- Cin
Mələklərdən ayrı həmçinin lətif varlıqlardan olan cinlərin varlığı Kitab və sünnədə mövcuddur. Tək forması “cinni”dir və “cann” kəlməsi cin ilə eynimənalıdır. Qulyabanı və ifrit cinlərin fərqli növlərindəndir. Qurana görə insan torpaqdan, cinlər isə atəşdən yaradılmışdır.
“İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı. (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.”1. “Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq! (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.” 2 Bu ayə cinlərin insandan əvvəl yaradıldığına dəlalət edir. Cinlər yer üzündə yaşayırlar, mömin və kafir olanları vardır. İnsanlar kimi Allahın əmr və qadağalarından məsuliyyət daşıyırlar, onlara peyğəmbərlər göndərilmişdir. Qurani-Kərimdə belə buyurulur:
“Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çataca. barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?3
Cinlərin ümumiyyətlə qeybdən xəbərləri yoxdur. Ancaq həyat|arının uzunluğu ruhani varlıqlar olmaları, mələklərdən xəbərlər oğurlamaları kimi səbəblərlə insanların bilmədiyi keçmişə və ya indiki zamana dair bəzi hadisələri bilmələri mümkündür. Lakin bu onların insanlardan üstün olduğu mənasına gəlməz. Cinlər doğru və səhvlərlə dolu məlumatlar əlaqə qurduqları şəxslərə xəbər verə bilərlər. Bu şəxslərə cindar və falçı, deyilir. İslamda bu kimi cin işləri ilə məşğul olmaq qadağan edilmişdir.
Cinlər də insanlar kimi iman və digər islami əhkamla məsuldurlar. “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım‘’4 ayəsi bunun dəlilidir. Cinlər eynilə insanlar kimi yeyər, içər evlənər və çoxalar, erkək və dişiləri vardır, doğar, doğular böyüyər və ölərlər. Ancaq onların ömrü öz zamanlarına görə 60-70 il olmaqla yanaşı, dünyadakı zamana görə bu müddət min ilə qədərdir.
Cinlərin yaradılışı müxtəlif surətlərə girməyə və ağır işlər görməyə əlverişlidir. Belə ki, Hz. Süleyman Bəlqisin taxtını Yəməndən gətirtdirmək istədikdə, İfrit adlı cin belə demişdir: “Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”5 Süleyman (ə.s) Qüdsdə, həmin taxt isə Yəməndə idi. Ancaq daha sonra bu taxtı Allahın övliya qullarından bır qul olan Asəf İbn Bərxiya bir göz qırpımında gətirmişdir. Bu hadisəni Uca Allah belə bəyan edir:
“(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbər olan birisi (Cəbrail, yaxud Xıdır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında (gozunu yumub açınca) gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu Rəbbimin lütfündəndir (merhəmətindəndir).»6 Məhz bu hadisə bir maddənin “lazerlə» başqa yerə köçürülə bildiyinə dəlalət edir. Bununla Süleyman Peyğəmbər cinləri ağır və məşəqqətli işlərdə işlətmişdir. 7
Hz. Peyğəmbər Ukaz yarmarkasına gedərkən Nəhlədə sübh namazını qıldırmış, bir qrup cin gəlib Qurana qulaq asmış və müsəlman olmuşlar. Bu hadisə Rəsulullaha (s ə s) Cin surəsinin ilk ayələrində xəbər verilmişdir.»8
Abdullah ibn Məsudun (s.ə.s) rəvayət etdiyinə görə, bir gecə Rəsulullah (s.ə.s) aralarından qeyb olmuş, şəhərdən kənar bır sıra vadilərdə axtarılmasına rəğmən tapılmamışdır. Səhər tezdən Hira tərəfindən gəldiyini görmüşlər. Allah Elçisi vəziyyəti belə izah etmişdi: Məni dəvət etmək üçün yanıma bir cin gəldi. Onunla birlikdə getdim və onlara Quran oxudum.»9
Cinlər yaradılışdakı xüsusiyyətləri baxımından yüksək imkanlara sahib olmalarına baxmayaraq, təfəkkür səviyyələri baxımından insanlardan geridirlər. Xarakterləri insandan zəifdir. Mənfi və zərərli davranışlara daha çox meyillidirlər. Ancaq yaxşıları, dindar və fəzilətli olanları da vardır. Cinlərin əsas xüsusiyyətləri mikrobun xəstə bədənə mənfi təsiri olduğu kimidir. Buna görə də insanların zəif tərəfindən və ya mənəvi cəhətdən zəif olduğu bir vəziyyətindən istifadə edərək onlara zərər verməyə cəhd edə bilərlər.10 Lakin Allaha arxalanaraq Onun istəyi olmadan bir varlığın başqa bir varlığa xətər yetirə bilmədiyindən əmin olan kəsə cinlərdən ziyan gəlməz. Belə ki, Hz. Peyğəmbərin də cinlərin insana təsirinə qarşı “Ayətul-kürsi” ilə «Fələq” və «Nas” surələrini oxuduğu məlumdur.11 Buradakı son iki surəyə “müəvvizəteyn” (iki qoruyan surə) deyilir. Bu surələrdə insanın cin, şeytan, görünən və görünməyən, insana ziyan verən hər şeyə qarşı Uca Allaha sığınması tövsiyə edilir.
- Şeytan
Gözlə görünməyən, lakin varlığı qəti şəkildə bilinən, azğınlıq və pisidə çox irəli gedən və insanları azdırmağa səy göstərən cinlərə şeytan deyilir.
Quranda ilk şeytan kimi qələmə verilir. Onun azaraq Rəbbinin əmrlərinə üsyan etməklə zəlalətə düşmüş cinlərdən olduğu bildirilir. “(Ya eyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! -dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.”12 “İblisdən başqa hamısı səcdə etdi. O cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı.’’13
Şeytan cinlərdəndir və şərin, pisliyin, zəlalətin təmsilçisidir. Al|ah-Təala Hz. Adəmə səcdə etməsini əmr edən zaman şeytanların atası o|an iblis özünün atəşdən, Adəmin isə torpaqdan yaradıldığını irəli sürərək Allaha üsyan etdi. Özünü Adəmdən üstün gördüyü üçün qürurlandı və kafirlərdən oldu.14
İblis və onun nəslindən gələn şeytanlar Allahın rəhmətindən qovulmuş və ona insanları doğru yoldan azdırmaq, pisliyə sövq etmək üçün qiyamətə qədər möhlət verilmişdir.
Hər bir insanın şeytanı vardır. Hz. Peyğəmbərin də bir şeytanı olduğu halda Uca Allah ona kömək etmiş və şeytanı müsəlman olmuşdur.15 Şeytanın işlərini altı maddədə toplamaq mümkündür: a) Küfr, şirk, Allaha və Rəsuluna üsyan etdirmək, b) Bidətə sövq etmək, c) Böyük günah etdirmək, d) Kiçik günahlarla məşğul etmək, e) Mübahlarla çox məşğul etmək, f) İnsanı fəziləti az olan işlərlə məşğul etmək.
Allah-Təala şeytana qarşı möminləri tənbeh etmiş və ona tabe olmamalarını tələb etmişdir. Qurani-Kərimdə şeytanın açıq-aydın bir düşmən olduğu bildirilir.
“Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.”16
Şeytan ilk insan olan Hz. Adəmlə Həvvanı çaşdırmış və cənnətdən çıxmalarına səbəb olmuşdur. Məhz bu həqiqəti nəzərə alaraq, onun hiylələrinə qarşı ayıq-sayıq olmağın vacibliyi Quranda belə ifadə edilir:
“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostlan etdik.”17
Uca Allah Quran oxunan zaman qovulmuş şeytandan Özünə sığınılmasını əmr etmiş, möhkəm imanla ibadət edən və ilahi qadağalara riayət edənlərə şeytanın heç bir təsir və hökmranlığının olmadığını ifadə etmişdir.18
Yer üzündə yaxşı ilə pis, xeyirlə şər və imanla küfr arasındakı mübarizə qiyamətə qədər davam edəcəkdir. Daim yaxşılığın tərəfində mələk, pisliyin arxasında da şeytan vardır və olmağa davam edəcəkdir. Bəşər övladı Uca Allahın verdiyi iradə gücünü yaxşı yolda istifadə etməyə qərar verər və əzm edərsə bu işdə Allahın köməyi zühur edər. Bunu etmək üçün özündə güc və qüvvət tapar. Şər və pisliyə qərar verərsə, şeytanın dəstəyi onun arxasında olar.
- Rəhman, 55/15.
- Hicr, 15/26, 27.
- Ənam, 6/130
- 160 Zarıyat, 51/56
- Naml, 27/39.
- Nəmi, 27/40
- Bax. Şəbə, 34/12, 13
- Bax. Cin 72/1-3.
- Qurtubi, Cami li Əhkamil-Quran, XIX, 2 vd.
- Ahmed Hulusi,Ruh-İnsan,s. 57, 58.
- Bax. Buxari, Vəkalə 10, Tibb. 39. Fazailul-Quran. 10, 14. Tirmizi, Tibb. 16. Daavat, 21. Əbu Davud, Ədəb, 98
- Bəqərə, 2/34.
- Kəhf, 18/50. Bu ayə onun cinlərdən olduğunu açıq-aşkar bildirir.
- Bax. Bəqərə, 2/34.
- Tac. V, 233.
- Fatir, 35/6.
- Əraf. 7/27.
- Bax Nehl, 16/98-100, Isra, 17/65; Əraf. 7/21.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.131-135)







