Orucun tərifi və tarixçəsi

Oruc

Oruc farsca «ruzə» kəlməsinin türk dillərindəki təlaffüz şəklidir. Ərəbcə bir məsdər olaraq «savm ve siyam» lügətdə; bir şeyden uzaq durmaq, bir şeyə garşi özünü saxlamaq, mane olmaq, oruc tutmaq deməkdir. Figh termini olaraq isə; oruc tutmağa gücù çatan şəxslərin niyyət edərək, ikinci fəcrdən etibarən günəşin batişina qədər orucu pozan hallardan qorunmalarıdır. Xülasə, oruc müəyyən bir müddət bilərək yemək-içmək və cinsi əlagədən uzaq durmaqdır.

Orucun müddəti ikinci fəcrin doğuşundan günəsin batişina gədər keçən müddətdir. Orucun başlama vaxtına «tutmaq» mənasinda «imsak» deyilir. Dan yerinin ağarması ilə başlayan bu vaxtla yatsı namazının vaxtı çıxır və sübh namazınım vaxtı girir. Oruc qadağalarının sona çatdığı vax-
ta da «iftar» deyilir. Bu, günaşin düz üfüqdə batma vaxtı olub, bununla axşam namazının vaxtı girir.

Ayədə orucun başlanğıc və bitiş vaxtı məcaz ilə belə bildirilir: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı, artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin, sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın»1. Bu ayədəki “xayt” (sap) kəlməsi məcazi mənada işlədilmişır. Bunanla gündüzün ağlığı ilə gecənin qaranlığı arasındakı sərhəd qəsd edilmişdir.2
Hz. Peyğəmbər dövründə sahur (obaşdan) yeməyi və orucun başlanğıcı iki azan ilə müəyyənləşdirilirdi. Hədisdə belə buyurulur: «Bilalın azanı sizi aldatmasın, çünki o azanı gecə oxuyur. Buna görə də siz, Abdullah ibn Ummi Məktumun azanına qədər yeyib için.’3 Bilal (r.a) yatanları oyandırmaq və oyanıq olanları da xəbərdar etmək üçün sahurun başlanğıcında azan oxuyurdu. Abdullah (r.a) isə, gözləri görmədiyi üçün bir nəfər imsak vaxtı olduğunu bildirdikdən sonra sübh azanını oxuyar və bununla da oruca başlanardı.4

Hz. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra hər ay üç gün və aşura günü oruc tutulmasını əmr etmişdi. Ramazan orucu hicrətdən il yarım sonra, Şaban ayının onunda fərz buyurulmuşdur. Bundan sonra əvvəlki oruclar mövzusunda möminlər sərbəst buraxıldılar, başqa bir ifadə ilə, Ramazan ayı xaricində də Rəcəb və Şaban aylarında olduğu kimi, möminlər daha çox oruc tutmağa təşviq edildilər. Ancaq bunlar məndub oruclar olaraq qaldı.5

Quranda Ramazan orucunun əvvəlki millətlərə də fərz edildiyi bildirilir.6 Ancaq əvvəlcə yəhudilər bunu tərk edərək ildə bir günə endirmişdilər. Sonra xristianlar da, bu orucu çox isti olan bir ildə kilsə xadimlərinin ortaq rəyi ilə bahar mövsümünə keçirmişdilər. Bu dəyişikliyin kəffarəsi üçün on gün, xəstələnən hökmdarın sağalması və ya yoluxucu xəstəliyin qarşısının alınması üçün də on gün əlavə edərək sayını əlli gün etmişlər və adına da “pəhriz” demişlər.

Gündüz və gecənin təşəkkül etmədiyi bölgələrdə oruc vaxtı, bura ən yaxın olan, gecə və gündüzün təşəkkül etdiyi bölgə əsas alınaraq müəyyən edilir.


  1. Beqere, 2/187.
  2. Buxari, Səvm, 16; Müslim, Siyam, 33-35.
  3. Buxari, Azan, 11, 13, Şəhadətlər, 11, Savm, 17; Müslim, Siyam, 36-39; Tirmizi, Salət, 35, Nəsai, Azan, 9,10.
  4. Müslüm, Sıyam, 38 -44.
  5. Buxari, Təfsir, 1/24.
  6. Bax .Bəqərə, 2/183.

Mənbə: Dəlillərlə İslam Elmihalı, (s.515-516)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика