İslamdan əvvəl Ərəbistan yarımadası

Siyər

İslamdan əvvəl ərəblərin vəziyyəti

İslamdan əvvəl Ərəbistan yarımadası qaranlıq bir cəhalət dövrü yaşayırdı. Ərəblər birbiri ilə dava edən, boğuşan qəbilələrdən ibarət idi. Haqq dini unudub, müxtəlif bütlərə sitayiş etməyə başlamışdılar. Cahilliyyə dövründə yalnız bütlərə sitayiş edilmirdi, eyni zamanda bütün batil ideologiyalarda olduğu kimi, bütpərəslik də insanların mənəviyyatını öldürür, onları insanlıq duyğularından məhrum edirdi. Ona görə də həmin dövrdə:

  • Doğru bir əqidə sistemi yox idi.
  • Dinlərarası düşmənçilik baş alıb gedirdi.
  • Cəhalət və xurafat hökm sürürdü.
  • İnsan haqlarına riayət olunmurdu.
  • Kölələr və əsirlər pərişan halda idi.
  • Qadınlar bir çox haqlardan məhrum idi.
  • Əxlaqsızlıq və zina o qədər yayılmışdı ki, insanların çoxu atasını belə tanımırdı.
  • Qız övladına sahib olan ata camaat içinə çıxa bilmir, hamı onu lağa qoyurdu.
  • Qız uşaqlarını diri-diri torpağa basdırmaq adət halına çevrilmişdi.
  • Fəzilətlər rəzalət, rəzalətlər fəzilət kimi qəbul edilirdi.
  • İçki və qumar əsla ayıb sayılmırdı.

Digər ölkələrdə yaşayan insanlarin halı da, Ərəbistandakı vəziyyətdən fərqli deyildi. Bir sözlə, dünya çox qaranlıq və qarışıq bir vəziyyətdə idi. İnsanlığı bu hallardan qurtarmaq üçün, bir Peyğəmbərin gəlməsi gözlənilirdi. Yəhudilərin və xristianların kitabları belə bir Peyğəmbərin gələcəyindən xəbər verirdi. Məhz Məkkədə anadan olan Muhamməd (s.ə.s) gözlənilən həmin Peyğəmbər idi.

İslamdan əvvəl Məkkə və Kəbə

Qədim zamanlardan bəri Ərəbistan yarımadasanın ən əhəmiyyətlı və müqəddəs şəhəri Məkkə olmuşdur. Məkkədə yerləşən Kəbəni Həzrət İbrahimlə (ə) oğlu İsmayıl (ə) tikmişdi. Kəbə ibadət məqsədilə işlədilən bir məbəd idi. Ancaq ərəblər sonralar oranı sitayiş etdikləri bütlərlə doldurdular. Ətrafdan gələn ziyarətçilər onlara qurban kəsir, sədəqə verirdilər. Məkkə eyni zamanda yavaş-yavaş bir ticarət mərkəzinə çevrildi. İl ərzində Məkkədən Yəmənə və Suriyaya ticarət karvanları gedib, gəlirdi.

Zəmzəm quyusunun təmizlənməsi

Zəvvarlara su paylamaq və onları qarşılayıb qulluq etmə işi Əbdülmüttəlibə qaldi. Ancaq su paylama işi çətin idi. Zəmzəm quyusu dolduğuna görə su götürmək olmurdu. Məkkənin ətrafındaki quyulardan su gətirmə ehtiyacı yaranırdı. Ona görə də Zəmzəm quysunun gözünün tapılıb təmizləməsinə ehtiyac var idi. Çünki vaxtilə Məkkəyə düşmən hücum edən zaman, Cürhum qəbiləsindən olan ziyankarlar qiymətli əşyaları Zəmzəm quyusuna atmış, üstünə də torpaq doldurub yerini itirmişdilər.

Əbdülmüttəlib oğlu Harislə quyunu təmizlədi. Quyunun içindən qılınclar, zirehlər, geyim əşyaları çıxdı. Quyu təmizlənən kimi, bol-bol su qaynamağa başladı. Əbdülmüttəlibin1 bu xidməti çox təqdirəlayiq bir işi kimi qiymətləndirildi.

Əbrəhənin Kəbəyə hücumu

Ərəblər arasında Kəbənin çox böyük əhəmiyyəti var idi. Dinə görə müqəddəs sayılmasından başqa, Onun yerləşdiyi Məkkə həm də Ərəbistanın ticarət mərkəzi idi. Məkkədə bazarlar (yarmarkalar) quru­lur, hər tərəfdən insanlar axın-axın bura gəlirdi. Xalqı buraya cəlb edən məhz Kəbeyi-Müəzzəmə (əzəmətli Kəbə) idi. Yəmən valisi Əbrəhə Sanada müqəddəs bir yer tikərək ərəbləri oraya çəkmək istəsə də, buna müvəffəq ola bilmədi. Nəhayət, Kəbəni aradan qaldırmaq qərarına gəldi. Həbəşilərdən top­ladığı bir ordu ilə Məkkəyə yollandı. Ordunun önündə böyük bir fil var idi. Məhz həmin filə görə də bu hadisə İslam tarixində “Fil hadisəsi” kimi öz yerini almışdır.

Əbrəhənin Kəbəni yıxmaq xəbəri ərəblər arasında yayıldı. Hər yerdən Əbrəhəyə qarşı vuruşmaq istəyən könüllülər ortaya çıxdı. Ancaq düşmənin qarşısında dayana bilmədilər. Bu qeyri-mütəşəkkil qruplar Əbrəhənin ordusuna əsir düşdülər. Əbrəhə Məkkəyə yaxınlaş­dığı zaman süvarilərdən birini kəşfiyyata göndərdi. Onlar Qureyşlilərin mallarını soyub-talayıb Əbrəhəyə gətirdilər. Qarət edilən mailarm arasında Əbdülmüttəlibin 100 dəvəsi də var idi.

Başlarında Əbdülmüttəlib olmaqla Məkkəlilərdən ibarət bir heyət Əbrəhəyə xahişə getdilər. Əbrəhə nə üçün gəldiklərini soruşdu. Əbdülmüttəlib qarət edilən mailarm geriyə qaytarılmasını istədiklərini söylədi. Bunun müqabilində Əbrəhə:

Mən zənn etdim ki, Kəbəni zəbt etməməyim üçün xahişə gəldiniz. Siz isə dəvələrinizin dərdindəsiniz!..

Əbdülmüttəlib Əbrəhəyə belə cavab verdi:

Mən dəvələrin sahibiyəm və onlan istəyirəm. Kəbənin isə öz sahibi var. Onu O qo­ruyar.

Bu cavabı eşidən Əbrəhə malların hamısını geri qaytardı. Sonra ordusuna hücum əmrini verdi və nəhəng fili ordunun önünə saldı. Bu zaman gözlənilməz bir hadisə baş ver­di. Havanı dəstə-dəstə quşlar bürüdü. Ağızlarında və ayaqlarında daşıdıqları xırda daşları əsgərlərin üzərinə atırdılar. Daşların dəydiyi yerlər yara tökürdü. Əsgərlər peşman olub da­ğıldılar. Əbrəhə canım zorla qurtararaq, Yəmənə döndü və orada öldü. Qurani-Kərimdəki Fil surəsi məhz bu hadisəni anladır.


1. Əbdülmüttəlibin 13 oğlu var idi. Onlardan beşi tarixdə məşhurdur: Əbu Ləhəb, Əbu Talib, Abdullah, Həmzə və Abbas.


Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin həyatı). İpəkyolu nəşriyyatı

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика