
Əbu Zəkəriyya Yəhya ibn Şərəf ibn Murriy ibn Həsən ibn Hüseyn ibn Muhəmməd ibn Cuma ibn Hizam. İmam Nəvəvi hicrətin 631-ci ilində Nəva şəhərində anadan olmuş və hələ uşaq ikən Qurani Kərimi
əzəbərləmişdir. Nəhayət, hicrətin 649-cu ilində atası onu Dəməşqə gətirmiş, orada o, alimlərin yanında elm almağa başlamış və beləliklə də, İslam elminə yiyələnmişdir.
Nəvəvinin “Riyazus-Salihin” kitabına gəlincə, bu kitab olduqca dəyərli bir kitabdır. Ərəbcə “riyad” “rovdatun” sözünün cəm formasıdır. Rovda – bağça deməkdir. Salihin də, salih sözünün cəm formasıdır. Salih də – elə saleh deməkdir. Demək, “Riyazus-Salihin/Salehlər bağçaları” deməkdir. Məlumdur ki, çoxlu otlar və ağaclar olan, gözoxşayan yerlərə bağça deyilir.
Lektor: Cavid Hənəfi
1. Müqəddimə
2. Tövbə
3. Səbr etmək
4. Gözəl sonluq
5. Allahın qulları yoxlaması
6. Təqva
7. Allaha təvəkkül etmək
8. İstiqamət üzərə olmaq
9. Təfəkkür
10. Xeyirli işlərə tələsmək







