Fitrə sədəqəsi kimlərə vacibdir?

Oruc

Fitrə sədəqəsi — Ramazan ayında yoxsullara verilməsi vacib olan bir sədəqədir. Nisaba malik olan hər bir Müsəlmana vacibdir. Nisab, zəkatın vacib olması üçün dinin qoyduğu ölçüdür ki, bu da ehtiyacları ilə borcları xaricində, 612,36 qram gümüş və ya bunun qiymətinə bərabər pul və ticarət malına malik olmaqdır.

Fiqh qaynaqlarındakı ölçü və miqdarlar belədir. Alimlər, fitrə sədəqəsinin buğda, arpa, xurma və quru üzümdən veriləcəyini bildirir. Buğdadan yarım «saa» (1.6 kq), digərlərindən isə 1 «saa» (3.2 kq) miqdarında fitrə verilir. Hənəfi fəqihlərinə görə isə, fitrə pul olaraq da verilə bilər və bu üsul yoxsulun ehtiyaclarını təmin etməsi baxımından daha tutarlı bir yoldur. Zəkatın veriləcəyi yerlər eynilə fitrə sədəqəsinin veriləcəyi yerlərdir. Fitrə sədəqəsinin vacib olması üçün oruc tutmaq şərt deyildir. Oruc tutmayan və tuta bilməyənlərində fitrə verməsi vacibdir. Əgər kimsə Bayram namazından əvvəl fitrə verməzsə, onu Bayramdan sonra da verə bilər, lakin belə bir gecikmə məkruhdur.

Hənəfilərə görə, fitrə sədəqəsi zəkat ibadətində olduğu kimi, nisab miqdarı mala sahib olan hər müsəlmana vacibdir. Ancaq zəkatdan fərqli olaraq, nisaba çatmış malın nami (çoxalıb arta bilən) olması və üstündən bir il müddətin keçməsi şərt deyildir. Mükəlləf hesab ediləcək miqdarda mala sahib olan şəxsin məsuliyyətindən olduğu həddi-buluğa çatmayan uşaqlarında fitrəsini verməsi lazımdır

Niyyətə gəlincə isə, əldəki malın Allah rızası üçün fitrə olaraq verilməsini qəlbindən keçirməkdir. Fitrə verənin bu niyyəti qəlbindən keçirməsi kifayətdir. Bununla belə, ehtiyac olarsa «bunu bayram xərcliyi edərsən» -deyilə bilər.

Allah ﷻ daha yaxşı bilir.

Mənbə: t.me/Ehli_Sunne_Henefi

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика