Sual: Krevet, midiya, kalmar və osminoq yeməklə bağlı həmişə çoxlu mübahisələr var. Zəhmət olmasa, hansılarını yemək olar və hansılarını yeməyə icazə olmadığı barədə məlumat verərdiniz.
Cavab:
Bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə Mərhəmətli olan Allahın adı ilə.
Əssəlamu aleykum və rahmətullahi və bərəkətuh.
Hənəfi məzhəbinə görə, yalnız ərəbcə «səmək» adlanan dəniz canlılarının yeyilməsinə icazə verilir. «Səmək» ümumiyyətlə balıq kimi tərcümə olunur.
Krevetlərin caiz olub-olmaması ilə bağlı fikir ayrılığı var.
Fikir ayrılığının səbəbi, krevetlərin hansı kateqoriyaya aid edilməsi ilə əlaqədardır. Bəzi alimlər krevetləri «səmək» hesab edirlər, digərləri isə yox. Krevetləri «səmək» hesab edən alimlər, onların caiz olduğu görüşündədirlər. Krevetləri «səmək» hesab etməyən alimlər isə, onların caiz olmadığı görüşündədirlər.
Krevetlərin caiz olduğu görüşündə olan Hindistan yarımqitəsinin bəzi alimləri bunlardır:
- Mövlana Əşrəf Əli Sanvi (rahiməhullah)
- Müfti Abdür-Rahim Ləcpuri (rahiməhullah)
- Müfti Məhəmməd Abdus-Səlam Çatqami
Krevetlərin caiz olmadığı görüşündə olan Hindistan yarımqitəsinin bəzi alimləri bunlardır:
- Mövlana Rəşid Əhməd Qanqohi (rahiməhullah)
- Mövlana Xəlil Əhməd Səhəranpuri (rahiməhullah)
- Mövlana Rəşid Əhməd Ludhianvi (rahiməhullah)
Krevetlər mövzusunda iki etibarlı görüş var. Onu yeməkdə sərbəst olmasına baxmayaraq, təqva bir insandan krevetləri yeməkdən çəkinməsini tələb edir.
Müfti Rəşid Əhməd Ludhianvi (rahiməhullah), Əhsənul-fətəva’da balıqların üç xüsusiyyətinin olduğunu qeyd edir:
- Onurğa sütunu
- Qəlsəmələr
- Üzgəclər
Midiya, kalmar və osminoq balığın bütün xüsusiyyətlərinə malik deyil; buna görə də, onlar balıq kimi qəbul edilməyəcəklər. Demək ki, Hənəfi məzhəbinə görə midiya, kalmar və osminoq yemək icazəli deyil.
Allah Təala daha yaxşı bilir.
Müfti Faraz Adəm əl-Mahmudi əl-Hənəfi
Mənbə: darulfiqh.com
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







