Münafiqlə riyakar arasında fərq budur:
Münafiq, zahirən iman etmiş kimi görünüb, küfrünü içində saxlayan insandır.
Riyakar isə onu görənlər dinini gözəl şəkildə yaşadığına inansınlar deyə, qəlbində kifayət qədər olmadığı halda, davranışlarında özünü olduqca səmimi göstərən insana deyilir.
Başqa sözlə desək, münafiq heç kimin olmadığı və görmədiyi yer və zamanda namaz qılmayana; riyakar isə ən gözəl namazı insanların yanında qılana deyilir.
Bilmək lazımdır ki, namaz və zəkat kimi fərz ibadətləri açıq şəkildə yerinə yetirmək vacibdir. Çünki bunlar insanın müsəlman olduğunu göstərən əsas əlamətlərdəndir. Bu əməlləri tərk etmək isə böyük bir günah olduğundan insan müsəlman olduğunu bəyan etmək və haqqında yarana biləcək şübhələri aradan qaldırmaq üçün fərz ibadətləri açıq şəkildə eidrə. İbadətləri gizlətmək isə nafilələrə aiddir. Lakin nafilələrin başqalarına nümunə olacağına ümid edilərsə, açıq şəkildə də edilə bilər.
Bir nəfər məsciddə sükür səcdəsi edən və bunu çox uzadan bir adamı görmüş və “bu nə gözəl bir şeydir, kaş bunu evində etsəydi!” demişdir. Alimlər “nafilələr utanmadan dolayı tərk edilməyəcəyi kimi, riyakarcasına da edilməməlidir. Çünki nafilələrdə riyadan çəkinmək çox çətindir” deyə buyurmuşlar. Elə bundan ötrü Hz. Peyğəmbər (səllallahu aleyhi və səlləm): “Riya qara qarışqanın qaparanlıq gecədə qara zəmin üzərindəki hərəkətindən daha gizlidir” (bənzər hədis üçün baxın, Əhməd ibn Hənbəl, Müsnəd, 4/403) buyurmuşdur.
Salam və dua ilə…
Mənbə: Fəxrəddin ər-Razi, Təfsir əl-Kəbir Məfatih əl-Qayb, Maun surəsi, 6)
Tərcümə: azermuslim.com







