Din — Uca Allah tərəfindən, Peyğəmbərlər vasitəsilə insanlara bildirilən və insanları dünya və axirətdə səadətə çatdıran İlahi bir qanundur.
Dinlər əsasən üç qismə ayrılır:
- Haqq Din;
- Təhrif edilmiş dinlər;
- Batil dinlər;
1. Haqq Din:
Uca Allah tərəfindən Peyğəmbər vasitəsilə ağıl sahibi insanlara bildirilən, heç bir dəyişikliyə uğramadan və pozulmadan günümüzə qədər gələn dindir. Bundan sonra da bu özəlliyini qoruyacaqdır. Bu özəlliklərə malik olan din, bizim dinimiz olan İslam dinidir. Bu həqiqəti Uca Allah Quranda belə bildirmişdir:
«Şübhəsiz AIIah qatında (haqq olan) din, İslamdır.”1
İslamdan başqa dinlər Allah qatında məqbul deyildir və insanlara heç bir faydası olmayacaqdır. Bu məsələ Qurani Kərimdə belə açıqlanmışdır:
«Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki o din) ondan qəbul edilməyəcək və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.»2
2. Təhrif edilmiş dinlər:
Uca Allah tərəfindən Peyğəmbərlər vasitəsilə insanlara bildirildiyi halda, sonradan insanlar tərəfindən dəyişdirilən və əsli pozulan dinlərdir. Yəhudilik və Xristianlıq kimi. Bu dinlər zamanla pozulub «Allahın göndərdiyi Din» olma özəlliklərini itirdiyindən, bəşəriyyəti hüzur və səadətə çatdırma özəlliklərini də itirmişlər.
3. Batil dinlər:
İnsanlar tərəfindən uydurulan dinlərdir. Bu dinlər, batil və keçərsizdir. Bunların, Peyğəmbərlərin təbliğ etdiyi dinlərlə heç bir əlaqəsi yoxdur. Aya, günəşə, ulduzlara, atəşə, müqəddəs saydıqları bəzi heyvanlara, öz əlləri ilə düzəltdikləri bütlərə və ya bəzi təbiət qüvvələrinə tapınmaq buna misaldır. Tarixdə müşahidə edilən hinduizm, buddizm, məcusilik, şamanizm və s. belə dinlərdəndir.
- AIi-İmran, 19
- Ali-İmran, 85
Mənbə: t.me/Ehli_Sunne_Henefi







