Sual təfərrüatı:
Hocam, mən günahlarıma tövbə etdim. Amma içim çox yanır. Sanki heç düzələ bilməyəcəmmiş kimi hiss edirəm. Bütün ibadətlərimi yerinə yetirirəm, amma bağışlanmayam ya da normala dönə bilməyəcəm deyə çox qorxuram. Mənə yol göstərə bilərsinizmi?
Sizin videolarınızı izləyirəm. Həyatıma aldığım bütün yalnış insanlaıri da çıxartmışam. Amma sanki tövbəmə sadiq qalmağım üçün kiminsə yardımına, mənə yol göstərməyinə ehtiyacım var.
Cavab:
Salamun aleykum. Heç tərəddüd etmədən bunları bilməlisən:
Şeytan bizim ən böyük düşmənimizdir və bizi sadəcə gühanlara batırmaqla yetinmir. Günahlardan qurtulduqdan sonra tövbəmizlə də üzərimizə gəlir. Məsələn ağlımıza “bu tövbə həqiqi tövbə deyil..!” fikrini salan şeytandır. Biz Allahın qullarıyıq. Bizə günah işləməyi qadağan edən də, Günahlardan tövbə etməyi əmr edən də Odur. Biz, bizə əmr olunan kimi tövbəmizi edər və Allaha sonsuz bir güvənlə bağlanarıq. O, tövbə edənləri bağışlayaram dedi isə bağışlayar. Allahın vədinə iman etməyə borcluyuq. Əgər iman edə bilmiriksə, onda niyə Allahın vədinə güvənmədiyimiz sualına cavab axtarmalıyıq. Hazırda səni stressə salan məhz bu ziddiyyətdir.
İndi sən:
- Böyük peşmanlıq hissi ilə nasuh bir tövbə etdinsə, ki etdin əlhəmdülillah, onda tövbənə və sənə rəhmət qapısını açacaq olan Allaha güvən.Rahat ol
- Başda namaz olmaq şərti ilə ibadətlərini əskiksiz et.
- Tez-tez dua et. Dua etməyi özün üçün nəfəs almaq kimi məcburi bil.
- İçində boşluğun yaranmasına imkan vermə. Çünki boşluq olarsa şeytan yenidən səni dürtmələməyə başlayar. Davamlı olaraq özünə məşguliyyətlər tap, həatını dolu-dolu yaşa. Heç bir işin olmadığı zamanlarda belə otağının əşyalarının yerini dəyiş. Beləcə şeytanın səni boş anında yaxalamasına imkan vermə. Görəcəksən ki, Allahın izni ilə, daha yaxşı olmusan.
Mən də sizin üçün dua edərəm və sizdən də dua gözləyirəm.
Salam və dua ilə…
Nurəddin Yıldız
Mənbə: fetvameclisi.com
Tərcümə: azermuslim.com







