Müşriklərin baykot elanı

Müşriklərin baykot elanı Siyər

1. Müsəlmanların mühasirəyə alınması

Qüreyşin hücumuna və əngəllərinə baxmayaraq, İslam gündən-günə yayılır və qüclənirdi. Həzrət Ömər (radıallahu anh) və Həzrət Həmzə (radıallahu anh) kimi iki böyük qəhrəmanın müsəlman olması Qureyşliləri çox düşündürürdü. Nəhayət, Haşim oğullarına boykot elan edərək, onları təkləməyi qərarlaşdırdılar. Qərara görə:

  • Haşim oğulları ilə hər cür münasibətləri kəsiləcək,
  • Qız alıb verilməyəcək,
  • Alış-veriş edilməyəcək,
  • Görüşüb danışılmayacaq.

Bu maddələrin yer aldığı sazişi imzalayıb, Kəbənin divarından asdılar. Bununla ona müqəddəslik qazandırmaq istədilər. Bu anlaşmanı Mənsur b. Ikrimə yazmışdı.

2. Sıxıntılı günlər

Qureyşlilər bu qərarla Haşim oğullarını ac saxlayaraq öldürmək istəyirdilər. Haşim oğulları üç il boykot altında yaşadılar. Çox sıxıntılı günlər keçirdilər. Gün olurdu ki, müsəlmanlar yeməyə bir şey tapmadıqlarından, ağac yarpaqlarını yemək məcburiyyətində qalırdılar. Səd bin Əbi Vəqqas bir gecə bir dəri parçası tapmış, onu suda islatmış, sonra odda bişirərək yemişdi. Uşaqların aclıqdan fəryadları ətrafa yayılırdı. Ürək yandıran bu hal, bütpərəstlərin mərhəmətsiz qəlbinə zərrə qədər də təsir etmirdi.

Zaman keçdikcə bütpərəstlər bundan da bir nəticə ala bilməyəcəklərini anlamağa başladılar. Bu insanlıqdan kənar hərəkətdən əl çəkməyi düşünənlər də oldu. Bir dəfə Həzrət Xədicənin (radıallahu anha) qardaşı oğlu Hakim, köləsi ilə ona bir az buğda yollamışdı. Yolda Əbu Cəhl kölə ilə qarşılaşdı. Əbu Cəhl buğdanı kölənin əlindən almaq istədi. Bütpərəstlərdən Əbul-Buhteri işə qarışaraq:

“-Xalasına bir az buğda aparan bir insana mane olmaq doğru deyil” – dedi.

Əbu Ləhəb öz qardaş, qohum və əqrəbalarının aclıqdan ölməsini istəyirmiş kimi mühasirə halqasım daha da daraldırdı. Məkkəyə ərzaq gətirən karvanları kənarda qarşılayır və “Haşim oğullarına bir şey satmayın, satanda da baha deyin, ala bilməsinlər” – deyirdi. Bu hal besətin (Peyğəmbərliyin) 7-ci ilindən 10-cu ilinə qədər üç il davam etdi. Ancaq bütpərəstlər bundan da bir nəticə əldə edə bilmədilər. İslam dini ətrafa yayılmaqda davam etdi. Ukaz, Məcənnə, Zülməcaz kimi məşhur yarmarkalara gələn xalq İslam haqqında bilgi alır və Müsəlman olurdu. Onun üçün Qüreyş ağsaqqalları Müsəlmanlarla onları təmasa girməyə qoymur, Quranı dinləməyə mane olurdular.

Bir dəfə Valid ibn Muqirənin başçılığı ilə bir yığıncaq keçirərək gələn qəbilələrə Muhammad (səllallahu aleyhi və səlləm) haqqında deyəcəklərini qərarlaşdırmış, bu mövzuda sözbirliyi etmişdilər. O əvəzsiz insana bundan sonra “Muhamməd cadugərdir” – deyəcəkdilər. Çünki kahin, yalançı, dəli, sehrbaz dedikləri zaman, heç kimi inandıra bilmirdilər. «Söz cadugəri» deyincə, inandıracaqlarını düşünürdülər.

Dövs qəbiləsinin şairi olan Tufeyl bir dəfə Məkkəyə gəldi. Qureyşlilərin Muhamməd (səllallahu aleyhi və səlləm) haqqında ona söyləmədikləri iftira qalmadı. Tufeyl deyir ki:

Mənə Muhamməd haqqında elə qorxunc şeylər söylədilər, o qədər çox şeylər anlatdılar ki, onlara inandım və Muhammədi dinləməməyi qərara aldım. Bir gün Kəbədəydim. Orada Muhamməd peyğəmbərə rast gəldim. Quran oxuyurdu. Öz-özümə dedim ki: “Mən yaxşını və pisi ayırd edə bilməyəcək bir adam deyiləm. Sözün gözəlini pisindən seçməyə gücü çatan, ağlı başında olan bir insan nə üçün onu dinləməkdən qaçsın. Bir dəfə dinləyərəm. Sözləri gözəlsə qəbul edərəm deyilsə çıxıb gedərəm”-deyə düşündüm. Onu Quran oxuyarkən dinlədim. Xoşuma gəldi. Müsəlman oldum.”

Tufeyl qəbiləsinin yanma qayıtdıqdan sonra, onları da başa saldı və bəziləri müsəlman oldu. Beləcə qəbilələr arasında İslam yayılmağa başladı.

3. Boykotun ləğv edilməsi

Haşim oğulları Məkkə ətrafında Şibi Əbu Talib deyilən vadidə üç il mühasirədə qaldılar. Ancaq ərəblərə görə müqəddəs sayılan “Əşhurul-hurum” (haram aylar) deyilən Məhərrəm, Rəcəb, ZilqədəZilhəccə aylarında müsəlmanlara qarşı münasibətləri yumşaldı. Çünki bu aylarda hər cür savaş, dava, təcavüz qadağan idi. Bəzi adamlar bu mühasirənin aradan götürülməsi üçün səy göstərdilər. Çünki bu zalım hərəkət insanlıq duyğularına toxunma­ ğa başlamışdı. Bunların başında Hişam ibn Amr dururdu. Hişam bir gün Əbdülmüttəlibin nəvəsi Züheyrin yanma gəldi və qəbilə heysiyyətinə toxunaraq belə dedi:

“-Züheyr! Sən yaxşı yeyirsən, gözəl geyinirsən, amma dayılarının halını heç düşünürsənmi? Onlar nələr çəkir bilirsənmi? Əminəm ki, Əbu Cəhlin dayıları haqqında belə bir şeyə qərar verilsəydi, o, buna əsla razı olmazdı.”

Züheyr:

“-Təkbaşıma mən nə edə bilərəm?” – deyəndə Hişam:

“-Mən də səninləyəm, ikinci mən olaram” – dedi.

Züheyr bu fikrini daha bir neçə nəfərə də dedi. Onlar da həmkarlıq etməyə hazır olduqlarını söylədilər. Söz birliyi edən beş adam Kəbəyə gəldi. Züheyr orada toplananlara belə xitab etdi:

“-Ey Məkkəlilər! Hamımız istədiyimiz kimi rahatlıq içində yaşayırıq. Ancaq Haşimoğulları hər şeydən məhrumdur. Onların aclıqdan belə qırılmaları heç rəvadırmı? And olsun ki, zalım anlaşma, bu öldürücü səhifə aradan qaldırılmayınca, mən dayanmayacağam!”

Əbu Cəhl bu işə mane olmaq istəsə də, bunu bacarmadı. Anlaşma ləğv edildi, boykot aradan götürüldü. Haşim oğulları Məkkəyə, evlərinə qayıdıb cəmiyyətə qarışdılar.

4. Hüzn ili

Müsəlmanlar mühasirədən qurtarıb bir az rahat nəfəs aldılar. Boykotun aradan qalxmasından bir neçə ay sonra, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) iki böyük kədərlə üzləşdi: Əvvəlcə həyatda ən böyük hamisi olan əmisi Əbu Talib vəfat etdi. Ardınca isə vəfalı və fədakar zövcəsi Həzrət Xədicə (radıallahu anha) vəfat etdi.

Bir neçə gün ara ilə gələn bu iki ölüm Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) çox böyük hüzn verdi. Buna görə həmin ilə “Sənətül-huzn” (Hüzn ili) deyildi.

Əbu Talib öldüyü zaman 80 yaşında idi. Onun ardınca Həzrət Xədicə (radıallahu anha) bu fani dünyadan köçdü. Xədicə sevgisiylə, nəzakətiylə, fədakarlığı, vəfakarhğı ilə Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) ən böyük köməyi, hamisi və təsəlli mənbəyi idi. Həzrət Muhammədi (səllallahu aleyhi və səlləm) ilk təsdiq edən, ən sıxıntılı zamanlarda ona təsəlli verən o idi. Ona görə də Rəsulullah (səllallahu aleyhi və səlləm) bu ilk həyat yoldaşım canı-könüldən sevərdi. Həzrət Aişə (radıallahu anha) deyir ki:

“-Həzrət Xədicəni görmədiyim halda, Peyğəbərin digər zövcələrindən çox onu qısqanardım. Həzrət Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu daima xatırlayırdı. Hətta bir gün ondan bəhs etdiyinə görə xoşagəlməz sözlər söyləmişdim. O da mənə belə cavab vermişdi:

 -Allah Təala mənim qəlbimə onun sevgisini qoymuşdur.”

Bir gün Xədicənin bacısı Halə ziyarətə gəlmişdi. İçəri girmək üçün izin istədi. Səsi bacısı Xədicənin səsinə çox bənzədiyindən, Həzrət Peyğəmbər Xədicəni xatırlayaraq onu andı, Aişə:

“-Ölən bir qadını bu qədər xatırlamağın nə mənası var? Allah Təala Sənə daha yaxşı zövcələr verdi” – dedikdə Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Aişəyə bu cavabı vermişdi:

-Xeyr! Sənin dediyin kimi deyil. Hər kəs mənə inanmadığı vaxt, mənə inanan o idi. Hər kəs bütpərəst ikən, o, İslamı qəbul etdi. Mənim heç bir köməkçim yox ikən, o, mənə kömək etdi.”

Əbu Talibin və Həzrət Xədicənin (radıallahu anha) ölümündən sonra, Qüreyşin əzab və əziyyəti daha da artdı. Bir gün Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) küçədən keçərkən, onu tanımaq istəməyənlərdən biri üstünə torpaq atdı. Allah Rəsulu (səllallahu aleyhi və səlləm) o halda evə girdikdən sonra, Fatma ürəyi sızıldaya-sızıldaya onun üstünü-başım həm təmizləyir, həm də ağlayırdı.

Həyatda uşaqlarımızın için-için ağlaması qədər insanı ürəkdən yaralayan bir şey yoxdur. Hələ qızlarımızın ağlamağım görmək nə qədər üzüntülüdür! Məsum balaların gözlərindən axan yaşlar içimizdə bir alov olub, bizi ürəkdən yandırar. Onların hıçqırıqları bizim ciyərlərimizi parçalayır. Az zaman öncə, anasını itirən Fatma babasının bu halına ağlayırdı.

Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) bütün atalıq hissləri cuşa gəldi. Ancaq əlindən nə gəlirdi. Hər zamankı kimi bütün qəlbiylə Allahına sığındı və Yalnız Onun köməyinə güvəndi. Ağlayan qızının isti göz yaşlarını mübarək əliylə silərək:

“-Ağlama mənim balam, uca Allah atanı qoruyacaq” – dedi. O anda hamisi olan əmisi Əbu Talibi xatırladı və ağzından bu kəlmələr töküldü:

“-Əbu Talib ölüncəyə qədər Qüreyşdən mənə heç kim toxuna bilməzdi.”


Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.61-64)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика