İnsanlar təsdiq, inkar və əməl nöqteyi-nəzərindən aşağıdakı qisimlərə bölünür:
1. Mömin: Allaha, Hz. Peyğəmbərə və Onun xəbər verib qəti dəlillərlə bizə gəlib çatanlara qəlbən inanıb təsdiq edən hər bir kəsə “mömin” de yilir. Möminlər axirətdə cənnətə girəcək və orada çox sayda nemətlərə qovuşacaqlar. Günahkar möminlər isə cəhənnəmdə layiq olduqları cəzaya düçar olduqdan sonra cənnətə girəcəklər. Möminlərin əbədiyyən cənnətdə qalacaqlarına dair Quranda çox sayda ayələr mövcuddur.
2. Kafir: Allaha, Peyğəmbərinə inanmayan və dindən olduğu qəti şəkildə bilinən bir hökmü inkar edən kəsdir. Eyni mənada “münkir” kəlməsi də istifadə edilir. Allahı inkar etməməklə birlikdə, başqa birini və ya bir təbiət qüvvəsini ona ortaq (şərik/şirk) sayan kəsə “müşrik” deyilir. Şirk ilə küfr bir-birinə yaxın iki məfhumdur. Ancaq küfr daha ümumi, şirk isə xüsusi məna daşıyır. Belə bir kəs eyni zamanda küfr əhli sayılır. Hz. İsanı Allah, Allahın oğlu və ya üç ilahdan biri (təslis) olduğunu qəbul edən xristianlarla; Üzeyrin Allahın oğlu olduğu iddiası ilə çıxış edən yəhudilər Qurani-Kərimdə həm müşrik, həm də kafir kimi ifadə edilmişdir.39
Allaha şərik qoşmaq böyük günahlardandır. Allah aşağıdakı ayədə şirk istisna olmaqla bütün günahları bağışlaya biləcəyini belə bildirir:
“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahlari isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.”40
3. Münafiq: İnanılması vacib olan İslami əsaslara qəlbi ilə inanmayan və təsdiq etməyən, sırf möminləri aldatmaq üçün sözlə inandığını deyənlərə “münafiq” deyilir. İkiüzlü, daxili ilə zahiri eyni olmayan mənasındada istifadə edilir. Xülasə, münafiqlərin daxili başqa, zahiri başqadır, sözü əsla düzgün olmaz. Cəmiyyətdə özlərini müsəlman kimi göstərdikləri üçün bunları tanıma imkanı da yoxdur. Məhz bu səbəblə müsəlman cəmiyyətində küfr əhlindən daha çox zərər verərlər.
Münafiqə dünyaya dair hökmlər baxımından müsəlman kimi davranılır. Kəsdiyi yeyilər, miras alar, onunla evlənilə bilər, cənazə namazı qılınar. Lakin bu kimi insanlar axirətdə kafir sayılırlar.41 Çünki Qurani-Kərimin müxtəlif ayələrində münafiqlərin kafir olduğu bildirilmiş, hətta cəhənnəmin ən alt mərtəbəsində olduqları xəbər verilmişdir. Ayələrdə belə buyurulur:
“İnsanlar içərisində elələri də vardır ki; iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, -deyirlər.”42, “Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.”43
4. Mürtəd: Əvvəl müsəlman ikən sonradan dinindən dönən kəsdir. Mürtədlik bəzən qəti olan islami hökmlərdən birini və ya bəzilərini inkar etməklə də əmələ gələ bilər.44 Qurani-Kərimdə dindən dönənlərlə bağlı çox sayda ayələr vardır. Bir ayədə belə buyurulur: “(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidül-hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Dinnaminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərirməyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”45
5. Fasiq: Allahın əmrlərinə zidd hərəkət edən, günahkar, pis xasiyyət, pislik etməyi vərdiş etmiş şəxs deməkdir. Kəlam termini kimi isə fasiq, Allaha itaəti tərk edən və Ona üsyan edən, başqa bir ifadə ilə böyük günah işləyərək və ya kiçik günahda israr edərək doğru yoldan azan kəsdir.
Fasiqlik ümumiyyətlə üç qrupda toplana bilər:
a. Günahı çirkin əməl olaraq qəbul etməklə yanaşı bəzən günah işləmək.
b. Edilən günahı israrla etmək.
c. Haram və çirkin olduğunu inkar edərək bir günah işləmək. Bunlardan axırıncısı küfrlə nəticələnir və həmin şəxsin dinlə əlaqəsi кəsilər.46 Məsələn, haramlığını inkar edərək, başqa bir ifadə ilə halal sayaraq içki içmək, zina etmək məhz bu qəbildəndir.
Qurani-Kərimdə bəzi ayələrdə fasiqlik mütləq mənada istifadə edilir. Həccdə edilən fasiqlik47, Allahın adı anılmadan kəsilən heyvanın ətini yemək48 və ya müsəlmana böhtan atanın fasiqliyi49 buna nümunə göstərilə bilər. Digər bəzi ayələrdə isə fasiqlik və küfr eyni mənada istifadə edilir.
“(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq- aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.”50
6. Asi (üsyankar): Allahın əmrlərini yerinə yetirməyən, Ona üsyan edən, günahkar şəxs deməkdir. Bu kəlmə Qurani-Kərimdə Allahın və Rəsulunun əmrlərinə qarşı çıxan, günahkar, üsyankar kəslər mənasında istifadə edilir. Uca Allah bir ayəsində belə buyurmuşdur:
“Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.”51 Üsyankarın etdiyi günah kiçik və ya böyük günah (kəbirə) ola bilər.
- Bax. Maida, 5/5, 72; Tövbə, 9/30; Bəqərə, 2/21.
- Nisa, 4/116.
- Maturldl, Kitabut-tövhid, s. 374, 375.
- Bəqərə, 2/8; Nisa, 4/145. Geniş melumat üçün bax. Nəhl, 16/106; Hücurat, 49/14; Münaflqun, 58/22; Tirmizi, Qeder, 6; İbn Macə, Müqəddimə, 13.
- Münafiqun, 63/3.
- Alemgiriyye, el-Fətaval-Hindiyya, II, 253; İbn Abidin,
- Keddul-Muxtar, III, 283.
- Bəqərə, 2/217; bax. 3/86-91,106; 4/89,115; 5/52-54; 16/106,107; 47/25-28, 32; 60/11.
- Isfəhani, Müfrədat, s. 572; Razi, ət-Təfsirul-Kəbir, II, 91, Elmalılı, Hak Dini Kuran Dili, I, 282. Bax. Bəqərə, 2/197.
- Bax. Ənam, 6/121. Bax. Nur, 24/4.
- Bəqərə, 2/99; Yunis, 10/33; Maidə, 5/81.
- Nisa, 4/14; bax. Əhzab, 33/36; Məryəm, 19/44; Cin, 72/23; Hücurat, 49/7.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.104-106)







