Həzrət Ömərin (radıallahu anh) müsəlman olması
Həzrət Həmzənin (radıallahu anh) müsəlman olmasından bir neçə gün keçmişdi. Qureyşlilər “Darün-Nədvə” adlandırdıqlan təşkilatlarında bir yığıncaq təşkil edərək vəziyyəti gözdən keçirdilər. Həzrət Həmzənin (radıallahu anh) müsəlman olması onları təlaşa salmışdı. Möminlər gündən-günə qüvvətlənirdi. Uzun söhbətlərdən sonra, Əbu Cəhlin təklifi üzrə Həzrət Muhammədi (səllallahu aleyhi və səlləm) öldürmək qərarına gəldilər. Bu qorxunc qərarı kim yerinə yetirəcəkdi? Bunu aralarında ən cəsur olan Ömərə həvalə etdilər.
“-Haydı Xəttaboğlu, görək nə edəcəksən!?” – dedilər.
Ömər o zaman 33 yaşında idi. Ailəsi İslam haqqında fikir sahibi idi. Yeznəsi Səid, bacısı 4Fatma Müsəlman olmuşdular. Ömərin bunlardan xəbəri yox idi. Qılıncına qurşanıb, Kəbəni dolandıqdan sonra Səfa təpəsinə yollandı. Müsəlmanlar “Darül-Ərqam”da (Ərqamın evi) toplanmışdılar. Oraya gedib Həzrət Muhammədi (səllallahu aleyhi və səlləm) öldürəcəkdi.
Yolda Nueym ibn Abdullahla rastlaşdı. Nueym baxdı ki, qılıncını qurşanan Ömər qəzəbli bir halda gedir.
“-Xeyir ola, Xəttaboğlu, haraya belə?” – deyə soruşdu. Ömər belə cavab verdi:
-Ərəblərin arasına düşmənçilik salan Muhammədi (səllallahu aleyhi və səlləm) öldürməyə gedirəm.
Nueym dedi:
-Vallah, çətin bir işə girişmişən, Muhammədin (səllallahu aleyhi və səlləm) qohum-əqrəbası onun ətrafında pərvanə kimi dolaşır. Ona yol tapmaq çətindir. Tutaq ki, bir yol tapıb bu işi gördün. Elə bilirsən ki, Əbdülmənaf oğulları səni əli-qolu açıq yer üzündə azad gəzməyə qoyarlar?
Ömər bu sözlərdən pərt oldu:
“-Yoxsa, sən də Muhammədin tərəfindəsən?” – deyə qəzəbləndi. Nueym dedi:
-Ey Ömər! Sən məndən əl çək, əvvəlcə öz ailənə bax, əmin oğlu Səid, yeznən və bacın Fatma müsəlman oldular.
Ömər buna heç inanmaq istəmədi, ancaq ürəyinə şübhə düşdü. Bacısının evinə gedərək qapını döydü və içəri daxil oldu. İçəridəkilər təlaşa düşdülər. Ömərin İslama düşmən oldu ğunu yaxşı bilirdilər. Ömər soruşdu:
“-Oxuduğunuz nə idi?”
Yeznəsi dedi:
“-Bir şey yoxdur”
Ömər hiddətləndi və yeznəsinin yaxasından tutub yerə çırpdı. Araya bacısı girdi. Ömər onu da vurdu. Canı ağrıyan Fatma qardaşı Ömərə belə dedi:
“Allahdan qorx, bir qadına qarşı elədiklərinə bax. Mən və ərim müsəlman olduq, başımızı kəssən də, bu yoldan dönmərik.”
Yaşanan mənzərə təsirli idi. Ömər etdiyinə peşman oldu. Ürəyində bəzi hisslər baş qaldırdı. Ruhunun dərinliklərində bəzi şeylərin çalxalandığını hiss etdi.
“-O oxuduğunuz şeyi bir də mənə verin,” – dedi:
Bacısı Qurandan cümlələri ona uzatdı. Ömər oxumağa başladı:
“Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsdiq edər. Əziz və hakim olan odur. Göylərin və yerlərin hakimiyyəti Onundur. Dirildib yaşadan, öldürən Odur. O, hər şeyə qadirdir.” 1
Ömər bu ayələri dinlədi və dərin bir düşüncəyə daldı. Qurani-Kərimin yüksək ahəngi, mənasının ucalığı onu sarmışdı. Allah kəlamının təsiri ruhuna işləmişdi. Bütpərəst Ömər yerinə, ortaya mömin bir Ömər çıxırdı. Bacısından soruşdu:
“-Bütün göylərin və yerlərin hökmdarlığı, mədəniyyəti sizin inandığınız Allahındırmı?”
