İmanın artıb-azalması məsələsi

Əqidə

İman inanılması vacib olanlar, yəni iman əsasları baxımından artmaz və azalmaz. Bir şəxs inanılması vacib olan prinsiplərin hamısına inanıb təsdiq etmədikcə mömin sayılmaz. Bu mövzuda alimlə cahil, qadınla kişi arasında hər hansı fərq yoxdur.


İman qüvvətli və ya zəif olma nöqteyi-nəzərdən fərqlilik təşkil edə bilər. Çünki bəzilərinin imanı qüvvətli, bəzilərininki də zəif ola bilər. Sadəcə eşitməyə və ya görməyə istinad edilən inanma olduğu kimi, yaşayaraq və qəlbdən hiss edərək inanma da ola bilər.

Belə ki, Hz. İbrahim etiqadını qüvvətləndirmək üçün Allahın ölüləri necə diriltdiyini anlamaq istəyərək Uca Allaha müraciət etmiş, “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” sualına “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (so-ruşdum)..”31 cavabını vermişdir. Burada onun imanının dirilməyi gördükdə daha da qüvvətləndiyi açıq-aşkardır.


Qurani-Kərimin müxtəlif ayələrində imanın artdığı ifadə edilir:

“Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.”32

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur.”33 “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.34 Bu ayələr və Hz. Peyğəmbərin yuxarıda qeyd olunan Əmmar İbn Yasirin imanı ilə bağlı hədis və bu kimi digər hədislər imanın qəlbdəki möhkəmliyinin fərqli olduğuna dəlalət edir.


  1. Bəqərə, 2/260.
  2. Tövbə, 9/124.
  3. Fəth, 48/4.
  4. önfal, 8/2.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.101-102)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика