
İmam Əbu Cəfər ət-Tahavi əl-Hənəfinin “əl-Əqidə ət-Təhaviyyə” əsərinə yazılan, ən məşhur şərhlərdən olan «Tahavi Əqidəsinin Şərhi» kitabından dərslər.
İmam əl-Baburtinin bu kitabında əqidə müddəaları daha dərindən təhlil edilir, Quran və Sünnədən dəlillər gətirilir, Əşarilər və Maturidilər arasında və digər İslam cərəyanları arasındakı ixtilaflar təhlil edilir.
Əsəri bir çox müəlliflər şərh etmişdir və onların arasında bizim təqdim etdiyimiz bu kitabın müəllifi də vardır ki, o, kitaba çox qısa,yığcam və asan şərh vermişdir. Allah Təalədən Onun yolunda əməllərimizi ixlasla yerinə yetirməyi diləyirik. Həqiqətən Allah hər şeyə qadirdir.
Lektor: Vasif Teymurov (hafizullah)
1. İmam Tahavi kimdir. Əqidə nə deməktir
2. Tövhid
3. Allahın şəriki yoxdur
4. İlahi sifətlər
5. İlahi sifətlərin əzəli olması







