Əbu Bəkr əs-Siddiq kimdir?

Əbu Bəkr əs-Siddiq Səhabələr

Adı Abdullah İbn Əbu Qühafədir. Mürrə adlı yeddinci babasında nəsəbi Allahın elçisinin ﷺ nəsəbi ilə qovuşur. Yəni hər ikisi bir kökdəndir.

Əbu Bəkr əs-Siddiq İslam dinini qəbul etmiş ilk kişidir.

Hələ cahiliyə dövründə həmişə Peyğəmbərin ﷺ dostu olmuşdur. Peyğəmbər ﷺ ona İslam dini və Cəbrailin nazil olması haqqında danışanda, Allah razı olmuş Əbu Bəkr İslam dinini qəbul etməkdə və Peyğəmbərə verilmiş din və onun iman haqqında sözünü təsdiq etməkdə heç bir tərəddüd etmədi. Bütlərə ibadət etməkdən, etiqadda və əxlaqda cahiliyyə dövrünə xas fəsad işlərindən əl çəkdi.

Xalqa yaxın, insanların rəğbətini qazana bilən bir adam olan Əbu Bəkr Məkkə şəhərinin ən hörmətli və Qüreyşin ən əsil-nəsəbli adamlarından biri, öz halallığı ilə tanınmış bir tacir idi. Adamlar ticarət məsələlərində məsləhət almaq üçün və gözəl ünsiyyətinə görə tez-tez onun yanına gələrdilər.

Özünə inanan adamları İslama dəvət edərdi. Osman bin Əffan, Sad bin Əbu Vaqqas, Zubeyr bin əl-Avam, Abdur-Rəhman bin Auf və Təlha bin Ubeydullah kimi Cənnət vəd olunmuş ilk müsəlmanlar onun vasitəsilə İslamı qəbul etmişlər (Allah onlardan razı olsun!).

Uca Allahın daha bir kəlamını nəzərdən keçirək: «Əgər siz ona kömək etməsiniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə)’. “Qəm yemə, Allah bizimlədir!” — dediyi zaman (göstərmişdir). O vaxt Allah bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!» (ət-Tövbə, 40).

Bu qətidir ki, o zaman Peyğəmbərə ﷺ onun özünün icazəsi ilə yol yoldaşı olan Allah razı olmuş şəxs Əbu Bəkr əs-Siddiqdir. Bu da Peyğəmbərin ﷺ Allah razı olmuş Əliyə onun yatağında yatıb Məkkədə qalmağa, onun Qüreyşdən olan sakinlərinə əmanətləri qaytarmağa icazə verdiyi kimi olmuşdur.

Peyğəmbər ﷺ öz Allah razı olmuş səhabəsi və doğruçul (əs-Siddiq) vəzirinin müşayiəti ilə hicrət etmiş və onlar hər ikisi mağaraya birlikdə getmiş, lakin Əbu Bəkr ora Allahın elçisindən ﷺ əvvəl düşmüşdü ki, mağarada qurd-quşdan təmizləsin.

O zaman Allah razı olmuş Əbu Bəkr Peyğəmbərə ﷺ deyir ki:

“Əgər bizi axtaranlardan biri öz ayaqlarının altına baxsa o bizi görəcək”. Onda Peyğəmbər deyir: “Sən nə deyirsən, ey Əbu Bəkr! Üçüncüsü Allah olan iki nəfərə belə danışmaq yaraşarmı?” (əl-Buxari və Müslim).Əbu Bəkrin (r.a) fəzilətləri

Əbu Səid əl-Xudrinin (r.a.) rəvayət etdiyi hədisdə də Əbu Bəkrin fəzilətlərindən biri haqqında danışılır. Orada deyilir ki, bir dəfə Peyğəmbər ﷺ minbərdən dedi: “Allah bir quluna ya dünya gözəlliklərindən istədiyini, ya da Allahın yanında olan nemət seçməyi təklif etdi. O, Allahın yanındakı neməti seçdi”. Bunu eşidən Əbu Bəkr ağladı və dedi: “Ata-anamızla birlikdə hamımız sənə fəda olaq, ey Allahın elçisi!”. Biz ona təəccüb qaldıq. Adamlar bir-birinə dedilər: “Bu qocaya nə olub?”. Sən demə, seçmək təklif olunan qul Allahın elçisi imiş, Əbu Bəkr də bizim aramızda bunu başa düşən yeganə adam!

Bu fəzilət öz sahibi Əbu Bəkrin elmi mövqeyini və onun Peyğəmbərin ﷺ istədiyini necə tez başa düşdüyünü sübut edir.

Peyğəmbər ﷺ vəfat edərkən adamlar onun harada dəfn olunması haqqında müxtəlif fikirlər söyləyəndə də belə olmuşdur. Onlardan bəziləri deyirdilər ki, onu Məkkədə dəfn edək, bəziləri deyirdilər qəbristanda. Lakin Əbu Bəkr əs-Siddiq onlara Peyğəmbərin ﷺ bir hədisini xatırlatdı. Orada o demişdir: “Allah heç bir peyğəmbəri dəfn olunmalı olduğu yerdən başqa bir yerdə öldürməyib”.

Həmçinin Peyğəmbər ﷺ vəfatından sonra ənsarlar Allahın və Onun elçisinin ﷺ onları çox mədh etdiyindən elə zənn edirdilər ki, Peyğəmbərdən ﷺ sonra xəlifəlik etməyə onlar haqlıdırlar. Lakin Allah razı olmuş Əbu Bəkr əs-Siddiq onlara xatırlatdı ki, Peyğəmbər ﷺ belə demişdir: “Qüreyşdən iki adam qalanədək imamlar onlardan olmalıdır”. Onlar bununla razılaşdılar, onun biliyinə və yaddaşına təslim oldular.

Üçüncü məsələ Vida həcci mərasimində Allahın aşağıdakı ayəni nazil etməsi ilə əlaqədərdır: «…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…» (əl-Maidə, 3)

Bunu eşidən Əbu Bəkr ağladı. Çünki o, dərhal başa düşdü ki, Allahın elçisinin ﷺ vəzifəsi sona yetdi. Din kamilləşib, Allahın neməti tamama yetəndən sonra Yer üzündən vəhyin kəsilməsindən başqa bir şey qalmır.

Onun biliyinə dəlalət edən üstünlüklərindən biri də Allah razı olmuş Əli bin Əbu Talib və Allah razı olmuş Abbas bin Abdul- Muttəlib onun yanma Allahın elçisinin Xeybər torpağından qalmış mirası ilə əlaqədər gələndə üzə çıxmışdı.

Onlar demişlər ki, Peyğəmbərin ﷺ qohumları olduqları üçün həmin maldan onlara miras qaydası ilə pay düşür. Əbu Bəkr bir qrup digər səhabənin yanında onları Allaha and verib soruşmuşdu ki, siz filan gün Peyğəmbərin ﷺ belə dediyini eşitmisinizmi: “Biz peyğəmbərlər özümüzdən sonra qoyub getdiklərimizi miras qoymuruq. Bizdən qalanlar sədəqədir. Şübhəsiz, o maldan Məhəmməd ailəsi də yeyə bilər”. Onlar ikisi də bu sözü xatırlayıb, razı qaldılar və geri döndülər.

Bir rəvayətə görə Allah razı olmuş Fatimə Xeybərin xumsundən qalmış maldan, Allahın onun atasına qənimət etdiyi paydan ona düşən mirası istəmək üçün adam göndərərkən belə olmuşdur.

Onun üstün cəhətlərindən biri də Peyğəmbərin ﷺ kəlamından bəlli olur: “Adamlardan öz dostluğu və xərclədiyi malla mənim boynumda ən çox haqqı olan Əbu Bəkrdir. Ümmətimdən İslamla əlaqədər olmadan bir nəfəri özümə dost seçməli olsaydım, Əbu Bəkri seçərdim. Əbu Bəkrin alaqapısından (girişindən) başqa, məscidə açılan bütün alaqapıları bağlamaq lazımdır1 ” (əl-Buxari və Müslim).

Cubeyr bin Mütimin rəvayət etdiyi bir hədisdə deyilir: «Peyğəmbərinyanına bir qadın gəldi. Peyğəmbərona əmr etdi ki, başqa vaxt gəlsin. Qadın dedi: “Birdən gəlib səni tapmasam?”. O, ölümü nəzərdə tuturdu. Peyğəmbərdedi: “Məni tapmasan, Əbu Bəkrin yanına gələrsən ”» (əl-Buxari və Müslim).

Allah razı olmuş Əbu Bəkrin xidmətləri və üstün cəhətlərindən daha biri:

Allahın elçisi ﷺ özünün ölümü ilə nəticələnən xəstəliyi zamanı Əbu Bəkrə əmr etmişdi ki, onun yerinə adamlarla birlikdə namaz qılsın. Buradan səhabələrin çoxu belə nəticə çıxarmışdı ki, Peyğəmbər ﷺ Əbu Bəkri ondan sonra ümmətin imamı olmağı həvalə etmişdir. Onda səhabələr dedilər: “Ən yaxşımızı seçdik, onun yolunda heç nəyimizi əsirgəmərik. Peyğəmbər ﷺ onu bizim axirətimiz (namaz) üçün qəbul etdi, biz niyə onu dünyamız üçün qəbul etməyək?”.

Əbu Bəkrin müsəlmanların imamhğına və xəlifəliyinə təqdim və təyin olunmasına sübutu kimi Allah razı olmuş Aişənin dediyi bu sözləri gətirmək olar: «Peyğəmbərin vəfatı ilə nəticələnən xəstəliyi zamanı dedi: “Atan Əbu Bəkri və öz qardaşını mənim yanıma çağır, istəyirəm vəsiyyət yazdırım. Qorxuram ki, (məndən sonra) hərə ürəyindən keçirib desin ki, mən hamıdan başam, Allah və müsəlmanlar isə Əbu Bəkrdən başqa onların hamısını rədd etsinlər”» (Müslimə görə bu hədis səhih hədisdir).

Bu hədis ət-Ticaninin Peyğəmbərin ﷺ özündən sonra Əlini xəlifə etmək istəməsini və bu məqsədlə oradakılara vəsiyyət yazmaq əmr etməsini deməklə şübhə toxumu səpmək istədiyini başa düşməyə imkan verir.

Bu hədisi əl-Buxarinin “Səhih” əsərində olduğu kimi təqdim edirik ki, əl-Buxarinin, Müslimin və digər Sürmə bilicilərinin hədisləri artıq-əskik olmadan rəvayət etməkdə necə etibarlı olduqlan aşkar olsun.

Əl-Buxarinin və Müslimin -Allah hər ikisindən razı olsun!- İbn Abbasdan -Allah ondan və atasından razı olsun!- rəvayət etdikləri bir hədisdə deyilir: “Bilmirəm, cümə axşamı idi, yoxsa yox. Peyğəmbərin ağrıları şiddətləndi. O dedi ki, gəlin mən sizə bir vəsiyyət edim yazın ki, bu vəsiyyətdən sonra heç vaxt düzgün yoldan azmayasınız”. Oradaki adamlar mübahisəyə başladılar. Peyğəmbərin yanında mübahisə etmək isə olmaz. Onlardan bəziləri dedilər: “Peyğəmbərə ağrı güc gəlib ona görə belə deyir. Bir halda ki, əlinizdə Quran var, əlavə vəsiyyət yazmaq nəyə lazımdır”.

Peyğəmbərin ﷺ ailə üzvləri arasına bu məsələ ilə əlaqədər ixtilaf düşdü. Elələri oldu ki, dedilər gətirib yazın ki, ondan sonra yolunuzu azmayasınız, elələri də oldu ki, başqa cür dedilər.

Bir rəvayətə görə, səs-küyün mübahisənin artdığını görəndə Peyğəmbər ﷺ onları öz yanından qovmuşdur.

Üçüncü rəvayətə görə, kağız-qələm gətirməyə Ömər mane olmuşdur. Bu, doğrudur. Lakin Ticani sanki Ömərin ürəyinə giribmiş kimi deyir: “Ömər bildi ki, Allahın elçisi Əli bin Əbu Talibi xəlifə təyin edəcək, buna görə də kağız-qələm gətirilməsinə etiraz etdi”.

Ticaninin bu sözü onun özünün qeybi bilmək iddiasında olduqdan xəbər verir. Lakin həqiqət bunun əksini göstərir.

Əslində səhabələr özləri üçün belə yəqin etmişdilər ki, ümmət üçün imam olmağa Əbu Bəkrdən yaxşı və ləyaqətli bir adam yoxdur. Həm də ona görə ki, Peyğəmbər ﷺ xəstə olarkən onun yanında olan adamlar onun Aişəyə öz atasım və qardaşını çağırmasını əmr etdiyini eşitmişdilər. O demişdi ki, Əbu Bəkrə yazılı vəsiyyət etmək istəyir ki, o olmayanda hər yetən imamlıq iddiasına düşməsin.

Başqa bir cəhət ondan ibarət idi ki, əgər bu kağız-qələm məsələsi olmasaydı, Aişə Peyğəmbərin ﷺ tələb etdiyini gətirər, o özü də buna israr edərdi. Lakin o bilirdi ki, din məsələlərindən deyil, Allahın elçisindən sonra əmirlərin və imamların təyin olunmasını Allah bizə fərz buyurmamışdır. Əksinə, bu məsələ ümmətin öz ixtiyarına buraxılmışdır, ümmət özünə münasib adamı maneəsiz və məcburiyyətsiz seçə bilər. Buna görə ölümündən dörd gecə əvvəl son dəfə onun yanında söz-söhbət uzananda onları öz yanından çıxarmaq əvəzinə, əmr etdi ki, kağız-qələm gətirsinlər.

Dördüncü məsələ ondan ibarət idi ki, o yazılı vəsiyyət etmək istədiyinin səbəbini rəy müxtəlifliyinin qarşısını almaq kimi izah etmişdi. Bu, Peyğəmbəri ﷺ bu, və ya digər adamı təyin etmək istədiyindən deyil, onun bu ümmətə ürəyi yanıb şəfqət göstərdiyindən idi. O öz ümmətinin ixtilafdan ziyan çəkməsini istəmirdi.

Allaha həmd olsun ki, Əbu Bəkr, Ömər və Osmanın hakimiyyətə gəlməsində heç kəs fikir ayrılığı izhar etməmişdi. İxtilaf onlardan sonra üzə çıxıb bu günümüzə qədər davam etmişdir.

Çünki hələ də elə adamlar var ki, bu üç xəlifənin əmirliklərinə və fəzilətlərinə tənə edirlər.

Görəsən Peyğəmbərin ﷺ istədiyi kimi onun təyin olunması haqqında yazılı fərman belə adamlara gəlib çatsaydı, onlar hay-küyə və həyacana son qoyardılarmı? Yoxsa bu elə bir düyündür ki, ümmət onu heç vaxt aça bilməyəcək?

Əslində bu iddia çoxdan öz əhəmiyyətini itirib. Artıq əmirlərdən, sultanlardan heç biri qalmayıb. Bəs iş bitəndən, səhabələr Əbu Bəkrin xəlifəliyini qəbul edəndən sonra bu körük basmaq nə üçündür?

Bundan başqa, Peyğəmbərin ﷺ bu məsələni həll etməyə vaxtı vardı. Çünki bu kağız-qələm məsələsi onun ölümündən dörd gecə əvvəl, cümə axşamı günü olmuşdu. Əgər bu belə zəruri olsaydı və Peyğəmbər ﷺ bilsəydi ki, bu sonradan bəyəniləcək, həmin müddətdə hər şeyi onlara bildirər və yazardı və Allah da Öz elçisini ﷺ ondan sonra Öz dərgahına aparardı.

Budur, səhabələrin özlərinin hətta Allahın elçisinin ﷺ sağlığında Əbu Bəkrin fəzilətli adam olduğu qərarına gəldikləri haqqında şəhadətləri qarşınızdadır.

Çünki məsələ hamıya tamamilə aydın idi. Əli bin Əbu Talibə gəlincə, onun bu məsələdə mövqeyi aşağıdakılardan məlum olur…

Məhəmməd bin əl-Hənifiyyədən rəvayət olunur: “Atamdan (Allah razı olmuş Əli bin Əbu Talibdən) soruşdum ki, Peyğəmbərdən sonra ən yaxşı adam kimdir?” Cavab verdi ki, Əbu Bəkr. Dedim sonra kim? Dedi: “Ömər. Qorxurdum ki, deyər Osman.” Soruşdum: «Sonra da sən? Dedi ki, mən yalnız müsəlmanlardan biriyəm” (İmam əl-Buxarinin öz “Səhih” ində verdiyi rəvayət).

Abdullah bin Ömər (r.a.) demişdir: “Peyğəmbərin ﷺ zamanında heç kimi Əbu Bəkrə bərabər tutmazdıq, ondan sonra Öməri, ondan sonra da Osmanın adını çəkərdik, daha sonra isə Peyğəmbərin ﷺ qalan səhabələrindən birini digərindən üstün tutmazdıq” (əl- Buxarinin rəvayəti).

İbn Abbas -Allah ondan və atasından razı olsun!- demişdir: «Mən çarpayısının üstündə uzadılmış (ölmüş) Ömər üçün dua oxuyan adamların arasında dayanmışdım, bu zaman dirsəyini mənim çiynimə qoymuş bir nəfərin belə dua etdiyini eşitdim: “Allah sənə rəhmət eləsin! Mən arzu edirəm ki, Allah səni o iki dostunun yanma aparsın, çünki mən Peyğəmbərin dəfələrlə belə dediyini eşitmişəm: “Mən Əbu Bəkr və Ömərlə birlikdə filan yerdə idik… ” “Mən Əbu Bəkr və Ömərlə birlikdə filan işi görürdük… “Mən Əbu Bəkr və Ömərlə birlikdə düşdük… “Mən Əbu Bəkr və Ömərlə birlikdə filan yerə daxil olduq… “Mən Əbu Bəkr və Ömərlə birlikdə filan yerdən qalxdıq… ”.

Geri dönüb nə görsəm yaxşıdır? Bu sözləri deyən Allah razı olmuş Əli bin Əbu Talib imiş…» (əl-Buxarinin və Müslimin haqqında həmfikir olduqları hədis).

Fikir ver, bu Əmirəlmöminin Əli bin Əbu Talibin və onu da Özündən razı salsın!- şəhadətidir.

Huzeyfə bin əl-Yəmənidən rəvayət olunur: «Peyğəmbər ﷺ dedi: “Görəsən məndən sizə nə qalacaq? Məndən sonra Əbu Bəkrdən və Ömərdən nümunə götürün! ”» (Bu hədisi ət-Tirmizi öz hədis toplusunda rəvayət etmiş və həsən hədis adlandırmışdır. Əl- Əlbanidəöz “əl-Mişkat” əsərində onunla razılaşmışdır).

Əbu Bəkrdən (r.a) rəvayət edirlər ki, bir kişi Peyğəmbərə ﷺ demişdir:

“Yuxuda gördüm ki, səmadan tərəziyə oxşar bir şey endi, sən və Əbu Bəkr özünüzü çəkdirdiniz, sən ağır gəldin, sonra Əbu Bəkr və Ömər özlərini çəkdirdilər, Əbu Bəkr ağır gəldi. Sonra Ömərlə Osman özlərini çəkdirdilər, Ömər ağır gəldi. Sonra tərəzi göyə çəkildi ”. Bu sözdən sonra Peyğəmbərin halı pisləşdi. Yəni bu, ona çox pis təsir etdi. O belə dedi: “Bu, Peyğəmbərin xəlifələrinin ardıcıllığına işarədir, sonra — Allah hakimiyyəti istədiyinə verəcək” (Bu hədisi ət-Tirmizi rəvayət etmiş və demişdir ki, həsən-səhih hədisdir. Əl-Əlbani və Əbu Davud da onunla razılaşmışlar).

Bütün bu xidmətlər və üstünlüklər, hətta bizim bu mövzuda zəif və uydurma rəvayətlərdən imtina etdiyimizə baxmayaraq olduqca çoxdur.

Bir neçə hədisi göstərək: “Mən elmin şəhəriyəm, Əbu Bəkr onun hasarı, Ömər onun yeri, Əli isə qapısı ”. Bu, uydurma hədisdir.

Elə ki, Peyğəmbər ﷺ vəfat etdi və müsəlmanlar özlərinin Peyğəmbərdən ﷺ sonra özlərinin ən ləyaqətlisinə sədaqət andı içdilər. Bir çox ərəb qəbilələri İslamdan üz döndərdi. Bu qəbilələr içərisindən əl-Əsvəd əl-Ənsi, Müseylimə, Səcah kimi özlərinin peyğəmbər olduqlarını iddia edənlər də oldu.

Bəzi qəbilələr zəkat verməkdən boyun qaçırdılar. Onlar öz şübhələrini aşağıdakı ayədəki sözlərlə əsaslandırırdılar: «Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir!» (ət-Tövbə, 103)

Ərəblər belə deyirdilər ki, biz, bizim üçün namaz qılan, yəni dua edən Peyğəmbərə ﷺ sədəqələr (zəkat) verirdik. İndi o ölüb, biz də başqasına sədəqə verməyəcəyik. Onlar Əbu Bəkrin yanma gəlib bu fikirlərini ona bildirdilər və zəkatı verməmək, yalnız namaz qılmaq üçün izn istədilər.

Allah razı olmuş Əbu Bəkr bu təklifi rədd etdi və dedi ki, zəkat Allahın mal-dövlət üzərində haqqıdır, Allaha and olsun ki, mən namazla zəkat arasında fərq qoyanlarla ölüm-dirim döyüşünə girməyə hazıram.

Səhabələrdən çoxu Qiblə əhli ilə döyüşməkdən imtina etmək istəyir və deyirdilər ki, biz namaz qılıb: “Allahdan başqa məbud yoxdur, Məhəmməd Allahın elçisidir” — deyib şəhadət verənlərlə necə döyüşək?

Peyğəmbər ﷺ özü bir vaxt demişdir: “Mənə əmr olunub ki, insanlar Allahdan başqa heç bir məbudun olmadığına, Məhəmmədin Allahın elçisi olduğuna şəhadət verməyincə, namaz qılıb, zəkat verməyincə onlarla döyüşüm. Bunu etsələr, öz canlarını və mallarını məndən qorumuş olarlar. Yalnız onların üzərinə düşən haqqı ödəyərlər, və haqq-hesablarını Allah kəsər”.

