1. Üstündə Allahın və ya Hz. Məhəmmədin adı yazılan bir şeylə tualetə girməmək. Ənəs (r.a) belə demişdir: «Hz. Peyğəmbər tualetə girəndə, üzüyünü çıxarardı.»1 Çünki Onun üzüyünün üstündə “Muhammədun Rasulullah” yazısı vardı. Ancaq belə bir yazı gizlədilərsə, üstü örtülərsə və ya üzüyün itməsindən qorxularsa qadağa qalxar.
2. Tualetə başı örtülü girmək.
3. Tualetə ayaqqabı ilə (çəkələklə) girmək.
4. Tualetə girmədən əvvəl aşağıdakı duanı oxumaq:
بِسمِ اللهِ اللَّهُمَّ إني أعُوذُ بِكَ مِنَ الخُبُثِ وَالخَبَائث
Transliterasiya: «Bismilləhi2Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais!»3
Tərcümə: «Allahın adı ilə. Allahım, pislikdən və pis şeylərin şərindən sənə sığınıram (həmçinin ola bilsin ki, «xubs» və «xəbais» deyildikdə hər iki cinsin cinləri nəzərdə tutulur).»
5. Tualetə sol ayaqla girmək.
6. Tualet ehtiyacını oturaraq görmək. Ayaq üstə tualet ehtiyacını görmək olmaz. İmam Qazali əlavə edir: «Tualet ehtiyacını görərkən, daha çox sol ayağa söykənmək lazımdır.
7. Tualet ehtiyacını görərkən üzünü və ya arxasını qibləyə çevirib oturmamaq. Hz. Peyğəmbər belə buyurmuşdur: “Tualetə getdiyinizdə balaca və böyük tualet ehtiyacını görmək üçün qibləyə qabaq və arxanızı çevirməyin, şərqə və ya qərbə tərəf çevirin.»4
8. Həşaratların yaşadığı dəliklərə, yol, kölgəlik, ağac altı kimi insanların keçdiyi, istirahət etmək üçün oturduğu yerlərə tualet ehtiyacını görməkdən çəkinmək. Hz. Peyğəmbər “Üç lənət olunacaq yerdən çəkinin: su kənarı, yol və kölgəlik. Bu yerlərdə tualet ehtiyacı görməyin.»5 buyururdu.
9. Durğun və ya axar suda tualet ehtiyacını görməmək. Bir üzrü olmadıqca tualet ehtiyacını görməkdən çəkinməlidir.
10. Tualetdə danışmamaq.
11. Geyimə və ya bədənə sidik damcılarının düşməməsinə diqqət yetirmək. İmam Qazali əlavə edir: «İstincanı» (sidik və nəcisdən təmizlənməyi) tualet ehtiyacını gördüyü yerdə etməməlidir. Bu, bizim reallıqda əvvəlcə nəcisin yuyulması deməkdir ki, çirkaba (nəcisə) düşən damcılar, sıçrayaraq paltara və ya bədənə düşməsin, sonra isə yuyunmaq lazımdır.
12. Tualet ehtiyacını gördükdən sonra özünü su ilə təmizləyib və sidikdən «istibra» etmək (sidik qalıqlarını aradan qaldırmaq üçün edilən əlavə hərəkətlər; bir hərəkət etmək, çömbəlmək, öskürmək və s.). İmam Qazali əlavə edir: “İstibra» haqqında düşüncələrə çox dərinə getmək lazım deyil, çünki bu şeytanın vəsvəsəsinə səbəb olacaq və son dərəcə çətinləşəcəkdir. Bir insanın hiss etdiyi nəmliyi isə, yuyunduğu suyun qalıqları kimi hesab etsin. Əgər bu düşüncələr ona rahatlıq vermirsə, qoy bir daha su ilə yusun, amma şeytanın vəsvəsə yolu ilə öz üzərində hökmranlığına icazə verilməməlidir.
13. Tualet kağızı (reallığımızda olduğu kimi) və su ilə təmizlənmək. Və bunu belə edənlər haqqında ayə nazil oldu:
فِيهِ رِجَالٞ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُطَّهِّرِينَ
Orada təmizlənməsini sevən kişilər var. Allah da təmizlənənləri sevir.6
14. Tualetdən sağ ayaqla çıxmaq.
15. Tualetdən çıxdıqdan sonra bu duanı oxumaq:
غفرانك
Transliterasiya: «Ğufranəkə!»
Tərcümə: «Bağışla!»7
16. Tualet ehtiyacı görüldükdən sonra təmizlik sol əllə edilməli və tualetdən çıxan kimi əllər sabun və başqa təmizləyici vasitələrlə yuyulmalıdır.8
17. Tualet ehtiyacını gördükdən sonra dəstəmaz almaq. İmam Qazali buyurur: «Allah Rəsulunun (ﷺ), tualet ehtiyacını gördükdən sonra dəstəmaz almadığını heç görmədilər.»9
- Əbu Davud, Təharət, 10; Tirmizi, libas, 17; İbn Macə, Təharət, 11.
- Tirmizi, 606.
- Buxari, 142; Müslim, 375.
- Tirmizi, Təharət, 6, Büyu, 41; Əbu Davud, Təharət, 4; Əhməd İbn Hənbəl, Müsnəd, II, 250; III, 487; V, 421.
- Müslim, Təharət, 68; Əbu Davud, Təharət, 14; İbn Macə, Təharət, 21.
- Tövbə Surəsi, 108.
- Əbu Davud 30; Tirmizi, 7.
- İbn Abidin, e.a.ə. I, 316-318; Şirazi, e.a.ə., I, 25; İbn Qüdamə, e.a.ə, I, 162 168; Züheyli, e.a.ə., I, 202 vd.
- İbn Macə, 354.
Qaynaq: ?: «Hər günə yüz Sünnə»
?: «Dəlilləriylə İslam Elmihalı»
Mənbə: t.me/Ehli_Sunne_Henefi






