İmam Tahavi (rəhiməhullahu təala) demişdir:
1. “Bu (kitab) islam dininin fiqh alimi Əbu Hanifə Numan ibn Sabit Əl Kufi, Əbu Yusif Yaqub ibni İbrahim Əl Ənsari və Əbu Abdullah Muhamməd ibni Əl Həsən əş Şeybaninin məzhəbinə görə əhli sünnət vəl cəmaət əqidəsinin bəyanını zikr edən, dinin əsaslarında inanılması lazım olan və onunla aləmlərin Rəbbinə qulluq edilən şeyin açıqlaması haqqındadır”.
Şərh
“Bu”sözü ilə zehnində və qəlbində olanlara işarə etmişdir, çünki xütbənin yazılması kitab tamamlanmasından öncə baş vermişdir. Mənzumədə dediyi kimi: “Bu ixtilaflı məsələlərlə bağlı bir kitabdır”.
Əgər “bu” sözü kitab yazıldıqdan sonra olsaydı, zehnində nəzərdə tutduğuna deyil, qarşısındakı kitaba işarə edərdi.
“Əqidə” qəlbin bağlandığı bir şeydir və böyük bir niyyətlə qərar verməkdir. Möhkəm bir qərara gəlib, qəlbi bir şeyə bağlanan şəxsə “filankəs etiqad etdi” deyilir.
Üsuliddin elmi bədən üzvlərinin əməlləri ilə deyil, qəlblə bağlı olduğu üçün əqidə adlanmışdır. Firuiddin elminin əksi olaraq, üsuliddindən məqsəd əqidənin özüdür. Çünki firuiddindən məqsəd namaz və ona bənzər ibadətlərin bədən üzvləri ilə bağlı olan əməlləridir.
“Sünnət” lüğətdə “yol” deməkdir, “əhl” isə ona (sünnətə) bağlı olan anlayışdır. “Şəriət”in mənası isə dində gedilən yolun adıdır.
Bəzən sünnətə Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) yanaşı səhabələrinin yolu da aiddir. O (s.ə.s) belə buyurmuşdur: “Mənim sünnətimdən və məndən sonra Raşidi xəlifələrin sünnətindən yapışın” (Əbu Davud (3991-ci hədis) və Tirinizi (2600-ci hədis) hədisin həsən səhih olduğunu qeyd etmişlər. İbn Macə (42-ci hədis) və Hakim (301-ci hədis) də həmin hədisi nəql etmiş və hədisin səhih olduğunu bildirmişlər.) Lakin burda məqsəd Nəbimizin (salləllahu aleyhi və səlləm) getdiyi yoldur. O, Uca Allahın:

“(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq” ayəsinə əsasən bu yola dəvət etməyə əmr olundu (Yusif surəsi, 108-ci ayə).
“Camaat”dan məqsəd səhabə və onlara yaxşı əməlləri ilə tabe olanlardır və Peyğəmbərin (salləllahu aleyhi və səlləm): “Bu yol mənim və səhabəmin yoludur” hədisi buna işarədir. Həmin yol həva və bidət əhlinin yoluna zidd olduğu üçun əhli sünnət vəl cəmaət yolu adlandırılmışdır.
“Məzhəb” gedilən yerdir və ona tabe olunan yoldur. Ürfdə isə bu, hər bir müctəhidin rəyi üzərində təyin olunan bir ifadə oldu. İmam Əbu Hanifənin (rəhiməhullah) hökmlərinə Hənəfi məzhəbi deyildi. Sanki ona təqlid edən kəs bu istiqamətdə gedib ona tabe olur.
“Fiqh” sözü lüğətdə dəlilə əsaslanaraq dəqiq anlayış deməkdir. Terminoloji mənada “fiqh” dəlillər əsasında şəriət ehkamlarım bilməkdir. İslamın fəxri adlandırılan imam Bəzdəvi “ona əməl etməkdir” ifadəsini də əlavə etmişdir. İmam Əbu Hanifə (rəhiməhullah) isə belə yazır: “Fiqh elmi nəfsi və ona xeyir və zərər olan şeyləri tanımaqdır, yəni itaət və ibadətləri yerinə yetirməklə savabdan faydalanacağım, haram və qadağaları işləməklə cəzadan zərər çəkəcəyini bilməkdir».
Əbu Hanifəni və onun ardıcıllarını “din” fəqihləri adlandırmışlar. Bu din Nəbimizə (salləllahu aleyhi və səlləm) göndərilən hənif dinidir, çünki onunla alimlərin şam yüksəlir, hüccət və dəlilləri qüvvətlənir. Keçmiş alimlər üsul və fiıru kitablarım yazıb, səhih rəylə eşidilən rəvayətləri bir araya gətirmişlər. Bu mənada ki, fəqihlər şəriət ehkamlarını dəlilləri ilə bilən və ona əməl edənlərdir və onlar bu ikisini bir yerə cəm etmişdir.
Elmə gəlincə, elmi əsərlər şərqdə və qərbdə artıq üzə çıxmağa başlamışdır. Şeyx Vəki elmlə bağlı belə demişdir: “Fiqhdə və kəlam elmində başqasına açılmayanlar Əbu Hanifəyə açılmışdır”. Şeyx Həsən isə demişdir: “Nəzər bin Şamilin belə söylədiyini eşitdim: “Əbu Hanifə (rəhiməhullah) fiqhə açıqlamalar, izahlar və şərhlər verməklə, elmdən qafil qalan (laqeyd yanaşan) insanları oyandırmışdır”. İmam Şafi (rəhiməhullah) isə haqlı olaraq: “Bütün insanlar fiqhdə Əbu Hanifəyə borcludur” — demişdir. Əhməd bin Səbah Əbu Hanifə haqqında demişdir: “İmam Şafinin belə söylədiyini eşitdim. Malik bin Ənəs dedi: “Əbu Hanifəni gördünmü?” O cavab verdi: “Bəli, elə bir adam gördüm ki, əgər bu dirək haqqında səninlə danişsa (yəni desə ki, bu taxta dirək qızıldır), dəlil gətirərək taxta dirəyin sənə qızıldan olduğunu isbat edər”.
Əmələ gəlincə, Əli bin Zeyd belə demişdir: “Əbu Hanifənin (rəhiməhullah) Ramazan ayında Quranı 60 dəfə xətm etdiyini, bir xətmi gecə, bir xətmi isə gündüz etdiyini gördüm” (İbn əl-Bəzzaz əl-Kərdəri “Mənaqibu Əbi Hanifə” (c.l, s.232), Allamə Şeyx Şueyb Abdul Kafi “Ər-Raudul faiq fil məvaizi var raqaiq” (s.210)). Hafs bin Qiyas isə onun haqqında deyib: “Əbu Hanifə 40 il sübh namazını işa namazının dəstəmazı ilə qılardı. Onun elm və əməlindəki təqdirəlayiq keyfiyyətləri məşhur və saysızdır” (“Əl-Xətib Əl-Bəğdədi “Tərixu Bəğdəd” (c.13, 8.354).
Mühəddislərin (hədis alimləri) imamı sayılan Əbu Cəfər Tahavi onların elmlə əməli bir arada cəm etdikləri və bunun da əhli sünnət vəl cəmaətin əsası olduğu qənaətinə gəlmişdir. Buna görə Tahavi onları dinin fəqihləri adlandırmış və Əbu Hanifəni özü üçün imam seçmişdir ki, bunun səbəbi Əbu Hanifənin səhabə əsrində doğulması və onların bəzisindən hədis rəvayət etməsidir. Tabiin zamanında fiqhi öyrənmiş və onların bəziləri ilə münazirələr etmişdir. Qurani Kərimdə buyurulduğuna görə, Allah onlardan razı və onlar da Allahdan razıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrin xeyirli əməllərinin şahidi olub belə buyurmuşdur: “Xeyirli əsr mənim olduğum əsr, sonra onların ardıcıllarının əsridir”.
