüm səbəblərdən biri olaraq göstərilmişdir. Allah-Təala bu həqiqəti “Bəqərə” surəsində də Öz bəndələrinə bu şəkildə bəyan etmişdir: “Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir”.(Bəqərə, 2/153.)
Bu ayə üzərində alimlər bir çox mülahizələr irəli sürmüşlər. Bu mülahizələrdən belə qənaətə gəlmək olar ki, Allah-Təala bu ayə ilə qəti şəkildə Özündən başqasına ibadət edilməsini, eləcə də məhz Onun bəxş edə biləcəyi köməyin qeyrisindən istənilməsini əsla sevməz. Həmçinin ayədə vurğulanan çağırış o qədər önəmli və diqqətəlayiqdir ki, bu ayənin hökmünə əməl olunmazsa, hətta bir möminin dindən çıxmasına belə səbəb ola bilər. Bəzi alimlər isə hətta namazda “Fatihə” surəsinin bu ayəsini oxuyan əsnada qəlbindən dünyalıq bir şey keçirən kimsənin küfrə girmə ehtimalının belə olduğunu söyləmişlər. Buradan aydın olur ki, saymaqla bitib-tükənməz nemətlər bəxş edən Uca Allah bu nemətlərin şükrü olaraq yalnız Ona qulluq etməyi və yalnız Ondan yardım istəməyimizi əmr etmişdir.
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
6. Bizi doğru yola yönəlt
Təfsiri:
Ayədəki “ الصِّرَاطَ / əs-sirat” kəlməsi “yol”, “ الْمُسْتَقِيم / əl-müstəqim” kəlməsi isə “düz, düzgün, doğru, hamar” mənalarına gəlir. Elə Qurani-Kərimin buyurduğu və bütün peyğəmbərlərin əfəndisi Həzrət Muhamməd ﷺ peyğəmbərin əxlaqı, yaşayışı, davranışı və öz həyatına tətbiq etməsi surətilə bizə nümunə olduğu ən doğru, qüsursuz, dürüst, son ilahi din məhz İslam dinidir. Məhz bu dinin istiqamətləndirici ilahi kitabı olan Quran ona sarılanları öz ağuşuna alar, şeytanın fitnə-fəsadına uymaqdan qoruyar və beləliklə, insan oğlunun cənnətlə müjdələnməsinə səbəb olar. Allah-Təala digər bir ayədə “sirati-müstəqim”in — doğru yolun Öz yolu olduğunu və Ona tabe olmağımızın qaçılmaz və labüd olduğunu anlatmışdır: “Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Ona tabe olun! Sizi Onun yolundan uzaqlaşdıran yollara uymayın! Allah sizə bunları əmr etdi ki, bəlkə siz (pis əməllərdən) çəkinəsiniz”,(Ənam, 6/153.) — buyuraraq xəbər vermişdir.
Ayə eyni zamanda bir duadır. Uca Yaradan bizə öz başımıza doğru yolu tapmağın mümkünsüzlüyünü, hər zaman Ona möhtac olduğumuzu xatırladır. Bu ayədə məhz əvvəlki ayədəki Allahdan istənilən köməyin mahiyyəti şərh olunmuşdur. Sanki Allah-Təala bəndələrinə: “Sizə necə kömək edim?”, — deyə soruşduqda bəndələri də cavab olaraq: “Bizi doğru yola yönəlt!” — deyə xahiş edirlər. İbadət tamamlandıqdan sonra sonunu dua ilə bitirmək də təsadüfi deyil, şəriətə uyğun bir qaydadır.(Bursevi, “Ruhül-Beyan Tefsiri”, I, 112.)
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
7. Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və az . mışlann yoluna yox!
Təfsiri:
Ayədəki “الْمَغْضُوبِ / əl-məğdub” kəlməsi “Qəzəbə düçar olan”, deməkdir. “الضَّالِّينَ / əd-dallin” kəlməsi isə “yoldan azmaq, düz yoldan sapmaq” mənasına gələn “ضَلَالٌ / dəlal” sözü ilə eyni kökdəndir və bu kəlmə “hidayət” kəlməsi ilə əks məna daşıyır.
Əvvəlki ayədəki “doğru yol” ifadəsi bu ayədə, əslində, daha dolğun şəkildə açıqlanmışdır. Yəni biz bəndələrin “bizi doğru yola yönəlt” şəklindəki duasına sanki cavab olaraq Uca Rəbbimiz Özü bizə istiqamət verərək yönələcəyimiz yolun hansı olduğunu göstərir. Elə bu yol məhz nemət bəxş edilmişlərin yoludur. “Nemət bəxş edilmişlər” in kimlər olduğunu da başqa bir ayədə Uca Allah bu şəkildə bəyan etmişdir: “Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməli salehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!”(Nisa, 4/69.)
Ayədə qeyd olunan «Qəzəbə düçar olmuşlar” ın kimlər olduğunu isə “Maidə” surəsində Allah-Təala belə açıqlamışdır: «Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”(Maidə, 5/60.) Peyğəmbərimiz ﷺ də bir hədisində «qəzəbə düçar olmuşlar”ın yəhudilər, yolunu azmışların da xristianlar olduğunu bildirmişdir.(Tirmizi, “Təfsirül-Quran», 1, 2.) Bu hədisdən qəzəbə düçar olanların təkcə yəhudilər, yolundan azmışların da yalnız xristianlar olduğu başa düşülməməlidir. Çünki ayələrdə İlahi qəzəb bəzən yəhudilərə aid edildiyi kimi, bəzən isə xristianlara aid edilmişdir. Yolundan azmaq isə bəzən yəhudilərə aid edilsə də, bəzi hallarda bu ifadələr yəhudi və xristianların xaricində ümumi kafirlər, münafiqlər, günahkar və fasiqlər üçün də istifadə edilmişdir. Odur ki, ayə ümumi məna ifadə etməkdədir.(Çellk, “Hakkın Daveti Kuran-ı Kərim Meall ve Təfsiri», I, 52.)
Yeri gəlmişkən, bu izahlar Quranın Quranla və Quranın hədislərlə təfsir edilə bilməsinə aid ən gözəl örnəklərdən hesab edilə bilər.
Onu da qeyd edək ki, “Fatihə. surəsini oxuyan və ya dinləyən kimsənin surə bitdiyində “Amin!” deməsi Peyğəmbərimiz ﷺ və İslam alimləri tərəfindən tövsiyə olunmuşdur. “Amin” kəlməsi “duamızı qəbul et, əlimizi boş qaytarma» kimi mənaları özündə ehtiva edən bir duadır.
Bu ifadə bütün dinlərdə, habelə Tövrat kitabında da qeyd edilməklə, Musa peyğəmbərin ifadələrində keçir.(Erdem, ‘’Amin», TDV İslam Ansiklopedisi, lll, 62-63.) Həzrət Peyğəmbərimizdən ﷺ gələn bir hadisdə bu kəlmənin əhəmiyyəti belə vurğulanmışdır: “Mənə namazda ikən, eləcə da dua etdikdən dərhal sonra Allah tərəfindən “amin” demək neməti verilmişdir, Bu nemət Musa peyğəmbər istisna olmaqla, məndən öncə heç kimə nəsib olmamışdır. Musa peyğəmbər dua edərkən qardaşı Harun da “amin” deyərdi. Siz də duanızı “amın” ilə tamamlayın. Əlbəttə, belə bir şəkildə tamamlanmış duanın Uca Allah tərəfindən də tamamlanmış qarşılığ olar və onu Öz dərgahında mərhəmətlə qəbul edər”.(Süyuti, «əl-Camiüs-səğir, 1,38.)
Bütün alimlərin fikrincə, “Amin” kəlməsi Qurani-Kərimdə bir ayə şəklində ifadə olunmamışdır. Bununla belə, Peyğəmbərimiz ﷺ: “İmam “ وَلَا الضَّالِّينَ / vələd-dallin” dediyində siz də: “Amin!” — deyin. Çünki mələklər də: “Amin!” — deyərlər, Kimin “amin” deməsi mələklərin “amin” deməsi İlə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”,(Buxari, «Təfsir», 2; Müslim, “Salat”, 72.) Məhz bu növ hədislərə əsaslansaq “Amin” deməyin gözəl bir sünnə olduğunu demək mümkündür.








Maşallah İxlas surəsi haqqında geniş məlmata görə Allah hər birinizdən razı olsun
Allah sizlərdən də razı olsun. Allah oxuyub faydalanan qullarından etsin
Allah razı olsun qardaş halallıq verərsiz paylaşım bu səsi
Cümləmizdən qardaş, paylaşın
Allah elminizi Bərəkət versin Əmin ☝️ Əcməin