Bacısı tərəddüdsüz cavab verdi:
“-Bəli, ona heç şübhə yoxdur.”
Ömər utanaraq söylədi:
“-Bizim inandığımız bütlərin isə, nə yazıq ki, heç bir şeyi yoxdur!”
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) belə dua etmişdi:
“Ya Rəbb! Bu dini iki Ömərdən biri ilə qüvvətləndir.”
İki Ömərdən birincisi Xəttab oğlu Ömər, ikincisi isə Əbu Cəhl (Amr İbn Hişam) idi. Duası da məhz Həzrət Ömərə (radıallahu anh) nəsib olmuşdu. Ömər buna çox sevindi və “məni Peyğəmbərin yanına aparın” – dedi.
O zaman müsəlmanlar Səfa təpəsinin ətəyində, müsəlmanlardan Ərqamın evində top lanmışdılar. Öməri oraya apardılar. Gözətçi Ömərin silaha qurşanmış bir halda gəldiyini görüncə, içəri xəbər verdi. İçəridəkilər Ömərin adını eşitdikdə təlaşa düşdülər. Yalnız Həzrət Həmzə (radıallahu anh) heç tövrünü pozmadı:
“-Qorxacaq nə var? Əgər yaxşılıq üçün gəlmişsə, xoş gəlib, səfa gətirib. Yox əgər deyilsə, onda gələcəyi varsa, görəcəyi də var” – dedi.
Ömər içəri girən kimi, qohumlardan biri sağından, o biri də solundan tutaraq, Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) hüzuruna gətirdilər. Rəsulullah (səllallahu aleyhi və səlləm):
«Onu sərbəst buraxın” — dedi. Çünki Ömərin halı Ona məlum idi.
Ömər Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) önündə diz çökdü. Allah Rəsulu (səllallahu aleyhi və səlləm) mübarək əliylə Ömərin çiynindən tutdu və:
“İmana gəl, Ömər!” – dedi.
O da səmimi bir qəlblə , kəlmeyi-şəhadətini söyləyib İslamı qəbul etdi. Orada olanlar buna çox sevindilər və hamı yüksək səslə “Allahu Əkbər” deyərək, Ömərin İslamı qəbul etməsini elan etdilər. Səfa təpəsindən yüksələn “Allahu Əkbər” sədası, Məkkə üfüqlərində dalğalana-dalğalana ətrafa yayıldı. Ömər:
“-Hamımız birlikdə neçə nəfərik?” – deyə soruşdu.
“-Səninlə qırx nəfər olduq” – dedilər.
“-Elə isə niyə dururuq, gəlin Kəbəyə gedək” – dedi.
Kəbədə açıqdan ibadət edilməsi
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) qabaqda, sağında Ömər (radıallahu anh) , solunda Həmzə (radıallahu anh) və digər hörmətli yaxınları hamısı birlikdə Kəbəyə yollandılar. “Darün-Nədvə”də toplanmış müşriklər Ömərin (radıallahu anh) geriyə qayıdacağını gözləyirdilər. Qarşıdan gələnləri gördükdə:
“-Ömər hamısını toplayaraq gətirir” – dedilər. Əbu Cəhl cinfikirli bir adam olduğundan bu işdən şübhələndi:
“-Mənim bu gəlişdən heç xoşum gəlmir” – dedi və az sonra hər şey məlum oldu və Həzrət Ömərin (radıallahu anh) müsəlman olduğu hər tərəfə yayıldı. Müşriklərin arasında böyük bir çaşqınlıq yarandı. Müsəhnalar Hərəmi-Şərifdə səf-səf olub açıq namaz qıldılar. Beləcə İslam qüvvət qazandı və özünü açıqdan-açığa tanıtdı.
Həzrət Həmzədən (radıallahu anh) üç gün sonra, Həzrət Ömərin (radıallahu anh) İslamı qəbul etməsi bütpərəstləri təlaşa saldı. Müsəlmanları qorxutmaq üçün, daha sərt davranmağa başladılar. Müsəlmanlar bu hücumdan qurtulmaq üçün, daha qorxusuz bir yer haqqında düşündülər. Həzrət Peyğəmbər Həbəşistana getmələrinə izin verdi.
- Hədid, 57/1-2
Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.49-52)