2. “Dinin əsasları (üsuliddin) inanılması lazım olan və onunla aləmlərin Rəbbinə qulluq edilən şeyin açıqlaması haqqındadır”.
Şərh
“Etiqad”ın mənası yuxanda açıqlanmışdır. “Üsuliddin”(etiqad elmi) xüsusi elm olaraq əlavə tərtib edilmişdir. Xüsusiyyətlərinə görə onun tərifi belədir: “Bu elm islam qanununa əsasən araşdırılaraq, şübhələri aradan qaldırmaq və imam möhkəmləndirməkdə yəqini əldə etmək üçün filosoflann üsuluna əsaslanmayan, Allahın adlan, sifətləri, felləri, mələklər, peyğəmbərlər, imamlar, övliyalar, məbdə (ilk yaranış), məad (ölümdən sonrakı dirilmə) haqqında bəhs edən bir elmdir».
Bəzən üsuliddin elmi kəlam elmi adlanır, çünki barəsində danışılan və üzərində müzakirə apanlan məsələnin ən aşkan kəlam məsələsidir (Yəni elm bütünlüklə kəlam məsələsi adlanmışdır). Bəziləri üsuliddin elmi haqqında belə deyir: “Bu elmin kəlam adlanmasnun səbəbi onun kamilliyi, həqiqətlərin bəyanı və incəliklərin göstərilməsi ilə əks olunmasıdır və bu, ancaq həmin elmlə əldə edilir. Kəlam deyilməsi mübaliğə üçündür, məcazidir. Əqli bəhsləri və dəlilləri inkar edənlərdən Allahın sifətləri və felləri ilə bağlı məsələ soruşulduqda, “bizə bu barədə danışmaq qadağan edilmişdir” — deyərlər. Bu ad çox işləndiyi üçün məşhur ada çevrilmişdir.
Din ağıl sahiblərini xeyrə doğru aparan İlahi quruluşdur. Belə ki, Allah Təala Uca Kitabında buyurur:

“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır.” (Ali İmran surəsi, 19-cu ayə)

“Sizin üçün din olaraq islamı bəyənib seçdim.” (Maidə surəsi, 3-cü ayə)
“Din” sözü “tabe olma, itaət, mükafat və hesab” mənasında gəlmişdir. Dindar insan qiyamət gününün hesab və cəzasım təsdiq edən itaətkar müsəlmandır və qulların ən xeyirlisidir.
“Və onunla aləmlərin Rəbbinə qulluq edilən şeyin açıqlaması haqqındadır”, yəni onu din olaraq qəbul etdilər və bu yolda mülk sahibi olan “Rəbb”indən, Allahdan mükafatım gözləyirlər. “Aləmlər” və onda olanlar — mələklərin, insanların və cinlərin adıdır. Bəziləri deyir ki, bütün bunlar Yaradanın varlığını sübut edən əlamətlərdir (Yəni aksidensiya adlanan cisimlərin və onların xassələrinin varlığı Yaradanın (Azzə və Ləllə) varlığına işarə edən əlamət və dəlillərdir. Aləmə gəlincə isə, onun maddələri, cövhərləri və xassələri var. Lakin bu, Allah Təalanm cismanilikdən, kəmiyyətdən, miqdardan və cisimlərin xassələrində olan hər şeydən (hərəkət, sükunət, birləşmə, ayrılma, forma və surət) münəzzəh olmasını göstərir. Sübhanə və fəala zalımların dediklərindən Uca və Böyükdür.)
Mövzunun anlaşılması üçün suallar
- “Əqidə” nə deməkdir?
- “Məzhəb” və “camaat” nə deməkdir?
- Kimləri fiqh alimi adlandırırlar?
- Üsuliddin elmi nə üçün kəlam elmi adlanmışdır?
? Kitab: Tahavi əqidəsinin şərhi. Şeyx Əkmələddin Əl-Baburti







