Mələk lüğətdə “xəbərçi, elçi, güc və qüvvət kimi mənalara gə|ir. Bunlar Allahın əmri ilə müxtəlif tapşırıqları yerinə yetirən, yaradılış məqsədinə uyğun fəaliyyət göstərən, gözlə görülməyən nurani və ruhani varlıqlardır. Uca Allah mələkləri nurdan, cinləri atəşdən və insanı torpaqdan yaratmışdır. Mələklər insandan əvvəl yaradılmışdır.124
Qurani-Kərimdə mələklərə iman gətirməyin fərz olduğunu bildirən bir çox ayə vardır: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”125
“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan…”126
Uca Allah vəhyini peyğəmbərlərinə və dolayı yolla insanlara mələk vasitəsilə göndərdiyi üçün mələklərə iman gətirmək, peyğəmbərlərə imandan əvvəl gəlir. Qurani-Kərimdə bu ardıcıllığa riayət olunduğu kimi127, iman əsaslarının müəyyən edildiyi hədislərdə də eyni ardıcıllığın gözləndiyi nəzərə çarpır.128 Quranda mələklərə düşmən olanlar “küfr əhli” kimi qələmə verilir və bu kimilərinin Allahın düşməni olduğu vurğulanır.129
Mələklər səmada olurlar və Allahın bir əmri ilə müxtəlif tapşırıqlar üçün nazil olurlar. Qurani-Kərimdə belə buyurulur: “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəvə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir.”130
Mələklər hissi orqanlarla hiss edilməyən, gözlə görülməyən, daim Allaha qulluq edən, verilən tapşırıqları tam yerinə yetirən, günah işləməyən nurani və ruhani varlıqlardır.
Mələklər fövqəltəbii varlıqlar olduğu üçün müsbət elmin sahəsindən kənardırlar. Ancaq ağıl kainatı yaradan Uca varlığı qəbul edincə, Onun bildirdiyi xəbərlərin də doğruluğunu təbii olaraq təsdiqləyir. Onlar haqqında məlumat verən mənbə yalnız Quran ayələri və səhih hədislərdir. Bu mənbələrdə də onların xarakteristikaları və vəzifələri ilə bağlı məhdud məlumat verilmişdir.
- Bax. Bəqərə. 2/30.
- Bəqərə. 2/285.
- Bəqərə, 2/177.
- Bax Bəqərə, 2/285.
- Bax Buxari, İman, 37; Müslim, İman 1
- Bax Bəqərə, 2/98.
- Məryəm, 19/64.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.126-127)







