Böyük günahlar

Əqidə

Ərəb dilində “kəbirə” və ya “kəbair” kəlməsi ilə ifadə edilən böyük günahlar haqqında qorxuducu bir ayə və ya səhih hədis olan, işləyənin dünya və ya axirətdə cəzaya düçar olmasına səbəb olan günahlardır.

Əhli-sünnə etiqadına görə böyük günah edən kəs, bu günahın haramlığını inkar etmədiyi müddətcə günahkar mömin sayılır. Bir sözlə böyük günah insanı elindən çıxarmaz. Günaha və onun növünə görə tövbə edilərsə, Allah-Təala onu bağışlaya bilər.

Bir hədisdə böyük günahların üç olduğu qeyd edilmişdir:

“Sizə bö­yük günahların ən böyüklərindən xəbər verimmi? Onlar: Allaha şərik qoşmaq, ana-ataya üsyan etmək və yalan şahidlikdir.»2

Başqa bir hə­disdə bu say yeddi olaraq qeyd edilir:

“Həlak edən yeddi günahdan çə­kinin. Onlar: Allaha şərik qoşmaq, sehrbazlıq etmək, haqsız yerə adam öldürmək, yetim malı yemək, sələm (faiz) yemək, müharibədən qaçmaq, namuslu və imanlı bir qadına zina böhtanı atmaqdır.»3

Başqa hədislərdə bu yeddi günaha bunların da əlavə edildiyi nəzərə çarpır: Zina etmək, yalançı şahidlik etmək, Məscidi-Haramda günah işləmək və yalan yerə and içməkdir.52 53 54

Küfr və şirk istisna olmaqla böyük bir günahı edən kəs, bunu halal say­madığı müddətcə, günahlarından ötrü küfrə düşməz. Fasiq və üsyankar mömin sayılır. Həmin şəxs üçün ölənə qədər tövbə qapısı açıqdır. Uca Allah onu axirətdə istəyərsə bağışlayar, şəfaət olunmasına izn verər. Qurani-Kərimdə belə buyurulur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan gü­nahlarını bağışlayan Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.”55 “Əgər sizə qadağan olunmuş böyük günahlardan çə­kinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstü­nü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.”56

Allahın bağışlaması mövzusunda insana ən çox ümid verən ayə­nin aşağıdakı ayə olduğu rəvayət edilmişdir. “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olma­yın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”57 İbn Abbasdan rəvayət edildiyinə görə, Mədinədə müşriklərdən bir qrup Hz. Məhəmmədə gələrək çox cinayət işlədiklərini və çox zina etdiklərini, onların çıxış yolu olub-olmadığını so­ ruşmaları müqabilində, əvvəlcə tövbə edib xeyirli işlər görənlər üçün cinayət və zinanın bağışlanmasını bildirən ayələr nazil olmuş58, daha sonra da yuxarıdakı ayə nazil olmuşdur.59

Məhz bu ayə şirk istisna olmaqla böyük günahların da tövbənin əhatə dairəsinə daxil olduğunu ifadə edir. Lakin bu günaha təşviq və ya günaha israr kimi qəbul edilməməlidir. Allahın rəhməti genişdir, insanın günahı nə olursa olsun Ondan ümid kəsilməməlidir.

Əbu Zərr əl-Gifaridən (r.a) gələn rəvayətə görə, onunla Rəsulullah (s.ə.s) arasında bu danışıq keçmişdir. Hz. Peyğəmbər belə buyurmuş­dur:

Allahdan başqa heç bir ilah yoxdur deyib bu etiqadı üzrə ölən kəs cənnətə girər.» Əbu Zərr “O şəxs zina və oğurluq etsə də?” -deyə so­ ruşmuş. “Bəli zina etsə də, oğurluq etsə də cənnətə girər”cavabını ver­ mişdir. Əbu Zərr sualı üç dəfə təkrar edib eyni cavabı aldıqda, dördüncüsualında Allahın Elçisi Əbu Zərr bundan xoşlanmasa da həmin şəxs cənnətə girəcəkdir” -buyurmuşdur.60

Yuxarıda izah etdiyimiz böyük günahlardan başqa qalan günahlar mövzusunda isə bir namazın sonrakı namaza və cümə namazının növ­bəti cümə namazına qədər işlənən kiçik günahlar üçün kəffarə olduğu, xəstəliklərin, sədəqə və yaxşılıqların, eləcə də bu kimi bir sıra əməl­lərin günahların bağışlanmasına səbəb olması ilə bağlı müxtəlif hədislər rəvayət edilmişdir.


  1. Buxari, Ədəb, 6; Müslim, İman, 38; Tirmizi, Təfsir, 5.
  2. Buxari, Vəsaya, 23; Müslim, İman, 38; Əbu Davud, Vəsaya, 10.
  3. Bax. Buxari, Ədəb, 6, Eyman, 16; Müslim, İman, 38; Əbu Davud, Vəsaya, 10; Tirmizi, Təfsir, 5.
  4. Nisa, 4/48, 116.
  5. Nisa, 4/31; bax. Nəcm, 53/32. İ Zümər, 39/53.
  6. Bax. Fürqan, 25/68-70.
  7. Bax. Buxari, Təfsir, 39/1.
  8. Buxari, Tövhid, 33, Riqaq, 16; Müslim, İman, 40; Tirmizi. İman, 18.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.106-108)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика