Sual: Qüsl aldıqdan sonra bəzən 2-3 dəqiqədən sonra sperma xaric olur. Yenidən qüsl almalıyam?
Cavab: Boşalmadan sonra aşağıda qeyd olunan üç məqamdan biri yerinə yetirilməmiş qüsl almayın:
- Bir müddət yatmaq.
- Ən azı qırx addım yerimək.
- İdrar etmək.
Əgər bu üçündən biri yerinə yetirildikdən sonra bir şəxs (kişi və ya qadın) qüsl alsa və ondan sonra sperma xaric olarsa, təkrar qüsl almaq lazım deyil, lakin dəstəmaz pozular. Bu nahiyənin yuyulması və çirklənmiş paltarların dəyişilməsi və ya yuyulması kifayətdir.
Digər tərəfdən, əgər insan boşaldıqdan dərhal sonra yuxarıda qeyd olunan üç şeydən birini etmədən qüsl alsa və ondan sonra sperma çıxarsa, qüslü təkrar etmək lazımdır. (Rəddül Muxtar: 1/456)
Qeyd: Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan hökm insanın öz spermasının çıxması ilə əlaqədardır. Əgər bir qadından, qüsl aldıqdan sonra ərinin sperması çıxarsa, yenidən qüsl alması lazım deyil, bu ancaq dəstəmazı pozur.
Allah ﷻ daha yaxşı bilir.
Mövlana Yusif Laher
Yoxladı və təsdiqlədi: Müfti Sirac Desai
Mənbə: alfarouq.co.za
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