Əbu Bəkr demişdir:

“Zəkat tövhid (Allahın təkliyinə şəhadət) haqqıdır. Allaha and olsun ki, mənə Allahın elçisinə verdikləri zəkatdan bir qınq çatı (heyvanın başına bağlanan ip nəzərdə tutulur) belə az versələr, mən buna görə onlarla vuruşaram”.

Buna görə də Qurani Kərimin səhabələrdən və onlann ardıcıllarından olan təfsirçilərindən çoxu bu aşağıdakı ayənin mənasını Əbu Bəkrlə əlaqələrdirməkdə haqlıdırlar. Həmin ayə əl- Maidə surəsinin 54-cü ayəsidir: «Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər…»

Belə deyirlər ki, Allahın elçisinin ﷺ zamanında bir nəfər də öz dinindən dönməmişdir. Bu hadisə Allah razı olmuş Əbu Bəkr əs-Siddiqin xəlifəliyi dövründə baş vermişdir. Ayədə də o və onunla birgə olan səhabələr nəzərdə tutulur. Onlar o adamlardır ki, Allah onları dindən dönənlərə qarşı döyüşə qaldırmışdır. Onlar Allahın, O da onların sevimlisidirlər. Onlar dindən üz döndərənlərə qarşı cihad etmiş və gördüyün kimi, Allah qarşısında tənə edənlərin tənəsindən qorxmamışlar.

Bu təfsirin doğru olduğu oradan da bilinir ki, bu ayədə gələcək zamandan söhbət gedir, çünki Peyğəmbərin ﷺ sağlığında dindən geri dönmək halı olmamışdır. Allah taala bunun belə olub-olmadığını hamıdan yaxşı bilir.

Əbu Bəkr əs-Siddiqin xəlifəliyinin doğru-düzgün olduğunu göstərən sübutlardan biri də Allah taalanın bu qiymətli ayədəki sözüdür: «Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə — yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə — onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin- amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra da küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir» (ən-Nur, 55)

Böyük alim İbn Kəsir bunu belə təfsir edir: «Bu Allah taaladan Onun elçisinə ﷺ verdiyi vəddir ki, onun ümmətini yer üzünün xəlifələri (varisləri) etsin, onlarm köməyi ilə ölkələrdə sülh olsun, əvvəllər insanlardan gözlədikləri qorxunu onlar üçün əminamanlıq və onlarm insanlar üzərində hökmranlığı ilə əvəz etsin.

Qürur və bolluq sahibi və hər şeydən uca Allah artıq dediyini etmişdir. Biz Ona alqış deyir və minnətdarlığımızı bildiririk. Peyğəmbərin ﷺ Məkkəni, Xeybəri, Bəhreyni, Ərəbistan yarımadasının digər bölgələrini, bütünlüklə Yəmən torpağını fəth etməmiş, Şamın və Həcər qəbiləsinin atəşpərəslərindən can vergisi almamış, Rum hökmdarı, Misirin və İsgəndəriyyənin sahibi Müqəvqis, Əmman hökmdarları, Allah rəhmət etmiş və kəramət vermiş Əsməhədən sonra hakimiyyətə gəlmiş Həbəşistan hökmdarı Nəcaşi ona hədiyyələr göndərməmiş ülməməsi də Allahın bu vədini yerinə yetirməsi ilə əlaqədardır.

Peyğəmbər ﷺ öləndən sonra Allah ona bütün kəramətlərini qismət elədi. Belə ki, ondan sonra onun xəlifəsi (davamçısı) Əbu Bəkr əs-Siddiq onun işini davam etdirməyə başladı.

O Peyğəmbərin ﷺ ölümündən sonra Ərəbistan yarımadasında başlayan qarımaqarışıqhğı qaydaya saldı. İslam ordularını Allah razı olmuş Xalid bin əl-Validin sərkərdəliyi ilə farslann üzərinə göndərdi və bu ordu fars diyarının bir hissəsini fəth etdi.

Başqa bir ordunu Allah razı olmuş Əbu Ubeydənin sərkərdəliyi ilə Şama, üçüncünü Amr bin əl-Asm sərkərdəliyi ilə Misir ölkəsinə göndərdi. Allah bu ölkələri onlara təslim etdi.

Allah Əbu Bəkr əs-Siddiqə Ömər əl-Fəruqu (yaxşını yamandan ayırmağı bacaran Öməri) özündən sonra xəlifə etmək ilhamı verməklə İslam əhlinə böyük səadət bəxş etmişdir. Ömər ondan sonra var gücü ilə işə başladı.

Dünyaya peyğəmbərlərdən sonra onun kimi güclü təbiətə və mükəmməl ədalətə malik başqa bir adam gəlməyib. Onun hökmdarlığı zamanı bütünlüklə Şam ölkələrinin, axıra kimi Misir diyarının, Fars ərazilərinin əksəriyyətinin fəthi başa çatdı. O Kəsranın qürurunu sındırdı və onu olduqca alçatch. Qeysərinin əlini gödəltdi və o əlini Şam ölkəsindən çəkib Konstantinopala qayıtmağı məcbur oldu. Ömər onların mal-dövlətini Peyğəmbərin ﷺ vəd etdiyi kimi, Allah yolunda sərf etdi.

Sonra Osmanın xəlifəliyi zamanı İslam məmləkətlərinin ərazisi Yer kürəsinin ən ucqar şərqinə və qərbinədək uzandı. Avropada Əndəlüsə və Kiprədək çatdı. Avropanın cənub-qərbində, Atlantik okeanı sahillərində yerləşən Qeyrəvan (Kayraun), Sibtə (Şimalı Afrika) ölkələri, şərqdə Çin ölkəsinin ucqarları fəth olundu. Kəsra öldürüldü və torpağı torba ilə daşındı.

Aşağıdakı səhih hədisdə Peyğəmbərin ﷺ belə dediyi göstərilir: “Allah Yer kürəsinin səthini açıb mənə göstərdi. Mən orada mənim üçün ayrılmış torpaqların şərq və qərb hüdudlarını gördüm. Mənim ümmətimin mülkü mənim üçün ayrılmış torpaqlar qədər artacaq ”.

İmam Müslim öz “Səhih” əsərində göstərir ki, Peyğəmbər ﷺ demişdir: “Nə qədər ki, hamısı Qüreyşdən olan on iki kişi onlara hökmdarlıq edəcək, adamların işi yaxşı gedəcək”.

Artıq bu Peyğəmbərin uzaqgörənliyi həqiqətə çevrilmişdir. Bu hədisdən məlum olur ki, müsəlmanların işlərinin qaydasında olması üçün onlara on iki ədalətli xəlifənin başçılıq etməsi zəruridir. Burada şiə imamları nəzərdə tutulmur. Şiə imamlarından çoxunun həqiqətdə heç bir hakimiyyəti olmamışdır. Haqqında danışılan on iki kişi isə Qüreyşdən olmalı, bir-bir hakimiyyət başına gəlib xalqı ədalətlə idarə etməli idilər.

Bundan əlavə burada belə bir şərt qoyulmur ki, onlar hökmən bir başa bir-birinin ardınca gəlmişdilər. Ardıcıllıq deyiləndə onların bu ümmətdən olub, müxtəlif fasilələrlə bir-birindən sonra hakimiyyətə gəlməsi nəzərdə tutulur. Onlardan dördü isə bir- birindən bilavasitə sonra hakimiyyətə gəlmişlər ki, bunlar Əbu Bəkr, Ömər, Osman və Əlidir (Allah onlardan razı olsun!).

Onlardan sonra müəyyən vaxt keçmiş, sonra Allah kimi istəmişsə, o başçı olmuşdur. Daha sonra Allah taalanın bildiyi vaxtda onların qalanları hakimiyyətdə olaçaqlar. Onlardan biri də adı Peyğəmbərin ﷺ adma, kunyəsi (təxəllüsü) kunyəsinə uyğun gələn Mehdi əl-Müntəzərdir (gözlənən Mehdidir) ki, indiki dövrda zülmlə dolu olan yer üzünü yaxşılıq və ədalətlə dolduracaq» (İbn Kəsirin təfsirindən 3/ 398-399).

Yuxarıdakı ayədən bu nəticələri çıxara bilərik:

Allah möminlərə vəd etmişdir ki, onlara qorxularını əmin- amanlıqla əvəz edəcək. Səhabələrin zamanında, düşmənlərin çox, onların az olmasına baxmayaraq, belə olmuşdur. Allah taala onları düşmənləri üzərində qalib çıxarmış, onlara öz ölkələrində əmin- amanlıq qismət etmiş. Sayca onlardan qat-qat çox olan əcəmlər onlardan qorxmuş, onlara hər şeyin haq-hesabım vermişlər.

Biz isə bu əsrdə əmin-amanlığın heç dadını da bilmirik. Hər hansı bir anda düşmən gözlənilmədən üstümüzə basqın edib, qanımızı, mahmızı və namusumuzu əlimizdən ala bilər. İqtisadi böhranlar bizi sıxır. Mənəvi qorxu içərisində yaşayırıq, çünki məğlubiyyət və zəiflik hiss edirik. Maddi qorxu içərisində yaşayırıq, çünki Allahdan uzaqlaşmışıq;

bu ayə həm də rəşidi xəlifələrin xəlifliklərinin doğruluğuna aydın və açıq-aşkar bir dəlildir;

Əbu Bəkr əs-Siddiqin ən böyük xidmətlərindən biri də budur ki, on səkkiz yaşlı Usamə bin Zeyd Peyğəmbərin ﷺ şəxsən bayraq bağladığı ordusunu təchiz etmişdi. Bu zaman Peyğəmbər ﷺ Allah rəhmətinə getdi, orduya xəbər yolda çatdı və Usamə öz ordusu ilə birgə geri qayıtdı.

Lakin Əbu Bəkr hakimiyyətə gələn kimi səhabələrdən çoxunun Rum ölkəsinə ordu göndərməməyi israr etdiklərinə baxmayaraq, gizli hazırlığa başladı. Onlar belə deyirdilər ki, ordunu öz dinindən üz döndərənlərlə vuruşmaq üçün göndərmək daha yaxşı olar.

Əs-Siddiq bu təklifi qətiyyətlə rədd etdi ki, Allaha and olsun ki, Peyğəmbər ﷺ öz əli ilə bağladığı bayrağı açmaram! Mədinədə itlər möminlərin analarının ayaqlarından yapışsa da (yəni Peyğəmbərin arvadlarını düşmənlərdən qorumaq üçün belə lazım gəlsə, bu ordunu burada saxlamayacağıq) Usamənin ordusunu Ruma göndərəcəyəm.

Əbu Bəkr səhabələr onun haqlı olduğunu başa düşənədək israrla öz əmrinin üstündə dayandı. İşi başa düşəndən sonra onlar onun sözünü təsdiq etdilər və əmrinin əleyhinə çıxmadılar. Çünki o, Peyğəmbərin ﷺ əs-Siddiq (doğruçul) adlandırdığı adam idi.

Beləliklə, o, ordunu göndərdi. Onun yanında məsləhətləşmək üçün yalnız Ömər bin əl-Xəttab qaldı. Ömərin buna haqqı vardı.

Ordu öz dinindən üz döndərmək istəyən hər hansı qəbilənin yanından keçər-keçməz onlar öz dinlərinə qayıdır və öz-özlərinə belə deyirlər: “Onlar zəif olsaydılar Rumla döyüşə çıxmazdılar”. Bu, İslamın və müsəlmanların köməyinə gəldi, qəbilələrdən bir çoxunun din yolundan çıxmasına mane oldu, Ərəblərdən ürəklərində ata- babalarının intiqamını almaq üçün Mədinə üzərinə hucum etmək kimi pis fikir gəzdirən, cahiliyyə dövrünə qaytarmaq istəyənlərə aman vermədi. Ordu Rumu istila edib qalibiyyətlə və qənimətlə, sağ-salamat geri qayıtdı.

Bir dəfə Peyğəmbər K, Əbu Bəkr, Ömər, Osman, ƏH, Təlha və Zubeyrlə birlikdə Hira dağında idi. Birdən qaya parçası yerində oynadı. Peyğəmbər ﷺ dedi: “Sakit dayan, sənin üstündə bir Peyğəmbərdən, bir doğruçul adamdan bir şəhiddən başqa heç kim yoxdur” (imam Müslimin öz “Səhih”ində rəvayət etdiyi hədis).

Əbu Bəkr əs-Siddiqin (r.a) xidmətlərindən və üstün cəhətlərindən bizə gəlib çatan bunlardır. Biz də Allahın köməyi və gücü ilə onun xilafətinin, müsəlmanların ona inanmasının və aralarında heç bir müxalifətçi olmadan onun ətrafına toplaşmasının necə mümkün olduğunu bəyan etmək istəyirik.

Biz inanırıq ki, Peyğəmbər ﷺ özündən sonra, nə Əbu Bəkrin nə də başqa bir nəfərin xəlifə olması haqqında heç nə deməmiş və yazmamışdır. Bu məzmunda elə işarələr və eyhamlar olmuşdur ki, onları yalnız dərrakəli adam başa düşə bilər.

İmam Əhməd, Peyğəmbərin ﷺ həyatından yazan digər müəlliflər və tarixçilər öz səhih rəvayətlərində belə demişlər ki, Peyğəmbər ﷺ ölüm yatağında olanda Əbu Bəkr müsəlmanlarla birlikdə sübh namazım qılırmış. Bu zaman Peyğəmbər ﷺ ağrının ara verdiyini görüb ayağa qalxır, otağın pərdəsini qaldırıb namaz qılmaq üçün səf-səf düzülmüş müsəlmanlara baxır. Bu onun xoşuna gəlir. Peyğəmbər ﷺ gülümsəyir. Bunu görən müsəlmanlar fərəhlərindən namazı yarımçıq qoymaq istəyirlər. Əbu Bəkr də istəyir ki, bir az gözləsin, Peyğəmbər ﷺ gəlib öz yerinə keçib camaatın namazına imamlıq etsin. Peyğəmbər ﷺ onlara işarə edir ki, namazlarını davam etdirsinlər və pərdəni salır.

Bu, Peyğəmbərin ﷺ ömrünün son anları idi. Əbu Bəkr namazı qurtardıqdan sonra onun yanma gəldi. Aişəyə dedi ki, deyəsən Allahın elçisinin ﷺ ağnsı kəsilib. Sonra atma minib Mədinənin şərqindəki evinə getdi.

Peyğəmbər ﷺ həmin gün günəş işığı güclənən vaxtda vəfat etdi. Səhabələr ölüb-ölməməsi haqqında müxtəlif fikirdə idilər. Biri deyirdi ölüb, biri deyirdi ölməyib. Bu o qədər davam etdi ki, əs- Siddiq gəlib onun üzünü açdı və öpdü. Sonra belə dedi: “Atam anam sənə fəda olsun! Sən öləndən sonra da sağlığındakı kimi gözəlsən!..”.

Sonra tez çıxıb məscidə getdi, minbərin yanında dayanıb, adamları çağırdı. Onlar gəlib əyləşdilər və qulaq asmağa başladılar. O dedi: “Kim Məhəmmədə ibadət edirdi, bilsin ki, Məhəmməd artıq ölmüşdür. Kim Allaha ibadət edirdi, bilsin ki Allah sağdır, O ölmür. Allah taalanın bu sözünü xatırlayın: «Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə, və ya öldürülsə, siz geri dönəcəksiniz?…» (Ali İmran, 144).

Allaha and olsun ki, adamlar onlara üz vermiş bədbəxtlikdən, Allahın elçisinə olan məhəbbətlərinin çoxluğundan Allahın bu ayəni Əbu Bəkr oxumazdan əvvəl nazil etdiyini xahrlamahdılar. Lakin bundan sonra onu hər kəs xatırladı və yeri gəldikdə oxumayan olmadı. Ömər bu barədə belə demişdir: “Allaha and olsun ki, elə ki, Əbu Bəkrin bu ayəni oxuduğunu eşitdim, onda başa düşdüm ki, bu ayədə deyilənlər doğru imiş. Özümü yaralı İrimi hiss etdim, sustaldım, hətta ayaq üstə dura bilmədim. Ayaqlarımın mənə gücü çatmırdı, hətta yerə yıxıldım”.

Adamlar bu zaman ağlayır, həyacan keçirirdilər. Əbu Bəkr mübahisəni kəsdi və çətinliyi aradan qaldırdı. Hamısı onun yanma qayıtdılar. Ənsarların arasına söz-söhbət düşdü onlar və Bəni Saidənin talvarı altına toplaşdılar. Onlardan bəzilərində xilafətin başında ənsarlardan olması fikri baş qaldırmışdı. Bəziləri isə belə bir ortaq hakimiyyət fikri irəli sürdülər ki, bir əmir mühacirlərdən, biri də ənsarlardan olsun.

Bu hal Əbu Bəkr gələnədək davam etdi. Əbu Bəkr əs-Siddiq gəlib onların şübhələrinə son qoydu. O bildirdi ki, valilər Qüreyşdən olmalıdır. Ənsarlar onun bu fikrini qəbul etdilər, ondan razı qaldılar və ona sədaqət andı içdilər.

Peyğəmbərin ﷺ vəfatının səhəri günü adamlar məsçidə toplaşıb Əbu Bəkrə sədaqət andı içdilər. Bəziləri elə dünən and içmişdilər. Sonra Əbu Bəkr minbərə qalxıb dedi: “Allaha həmd olsun! Mən Ona Onun layiq olduğu kimi tərif deyirəm”.

Sonra adamları nəzədən keçirdi. Zubeyri onların arasında görmədi. Onu dəvət etdi, o gəldi. Əbu Bəkr dedi: “Dedim ki, Peyğəmbərin ﷺ bibisi oğlu və şagirdi (həvarisi) kimi bəlkə bir söz deyəsən, müsəlmanların dilini (yığıncağım) açasan”. Zubeyr dedi: “Ey Allahın elçisinin xəlifəsi, heç bir iradım yoxdur” — deyib ayağa qalxdı və ona beyət etdi (sədaqət andı içdi).

Əbu Bəkr adamlara bir də nəzər saldı, onların içərisində Əlini görmədi. Onu dəvət etdi, o gəldi. Əbu Bəkr ona dedi: “Sən əmisi oğlu və kürəkənisən. Mən istərdim ki, bir söz deyəsən, müsəlmanlar eşitsinlər”. Əli dedi: “Ey Peyğəmbərin xəlifəsi, heç bir iradım yoxdur”. Bunu deyib o da Əbu Bəkrə sədaqət andı içdi. Sonra Əbu Bəkr dedi: “Beləliklə, mən sizin ən yaxşınız olmasam da — o bunu təvazökar olduğundan və özünü təmizə çıxarmağa ehtiyac duymadığı üçün dedi, — sizin hökmdarınız oldum. Əgər yaxşı xəlifə olsam, mənə kömək edərsiniz, pis olsam, mənə xəbərdarlıq edərsiniz, səhvlərimi düzəldərsiniz. Doğru söz sədaqətdir, yalan söz isə xəyanət. Sizin zəifiniz mənim yanımda güclü olacaq, Allah qoysa dərdinə çarə qılacağam. Güclü mənim yanımda zəif olacaq, Allahın izni ilə ondan haqq alacağam. Allahın bədbəxtliyə uğratmadığı heç bir tayfa Allah yolunda cihaddan əl çəkməz, Allahın bəlaya düçar etmədiyi tayfa əxlaqsızlığa yol verməz. Nə qədər ki, Allaha və Onun elçisinə itaət edirəm, mənə itaət edin. Elə ki, Allaha və Onun elçisinə asi oldum, mənim sizin üzərinizdə itaətim olunmaq haqqım qalmır”.

Sonra camaat qarşısında üzrxahlıq edib dedi: “Allaha and olsun ki, mən nə gündüz, nə gecə, nə gizli, nə də aşkar əllaməlik fikrinə düşməmişəm”. Mühacirlər onun bu sözlərini qəbul etdilər. Əli və Zubeyr isə ona dedilər: “Biz yalnız ona görə qəzəbləndik ki, zirzəmi məşvərətinə gecikmişdik. Biz də Əbu Bəkri bu mənsəbə ən layiqli adam kimi tanıyırıq. Sən Peyğəmbərlə mağarada yoldaşlıq etmiş adamsan. Biz sənin şərəfli adam olduğunu və haqqındakı səmavi xəbəri bilirik. Bizə məlumdur ki, Peyğəmbər ﷺ hələ sağ ikən sənə bizimlə birgə namaz qılmağı əmr etmişdi”.

Əbu Bəkr onların hər ikisindən razı qaldı və üzünü müsəlmanlara tutub dedi: “Durun namazınızı qılın, Allah sizə rəhmət eləsin!” (Bu hədis yaxşı isnadladır. Əlavə məlumat üçün bax: İbn Kəsirin “Əl-bidəyə və ən-nihayə” kitabı 5/219).

Beləliklə, Əbu Bəkr əs-Siddiqin xilafəti iki il üç ay davam etdi. O, hicri tarixinin 13-cü ilində, bazar ertəsi günü, axşam çağı 15 gün davam edən xəstəlikdən sonra vəfat etdi və həmin gecə dəfn olundu. O, xəstə olanda Ömər onun yerinə camaatla namaz qılırdı. Ölüm yatağında ikən özündən sonra möminlərə əmirlik etməyi Ömər bin əl-Xəttaba vəsiyyət etmişdi. Onun bu vəsiyyətini Osman bin Əffan yazmışdı. Vəsiyyət müsəlmanlara oxunmuşdu. Hamı — onu, dinləmiş, qəbul etmiş və ona itaət etmişdi.

O da Peyğəmbərlə ﷺ eyni yaşda vəfat etmişdi. Allah onları həyatda dost və silahdaş etdiyi kimi, torpaqlarını da bir-birinə qarışdırmış, onlar bir yerdə dəfn olunmuşlar. Allah ondan razı olsun və onu da Özündən razı salsın!


? Suvar min hayatus-sahaba. D-r Abdurrahman Rafat Əl-Başa


Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика