Namaz qılanın özünün eşidəcəyi qədər bir səslə gülməsi yalnız namazı pozar, yaxınlığındakıların eşidəcəyi qədər bərkdən gülməsi isə dəstəmazını da pozar. Lakin təbəssüm namazı pozmaz. Hənəfilər istisna olamaqla üç məzhəbə görə isə bərkdən gülmək yalnız namazı pozar, dəstəmazı pozmaz.
Əbu Musa əl-Əşəridən (r.a) belə dediyi rəvayət olunmuşdur: «Bir gün Rəsulullah (s.ə.s) insanlara namaz qıldırarkən bir adam məscidə daxil olaraq oradakı bir çuxura düşmüşdü. Həmin şəxsin gözləri kor idi. Namazdakıların əksəriyyəti buna güldülər. Bunun üzərinə Hz. Peyğəmbər (s.ə.s) gülənlərin namazları ilə birlikdə dəstəmazlarını da təzələmələrini əmr etdi.»
Başqa bir hədisdə Hz. Peyğəmbər buyurur: «Sizdən hər kim qəhqəhə ilə gülərsə, həm namazı, həm də dəstəmazı təzələsin.»1
- Zeyləi, Nəsb, I, 47-54.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.350-351)






