Əttəhiyyatu duası

Əttəhiyyatu duası Namaz

Əttəhiyyatu duası, müsəlmanların namazda oturaq vəziyyətdə oxuduqları bir duadır. Bu dua, həm fərdi, həm də camaat halında qılınan namazların ikinci və sonuncu rukətində oxunur.

Əttəhiyyatu duası ərəbcə

التَّحِيّـاتُ للهِ وَالصَّلَـواتُ والطَّيِّـبات ، السَّلامُ عَلَيـكَ أَيُّهـا النَّبِـيُّ وَرَحْمَـةُ اللهِ وَبَرَكـاتُه ، السَّلامُ عَلَيْـنا وَعَلـى عِبـادِ للهِ الصَّـالِحـين . أَشْـهَدُ أَنْ لا إِلـهَ إِلاّ الله ، وَأَشْـهَدُ أَنَّ مُحَمّـداً عَبْـدُهُ وَرَسـولُه

Əttəhiyyatu duasının oxunuşu

Ət-təhiyyətu lilləhi vəssaləvətu vəttayyibət. Əssələmu aleykə əyyuhən nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu aleynə və alə ibədilləhis salihin. Əşhədu əl lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluh.

Əttəhiyyatu duasının audiosı

Əttəhiyyatu duasının tərcüməsi

Bütün təriflər və (dil, bədən və mal ilə edilən) ibadətlər yalnız Allah üçündür. Ey məqamı uca olan Nəbi Məhəmməd! Allahın  mərhəməti, bərəkəti və salamı Sənə olsun. Salam və salamatlıq bizə və Allahın yaxşı qullarına olsun! Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur, yenə şahidlik edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur.

Əttəhiyyatu duasının ortaya çıxması Miraç gecəsi ilə əlaqədardır. Rəvayətə görə, Peyğəmbərimiz ﷺ bu möcüzəvi səyahət zamanı Allahın hüzuruna çatdı. Bu vaxt, Allahın Rəsulu ﷺ, Allaha olan dərin hörmətini ifadə edərək, Əttəhiyyatu kəlimələrini söylədi. Bu, Allaha qarşı dərin təvazökarlığın və təslim olmanın bir göstəricisi idi.

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

  1. azermuslimcom автор

    Allahummə salli alə Muhammədin ve ali Muhamməd

    Ответить
Яндекс.Метрика