Sual: Bir çox insanlar ulduz falı oxumağı və insanların xarakterlərini doğulduqları bürcün işarəsi ilə təyin etməyi sevirlər (və hətta buna əsaslanaraq evliliklər, görüşlər, həyatdakı bəzi hadisələr barədə plan qururlar). Bu tətbiqin İslamda bir əsası varmı?
Cavab: Bu tətbiqin (bürc işarələri ilə insanların xarakterini təyin etməsi) İslamda əsası yoxdur. Bu, insanların xarakteri ilə heç bir əlaqəsi olmayan saxta, uydurma bir anlayışdır. Bundan əlavə, ulduz falı — falçı və kahinlərin alətləridir, onlardan mümkün qədər uzaq durmağı buyururuq.
Allah Rəsulunun (səllallahu əleyhi və səlləm) hədisində buyurulur:
“Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə; Məhəmmədə (səllallahu əleyhi və səlləm) nazil olanı inkar etmiş olar.”1
Allah ﷻ daha yaxşı bilir.
Müfti Suhail Tarmahomed
- İmam Əhmədin Müsnədi, hədis 9536, Əbu Hüreyrənin rəvayət etdiyi
Mənbə: annisa-today.ru
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







