Kredit kartından istifadə etmək olarmı?

Kredit kartından istifadə etmək olarmı? Ticarət

Bəşəriyyət tarixində mübadilə vasitəsi kimi əvvəlcə dəmir (qızıl, gümüş və s.) pullar daha sonra da kağız pullar kəşf edilərək istifadə olunmuşdur. Zəmanəmizdə alış-verişi daha da asanlaşdırmaq məqsədilə sənəd, çek və kredit kartı kimi vasitələr pul əvəzi istifadə olunmaqdadir. Bank və digər oxşar müəssisələr gəlir əldə etmək və dövriyyəsini artırmaq məqsədilə öz müştəriləri ilə «vəkalət, zaminlik, həvalə və ya kredit» münasibətlərini nizamlayan bir kredit kartı müqaviləsi bağlayaraq «kredit kartı«ndan istifadə etmələrini təmin edir. Bundan əlavə, bəzi mağaza və marketlərlə də göstərilən xidmət və ya satılan malın pullarını müştərinin bankdakı hesabından ödəmək üzrə müqavilə bağlayır. Bank ilə mağazanın arasındakı sözügedən müqavilədə də əksər hallarda qəbzdəki məbləğin 4-6% qədər bir əvəzin, banka komissiya kimi verilməsi tələb olunur(Döndüren, «Ticaret Rehberi», ş. 171-172.).

Məşhur hənəfi alimlərindən biri olan Sərəxsı (v. 490/1097) «bir şəxsin etdiyi alış-verişə kəfil olmaq (zamin durmaq)» başlığı altında bu mövzuya təmas etmiş və: «Bir şəxs digərinə: «Filankəslə alış-veriş et, nə alıb versən mən ona zaminəm«, — deyərsə, bu, dediyi formada caiz olar» ifadəsini qeyd etdikdən sonra, satıcı ilə zamin duran və malı satın alan arasındakı hüquqi münasibətləri təfərrüatı ilə şərh etmişdir(Ətraflı məlumat üçün bax. Sərəxsi, «Məbsut», XX, 50-52.7).

Əvvəla zəmanəmizdə ən çox istifadə olunan kart növlərini qeyd edək, sonra da İslami baxımdan onlardan istifadənin hökmü ilə bağlı məlumat verək:

  1. Debet (debit) kartı: bankomat və ya bankın kassalarında yerləşən POS-terminalları vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsaitdir. Yəni, mal və xidmətlər üzrə ödənişlər etmək, bankomatlarda nağd pulların çıxarılması üçün istifadə olunan bank ödəniş kartıdır. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağda pul keçirilməsindən asılı olmayaraq, kart sahibinin bank hesabından müəyyən məbləğ çıxılır. Debet kartının sahibi hesabında olandan artıq pul xərcləyə bilməz. Burada bank hesab sahibinin mağazalara olan borcunu, onun hesabındakı puldan ödəyir.
  2. Kredit (credit) kartı: bu kartlar öz sahibinə bankdan götürülən borc pul vəsaitlərindən istifadə etmək imkanı verir və müəyyən zaman intervalında borcalan onu geri qaytarır. Əks təqdirdə, faizi ilə ödəmək məcburiyyətində qalır. Debet kartları kimi kredit kartları da məhdud pul vəsaitinə malikdir və onun həcmi yalnız potensial kredit götürənin ödəmə qabiliyyəti ilə müəyyən edilir. Burada əvvəlcədən hesaba pul qoymaq məcburiyyəti yoxdur.
  3. Ödəmə (charge) kartı: bu növ kartlarda kart sahibinin bank hesabına əvvəlcədən pul qoyma məcburiyyəti olmamaqla yanaşı, mağazalarda etdiyi alış-verişlərin pulunu otuz gün ərzində ödəmə məcburiyyəti də yoxdur. Belə ki, kart sahibi borcunu imkanına görə və ya bank ilə bağladığı müqaviləyə əsasən faizi ilə birlikdə kreditlə, yəni hissə-hissə ödəyir.

Əvvəla qeyd edək ki, İslama görə, yuxarıdakı kart növlərindən üçüncüsünü, yəni ödəmə (charge) kartını tamamilə faiz olduğu üçün istifadə etmək caiz deyil. Debet və kredit kartları isə, faizli kredit götürməmək və borcu da faizə girmədən vaxtlı-vaxtmda ödəmək şərtilə istifadə oluna bilər. Ən çox istifadə olunan ikincisində, yəni kredit kartında kart sahibi borcunu bankın müəyyən etdiyi vaxtda ödəyərsə, faizə girməmiş olar. Bank da müqavilə bağladığı mağazadan xidmət haqqı olan öz komissiyasını alır. Ancaq borc vaxtında ödənmədiyi təqdirdə, bank bir zamin kimi borcu mağazaya ödəyər və daha sonra kart sahibindən faizi ilə birlikdə borcu götürər.

Nəticə etibarilə, vurğulamaq lazımdır ki, bir müsəlman məcbur deyilsə, faizli bankların kredit kartlarından istifadə etməməlidir. Çünki həm faizə bulaşma ehtimalı, həm də faizli bankın dövriyyəsinə iştirak etmək məsələsi var. Ona görə də bu kimi hallardan uzaq durmaq lazımdir. Əks təqdirdə, «Maidə» surəsinin 2-ci ayəsində buyurulan «Günah işlər görməkdə bir-birinizə köməkçi olmayın» ayəsinə əməl edilməmiş olunar. Əgər faizli bankın kredit kartı məcburi şəkildə istifadə olunarsa, borclar vaxtlı-vaxtmda ödənməlidir ki, faiz meydana gəlməsin. Onu da qeyd edək ki, bankların etdiyi kampaniyalar faizli sistemin hədiyyəsi olduğu üçün götürülməsi caiz deyil.


Kitab: Dəlilləriylə ticarət elmihalı
Müəllif: Anar Qurbanov

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика