Ölənin arxasınca ağlamaq günahdırmı?

Əqidə

Sual: Xocam, ölən birinin arxasından ağlamaqla bağlı soruşuram: Ağlamaq bilərəkdən olan bir şey deyil axı. Bu necə günah ola bilər? Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də ağlamadımı?

Cavab:
Bu sualı sadəcə “ağlamaq günahdırmı?” şəklində başa düşsək, heç bir nəticəyə gələ bilmərik. Çünki belə bir şey yoxdur. Amma daha dərindən yanaşsaq belə deyə bilərik: “Ağlamaq” feili dilimizdə “fəryad etmək, hönkürtü ilə ağlamaq, hıçqırıqla ağlamaq, səssizcə içdən ağlamaq, gözyaşı ilə ağlamaq və s. kimi birdən çox şəkildə ağlamağı ifadə edir. Bunların hər biri ağlamanın fərqli növləridir və hökmləri də fərqlidir. Təbii bir duyğu ilə ağlamalar olduğu kimi, süni şəkildə ətrafa uyğun davranmaq üçün ağlama səsi çıxartmaq da var. Bu ikisinin hökmünün eyni olmasını gözləmək olmaz. Bəli, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də ağlayıb, amma fəryad etməyib. Onun ağlaması həmin vaxtdakı duyğularının nəticəsi idi, qədərə ünyan sayılacaq bir refleks deyildi.

İnsan sevincdən də ağlaya bilər, kədərdən də. İçindəki mərhəmət hissi də insanı ağlada bilər, qorxu və narahatlıq da. İnsan yalandan da ağlaya bilər. Ağrı da insanı ağladar, qıdıqlanma da. Münafiq də ağlaya bilər, mömin də. Bunların hamıs kənardan ağlama şəkində görülür, amma əsla eyni deyillər.

Dinimizdə insanın şəxsiyyətini tükədən, içində qədərə etiraz olan ağlamalar qadağan edilib. Duyğusallıq və kədər hissinin nəticəsi olaraq içdən ağlamaq isə insan fitrətinin xüsusiyyətidir. İnsanıq, acizik, faniyik, qəribik, kədərliyik; əlbətdə ağlayarıq, amma həddimizi aşmarıq.

Sualı cavabladı: Nurəddin Yıldız


Mənbə: fetvameclisi.com
Tərcümə: azermuslim.com

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика