Dırnaqları sünnəyə görə kəsməyin bir yolu varmı?

Təmizlik

Sual: Sünnəyə əsasən əl və ayaq dırnaqlarını kəsməyin yolu necədir?

Cavab: Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Əssaləmu aleykum və rahmətullahi və bərakətuh

Dırnaqlarınızı aşağıda göstərildiyi kimi kəsməyiniz məsləhətdir:

  • Sağ əlinizin şəhadət barmağından başlayın və kiçik barmağınıza doğru gedin. 
  • Bundan sonra, sol əlinizin kiçik barmağından başlayıb, sol əlinizin baş barmağında bitirin.
  • Nəhayət, sağ əlinizin baş barmağının dırnağını kəsə bilərsiniz.
  • İnsan sağ ayağın kiçik barmağından dırnaqları kəsməyə başlamalı və sol ayağın kiçik barmağında bitirməlidir.  («Hindiyyə», 5358)
  • Bu sünnə deyil, ancaq istəniləndir (müstəhəbdir). («Əhsənul Fətəva», 982)

Ml. Ishak E. Musa,
Darul Iftaanın tələbəsi
Yoxlayıb təsdiqlədi:
Müfti İbrahim Desai

Darul Iftaa, İn’amiya mədrəsəsi


Mənbə: www.askimam.org
Tərcümə: t.me/Ehli_Sunne_Henefi

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика