İstiğfar duasının başı və ən fəzilətlisi Peyğəmbərimizin ﷺ bildirdiyi «Seyyidül İstiğfar» duasıdır.
Seyyidül İstiğfar duası ərəbcə
اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
Seyyidül İstiğfar duasının oxunuşu
Allahummə əntə rabbi lə iləhə illə əntə xaləqtəni və ənə abdukə və ənə alə ahdikə və və’dikə məstəta’tu əuzu bikə min şərri mə sanə’tu əbu-u ləkə bi ni’mətikə aləyyə və əbu-u bizənbi fəğfirli fəinnəhu lə yəğfiru’z-zunubə illə əntə.
Seyyidül İstiğfar duasının tərcüməsi
Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur, məni Sən yaratdın, mən Sənin qulunam, gücüm çatdığı qədər əzəldə Sənə verdiyim əhd və vədimdə sabitəm. Allahım, etdiyim qüsurların şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm. Günahımı da etiraf edirəm. Günahlarımı bağışla, çünki günahları ancaq Sən bağışlayırsan.
Seyyidül İstiğfar duasının audiosı
Seyyidül İstiğfar duasına dair hədis
Peyğəmbərimiz ﷺ mömin olan kimsənin Cənnətə girəcəyini bildirmək üçün belə buyurur:
«Hər kim savab və fəzilətinə inanaraq bu duanı gündüz oxuyar və həmin gün axşam olmadan ölərsə, o kimsə Cənnət əhlindəndir. Hər kim savab və fəzilətinə inanaraq bu duanı gecə oxuyar və səhər olmadan öncə ölərsə, o kimsə də Cənnət əhlindəndir.«
Buxari, Dəavət, 2.








Seyyidül İstiğfar duasını hər bir müsəlman bilməlidi. Allah razı olsun
Cümləmizdən