Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Ticarət həyatına başlaması
Qüreyşin nüfuzlu qadını Xədicə bəzi adamlara sərmayə verib, onlarla ortaqlıq edirdi. Əbu Talibin təklifi ilə Xədicə Həzrət Muhammədə (səllallahu aleyhi və səlləm) də sərmayə verərək, onu köləsi Meysərə ilə Suriyaya böyük bir karvanla ticarətə yolladı.
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) ilk dəfə Suriyaya 13 yaşında ikən ticarət karvanı ilə gəlmişdi. Bu dəfə Büsra qəsəbəsinə gəldikləri zaman, Bahira artıq yox idi. Yerində Nəstura adında başqa bir rahib var idi.
Bu səyahət zamanı ticarət daha çox qazanclı oldu. Üç ay davam edən səyahətdən döndükləri zaman, Məkkəyə yaxınlaşanda Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) karvanın önündə gedirdi. Xədicə onu qarşıladı, aparılmış ticarətin nəticəsindən çox məmnun qaldı. O zamanlarda hələ bu qədər qazanan olmamışdı. Xədicənin Onun ticarət işlərindəki həssaslığına tam etibar edirdi. Qohumlar vasitəsilə Xədicə Həzrət Muhamməd ilə ailə qurması qərarlaşdırıldı.
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Xədicə ilə evlənməsi
Ticarət işlərini aparmaq üçün vəkil kimi təyin etdiyi Həzrət Muhammədə qarşı Xədicənin qəlbində sevgi hissləri oyanmağa başladı. Xədicə Onu işlə bağlı məsələlər üçün daim evinə dəvət edirdi. Xədicə bir müddət tərəddüd etdikdən sonra Nüfeysə adlı sirdaşına bu sirrini açdı və heç kimə demədən hazırlıqlara başlamasını ondan xahiş etdi. Sonunda ailələr görüşərək evlilik qərarı alındı.
Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) o zaman 25 yaşında idi. Xədicənin yaşı isə qırxa yaxın idi. Nikah mərasimi adət üzrə Xədicənin evində oldu. Xədicənin vəkili Vərəqə bin Novfəl, Həzrət Muhammədin vəkili isə əmisi Əbu Talib idi. Əbu Talib ayağa qalxaraq sözə belə başladı:
«Allaha şükürlər olsun ki, bizi İbrahim (əleyhissəlam) və İsmayıl (əleyhissəlam) nəslindən yaratdı. Bizi Kəbənin gözətçisi, xalqın ulusu etdi. Qardaşım oğlu Muhamməd (səllallahu aleyhi və səlləm) ilə Qüreyşdən hansı gənc müqayisə oluna bilər? Bütün şərəf və fəzilət onda toplanmışdır. Eyni şəkildə şərəf və etibar sahibi olan Xədicə də Ona uyğundur.»
Bundan sonra Xədicə tərəfindən Vərəqə söz aldı və Xədicənin Həzrət Muhammədlə nikahını bağladı. Dəvələr kəsilərək, dəvət olunanlara gözəl ziyafət verildi.
Yeni qurulan bu ailədə xoşbəxt bir həyat başladı. Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) öz qəbiləsi arasında böyük etibar sahibi idi. Bu səbəbdən məkkəlilər Ona “Muhammədül-Əmin” (etibarlı Muhamməd) adını vermişdilər. İstər ailə, istərsə də cəmiyyət həyatında O, heç vaxt doğru yoldan ayrılmamışdır.
Nümunəvi bir qadın olan Həzrət Xədicə (radıallahu anha) anamız, Rəsulullaha (səllallahu aleyhi və səlləm) həyatının hər anında əsl həyat yoldaşı və dost oldu. Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) peyğəmbərlik dövrünün ən sıxıntılı anlarında Ona dayaq olub təsəlli verdi. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) o sağ olduğu müddətcə başqa bir qadın ilə evlənmədi.
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) övladları
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) ailə səadəti uşaqları ilə daha da artdı. Üçü oğlan, dördü qız olmaqla yeddi övladı dünyaya gəldi. İbrahimdən başqa, hamısı Xədicə (radıallahu anh) anamızdan idi.
Oğlan övladlan bunlardır:
- Qasım,
- Abdullah,
- İbrahim. (Mariyadan olan oğlu)
Qız övladları isə bunlardır:
- Zeynəb,
- Ruqiyyə,
- Ümmü Gülsüm,
- Fatimə.
Qasım ilk övladıdır. Onu çox sevirdi. Ona görə də Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) künyəsi Əbül-Qasım (Qasımın atası) dır. Qasımla Abdullah kiçik yaşlarında vəfat etdilər. Qızlarının hamısı böyüdü və onların hamısını öz əli ilə gəlin etdi. Ən böyük qızı Zeynəbi Əbu As-a ərə verdi. Hicrətdən sonra əri buraxmadığından Zeynəb Məkkədə qaldı. Sonradan o da Mədinəyə köç etdi. Ruqiyyə Həzrət Osmana (radıallahu anh) ərə getdi. O öldükdən sonra isə Həzrət Osmanın (radıallahu anh) xanımı Ününü Gülsüm oldu. Ona görə də Həzrət Osmana (radıallahu anh) “Zinnureyn” (iki nur sahibi) deyilir. Kiçik qızı Həzrət Fatimə (radıallahu anha) hicrətdən sonra Mədinədə Həzrət Əliyə (radıallahu anh) ərə getdi.
Həzrət Fatimədən (radıallahu anha) başqa, bütün övladlan Həzrət Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) əvvəl vəfat etdilər. Həzrət Fatimə (radıallahu anha) isə atasından altı ay sonra dünyasım dəyişdi.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) nəsli qızı Fatimədən (radıallahu anha) olan nəvələri Həzrət Həsən (radıallahu anh) və Həzrət Hüseyn (radıallahu anh) ilə davam etmişdir.
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Kəbənin təmirində hakimliyi
Kəbəni Həzrət İbrahimlə (əleyhissəlam) oğlu İsmayıl (əleyhissəlam) tikmişdir. Üstündə tavam yox idi. Yağmurlu günlərdə sel binam basardı. Bunun üçün divar tikilsə də selin qarşısını almaq mümkün olmadı. Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) babalarından Qusay, Kəbənin üstündə tavan tiksə də bir müddət sonra bu da dağılmışdı.
Kəbənin qiymətli əşyaları onun içərisində mühafizə olunurdu. Sel bəzi yerləri uçurduğundan bir quldur içəri girmiş və bəzi əşyaları oğurlamışdı. Bunun üçün Kəbəni yenidən tikmək qərarı qəbul edildi. Bu zaman Ciddə sahilində bir gəmi qəzaya uğramışdı. Bunun materialları satın alınaraq Kəbənin təmirində işlədildi.
Həcərul-Əsvədi (qara daş) yerinə qoymağın vaxtı çatdıqda qəbilələr arasında ixtilaf çıxdı. Hər bir qəbilə bu şərəfə nail olmaq istəyirdi. Bu anlaşılmazlıq üzündən aralarında dava düşdü. Qüreyşin ən yaşlısı olan Əbu Umeyyə belə bir təklif irəli sürdü:
«Səhər-səhər Səfa qapısından gələn ilk şəxs bu işdə hakim olsun.»
Oradakılar da bu fikri bəyəndilər. Oradakılar həmin səhər Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) gəldiyini gördükdə sevindilər. Çünki onun doğruluğuna, dürüstlüyünə əsla şübhələri yox idi. Ona “əl-Əmin” deyirdilər. O da ağıllı bir hərəkətlə məsələni rahatlıqla həll etdi: Ortaya bir süfrə sərdi, Həcərül-Əsvədi onun üzərinə qoydu, hər qəbilə ağsaqqalarından bir adamın süfrənin kənarından tutmasını xahiş etdi. Beləcə daş yuxarı qaldırıldı və Həzrət Muhamməd də onu yerinə yerləşdirdi. Bununla da hər bir qəbilə bu şərəfdən öz payım almış oldu və məmnun qaldı. İşin belə bir həlli heç kimin ağlına gəlməmişdi.
Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) Kəbənin təmirində Qüreyşlə birlikdə çalışdığı, hətta buna görə çiyinlərinin yaralandığı tarixi mənbələrdə qeyd edilmişdir. Bir dəfə əmisi Abbas (radıallahu anh) Ona paltarını çiyninə qoymağı tövsiyyə etdi. Həzrət Peyğəmbər (səllallahu aleyhi və səlləm) əmisinin bu sözünə qulaq asaraq paltarını çiyninə qoyan kimi, özündən getdi. Sonra bu halı Əbu Talibə danışdı. O zaman: «Ey Muhamməd, sən Peyğəmbərsən (peyğəmbər olacaqsan) sənə yaraşmaz.» – deyə qeybdən bir səs duyduğunu söylədi.
O vaxt Peyğəmbər 30-35 yaşlarında idi.
Xronologiya:
- 595-ci il:
— Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Həzrət Xədicənin ticarət karvanını Şama apardı.
— Həzrət Muhamməd (səllallahu aleyhi və səlləm) Həzrət Xədicə ilə evləndi. - 598-ci il:
— Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) oğlu Qasım dünyaya gəldi. - 599-cu il:
— Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) əmisi oğlu Əli dünyaya gəldi. - 600-cü il:
— Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) qızı Zeynəb dünyaya gəldi. - 604-cü il:
— Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) qızı Ruqiyyə dünyaya gəldi. - 608-ci il:
— Həzrət Muhammədin (səllallahu aleyhi və səlləm) qızı Ümmü Gülsüm dünyaya gəldi.
Mənbə: Siyər-Nəbi (Həzrət Muhammədin ﷺ həyatı). İpəkyolu nəşriyyatı. (s.23-26)







