İslam dəvətin genişlənməsi

Siyər

Fəzilət yarışına dəvət

Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) gözəl əxlaqı tamamlamaq üçün göndərilmişdir. Qurani-Kərim onun ən yüksək əxlaq sahibi olduğunu xəbər verir:

“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən” 1

Şərqşünaslardan Villiam Muir “Muhammədin Həyatı” adlı əsərində yazır:

“Həzrət Muhamməd haqqındakı bütün dediklərimiz bir nöqtə üzərində toplanır. O da Onun soy kökünün aliliyi, əxlaqının təmizliyidir. Bunlar elə fəzilətlərdir ki, o zamanın Məkkəliləri arasında çox nadir idi.”

Doğrudan da Qüreyş o zaman bir çox günahlara batmışdı. İçki, qumar, zina, sələm, qan davaları baş alıb gedirdi. İctimai xəstəliklər ərəblərin təməlini dağıdırdı. Müqəddəs saydıqları Kəbənin ətrafında — Hərəmdə belə zövq və səfa aləmi qurur, içki və qumar məclisləri təşkil edirdilər. Qüreyşin ağsaqqalları üz qızardan davranışlardan çəkinmirdilər.

Haşimilərin başçılarından sayılan Əbu Ləhəb Kəbədə çoxdan bəri mühafizə edilən qızıldan düzəldilmiş bir maral heykəlini oğurlamış və satıb yemişdi. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) bunlara qarşı fəzilət mücadiləsinə başladı. İslam bu cür pisliklərin hamısının qarşısını kəsirdi. Onun üçün Qureyşlilər başlanğıcdan İslama qarşı çıxdılar. Qurani-Kərim ayələri nazil olaraq onların bu davranışlarım pislədi, onları şiddətlə qınadı. Onlar da düşmənçiliklərini artırdılar.

Qureyşin Əbu Talibə şikayətləri

Qüreyşin ağsaqqalları yaranmış vəziyyətdən şikayət etmək üçün, Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Talibin yanına gələrək belə dedilər:

“-Qardaşının oğlu bizim bütlərimizi pisləyir, atalarımızın da, babalarımızın da qəflətdə olduğunu deyir. Ya Onu bu işdən çəkindir, ya da öz himayəndən çıxart!”

Əbu Talib onlan mülayim sözlərlə başından elədi. Aradan bir müddət keçincə, yenə Əbu Talibin yanma gəlib dedilər:

“-Biz artıq daha bunlara dözə bilmirik, nə olur olsun, əgər sən Onu himayəndən çıxartmasan, səni də tanımarıq.”

Əbu Talib işin bu qədər çətin bir hal aldığım görüncə, Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm):

“-Xalqın belə istəyir” – deyərək olanları söyləmiş və açıq-aydın səni himayə etməyəcəyəm deməsə də, sözünün ahəngindən elə bir şey anlaşılmışdı.

Bu sözlər Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) yaralı qəlbinə bərk toxunmuş, gözləri dolmuşdu və dilindən bu sözlər töküldü:

“-Mən, Haqq Dini təbliğ etməklə vəzifəli Allahın elçisiyəm; özümdən bir şey uydurmuram. Bir əlimə günəşi, o biri əlimə də ayı versələr, yenə də bu vəzifəmdən əl çəkmərəm.”

Əbu Talib onu övladlarından çox sevirdi. Onun inciməsinə heç dözə bilməzdi. Bu hala üzüldü və özünü toplayaraq:

“-Sən işində ol, oğlum, mən sağ olduqca onlar Sənə toxuna bilməzlər” – deyə təminat verdi.

İlahi vəzifədə təbliğə davam

Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) ilahi vəzifəsində təbliğə davam edir, müsəlman olanlar da gündən-günə artırdı. Peyğəmbərliyinin altıncı ilində idi. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) bir gün Səfa təpəsində oturarkən, Əbu Cəhl oradan keçirdi. Səbəbsiz yerə Rəsulullaha (səllallahu aleyhi və səlləm) söydü.

Ədəb və tərbiyyədən kənar bu cür səviyyəsiz hərəkətlərdən uzaq olan Allah Rəsulu (səllallahu aleyhi və səlləm) ona cavab verməyi belə lazım bilmədi. Bu hadisəni bir qadın gördü. Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisi Həmzə o gün ova çıxmışdı. Döndüyü zaman cahiliyyə adəti üzrə oxunu, yayını çiynindən çıxartmadan Kəbəni təvaf etməyə getdi. Qadın o günkü hadisəni Həmzəyə danışdı. Həmzə hələ Müsəlman olmamışdı. Ancaq qardaşı oğluna açıqca küfr edilməsinə çox qəzəbləndi və Qüreyşin məclisinə gedərək Əbu Cəhlə:

“-Mənim qardaşımın oğlunu söyüb, Onu incidən sənsənmi?” – deyərək yayı ilə başına vurdu. Oradakılar Qüreyşin ağsaqqalı Əbu Cəhllə belə rəftar edən Həmzəyə hücum çəkmək istədilər. Ancaq belə bir işin sonunun haraya varacağım çox yaxşı bilən Əbu Cəhl:

“-Toxunmayın, Həmzənin haqqı var. Çünki mən qardaşının oğlu haqqında pis sözlər söylədim” – dedi. Həmzə getdikdən sonra öz adamlarma dönərək:

 “-Aman, ona ilişməyin, acığa düşər, gedib müsəlman olar, onunla da müsəlmanların gücü artar» – dedi. Çünki Həmzə dəyərli, igid bir adam idi, ölümdən belə qorxmazdı. Ancaq Həmzə bu hadisədən sonra İslam dinini qəbul etdi və qardaşı oğlunun tərəfinə keçdi.


  1. Hədid, 57/1-2.

Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.47-49)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика