Namazda əlləri bağlamağın dəlilləri

Namazda əlləri bağlamağın dəlilləri Namaz

İftitah təkbirinin ardınca dərhal əlləri bağlamaq sünnədir. Kişilər göbək altından, qadınlar isə sinə üstündən əlləri bağlayarlar. Həzrət Əlidən rəvayətə görə belə demişdir: 

«Sağ əlin sol əl üstünə göbəyin altında qoyulması sünnədir.»1

Qəbisə İbn Hulbun ( r.a ) atasından rəvayət etdiyinə görə atası belə demişdir: 

«Rəsulullah (s.ə.s) bizə imamlıq edər və namazda sol əlini sağ əli ilə tutardı.»2

Səhl ibn Səd ( r.a ) belə rəvayət etmişdir: 

«İnsanlar namaz qılarkən sağ əllərini sol əllərinin üstündə qoymaqla əmr olundular.»3

Əlin qoyulma forması belədir: 

Sağ əlin ovucu sol əlin üstündə qoyulur. Beləliklə baş barmaq ilə balaca barmaq bilək üzərində halqa edilir. Qadınlar isə iki əllərini sinə üstünə halqa etmədən qoyarlar. Çünki bu vəziyyət hicaba müvafiqdir. 

Şafeilərə görə, iki əlin qadınlarda sinə üstünə, kişilərdə isə göbək üstünə qoyulması müstəhəbdir. Çünki insanın qəlbi soldadır, beləliklə əllər ən şərəfli bədən üzvünün üstünə qoyulmuş olur. 

Malikilərə görə, namazda iki əlin vüqarlı bir şəkildə yanlara salınması məndubdur. Lakin nafilə namazlarda əllərin sinə üstündə bağlanması caizdir. Fərz namazlarda əl bağlamaq məkruhdur. Çünki bu, bir yerə söykənməyə oxşayır. Ancaq əl bağlama sünnə olduğuna inanılaraq edilərsə məkruh olmaz.4


  1. Əbu Davud, Səlat, 118; İbn Hənbəl, I, 110; Züheyli, e.a.ə., 1, 687
  2. Buxari, Istisqa, 19; Müslim, Cihad, 86; Nəsai, iftitah, 9; İbn Macə, iqamə, 3
  3. Buxari, Azan, 87, Səlat, 88; Müslim, Səlat, 55; Tirmizi, Məvaqit, 103, 104
  4. Züheyli, e.a.ə., 1, 687, 688

? Bax: «Islam Elmihalı»
Mənbə: t.me/Ehli_Sunne_Henefi

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика