- Zəkatın tərifi və hökmü
- Zəkatın hikmətləri və faydaları
- Zəkatın fərz olmasının şərtləri
- Zəkatın səhih olmasının şərtləri
- Zəkat necə verilməlidir?
- Zəkat kimlərə verilir?
- Zəkat kimlərə verilməz?
- Zəkata daxil olan mallar
- Qızıl, gümüş və pulların zəkatı
- Ticarət mallarının zəkatı
- Heyvanların zəkatı
- Qoyun və keçilərin zəkatı
- İnək və camışların zəkatı
- Dəvələrin zəkatı
- Atların zəkatı
- Mədən və dəfinələrin zəkatı
- Əkin məhsullarının zəkatı
- Verilən borcların (alacaqların) zəkatı
Zəkatın tərifi və hökmü
Zəkat lüğətdə “artma, çoxalma, təmizləmə, bərəkət və mədh etmə” kimi mənalara gəlir. İslam hüquq terminologiyasında zəkat “təyin olunan mal növlərindən müəyyən qismini Allah-Təalanın bildirdiyi müsəlmanlara, onların mülkiyyətinə keçirməklə verməkdir.”
Zəkata həmçinin möminlərin Allahın əmrlərinə tabe olma baxımından göstərdikləri sədaqətə görə “sədəqə” də deyilmişdir. Odur ki, sədəqə kəlməsi zəkatdan vacib və nafilə qəbilindən olan bağışlamaları da əhatə edən daha geniş bir məfhumdur. Allah rizası üçün seçilib verilən mala ona görə zəkat adı verilmişdir ki, arxada qalan mah təmizləyir və fəlakətlərdən mühafizə olunmasına vasitəçi olur. Allah-Təala belə buyurur: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan” (Tövbə, 9/103). Bununla yanaşı, zəkat onu verəni günahdan, mah kirdən təmizləyər və mənəvi baxımdan onu ucaldar.
Zəkat İslamın beş təməl əsasından biridir. Hicri tarixlə II il şəvval ayında Ramazan orucu və fitrə sədəqəsindən sonra vacib olmuşdur. Qurani-Kərimdə zəkat kəlməsi iki yerdə lüğət mənasında istifadə olunmuşdur. Otuz ayədə isə termin mənasında istifadə olunmuşdur. Sözügedən ayələrin səkkizi Məkkə dövründə nazil olmuşdur. Quran zəkat kəlməsinin sinonimi kimi “sədəqə” və “haqq” kəlmələrini də qeyd etmişdir. Müxtəlif ayələrdə təşviq edilən “infaq” isə könüllü yaxşılıq etməyi ifadə edir. Zəkat iyirmi yeddi ayədə namazla yanaşı qeyd olunmuşdur. Bu da namaz ilə zəkat arasında yaxın əlaqənin olduğunu göstərir.
Digər tərəfdən zəkat əvvəlki peyğəmbərlərə də ümumiyyətlə namazla birgə əmr edilmişdir. Quranda İbrahim (ə.s) və oğulları İshaq və Yaqubun doğru yolu göstərən rəhbərlər edildikləri bildirildikdən sonra belə buyurulur: “Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər” (Ənbiya, 21/72-73). İbrahimin (ə.s) digər oğlu Hz. İsmayıl haqqında da belə deyilir: “O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi” (Məryəm, 19/55). Uca Allah ümumi olaraq Tövrata tabe olan İsrail oğullarına da belə səslənir: “(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!.” (Bəqərə, 2/43) Hz. Musa yetmiş nəfərlə Sina dağına çıxdıqda, Uca Allah ona buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!” (Əraf, 7/156) Hz. Məryəm atasız dünyaya gətirdiyi İsa (ə.s) haqqındakı suallara cavab verməkdə çətinlik çəkdikdə, beşikdə olan gələcəyin peyğəmbəri Hz. İsa belə cavab verdi: “O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu” (Məryəm, 19/31).
Zəkatın vacibliyi Kitab, Sünnə və İcma ilə sabitdir. Allah-Təala belə buyurur: “Namaz qılın, zəkat verin!” (Bəqərə, 2/110), “Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan” (Tövbə, 9/103). “(Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin…” (Ənam, 6/141).
Sünnədən dəlil Hz. Peyğəmbərin “İslam beş əsas üzərinə qurulmuşdur. Bunlardan biri də zəkat verməkdir’’ hədisi ilə Muaz ibn Cəbəli Yəmənə başçı kimi göndərərkən ona dediyi bu sözlərdir: “Onlara bildir ki, Allah-Təala onlara zəkatı vacib etmişdir. Zəkatı oranın zənginlərindən al yoxsullara ver” (Buxari, Zəkat, 1, Tövhid, 1). Zəkatın vacibliyini bildirən başqa hədislər də mövcuddur. Digər tərəfdən əsrlər boyu bütün İslam hüquqşünasları zəkatın vacibliyi haqqında həmfikir olmuşlar. Əshabi-kiram zəkat verməyənlərlə mübarizə aparmağın lazımlığı bərədə həmfikir olmuşlar. Zəkatın vacibliyini inkar edən kəs dindən çıxar.
Zəkat yerinə yetirilib-yetirilməməsi istəyə buraxılmış bir yardım deyil, yoxsulun haqqı və varlının yerinə yetirməli olduğu məcburi bir vəzifədir. Qurani-Kərimdə bu məsələ belə vurğulanır: “Mallarında da dilənçinin və yoxsulun haqqı (payı) var” (Zariyat, 51/19). Məhz bu səbəbdən Hz. Əbu Bəkr (r.ə) dövlət başçısı seçildikdən sonra zəkat verməyənlərə qarşı mübarizə aparmışdır.
Zəkatın hikmətləri və faydaları
Zəkatın vacib olmasının hər bir şəxs tərəfindən anlaşılan bir sıra hikmətləri vardır. Haqq-Təala insanlara müxtəlif qabiliyyətlər bəxş etmiş və bunun nəticəsində də sərvət yönündən fərqliliklər yaranmışdır.
Qurani-Kərimdə belə buyurulur: “Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir” (Nəhl, 16/71). Maddi üstünlüyə malik olan var-dövlət sahiblərinin mal-dövlətlərinin bir qismini kasıblara vermələri vacibdir. Çünki bu kimi məcburiyyət olmazsa, varlı təbəqədən kasıb təbəqəyə bu maddi axım təmin etmək qeyri-mümkündür. Allah-Təala belə buyurur: “O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır — Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün” (Məaric, 70/24, 25).
İslamın gətirdiyi zəkat anlayışı məhz varlı təbəqə ilə yoxsul təbəqə arasındakı müvazinəti təmin edən mühüm tədbirdir. Zəkat İslamdakı sosial yardımlaşmanın reallaşmasını təmin etmiş, sərvətlərin yalnız zənginlərin arasında dövr edən bir güc olmasına əngəl olmuşdur. Odur ki, İslamın ilkin dövrlərində Misir, Suriya və İraq torpaqları uğrundakı müharibə iştirakçılarına (qazilər) paylaşdırılmayıb köhnə sahiblərinə cizyə və xərac vergisi almaq şərti ilə verilərək, insanların hər cür ehtiyacları üçün sərf olunması və sərvətin sırf varlılar arasında dövr etməsinə mane olma məqsədini güdmüşdür. Allah-Təala belə buyurur: “Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Mühəmməd aleyhissəlama yaxın olan) qohum-əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir” (Həşr, 59/7).
Məhz bu səbəbdən İslam mal-dövlətin yalnız müəyyən təbəqənin əlində cəmləşib geniş xalq kütlələrinin yoxsulluq içində yaşamasına göz yummamışdır. İslam vərəsəlik paylan, zəkat və digər iqtisadi işləri tənzimləyərkən daim bu prinsipi əsas almışdır.
Zəkatın hikmətlərini aşağıdakı kimi sadalamaq olar:
- Zəkat varlı ilə kasıbı bir-birinə yaxınlaşdırır. Belə ki, varlı kömək etdiyi üçün sevinərkən, kasıb da ona qarşı sevgi və hörmət bəsləyər. Beləliklə də, həsəd ortadan qalxar. Hz. Peyğəmbər belə buyurmuşdur: «Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzadar” (Tirmizi, Qədər, 6; İbn Macə, Müqəddimə, 10).
- Zəkat əmək qabiliyyəti olmayanlara normal həyat yaşama imkanım təmin edir. Cəmiyyəti yoxsulluqdan, dövləti zəiflikdən mühafizə edir. Allahın Rəsulu belə buyurmuşdur: “Qiyamət günü yoxsullar səbəbi ilə vay zənginlərin halına! Yoxsullar deyərlər: «Rəbbimiz! Sənin bizə ayırdığın haqları verməyərək zənginlər bizə haqsızlıq etdilər”. Allah-Təala: «İzzət və Cəlalıma and olsun ki, sizi Özümə yaxınlaşdıracaq onları isə uzaqlaşdıracağam ”, — buyuracaq. Bundan sonra Hz. Peyğəmbər: “O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır — Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün” ayəsini oxudu.
- Zəkat insanı xəsislikdən mühafizə edir, comərd, əliaçıq etməklə digər insanlara qarşı məsuliyyət hislərini qüvvətləndirir. Sərvətinin bir qismini sırf Allah rizası üçün yoxsul dindaşlarına verən və müqabilində onlardan heç bir şey gözləməyən hər kəs mütəmadi olaraq cəmiyyət mənafeyini öz mənafeyindən üstün tutma xarakterinə sahib olur.
- Zəkat mal-dövlətin qarşılığında Uca Allaha şükürdür və onun qəzəbini söndürür. Mah əsla azaltmaz, əksinə bərəkətləndirər və artırar. Qurani-Kərimdə: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam”, — buyurulur (İbrahim,14/7). Malın zəkatını vermək baharda üzüm bağlarında artıq olan budaqları budamağa bənzəyir. Bunlar təmizlənmədikdə bütün çubuqlarda böyüyən üzüm salxımlarını kökü bəsləyə bilməz, salxımlar zəif və səmərəsiz olar. Məhz zəkatı verilməyən sərvət də bunun kimidir.
- İnsan sosial bir varlıqdır. Cəmiyyətdən təcrid olmuş bir halda təkbaşına həyatı yaşama insanın yaradılışına ziddir. Digər tərəfdən cəmiyyət bölünməz və vahiddir. Odur ki, hər kəs gəlir və qazanc əldə etmə mövzusunda bir-birindən faydalanır. Məhz buna görə də əmələ gələn sərvətlərdə başqalarının da haqqı vardır. Varlının mal-dövlət sahibi olmasında yaşadığı cəmiyyətin də bir payı olmadığını kim inkar edə bilər? Belə bir mühitdən uzaqda, dağın başında təkbaşına yaşasaydı, bu imkanlar olardımı? Belə olan halda bütün bu nemətləri verən Allaha şükür və yaşadığı cəmiyyətə minnətdarlıq borcunu zəkat əmrinə tabe olmaqla yerinə yetirmiş olur.
- İnsanın mayası torpaq olduğundan, torpağın suyu özünə çəkib tutması kimi insanda da mal-dövləti özündə tutma xarakteri hakimdir. Torpağın aldığı rütubətlə bitki əmələ gətirməsi kimi, insanın başqalarına vermək surəti ilə xəsislik hisləri azalar. Odur ki, zəkat ən azı alan qədər verən üçün də faydalıdır.
Zəkatın fərz olmasının şərtləri
Zəkatın fərz olması bəzi şərtlərə bağlıdır. Belə ki, bu şərtlərin bir hissəsi zəkat verənə, bir hissəsi də zəkatı verilən mala aiddir.
1. Mükəlləfdə (zəkatı verən şəxsdə) tələb olunan şərtlər
Aşağıdakı şərtlərə sahib olanın zəkat verməsi fərzdir:
a. Müsəlman olmaq: zəkatdan qadın da kişi kimi məsuldur. Mehr səbəbilə və ya başqa yollarla nisab miqdarı qızıl, gümüş və pula sahibi olan qadın zəkatını verməlidir.
b. Ruhi xəstə olmamaq: əqli cəhətdən xəstə olan zəkatdan məsul deyil.
c. Həddi-büluğa çatmaq: yetkinlik yaşma çatmayan uşaqların zəkat vermələri fərz deyil. Ancaq İmam Şafei varlı olan uşağın mal-dövlətindən onun adma valideynlərinin zəkat verməsinin vacib olduğunu bildirmişdir. Günümüzdəki alimlər də uşaq və ruhi xəstələrin var-dövlətlərindən istifadə edilib gəlir gətirməsi təmin edilərsə, bunun zəkatının verilməsinin vacib olduğunu bildirmişlər.
d. Azad olmaq: kölə və cariyələrə zəkat fərz deyil, lakin həbsdə olan, əgər digər şərtləri daşıyırsa, zəkatını verməlidir.
e. Nisab miqdarı mala sahib olmaq: zəkat verən təməl ehtiyaclarından və borclarından başqa ən azı nisab miqdarı mala sahib olmalıdır.
Təməl ehtiyaclar: nə qədər gözəl olursa olsun oturulan ev, bu ev üçün lazımi əşyalar, kitablar, lazım olan geyim əşyası, şəxsi kompüter, cib telefonu, avtomobil, minik vasitələr, yük heyvanları, ov iti, aylıq maaşla keçinirsə, bir aylıq ərzaq və market xərcləri, sahib olunan peşə və əkinçiliklə bağlı alətlər və istifadə edilən silahlar. Borc əvəzi əldə olan qiymətli əşya ilə ticarət üçün istifadə edilməyən bir qadının daim istifadə etdiyi inci, zümrüd, almaz kimi zinət əşyaları da təməl ehtiyac qəbul edilir və bunların da zəkatı yoxdur.
Nisab: dinin mallar üçün qoyduğu müəyyən ölçü və miqdarlardır. Peyğəmbərimizin dövründə zəkata daxil olan mallar üçün müəyyən edilən nisab miqdarları belədir:
- • Qızıl üçün 20 misqal (80 qram qızıl).
- • Nağd pul vs ticarət malları üçün 20 misqal qızıl qiyməti olan miqdar. Məsələn, qızılın qramı 40 manat olarsa, 3400 manata sahib olan varlı sayılır.
- • Gümüş üçün 200 dirhəm (595 qram gümüş).
- • Qoyun və keçi üçün 40 ədəd.
- • İnək və camış üçün 30 ədəd.
- • Dəvə üçün 5 ədəd.
- • Əkin məhsulları üçün 5 vəsq (650 kq və ya 1 ton). Ancaq Əbu Hənifəyə görə, əkin məhsullarında nisab yoxdur. Çünki Uca Allah belə buyurur: “…yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin…” (Ənam, 6/141).
2. Zəkatı verilən malda tələb olunan şərtlər
a. Mal name (artan, çoxalan, böyüyən) bir mal olmalıdır: bir malın zəkat çərçivəsində sayılması üçün onda “name” xüsusiyyəti olmalıdır. Name lüğətdə artmaq, çoxalmaq və inkişaf etmək mənasına gəlir. Termin baxımından isə iki cür mənaya gəlir:
Həqiqi artma: bir malın ticarətlə, çoxalaraq və ya əkilib-becərilərək artması “həqiqi artma” adlanır. Bu səbəbdən ticarət məqsədilə əldə olunan əşya və heyvanlar zəkata daxil olduğu kimi, balasını və südünü əldə etmək üçün otlaqlara göndərilən saimə heyvanlar da zəkata daxildir.
Hökmi artma: bir malın özünəməxsus artma imkanı və potensialının mövcud olmasıdır. Qızıl, gümüş və pul bu xüsusiyyətdədir. Həmin əşyalar ticarətdə istifadə olunduğu, malların mübadiləsində bir vasitə kimi ehtiyacları qarşıladığı üçün əsli etibarı ilə artmağa və ticarətə əlverişlidir. Məhz bu səbəbdən əldə olan qızıl və gümüş əşyalar, qızıl külçəsi, bəzək qızıl və gümüşdən olan bəzək əşyaları, ticarətə niyyət edilsə də, edilməsə də, hətta bunlar nəfəqəüçün olsa da, ev almaq üçün yığılsa da nisab miqdarına çatdıqda zəkatın əhatəsinə daxildir.
Alimlərin kitabları və ya sənətkarların iş alətləri əsasən çoxalan və inkişaf edən mallar deyil. Bu səbəbdən zəkata daxil deyil.
İtib illər sonra tapılmış maldan ötrü də zəkat vermək lazım deyil. Çünki bunlarda çoxalma və inkişaf etmə yoxdur. Dənizə düşüb illər sonra çıxarılan mallarla, qəsb edilmiş mallar bu hökmdədir. Qeyd edilən bu kimi hallarda zəkatın fərz olmaması bu hədisə əsaslanır: “Dimar maldan zəkat vacib deyil’’ (Malik, “Müvəttə”, 18). Dimar mal mülkiyyəti davam etdiyi halda geri qayıtması və tapılması ümid edilməyən mal deməkdir. Bunlardan istifadə etmək mümkün olmadığı üçün zəkatını vermək də vacib deyil.
b. Var-dövlət şəxsin mülkiyyətində olmalıdır: zəkat olaraq verilən malın şəxsin mülkiyyətində olması ilə yanaşı, həmin mal (zilyəd) onun öz əlində olmalıdır. Zilyədlik malın sahibinin əlində olması və ya onun əmrində olması mənasına gəlir.
Odur ki, öz əmlakı olmasına baxmayaraq əlində olmazsa və ya əlində olduğu halda şəxsi əmlakı olmayan əşyalardan zəkat vermək vacib deyil. Məsələn, bir qadına yoldaşının mehir borcu varsa, onu tam verməyincə qadın zəkatdan məsul olmaz. Çünki o, mehrə malik olsa da, hələ əlində (zilyəd) mövcud deyil.
Həmçinin girov götürənin əlindəki girov mala da zəkat vacib olmaz. Çünki bu, borc müqabilində götürülən əşyadır. Sözügedən mal əmlak sahibinin əlində deyil. Borc verən kəs də, verdiyi borca qarşılıq olan maldan zəkat verməz. Çünki həmin mal onun əlində mövcud olmasına baxmayaraq malın əsas sahibi deyil.
Satın alınmış, ancaq hələ təhvil alınmamış mallar zəkat nisabına daxildir. Mötəbər sayılan rəyə görə, bunlardan da zəkat vermək vacibdir. Səfərdə olmaq zəkata mane deyil. Çünki səfərə çıxan şəxsin hərçənd ki, mah əlində deyil, vəkil vasitəsi ilə mümkün olduğu üçün zəkatdan məsuldur.
Sahibsiz əmlak zəkata daxil deyil. Cəmiyyətin xidmətinə təqdim olunan əmlak, dövlətin zəkat, vergi və digər gəlirlərdən əldə etdiyi mallar, müəyyən sahibi olmadığı üçün zəkata tabe olmaz. Sözügedən mallar yoxsulların da içində olduğu bütün cəmiyyətə məxsusdur.
Öz əmlakı olduğu halda həqiqətdə ondan istifadəsi qeyri-mümkün olan mallardan da zəkat verilməz. Bu kimi mallara dimar mal deyildiyini yuxarda qeyd etmişdik. Məsələn; itmiş heyvan, mal, dənizə düşmüş mal, dövlətin müsadirə edərək götürdüyü mal, əldə hər hansı sənəd olmadan inkar olunmuş, ancaq bir il keçdikdən sonra insanların hüzurunda iqrar edilərək sübuta yetirilmiş mal zəkata daxil deyil.
Şafei, maliki və hənbəlilərə görə, zəkat verilən maldakı şərt mülkiyyətin və istifadə səlahiyyətinin mövcud olmasıdır. Malikilər hənəfilərdən fərqli olaraq vəqf olunan malın idarə olunmasını sahibi öz öhdəliyinə götürərsə, həmin malın da zəkatı vacib olur fikrini irəli sürmüşlər. Çünki onlara görə, bir mah vəqf etmək onu mülkiyyətdən çıxarmır. Bunban başqa, şafeilərə görə, borc kimi alınan mal, alanın əlində bir ildən artıq qalarsa, onun zəkatını verməlidir.
c. Malın üzərindən bir il keçməlidir: oruc və həcc ibadətlərində olduğu kimi zəkat mövzusunda da qəməri təqvim əsas almır. Zəkatın vacib olması üçün nisab miqdarı olan malın üstündən bir qəməri il
Əbu Hənifəyə görə, üstündən bir il keçməsi nöqteyi-nəzərdən mallar iki qismə bölünür:
keçməlidir. Buna “həvəlanül-həvl” deyilir. Dəlili isə bu hədisi-şərifdir: “Üstündən bir qəməri il keçməyincə bir maldan zəkat vermək vacib olmaz” (İbn Macə, Zəkat, 5).
- Nağd pul, qızıl, gümüş və ticarət malları ilə ilin yarısından çoxsunu otlaqda keçirən (saimə) heyvanlar.
- Əkin məhsulları, mədənlər və dəfinələr. Birinci bənddəki malların zəkatında nisaba malik olduqdan sonra bir illik müddətin keçməsi şərtdir. Əkin məhsulları ilə mədənlərdə isə, bir illik müddətin keçməsi şərti yoxdur. Çünki bir çox məhsulun yığımı bir neçə ayda ola bildiyi kimi, bəzi torpaqlardan da ildə birdən çox məhsul hasil ola bilər. Bu kimi hallarda ilin axırını gözləmək yoxsula zərər verər.
Bununla birlikdə əkin məhsulları, meyvə və mədənlərin üstündən bir il keçmə şərtinin olmaması istehsalçılar baxımındandır. Bunlardan əkin məhsulları üçün şərtləri gerçəkləşdikdə onda bir (1/10/ üşr) və ya suvarma edilən ərazilərdə iyirmidə bir (1/20) nisbətində zəkat verilir. Mədənlərdə isə zəkat beşdə birdir (1/5). Ancaq əkin məhsullarını və ya mədənləri satın alıb, əlində ticarət məqsədi ilə saxlayan hər kəs bunun zəkatını digər ticarət malları kimi verər. Belə ki, bunlar nisab miqdarını keçmiş və üstündə bir il də keçmiş sə, qırxda bir (1/40) zəkatı verilir.
Əbu Hənifəyə görə, üşr ərazisində insan əli ilə yetişdirilən buğda, arpa, düyü, dan, qarpız, badımcan, yonca, çay, şəkər qamışı kimi məhsullara nisab və bir il şərti qoyulmadan üşr hökmləri tətbiq olunur. Odur ki, torpaqdan əmələ gələn hər şeyin onda bir və ya suvarma edilən yerlərdə iyirmidə bir zəkat verilməlidir.
Əbu Yusif və İmam Məhəmmədə görə isə, təqribən 650 kq-a çatmayınca sözügedən məhsullardan və insanların əllərində bir il müddətinə qalmayıb çürüyən meyvə və tərəvəzdən üşr verilməz.
Zəkata daxil olan malın üstündən bir il keçərkən, nisab miqdarı həm ilin başında, həm də axırında mövcud olmalıdır. Bu miqdarın il içərisində nöqsanlaşması müddəti kəsməz. Bunun müqabilində il içərisində artan malda, il axırında digər mal ilə birlikdə zəkata daxil olur. Məsələn, bir kəsin Ramazan ayının ilk günü, əsli ehtiyaclarından əlavə üç yüz qram qızılı olsa, ilin ortasında bu qızılın miqdarı əlli qrama düşsə və ya dört yüz qrama çıxsa, bir il sonra yenə Ramazan ayının ilk günü iki yüz qram qızılı olsa, beş qram qızılı zəkat olaraq verməklə məsuldur. Əgər ilin axırında səksən qramdan aşağı düşərsə, nisab miqdarına çatmadığı üçün zəkat verməz. Ancaq nöqsan olan həmin nisabın əmələ gəlməsi üçün gümüş, nağd pul, valyuta və ya ticarət mah varsa, bunların hamısı birlikdə qırxda bir zəkata daxildir.
İlin əvvəlində altmış qram qızıl olsa, ilin axırında həmin miqdar iki yüz qrama çıxsa və ya ilin əvvəlində iki yüz qram ikən, ilin axırında altmış qrama düşərsə, zəkat vacib olmaz. Ancaq səksən qrama çatdığı gündən etibarən bir ilin axırında yenə eyni miqdarda və ya daha çox olarsa, zəkat vacib olar.
İmam Züfərə görə, nisab miqdarı ilin əvvəlindən axırınacan nöqsansız mövcud olmalıdır.
Şafei və hənbəlilərə görə, nisab il ərzində mövcud olmalıdır. Zəkata daxil olan mal il içərisində ni- sabdan aşağı düşərsə, ondan zəkat verilməz. Daha sonra təzədən həmin mal nisabı keçərsə, il keçmə şərti təkrar başlayar. Ancaq cari ildə artım olan heyvanların balaları ilə ticarət mallarının qazancı əslə (əsas mala) tabe edilərək qiymətləndirilir.
Zəkata daxil olan hər hansı mal üstündən bir il keçdikdən sonra artarsa, həmin artan qismi artdığı gündən etibarən bir il keçməyincə zəkata tabe olmaz. Məsələn, bir şəxs Ramazan ayının ilk günü nisaba malik olsa, bir ilin axırında üç yüz qram qızıl və ya bu dəyərdə ticarət malına sahib olsa, yeddi qram yarım qızıl zəkat verilməlidir. Bundan iki gün sonra qızılın miqdarı dört yüz qram olarsa, artan qismi üçün təzədən bir il müddəti başlayar.
Zəkatın səhih olmasının şərtləri
1. Niyyət
Ümumiyyətlə, digər ibadətlərdə olduğu kimi zəkatda da niyyət şərtdir. Hz. Peyğəmbər (s.ə.s): “Əməllər niyyətlərə görədir… ”, — buyurmuşdur (Buxari, Bədül-vəhy, 1). Zəkat vermək bir əməl və namaz kimi bir ibadətdir. Ona görə də nafilə sədəqədən zəkatı ayırmaq üçün niyyət şərtdir.
Zəkatı yoxsula verərkən və ya zəkat üçün bir mal ayırıb kənara qoyarkən, bunun zəkat olduğuna qəlblə niyyət olunmalıdır. Dil ilə tələffüz olunması şərt deyil. Hətta bir mah yoxsula zəkat niyyəti ilə verərkən, bunun hədiyyə və ya borc kimi verildiyini demək də zəkat olmasına mane olmaz.
Niyyət zəkatı vermə vaxtına yaxın olmalıdır. Çünki bütövlüklə ayrılıb kənara qoyulan zəkat ehtiyacı olanların vəziyyətinə görə qismən və ya müxtəlif vaxtlarda verilə bilər. Odur ki, bir mah zəkat olaraq ayırarkən niyyətlənmək kifayətdir. Belə olan halda zəkat verən bu mövzuda çətinliyə düşməz. Necə ki, oruca da axşam günəş batdıqdan sonra niyyətlənmək caizdir.
Bir şəxsin zəkat olaraq ayırdığı mal itsə və ya oğurlansa, yaxud da tələf olsa, zəkat borcu öhdəliyindən düşməz və bunun zəkatını verməlidir. Çünki geridə qalan malından zəkatı çıxarıb verməsi mümkündür.
Bir şəxs bir mah yoxsula niyyətsiz versə, sonradan zəkata niyyətlənsə, əgər bu mal hələ də yoxsulun əlindədirsə, niyyət etibarlıdır. Ancaq mal onun əlindən çıxmışsa, artıq niyyət etibarsızdır. Həmçinin bir şəxs başqasının malını onun adma icazəsiz zəkat versə, mülk sahibi icazə verdiyi təqdirdə, mal yoxsulun əlində mövcud isə zəkat etibarlı, əks təqdirdə etibarsızdır.
Zəkatda vəkilin deyil, mal sahibinin niyyəti daha etibarlıdır. Məhz buna görə mal sahibi zəkatı vəkilə verərkən və ya ən gec vəkil bu zəkatı fağıra verərkən zəkata niyyət olunmalıdır. Yalnız vəkilin niyyəti kifayət deyil. Vəkil zimmət əhlindən xristian və ya yəhudi də ola bilər.
Zəkat vermək niyyətində olan bir şəxs bunun üçün bir mal ayırmadan vaxtaşırı yoxsullara müəyyən şeylər payladığı halda ağlına niyyət gəlməzsə, bunlar zəkatdan sayıla bilməz. Ancaq yoxsula bu kimi mallar verərkən “bunu nə üçün verirsən?” kimi suala heç fikirləşmədən dərhal “zəkat olaraq verirəm” cavabını verə bilən niyyət etmiş sayıhr.Bununla yanaşı, bir kəsin yoxsullara bir müddət müəyyən şeylər verdikdən sonra “bu müddət ərzində verdiyim şeylərin zəkatımdan olmasına niyyət etdim” deməsi kifayət deyil. Çünki nafilə olaraq yerinə yetirilən bir ibadəti sonradan mücərrəd bir niyyətlə fərz ibadətə çevirmək qeyri-mümkündür.
Malın hamısını zəkatına niyyət etmədən sədəqə kimi verən hər bir kəsin zəkat borcu istehsan yolu ilə öhdəliyindən düşər. Ancaq həmin sədəqəni verərkən bir nəzir və ya kəffarə kimi borcuna niyyət etməməlidir. Əks təqdirdə mal həmin niyyətə görə verilmiş olur, eyni zamanda həmin mala görə verəcəyi zəkat miqdarını da borclanmış olur.
Hənəfilər istisna olmaqla əksər İslam hüquqşünaslarına görə, bir şəxs bütün malını nafilə sədəqə olaraq versə və bununla zəkata niyyət etməsə, zəkat borcu öhdəliyindən düşməz. Çünki bununla fərzə niyyət etməmişdir. Bu məsələ yüz rükət namaz qıldığı halda fərzə niyyət etməyən kimidir.
Bir şəxs zəkatı vacib olan bir malın bir qismini yoxsula bağışlasa, öhdəliyindən həmin qismə aid zəkat düşər. Odur ki, bir varlı yoxsula verdiyi borcu ona bağışlasa, həmin miqdara aid zəkat borcu onun öhdəliyindən düşər. Burada zəkata niyyət edib-etməməsi nəticəni dəyişdirməz. Çünki bu vəziyyət malın məhv olmasına bənzəyir. Belə ki, həmin miqdardakı mah məhv olsaydı, zəkat vacib olmazdı. Məsələn, bir varlının yoxsulda dörd yüz qram qızıl alacağı borc varsa, bunun hamısını yoxsula bağışlasa, həmin alacağı borca aid on qram zəkat borcu öhdəliyindən düşər. Yoxsa həmin dörd yüz qram qızılı digər mallarının zəkatından saya bilməz.
Onu da qeyd etmək lazımdır ki, zəngin olan bir borcluya belə bir mal bağışlansa və ya həmin borcdan vaz keçilsə, bununla nə o malın, nə də başqa mallarının zəkatı verilmiş olur. Odur ki, mötəbər sayılan rəyə görə, həmin bağışlanan mala və ya borca aid malın zəkatı verilməlidir.
Şafeilərə görə, uşaq və ruhi xəstə adma onun vəli və vəsiləri (qəyyumları) zəkat verməklə məsul olduğu üçün, həmin şəxslərin zəkatı verərkən niyyət etmələri kifayətdir.
2. Təmlik
Zəkatın etibarlılığı üçün təmlik şərtdir. Təmlik zəkat olaraq verilən mal və ya nağd pulun mülkiyyətini zəkatı alanın adma keçirmək mənasına gəlir. Bu səbəbdən bir şəxs yoxsulu öz süfrəsinə dəvət edərək ona ehsan versə, burada təmlik olmadığı üçün zəkat yerinə keçməz. Nafilə sədəqə gerçəkləşir. Zəkat ruhi xəstə və ya müməyyiz olmayan uşağa verilə bilməz. Ancaq onlar adma ana, ata, vəsi (qəyyum) və ya vəli kimi onu təmsil edən kəslərə verilə bilər.
Zəkatda təmlik şərtinin istinad olunduğu dəlil “zəkat verin” ayələridir. Bu ayələrdəki vermək əmlakın (pulun, malın) mülkiyyətini qarşı tərəfin adma keçirmək deməkdir. Eyni zamanda “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur” (Tövbə, 9/60) ayəsində sayılan səkkiz sinfin başına qoyulan (həmin ləfzlərin başında olan) “ləm” hərfi (hərfi-cər) təmlik ifadə edir. Odur ki, zəkatın mülkiyyətini həmin səkkiz sinfə və ya bu sinifdən hər hansı birinin adma keçirmək labüddür.
Zəkat necə verilməlidir?
1. Müsəlman zəkatını sırf Allahın rizasına nail olmaq üçün verməli, bu ibadəti başa qaxmadan və minnət qoymadan yerinə yetirməlidir.
2. Hənəfilərə görə, zəkat riyakarlıqdan uzaq olması və verilən şəxsin şəxsiyyətinin zədələnməməsi üçün gizli verilməsi daha yaxşıdır. Şafei və hənbəlilərə görə isə, insanları bu ibadətə təşviq etmək üçün zəkatın açıq-aşkar verilməsi daha düzgündür. Uca Allah belə buyurur: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismim örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (Bəqərə, 2/271). Bütün İslam hüquqşünaslarına görə, zəkatdan başqa digər sədəqələri və infaqlan gilincə vermək daha əfzəldir.
3. Zəkat verənin yoxsula verdiyinin zəkat olduğunu bildirməməsi daha yaxşıdır.
4. Müsəlmanın zəkatını özünün şəxsən verməsi şərt deyil. Bu ibadətinin yerinə yetirilməsi üçün etibarlı bir müsəlmanı və vəqfi vəkil təyin edə bilər. Lakin təyin etdiyinə verdiyinin zəkat olduğunu bildirməli və zəkat yerinə çatdırılmalıdır.
5. Zəkat verilmə vaxtı gəldikdə gecikdirmədən verilməlidir. Zəkatı verilməmiş bir mal təmiz olmaz. Məhz bu səbəbdən üzrsüz zəkatını gecikdirən günahkar olar.
6. Müsəlman özünə verilməsini istəmədiyi malları başqalarına zəkat və sədəqə olaraq verməməlidir.
7. Zəkat və sədəqə veriləndə üzsüzlük edənlərlə, sözün əsil mənasında yoxsullar bir-birindən fərqləndirilməlidir. Zəkat mükəlləfi Allahdan qorxan, həyasına görə ehtiyacını dilə gətirməyənləri araşdırıb tapmalı və zəkatını onlara verməyə cəhd etməlidir.
8. Zəkatın zəkat düşən qohum-əqrəbaya verilməsi daha məqsəduyğundur.
9. Zəkat varlı olanın özünün və ya var-dövlətinin olduğu yerdə yaşayan yoxsullara verilməlidir. Ancaq o bölgədən başqa yerdə fağır qohumlar və ya daha möhtaclar varsa, onlara göndərməyə də üstünlük verilə bilər.
10. Zəkat verərkən və alarkən dua edilməlidir. Uca Allah “Tövbə” surəsinin 103-cü ayəsində Hz. Peyğəmbərə (s.ə.s) xitabən belə buyurur: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabnı artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah hər şeyi eşidəndir, biləndir”. Bu əmrə tabe olaraq Hz. Peyğəmbər (s.ə.s) zəkat gətirənə: “Allahım, filankəsin ailəsinə bərəkət ver!’’ — deyə dua etmişdir (Buxari, Zəkat, 64). Zəkat verərkən də Hz. Peyğəmbərin (s.ə.s) bu duasını etmək məndubdur: “Allahım, bu zəkatı mənim üçün qazanclı et, onu ürəksiz ödədiyim bir borc etmə! ”
Zəkat kimlərə verilir?
Qurani-Kərimdə zəkatın kimlərə veriləcəyi müəyyən edilmiş və hicrətin IX ilində nazil olan “Tövbə” surəsinin 60-cı ayəsində belə sadalanmışdır: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir”.
Bu ayəyə görə zəkat aşağıda qeyd olunanlara verilməlidir:
1. Fağırlar: fağır ev və ev əşyası kimi əsas ehtiyaclarnı qarşılayan mah olsa da gəlirləri olmaqla yanaşı, bütün ehtiyaclarını qarşılamayan və borcları çıxıldıqda nisab miqdarından az mah olan şəxsdir. Bir işdə işləməsinə baxmayaraq, gəliri əsas ehtiyaclarnı qarşılamayan şəxs də bu sinfə daxildir.
2. Miskinlər: miskin isə heç bir gəliri və mah olmayan kəsdir. Quranda “toz-torpağa sərilmiş bir miskinə yemək yedirmək”dən bəhs olunur (Bələd, 90/11, 14, 16). Bu ifadə miskinin hədsiz dərəcədə yoxsul və möhtac olduğuna dəlalət edir. Belə olan halda miskin fağırdan daha möhtac olan şəxsdir. Müalicə xərclərini qarşılaya bilməyən şikəst və xəstələr, baxıma möhtac yaşlılar, yoxsullar da bu qrupa daxildirlər.
3. Zəkat işlərində işləyənlər: bunlar zəkat işlərində işləyən məmurlardır. Ayədə qeyd olunan “amil” lüğətdə iş görən, işçi, sənətkar kimi mənalara gəlir. Termin mənası isə zəkat gəlirlərini toplamaq və onları lazımi şəxslərə paylamaq üçün vəzifələndirilən şəxs mənasına gəlir. Bu termin hədislərdə ümumi olaraq idarə edən, hər cür dövlət gəlirini və xüsusilə zəkatı toplayıb paylayan məmur mənasında istifadə olunur. Bununla birlikdə eyni mənada müxtəlif fiqh əsərlərində “arif, aşir, cabi, əmin, xazin, sai və müsəddiq” terminlərindən də istifadə olunduğu müşahidə edilir. Quranda “amillər”in zəkatdan pay alma hüququna malik səkkiz sinifdən biri kimi qeyd olunması, bu işin müəyyən maaş qarşılığında edilə biləcəyini göstərir. Odur ki, bu işdə işləyən şəxs varlı da olsa onun əməyinin qarşılığı zəkat payından verilər. Zəkat toplama işini müəyyən hissə qarşılığında mütəxəssisə və ya təşkilatlara həvalə etmək də mümkündür. Beləliklə, zəkat kimi böyük sosial yardımlaşma qurumu dövlətə hər hansı maddi çətinlik vermədən fəaliyyət göstərə bilər. Zəkat məmurunun ədalət sahibi olması və zəkatla bağlı hökmləri bilməsi şərtdir. Buna üşr yığan məmurlar, mütəxəssislər, katiblər, zəkatı paylayanlar, yığılan malları mühafizə edənlər və digərləri də daxildir.
4. Müəlləfeyi-qülub: yuxanda qeyd olunan ayədə dördüncü sinfin ürəkləri müsəlmanlığa isi- nişdirilməsi istənənləri əhatə edir. Hz. Peyğəmbər Məkkənin fəthində təzəcə İslamiyyəti qəbul edən bəzi şəxslərə zəkatdan pay vermişdir. Bunların içində hələ İslamiyyəti qəbul etməyənlər də vardı. Bu sinfə zəkat verməkdən məqsəd imanı zəif olanların imanlarnı gücləndirmək və ya onların şərlərindən əmin olmaq, yaxud onları xeyrə sövq etməkdir. Zəmanəmizdə bəzilərinin İslama verəcəyi zərərə mane olmaq, İslam lehinə işlər görməsini təmin etmək və ya beynəlxalq lobbi fəaliyyətlərini istiqamətləndirmək üçün zəkatın məhz bu sinfindən yararlanmaq mümkündür. Hz. Peyğəmbər istər zəkat, istərsə də fey və qənimət kimi dövlət gəlirlərindən qəlbləri müsəlmanlığa isindirilmək istənənlərə paylar vermişdir. Səfvan İbn Ümeyyə, Üyeynə ibn Hisn və Əqrə ibn Habis bunlar arasındadır. Hətta bunlardan bəzilərinə zəkatın həmin hissəsindən faydalana bilmələrinə dair sənədlər də vermişdir. Onlar Hz. Peyğəmbərin vəfatından sonra Hz. Əbu Bəkrin hüzuruna gedərək paylarnı istədilər, o da fikir almaq üçün onları Hz. Ömərin yanına göndərdi. Ömər (r.ə) onlara: “Hz. Peyğəmbər müsəlmanlığa isinişdirmək üçün sizə zəkatdan pay verirdi. Bu gün Allah dinini gücləndirmişdir. Müsəlman olaraq qalırsınızsa qalın, əks təqdirdə sizə qarşı müharibə elan edərik”,-dedi. Hz. Ömərin bu ictihadı nəticəsində artıq dörd xəfifə dövründə həmin sinfə zəkat verilmədiyi, hətta bu mövzuda səhabə icması meydana gəldiyi fikri irəli sürülmüşdür. Hənəfi və malikilərə görə, Hz. Peyğəmbərin vəfatından sonra müəlləfeyi-qülubun zəkat gəlirlərindən hissələri ləğv edilmişdir. İmam Şafeiyə görə isə, müharibə şəraiti kimi vaxtlarda ehtiyac duyularsa, həmin fond təzədən fəaliyyətə keçirilə bilər. Bir Quran hökmünün Hz. Peyğəmbərin vəfatından sonra ictihadla nəsx və ləğv edilməsi düşünülə bilməz. Lakin müsəlmanların güclənib düşmənin zəifləməsi səbəbilə ayədəki hökmün illəti (səbəbi) ortadan qalxdığı üçün Hz. Əbu Bəkr dövründə həmin tətbiqat dayandırılmışdır. Daha sonra şərtlər dəyişib Hz. Peyğəmbər dövründə mövcud olan illət yenidən ortaya çıxarsa, müəlləfeyi-qüluba zəkatdan pay verməyə hər hansı əngəl yoxdur.
5. Kölələr (əsrlər): mömin kölələri azaldığa qovuşdurmaq məqsədilə zəkat verilə bilər. Bəzi alimlərə görə, düşmənin əsir aldığı müsəlman əsirlər də bu qrupa daxildirlər.
6. Borclular: borcu çıxıldıqdan sonra nisab miqdarı mah qalmayanlar bu sinfə daxildirlər. Başqasından mah və ya alacağı olmaqla yanaşı, bunu alması mümkün olmayan da borclu hesab olunur. Bu kimi şəxslərə, yəni borcu səbəbilə darda qalanlara zəkat vermək borcsuz yoxsula verməkdən əfzəldir. Çünki borclunun hürriyyəti bir baxıma məhdudlaşdırılmış olur, onu bu sıxıntıdan qurtarmaq gərəkdir. Başqasının malnı və ya cannı qurtarmaq, ara düzəltmək kimi səbəblərdən borc götürən varlı olsa da borclular sinfindən faydalana bilər. İslam hüquqşünaslarının əksəriyyətinə görə, iki cür borclu vardır. Birincisi, öz ehtiyacı üçün borc alan şəxs, özü və ailə fərdləri üçün dolanışıq xərcləri, ev, müalicə xərcləri, uşağnı evləndirmə kimi səbəblərdən borc alanlar bu qrupa daxildir. İkincisi isə, cəmiyyətin istifadəsi üçün borc alanlardır. Düşmən olan iki qrup arasında sülhü bərqərar etmək üçün müəyyən məbləğdə borcu öz öhdəliyinə götürənlər, başqasına zamin durmaq və ya xeyriyyəçilik məqsədilə borca girən və bu səbəbdən də möhtac vəziyyətə düşənlər məhz bu qrupa daxildirlər.
7. Allah yolunda olanlar: kəlmə olaraq “Allah yolunda” mənasına gələn “fi səbililləh” ifadəsi termin kimi iki mənada işlədilir. Birinci mənası İslamı ucaltmaq üçün və ya vətən uğrunda gedən döyüşdə və müharibədə iştirak etməkdir. Belə olan halda müharibədə olan mücahidlərə zəkat verilir. Hətta İmam Şafei və Malikə görə, müharibədə iştirak edənlər arasında varlı-kasıb fərqi qoyulmaz. Çünki döyüşçülər öz bölgələrində varlı olsalar da döyüş bölgəsində var-dövlətlərindən uzaqdadırlar. “Fi səbililləh”in ikinci mənası isə Allah rizasına uyğun olaraq və Ona yaxınlaşmaq üçün edilən hər növ xeyir işdir. Odur ki, Allahın istəyinə müvafiq, xeyir və itaət xüsusiyyəti daşıyan işləri edən fiziki və ya hüquqi şəxslərə zəkat fondundan yardım etmək mümkündür. Yuxanda qeyd olunan müxtəlif mənalar səbəbilə bəzi İslam hüquqşünasları yalnız müharibədə iştirak edənlərə və ya həcc və ümrə ibadətlərini yerinə yetirənlərə, yaxud təhsil alanlara zəkat verilə biləcəyini söyləyərkən, digər bir sıra İslam hüquqşünasları məscid, məktəb, xəstəxana, körpü kimi xeyir işlərinə zəkat pulundan pay verilə biləcəyini bəyan etmişlər. Belə ki, Ənəs və Həsən əl-Bəsri körpü və yol çəkmək kimi sədəqeyi-cariyə sayılan yerlərə zəkat verilə biləcəyi fikrindədirlər. Həcc ibadətinin “Allah yolunda olanlar” çərçivəsinə daxil olduğunu göstərən dəlil budur: İbn Abbasdan (r.ənhüma) rəvayət edildiyinə görə, bir şəxs dəvəsini Allah yolunda vəqf etmiş, arvadı isə həcc etmək istəyirmiş. Hz Peyğəmbər (s.ə.s) həmin qadına: «O dəvəyə minərək həcc et, çünki həcc də fi səbilil- ləhdən sayılır ”,-buyurmuşdur (Əbu Davud, Mənasik, 79). Ancaq nafilələrdə genişlik olduğu üçün nafilə həcc üçün zəkat verilməz. Bundan əlavə böyük Hənəfi hüquqşünası əl-Kasani (ö.587/1191) “əl-Bədai” adlı əsərində “fi səbililləh” (Allah yolunda) terminini “Allaha yaxınlaşdıran bütün işlər” kimi təfsir etmişdir. Bu səbəbdən Allaha itaət və xeyir yolunda olan hər bir kəs möhtac olduqda, sözügedən bu sinfə daxil olar. Beləcə, islamiyyətin yayılması üçün səy göstərən və xeyirxahlar dəstəklənmiş olar. Hənəfilərdən bir qismi “Allah yolunda” ifadəsini “elm öyrənmək” mənasında olduğunu dilə gətirmişlər. Ehn öyrənən zəngin də olsa bu sinfə daxildir.
8. Yolda qalanlar: yolçuluğa çıxan, yaxşılıq və faydalı bir iş üçün yolçuluq edən və getdiyi yerə köməksiz çatması mümkün olmayanlar bu sinfə daxildirlər. Həcc, müharibə, məndub ziyarətlər və ya ticarət üçün edilən yolçuluqlar buna örnək verilə bilər. Yolçu öz vətənində varlı olsa da yolçuluq əsnasında möhtac vəziyyətə düşərsə, gedəcəyi yerə çatacaq qədər zəkat verilə bilər. Ancaq bu kimi yolçunun mümkün qədər zəkat yerinə borc alması məqsədə müvafiqdir. Öz bölgəsində malnı itirmək və ya alacaqlarını almama nəticəsində möhtac vəziyyətə düşən də həmçinin yolçu hökmündədir. Bunlar ehtyaclan qədər zəkat ala bilərlər, daha sonra mallarnı əldə etdikdə, aldıqları zəkatdan geri qalan miqdarı başqalarına vermələrinə də ehtiyac yoxdur.
Bir şəxs zəkatını yuxanda müəyyən edilmiş sinflərdən hər hansı birinə verə biləcəyi kimi, ikisinə, üçünə və ya hamısına da paylaya bilər. Çünki ayədə zəkat yalnız bu səkkiz sinfə məxsus edilmiş, lakin bu siniflər arasında ayn-seçkilik edilməmişdir.
Bundan əlavə, nisab miqdarına çatmayan zəkatın qeyd edilən siniflər içərisindən yalnız bir şəxsə verilməsi də caizdir. Çünki ayədə “əl-füqəra” (kasıblar) kəlməsinin “əlif ləm” hərfi ilə müəyyənlik bildirməsi, məcazi mənada cins bildirir. Beləliklə də, sadalanan həmin bu cinslərdən birinə verməklə zəkat vermə yerinə yetirilmiş sayılır. Buradakı “əlif ləm” hərfi həqiqi mənası olan əhatə mənasında almırsa, bütün cinsi əhatə edər. Belə olan təqdirdə bir bölgədəki zəkatda həmin bölgədəki hər bir yoxsulun haqqı olar. Bu isə tətbiqatda hədsiz çətinliklər əmələ gətirəcəyi üçün məqsədəuyğun deyil.
Zəmanəmizdə bu səkkiz sinifdən dördünün ümumi olması mümkündür. Bunlar kasıblar, miskinlər, borclular və yolçulardır.
Dört məzhəb müctəhidlərinin əksəriyyətinə görə, zəkatın Allah-Təalanın Qurani-Kərimdə qeyd etdiyi yerlərdən başqasına verilməsi caiz deyil. Odur ki, məscid, yol, körpü, bulaq, kanal açma, kəfən, ölən şəxsin borcunun ödənməsi, qala, döyüş ləvazimatı hazırlamaq, döyüş gəmilərinin hazırlanması, silah almaq kimi malın mülkiyyətini qarşı tərəfin mülkiyyətinə keçirmə mənası daşımayan ibadətlərə və Allaha yaxınlaşdırım yollara xərclənməsi caiz deyil. Çünki “Zəkatlar ancaq yoxsulların, düşgünlərin … haqqıdır” ayəsində “innəmə” kəlməsi “həsr və isbat” mənasına gəlir. Yəni, qeyd olunanı sabitləşdirmək, bunun xaricində qalanların hökmünü ləğv etmək üçündür. Ümumiyyətlə, zəkatların sayılan bu yerlərdən başqasına verilməsi caiz deyil. Çünki bunlarda “təmlik”, yəni birinə zəkat malını şəxsən verməklə zəkat malını onun mülkiyyətinə keçirmə məsələsi yoxdur.
Zəkat kimlərə verilməz?
1. Baxmaqla məsul olunan şəxslərə: bir şəxs öz zəkatını yoxsul olan arvadına, üsul və fiirusuna verə bilməz. Üsul bir şəxsin anası, atası, babası və nənələridir. Füru isə oğulları, qızları, nəvələri və nəticələridir. Boşanma iddəti gözləyən arvadı da bu hökmə daxildir. Çünki bir şəxs onsuz da yoxsul düşdükləri zaman bunlara baxmaqla və nəfəqələrini təmin etməklə məsuldur. Bunlara zəkat verərsə, nəticədə özünə qayıtmış olur. Halbuki zəkat verildikdən soma zəkat verənlə zəkat alan arasında mənfəət ortadan qalxmalıdır.
Şafeilərə görə, bir şəxsin baxmaqla məsul olduğu şəxslərə zəkatını verməsi caiz deyil. Çünki yaxınları tərəfindən nəfəqəsi təmin edilən kəs möhtac sayılmaz. Bu kimi şəxslər hər gün kifayət qədər gəliri olan şəxs kimidir.
Əbu Hənifəyə və hənbəlilərdə əsas qəbul edilən rəyə görə, bir qadın zəkatını yoxsul ərinə verə bilməz. Çünki bu təqdirdə zəkat nəfəqə yolu ilə qadına geri qayıtmış olur.
Əbu Yusif, İmam Məhəmməd, İmam Şafei və İmam Malikə görə, qadının yoxsul ərinə zəkat verməsi caizdir. Çünki Rəsulullah (s.ə.s) bu mövzuda sual soruşan Abdullah ibn Məsudun arvadı Zeynəbə (r.ənha) belə buyurmuşdur: “Ərin və uşaqların təsəddüq etməyə ən layiq olan kəslərdir” (Əbu Davud, Zəkat, 44). Əks fikirdə olanlar isə bu hədisdəki “təsəddüq” kəlməsini nafilə sədəqə vermək kimi şərh etmişlər.
Zəkatı üsul və füru istisna olmaqla möhtac vəziyyətdə olan qohumlara vermək daha yaxşıdır. Belə ki, əvvəlcə möhtac olan bacı və qardaşlara, soma onların uşaqlarına, soma əmilərə və bibilərə, soma onların uşaqlarına, soma dayı və xalalara, soma onların uşaqlarına, daha soma digər zəvil-ərham deyilən yaxınlara vermək daha fəzilətlidir.
Hz. Peyğəmbər (s.ə.s) qohumlara təsəddüqü (sədəqə verməyi) təşviq edərək belə buyurmuşdur: “Yoxsullara verilən sədəqə bir sədəqə, qohumlara verilən sədəqə iki sədəqədir. Biri sədəqə, digəri isə yaxınlara yaxşılıqdır” (Tirinizi, Zəkat, 26).
Nafilə sədəqələrə gəlincə, bunları üsul və fiirua, həmçinin ər-arvadın bir-birinə verməsi caizdir. Çünki bunu etməklə də sədəqə və yaxınlara yaxşılıq etməklə iki savaba nail olmaq mümkündür. Belə ki, nafilə sədəqələrin zənginlərə və müsəlman olmayanlara da verilməsi caizdir. Çünki Allah-Təala: “Onlar, Allah sevgisi ilə miskin, yetim və əsirlərə yemək yedirirlər”,-buyurm (İnsan, 78/8). Hz. Peyğəmbər dövründə əsirlər müşriklərdəndi.
2. Müsəlman olmayanlara: zəkat ibadət mahiyyəti daşıyan bir öhdəlik olduğu üçün qeyri-müsəlmanlara, batil əqidəni mənimsəyənlərə və dindən çıxanlara (mürtədlərə) verilməz. Hz. Peyğəmbər Muaz ibn Gəbəli (r.a) Yəmənə göndərərkən: «Zəkatı oranın zənginlərindən al, yenə oranın fəqirlərinə ver”, — buyurmuşdur (Buxari, Zəkat, 1, 63).
Aralarında dörd məzhəb imamının da olduğu fəqehlərin əksəriyyətinə görə, zəkat müsəlman cəmiy- yətindəki zimmilərə (müsəlman olmayan vətəndaşlar) də verilməz. Çünki zəkat müsəlman yoxsulların haqqıdır. Onların varlılarından alınıb yoxsullarına verilməlidir. Qeyri-müsəhnanlar isə zəkatdan məsul deyillər. Məhz bu öhdəlikdən məsul olmadıqları üçün bundan faydalanma hüquqları da yoxdur.
Hz. Ömərin zəkatın veriləcəyi yerləri müəyyən edən ayədəki “miskinlər” kəlməsi üçün “bunlar əhli-kitabın yoxsullarıdır” fikrinə əsaslanaraq, bəzi fəqehlər zəkatın zimmilərə də verilə biləcəyi fikrini irəli sürmüşlər. Belə ki, hənəfi fəqehlərindən İmam Züfər də bu fikirdədir. Çünki zəkatın məqsədi Allah-Təalanın rizasına nail olmaq üçün sıxıntıda olanların ehtiyaclarnı qarşılamaqdır. Belə olan halda zəkatı yoxsul zimmilərə verməklə də bu məqsədi həyata keçirmək mümkündür.
Əbu Hənifə və İmam Məhəmmədə görə, yoxsul zimmilərə yalnız fərz olmayan (nafilə) sədəqələrin verilməsi caizdir. Dəlili isə bu ayədir: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (Bəqərə, 2/271) Bu ayədə müsəlman və ya zimmi yoxsul arasında hər hansı fərq qoyulmamışdır. Bu səbəbdən ayə ümumi məna bildirir. Lakin yuxanda qeyd olunan Muaz (r.ə) hədisi zəkat mövzusundakı ayəni təxsis etmişdir (xüsusiləşdirmişdir). Bu hədis səbəbilə zəkat yalnız müsəlman olanlara verilə bilər.
3. Varlılara: varlı olana zəkat vermək caiz deyil. Sadəcə olaraq zəkat məmuru (toplayan) əməyinin qarşılığında zəkatdan pay aldığı üçün varlı da olsa ona aynlan payı ala bilər. Həmçinin səfərdə ikən ehtiyacı olan varlı da zəkat ala bilər. Çünki səfərdə olan şəxs həqiqətdə varlı olsa belə həmin anda imkansız hesab olunur.
Öz ehtiyaclarından başqa nisab miqdarı mala sahib olan şəxs “varlı” sayılır. İslamın malın növünə görə təyin etdiyi nisabdan az miqdarda mala sahib olan şəxs sağlam, güclü və iş qabiliyyətinə sahib olsa belə zəkat ala bilər. Çünki bir şəxs güclü olmasına baxmayaraq, işləri alınmaya bilər, iş tapa bilməz və ya işlədiyi işdən əldə etdiyi gəlir dolanışığına kifayət etməyə bilər. Buna görə də evi, ev əşyası, xidmətçisi, miniyi, silahı, paltarı, müxtəlif iş alətləri, kitabxanası olsa da öz ehtiyaclarnı qarşılayacaq miqdarda gəliri olmazsa zəkat ala bilər. Çünki sadalanan əşyalar əsli ehtiyaclardır.
Varlı bir şəxsə nafilə sədəqə verilə bilər. Buna görə də vəqflərin qazancını vəqf nizamnaməsinə müvafiq olaraq zəngin şəxslərin alması da halal hesab edilmişdir. Bu, bir hibə (hədiyyə) və bir əta sayılır.
Varlı şəxs zəkatını araşdıraraq zəkat düşən şəxsə verərsə və zəkatı alan adamın həqiqətən bu zəkata ehtiyacı olduğu daha sonra başa düşülərsə, zəkat sahibinə çatmış sayılır. Bunun əksinə, zəkata ehtiyacı olub-olmaması bilinməz və ya varlı olduğu daha sonra ortaya çıxarsa, Əbu Hənifə ilə İmam Məhəmmədə görə yenə də caizdir. Lakin zəkatı haqq edib-etmədiyi araşdırılmadan verilərsə, zəkatı yenə caiz olsa da, zəkatı haqq etmədiyi daha sonra ortaya çıxarsa, zəkatını yenidən verməlidir. Çünki tam şəkildə araşdırılmalıdır.
4. Hz. Peyğəmbərin qohumlarına: Hz. Peyğəmbərin ailəsinə zəkat və sədəqə almaq qadağan olunmuşdur. Çünki zəkatlar insanların mallarının artıqlarıdır. Hz. Peyğəmbərin ailəsinə beytül-maldakı qənimətlərin beşdə birindən lazımi qədər xərclənir. Bir hədisi-şərifdə belə buyurulmuşdur: “Bu sədəqələr yalnız insanların artıqlarıdır, Mühəmmədə (s.ə.s) və Mühəmmədin (s.ə.s) ailəsinə halal deyil” (Müslim, Zəkat, 167, 168).
Hənəfi və hənbəlilərə görə, zəkat və sədəqə vermək caiz olmayan Haşim oğulları bunlardır: Abbas oğulları, Əli oğulları, Cəfər oğulları, Aqil oğulları və Haris ibn Əbdühnüttəlib oğulları.
Lakin daha sonrakı dövrlərdə Hz. Peyğəmbərin yaxınlarının müxtəlif haqsızlıqlara məruz qalması və beytül-maldakı paylarının onlara verilməməsi nəticəsində hərçənd ki, onlara zəkat verməyi qadağan edən hədislər var, Əbu Hənifə (ö. 150/ 767) dövrün dəyişdiyini, beytül-maldan olan haqların sahiblərinə çatmadığını söyləyərək, Haşim oğullarına zəkatdan hissə verilməsinin lazımlığına dair fitva vermişdir. Bundan əlavə, bir çox alimlərə görə Haşim oğullarına nafilə sədəqələr halaldır.
5. Kiçiklər və ruhi xəstələr: yeddi yaşından kiçiklərə və ruhi xəstələrə zəkat vermək caiz deyil. Zəkat onlar adma onların valilərinə (qəyyum/himayəçi) verilir. Bayram və buna oxşar sevincli günlərdə ehtiyacı olan xidmətçilərə, işçilərə və ya təmyiz yaşındakı uşaqlara, yaxud da şad xəbər gətirən imkansız şəxslərə verilən hədiyyələrin zəkat niyyəti ilə verilməsi caizdir.
Zəngin bir şəxsin kiçik yaşlı uşağına zəkat vermək caiz deyil. Çünki kiçik yaşlı uşaq atasının varlı olması səbəbilə varlı sayılır. Bununla yanaşı varlı bir qadının yetim və atası müsəlman olan uşağına zəkat verilə bilər. Çünki uşağın nəsli ata tərəfindən müəyyən edilir, anasının sərvəti ilə varlı sayılmaz.
Bir şəxs zəkatını zəngin bir şəxsin yoxsul və müsəlman olan atasına və ya yoxsul və müsəlman olan böyük oğluna və ya qızma, yaxud həmin şəxsin yoxsul və müsəlman olan arvadına verə bilər. Çünki bunlar müstəqil vəlayət sahibi olub bir-birinin sərvəti ilə zəngin sayılmazlar.
Zəkatın malın olduğu yerdəki yoxsullara verilməsi əsaslı prinsipdir. Çünki Rəsulullah (s.ə.s) Muaza (r.ə): «Zəkatı Yəmən xalqının zənginlərindən al və Yəmən xalqının yoxsullarına ver”,-buyurmuşdur (Buxari, Zəkat, 1, 63).
Zəkatın ilin axırında başqa bölgədəki fəqirlərə göndərilməsi tənzihən məkruhdur. Ancaq zəkatın göndəriləcəyi yerdəki ehtiyac sahibləri qohum olar və ya malın olduğu bölgədəki fəqirlərdən daha möhtac vəziyyətdə olarlarsa, başqa bölgəyə göndərmək caiz olar. Zəkatın toplandığı yerdə paylaşdırılması bir çox asanlıqlar meydana gətirir. Belə ki, ehtiyac sahiblərinin daha yaxşı təsbit olunması və sözün əsil mənasında həqiqi ehtiyacların bilinməsi, toplama və paylama xərclərinin azalması ilə müxtəlif bölgələrə mali və iqtisadi sərbəstlik və özünüidarə etmə imkanının verilməsi bunlar arasında sayıla bilər.
Zəkata daxil olan mallar
Qızıl, gümüş və pulların zəkatı
Qızılın nisabı iyirmi misqal (80 qram), gümüşün nisabı isə iki yüz dirhəmdir (595 qram). Borcundan və təməl ehtiyaclarından əlavə iyirmi misqal qızıla və ya iki yüz dirhəm gümüşə, yaxud bunların dəyərində pul (valyuta), ya da ticarət malına sahib olan kəs üzərindən bir il də keçmişsə, zəkatdan məsul olur. Qızıl, gümüş və pulda zəkat nisbəti qırxda birdir, yəni 2,5%. Qızıl və ya gümüş qarışıq olarsa, hansı maddə əsas təşkil edərsə, o əsas götürülür. Qızıl və gümüşə zəkat düşməsi üçün onların qiyməti yox, ağırlıqları nəzərə alınır. Külçə olan və ya qab-qacaq olaraq evdə olan qızıl və ya gümüş bütövlüklə zəkata daxildir. Qızıl və ya gümüşdən düzəldilmiş bəzək əşyası, zinət əşyası, tablo kimi əşyaların da zəkatı verilməlidir. Qadınların zinət əşyası olaraq taxdıqları inci, zümrüd və yaqut kimi bəzək əşyası zəkata daxil deyil. Ancaq bunlar pul yığmaq məqsədilə olarsa, zəkatları verilməlidir.
Başqa mədənlərdən düzəldilmiş və bir ehtiyac üçün istifadə olunmayan əşyanın miqdarı qızılın nisa- bına çatsa, onun da zəkatı verilməlidir. Evi olmayan bir şəxs ev almaq üçün yığdığı pulun üstündən bir il keçər və hələ ev alınmazsa, pul da nisab miqdarından çox olarsa, zəkatı verilməlidir. Faizsiz bankçılıq kimi ortaqlığa pul qoyulduğu təqdirdə, bu pulların həm sərmayəsindən, həm də qazancından il sonunda qırxda bir nisbətində zəkat verilməlidir.
Qızıl, gümüş, pul və ticarət malları nisab tamamlamada bir-birinə əlavə olunmalıdır. Belə ki, bir şəxsin müəyyən qədər qızıl ilə gümüşü, müəyyən qədər də ticarət mah olsa, bunların cəmi nisab miqdarına məsələn, 80 qram qızıla bərabər olarsa, qırxda bir nisbətində zəkat verməlidir.
Ticarət mallarının zəkatı
Qurani-Kərimdə ticarət mallarının zəkatının verilməsi əmr edilmişdir: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!” (Bəqərə, 2/276). Bu ayədə qeyd olunan «qazandığınızın yaxşılarından… sərf edin” ifadəsi İslam hüquqşünasları tərəfindən “ticarət yolu ilə əldə etdiyiniz qazancdan zəkat verin” kimi başa düşülmüşdür. Çünki bu ayə ticarət mallarının və əkin məhsullarının zəkatı ilə əlaqədar olaraq nazil olmuşdur. Hz. Peyğəmbər belə buyurmuşdur: «Dəvə və inəyin zəkatı vardır, parçanın da zəkatı vardır’’. Səmurə ibn Cündəb (r.ə) belə demişdir: “Rəsulullah (s.ə.s) ticarət üçün hazırladığımız mallardan zəkat verməyimizi bizə əmr edərdi”. Əbu Amr ibn Həmmasın atasından rəvayət etdiyinə görə, Hz. Ömər ona ticarət üçün əfində olan ox torbalan və dərilərdən zəkat verməsini bildirmişdir.
Ticarət malından zəkat alınmasının şərtləri
a. Ticarət malının nisab miqdarına çatması: ilin başında qiymətləri ən az iki yüz dirhəm gümüş və ya iyirmi misqal qızıl miqdarında olan ticarət mallarının zəkatı üçün ilin axırındakı qiymətləri əsas alınır. Bu qiymətlərə görə zəkat verilir. Malın qiyməti hər ölkənin öz bazarına görə müəyyən edilir. Əgər həmin mallar şəhərdən kənarda isə bura ən yaxın şəhərdəki qiymətləri əsas alınır.
Zəkat nisabnı tamamlamaq üçün ticarət mallarının qiyməti qızıl, gümüş və ya pula əlavə edilir. Yəni bunlar birləşdirilərək cəmi hesablanır.
b. Ticarət mahnın üstündən bir il keçməsi: ticarət malına malik olunan tarixdən etibarən malların qiymətləri üzərindən bir il keçməlidir. Malın özünün üstündən bir il keçməsi şərt deyil. Hənəfi və malikilərə görə, bu mövzuda ilin başı və sonu nəzərə almır, ortası yox. Belə ki, bir kəs ilin başında nisab miqdarı mala sahib olub il içində bu mal azalar, sonra ilin axırında yenidən nisab miqdarına çatarsa, bu maldan zəkat verilməlidir. İlin başında və ya sonunda nisabdan əskik olan maldan isə zəkat vermək lazım olmaz.
c. Satın alarkən ticarətə niyyət etmək: ticarət malları satın alınarkən bunlarla ticarət etməyə niyyət edilməlidir. Əgər bu mallara sahib olduqdan sonra niyyət edilərsə, niyyət ticarət işinə yaxın olmalıdır. Satışa qoymaq, satış üçün elan vermək və ya satış üçün başqasına səlahiyyət vermək kimi bir davranış ohnadıqca mücərrəd niyyətlə bir mal ticarət malına çevrilməz.
Bununla birlikdə ticarət məqsədilə istifadə olunan mal ticarətə niyyət etməyə əlverişli mal olmalıdır. Məsələn, bir kimsə xərac və ya üşr ərazisini ticarət məqsədilə satın alsa, bunu satana qədər əkib-becərsə, zəkat yox, xərac və ya üşr verməlidir.
İmam Məhəmmədə görə, miras, pay və ya vəsiyyət kimi yollardan biri ilə ələ keçən bir mal üçün ticarətə niyyət edilsə, mücərrəd olaraq bu niyyətlə mal ticarət üçün olmaz. Əbu Yusifə görə isə, bir şəxs özünün qəbul edib-etməməsi ilə əlaqəli olan bu kimi malları ticarət etmək niyyəti ilə qəbul edərsə, həmin mal ticarət mah sayılar.
Başlanğıcda ticarət niyyəti ilə satın alınmamış bir mal, məsələn, torpaq sahəsi, bir sıra əşya, xalça və ya ərzaq irəlidə satılmaq üzrə saxlansa, bu, ticarət mah sayılmaz. Bu səbəbdən bunların üstündən bir il keçsə də zəkat lazım olmaz. Bir kəs şəhər kənarındakı bir daşınmaz əmlakı təsərrüfat üçün və ya anbar və s. üçün icarəyə verərsə, bu yerin gəliri zəkata daxil olar. Ancaq həmin yer bələdiyyə sahəsinə daxil olar və orada bələdiyyə bölgü apardıqdan sonra sahibinin satışa çıxardığı tarixdən etibarən ticarət malına çevrilər və qiymətinə görə qırxda bir zəkata daxil olur.
Xülasə, bir şeyin ticarət mah sayılaraq zəkatın vacibliyi üçün, malın nisab miqdarına çatması, üstündən bir il keçməsi, niyyətlə birlikdə əməli olaraq da ticarətə başlanılması, eyni zamanda malların ticarət niyyətinə münasib olması lazımdır.
Fəqehlərin əksəriyyətinə görə isə, ticarət mallarının zəkatını qiymət olaraq vermək lazımdır. Çünki nisab qiymət üzərindən müəyyən edilir. Bu səbəbdən zəkat malda deyil, ancaq qiymətində fərz olur.
Hənəfilərə görə, ticarət mallarının zəkatının öz növündən verilə bilməsi tətbiqatda bir sıra asanlıqlar gətirir. Bir tərəfdən xüsusilə yoxsulların ehtiyacı olan qida maddələri, geyim əşyaları, tikinti materialları və buna oxşarların öz növündən zəkatını vermək yoxsulların bilavasitə faydalanmalanm təmin edir. Digər tərəfdən ticarətlə məşğul olanlar və iş adamlarının böyük məbləğlərə çatan zəkatını il sonunda nağd olaraq ayırıb ödəməsi çətinlik çıxarar, məhz bu vəziyyət zəkatın ya gec verilməsinə və ya az verilməsinə, ya da heç verilməməsinə gətirib çıxarar. Halbuki topdan ərzaq satıcısının, parça tacirinin və ya bir istehsalçının sayaraq ticarət malının qırxda birini mal olaraq yoxsullara paylaması, ya da bunun əsri-səadətdə olduğu kimi dövlət əli ilə yerinə yetirilməsi, bir İslam ölkəsində yoxsulluq problemini köklü həll etməyə kifayətdir.
Ticarətdən il boyunca əldə edilən qazanclarla heyvanların artımı, miras, bağışlama kimi ticari olmayan yollardan əldə edilən mallar sərmayəyə əlavə edilir. İlin axırında bunlar bütövlüklə dəyərləndirilərək zəkat hesablanar. Ancaq il qurtardıqdan sonra meydana çıxan əlavələrin, əsil mala əlavə edilə bilməyəcəyində fikir birliyi var.
Fabrikin binası, makinalar, cihazlar, xidmət və iş avtomobilləri kimi artmayan sabit sərmayə zəkata daxil deyil. Ancaq ticarətə daxil olan hər növ nağd pul, xammal, emal olunmuş, ya da qismən emal olunmuş bütün iqtisadi dəyərə malik olan əşyalar qırxda bir (2.5%) nisbətində zəkata daxil olur.
Birjada alınıb-satılan hissə sənədləri də ticarət mah kimi olduğu üçün, bunlar da qırxda bir nisbətində zəkata daxildirlər.
Şirkətlərdə hər bir şərikin şirkətdən başqa var-dövləti də nəzərə alınaraq zəkatını özü hesablayıb verməsi əsasdır. Ancaq şirkət müqaviləyə əsasən şirkət idarəsi tərəfindən hesablanıb verilə də bilər.
Ticarət məqsədilə əldə tutulan ev, dükan, iş yeri kimi binalar və ticarət məqsədilə əldə olan bütün danışmazlar ilə satmaq üçün alman avtomobillər qırxda bir zəkata daxildir. Bir mal satılmasa belə satış üçün elan verilmiş və ya satması üçün başqasına səlahiyyət verilmişsə, ticarət mah qəbul olunur və zəkata daxil olur.
Heyvanların zəkatı
Quranda birbaşa heyvanların zəkatından bəhs edən bir ayə yoxdur. Ancaq “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al” (Tövbə, 9/103) ayəsinin ümumi mənasının heyvanları da əhatə etdiyi düşünülə bilər. Çünki heyvanlar xüsusilə köçəri cəmiyyətlərdə mühüm əhəmiyyət kəsb edən dolanışıq və zənginlik vasitəsidir. Eyni zamanda səhrada yaşayan ərəblər arasında “mal” kəlməsi heyvan mənasınada istifadə olunmuşdur. Hz. Peyğəmbərin hədislərində digər zəkat malları kimi heyvanlar da detalları ilə mövcuddur. Belə ki, Allahın Elçisi zəkata daxil olan mallarla onların nisab və miqdarlarını müəyyən edən uzun bir vergi tarifi hazırlatmış, ancaq bunu lazımi yerlərə göndərə bilmədən vəfat etmişdir. Bu zəkat tarifi Hz. Əbu Bəkr və Hz. Ömər dövründə icra edilmişdir.
Bu tarifə və əlaqədar digər hədis və icraatlara görə hevanların zəkatında aşağıdakı əsaslara görə zəkat vermək lazımdır:
a. Hz. Peyğəmbər, səhabə və Tabeunlar dövründə yalnız dəvə, inək və qoyun zəkata daxil edilmişdir. Camış inək cinsindən, keçi isə qoyun cinsindən sayılır. Beləliklə, say beş olur. Bunlar eyni zamanda ev heyvanlarıdır. Bu səbəbdən ev heyvam olmayan zəkata daxil deyil.
b. Dəvənin nisabı beş, qoyunun nisabı qırx və inəyin nisabı isə otuzdur. Bu nisaba çatmayan heyvanlara zəkat düşmür.
c. Sahibinin mülkiyyətində olaraq heyvanların üzərindən bir il keçməlidir. Əgər heyvan bir şəxsin mülkiyyətində bir il qalmazsa, ondan zəkat vermək vacib deyil. Rəsulullah (s.ə.s): “Bir il keçməyincə bir maldan zəkat vermək vacib deyil’’,-buyurmuşdur. Çünki il tamamlanmadan mahn artması və heyvanların çoxalması qeyri-mümkündür.
Odur ki, il içində heyvanın satış, bağışlama və digər yollarla əldən çıxması halında yenidən başqa heyvan satın alınar və ya heyvan mübadiləsi edilərsə, nisabı tamamlamada sonradan alınan heyvanların üzərindən bir il keçməsi mövzusunda satın aldıqları tarix əsas almar.
ç. Heyvan ilin çox hissəsini saimə olmalıdır, yəni otlaqda və ya çaylaqda bəslənməlidir, ağılda və ya tövlədə yemlə bəslənən (məlufə) heyvanlardan olmamalıdır. Bu heyvanlar sırf südləri alınmaq və ya çoxalmaları təmin edilmək və ya bəslənmə üçün otlaqda otlamahdır. Məhz bu səbəbdən altı aydan az müddətdə otlaqlarda otlayan və ya sırf minik və ya yük daşımaq üçün, yaxud kəsilib ətləri alınmaq üzrə otlaqlarda az-çox otladılan heyvanlar da zəkata daxil deyil. Ticarət üçün olan heyvanların hökmü digər ticarət malları kimidir. Ticarət mah olmayan heyvanlardan zəkatın fərz olması üçün ilin yarısından çoxunu hər kəsin istifadəsində olan otlaqlarda bəslənməli olduğu müxtəlif hədisi-şəriflərdə mövcuddur.
d. Heyvan əkin və daşıma işlərində istifadə edilən (amilə) heyvanlardan olmamalıdır.
İmam Malikə görə, heyvanların saimə olmasına və ya əkin, ya da daşıma işində istifadə edilib-edilməməsinə baxılmadan müəyyən edilən növlər nisaba çatdıqda, bunlardan zəkat vermək vacib olar.
Qoyun və keçilərin zəkatı
Saimə olan qoyun və keçinin nisabı qırxdır. Qoyun və keçinin sayı qırxa çatar və bir il keçərsə, zəkat vacib olar.
0-39 qoyunlarda zəkat yoxdur.
40-120 qoyuna 1 qoyun,
121-200 qoyuna 2 qoyun,
201-399 qoyuna 3 qoyun zəkat verilməlidir.
400 qoyuna 4 qoyun zəkat verilməlidir. Bundan sonra hər yüz qoyuna bir qoyun daha verilməlidir. Məsələn, 400-499 arasında 4 qoyun, 500-599 arasında 5 qoyun kimi. Belə olan təqdirdə zəkata daxil olan və bir il keçən qırx qoyunu olanla, yüz iyirmi qoyunu olan iki müsəlman da hərəsi bir qoyun zəkat verər. Beləliklə də, buradan aydın olur ki, zəkat miqdarından aşağı və yuxan arasındakı say əfv olunar və zəkata daxil deyil.
Keçi də qoyun kimidir. Çünki hədislərdəki “ğənəm” ifadəsi erkək və dişi qoyunla keçini öz əhatəsinə alır. Bu səbəbdən qoyunla keçi eyni cins sayılır və nisabı tamamlamada bir-birinə əlavə edilir. Məsələn, otuz qoyunla on keçisi olan bir qoyun zəkat verməlidir. Bunların erkəkləri ilə dişiləri bərabərdir. Yəni, zəkat verilən heyvan erkək və ya dişi ola bilər.
Qoyunlarla keçilərdən hansı daha çox olarsa, zəkatın ondan verilməsi məqsədəuyğundur. Saylan eyni olarsa, istədiyindən verə bilər. Ancaq hamısı qoyun və ya hamısı keçi olarsa, zəkatı həmin cinsdən verilməlidir.
İnək və camışların zəkatı
Saimə olan inəklərin nisab miqdarı otuzdur. Bundan azma zəkat vacib deyil.
0-29 arası zəkat yoxdur.
30-39 arası iki yaşında erkək və ya dişi buzov,
40-59 arası üç yaşında erkək və ya dişi bir dana verilməlidir. Altmış inəkdən isə hər biri bir yaşında iki buzov verilməlidir. Sonra hər otuzda bir buzov və hər qırxda bir dana zəkat verilməlidir. Məsələn, yetmiş inək üçün bir buzov ilə bir dana zəkat verilə biləcəyi kimi, səksən inək üçün iki dana, doxsan inək üçün üç buzov, yüz inək üçün bir dana ilə iki buzov və yüz on inək üçün də dörd buzov və ya üç dana verməkdə azaddır. Çünki bunda dörd otuz, üç ədəd də qırx vardır. Bundan sonrakı saylar üçün də bu tərzdə zəkat hesablanır.
Zəkat mövzusunda inəklə camış eyni cins qəbul edilir. Bunlar qarışıq olduğu təqdirdə bir-birinə əlavə edilir. Məsələn, iyirmi inəklə on camış olsa, bunlar üçün iki yaşında bir buzov verilməlidir. İki cinsdən hansı çox olarsa, zəkat ondan verilir. Saylan bərabər olduğu təqdirdə, bahalı olanların ucuzundan, ucuz olanların bahalısından verilir. Məsələn, inək və camış bərabər miqdarda qarışıq və camış qiymətli olarsa, camışın ucuzundan, inəyin yaxşısından verilməlidir.
Dəvələrin zəkatı
Saimə olan dəvənin nisabı beşdir.
0-4 dəvə üçün zəkat yoxdur.
5-9 dəvə üçün 1 qoyun,
10-14 dəvəyə 2 qoyun,
15-19 dəvəyə 3 qoyun,
20-24 dəvəyə 4 qoyun,
25-35 dəvəyə iki yaşında 1 dişi dəvə,
36-45 dəvəyə üç yaşında 1 dişi dəvə,
46-60 dəvəyə dörd yaşında 1 dişi dəvə,
61-75 dəvəyə beş yaşında 1 dişi dəvə,
76-90 dəvəyə üç yaşında 2 dişi dəvə,
91-120 dəvəyə dörd yaşında 2 dişi dəvə verilməlidir.
Zəkat mövzusunda dəvələrin erkəkləri ilə dişilərinin qarışıq olub-olmaması nəticəni dəyişdirməz. Ancaq zəkat verilən dəvələr orta səviyyədə dişi olmalıdır. Erkək dəvə verildiyi təqdirdə qiymət olaraq verilər.
İl başında nisab miqdarında olan saimə heyvanlara, il içində miras, bağışlama və ya satın alma kimi yollarla eyni cinsdən saimə heyvanlar əlavə olunsa, il sonunda hamısının zəkatı birdən verilməlidir.
İmam Şafeiyə görə isə, sonradan əlavələrin üstündən bir il müddəti mülkiyyətinə keçirildiyi vaxtdan etibarən hesablanar.
Saimə heyvanlar arasında olan kor, zəif heyvanlar da nisaba daxil edilir. Lakin bunlar zəkat olaraq verilməz. Əbu Hənifə və İmam Məhəmmədə görə, saimə olub hələ yaşı bitməmiş quzulardan, inək, camış və dəvə balalarından ötrü, saylan nisab miqdarına çatsa da zəkat vacib deyil. Ancaq aralarında öz cinslərindən böyük heyvanlar olarsa, onlarla birlikdə zəkata daxil olarlar.
Məsələn, il boyunca əlli qoyunla səkkiz aylıq yetmiş beş quzusu olsa, ilin axırında iki qoyun zəkat verməlidir. Həmçinin iyirmi doqquz inək balası ilə bir ədəd də inək olarsa, bir yaşında bir buzov verilməlidir. Dörd dəvə balası ilə bir ədəd də iki və ya üç yaşında dəvə olarsa, bir qoyun zəkat verməlidir.
Əbu Yusifə görə, hələ yaşı bitməmiş heyvanların sayı nisab miqdarına çatdıqda zəkat vacib olur. Məsələn, qırx quzu üçün bir quzu zəkat verilməlidir. İmam Şafei də eyni fikirdədir.
Zəkata daxil olan heyvanların bir qismi məhv olsa, Əbu Hənifəyə ilə Əbu Yusifə görə, zəkatdan azad olan pillələrdə meydana gələn azalma zəkata təsir etməz. İmam Məhəmməd və İmam Züfərə görə isə zəkat məhv nisbətində azalar.
Məsələn, altmış qoyunu olan birinin on və ya iyirmi qoyunu ilin içində bir fəlakət nəticəsində məhv olsa, birinci fikri mənimsəyənlərə görə, geridə qırx qoyun qaldığı üçün bir qoyun zəkat verilməlidir. İmam Məhəmməd və İmam Züfərə görə isə, zəkat on qoyun məhv olmuşsa altıda bir, iyirmi qoyun məhv olmuşsa altıda iki nisbətində zəkat miqdarı azalar. Zəkat heyvan yerinə qiyməti ilə verilə bildiyi üçün, bu azalma orada nəzərə almar.
Hənəfi və hənbəlilərə görə, zəkata daxil olan bir malın ilin axın keçdikdən sonra zəkatı verilmədən satılması, yalnız zəkat miqdarının təzminatnı verməklə caizdir.
Şafeilərə görə, zəkat fərz olduqdan sonra bir mal satıldıqda, alqı-satqı müqaviləsi zəkat miqdarı qədər olan hissədə etibarsızdır. Çünki fərz olan miqdar yoxsullara məxsusdur, eləcə də onlar həmin hissəyə şərikdirlər və onların icazəsi olmadan satıla bilməz.
Atların zəkatı
Hz. Peyğəmbər belə buyurmuşdur: “Sizi at və qulun zəkatından azad etdim ”, “Müsəlmana qulu və atından ötrü zəkat yoxdur” (Buxari, Zəkat, 45,46). Lakin Rəsulullahın (s.ə.s)“çoxahna məqsədilə baxılan saimə atlan” bundan istisna etdiyini bildirən hədislər də rəvayət edilmişdir.
Hz. Ömər Allahın Rəsulu və Əbu Bəkr dövründə atlardan zəkat alınmadığına görə Dəməşqdən bu mövzunu soruşmaq üçün gələnlərə, atlardan zəkatın vacib olmadığını bildirmişdir. Ancaq daha sonra şamlılardan, atlarının zəkatını alması üçün Əbu Übeydə ibnül-Cərraha müraciət etməsi və Əbu Übeydə- nin yazılı cavab istəməsi ilə Hz. Ömər “atların zəkatını vermək istəyirlərsə, bu zəkatı almasnı və oranın yoxsullarına paylamasını» yazılı şəkildə bildirmişdir.
Fəqehlərin əksəriyyəti Hz. Peyğəmbərin atlan zəkatdan azad etdiyini bildirən hədislərə və icraata əsaslanaraq, at cinsinə zəkatın vacib olmadığı fikrini mənimsəmişlər.
Hz. Peyğəmbər və dörd xəlifə dövründə atlar ümumiyyətlə səfər, müharibə və nəqliyyat işində istifadə edildiyi üçün, digər dəvə və inək cinsinin əkin və nəqliyyat işində istifadə edildikdə (amilə) zəkata daxil edilmədiyi kimi, atların da daxil edilmədiyi aydın olur. Ancaq atlar çoxalmaq üçün ilin yarısından çoxunu otlaqlarda otlayaraq keçirərsə, saimə olarlar. Belə ki, Əbu Hənifə və Züfərə görə, nəsli əldə edilib irəlidə satılmaq üzrə, erkəyi və dişisi qanşıq halda yaşayan və ilin çoxunu otlaqlarda otlayaraq keçirən saimə atlar üçün ya hər ata görə 1 dinar (təqribən 4 qr qızıl pul) və ya atın qiyməti əsas alınaraq 2,5% zəkat verilməlidir. Əbu Hənifənin bu atları saimə vəsfi ilə yanaşı ticarət mah sayaraq zəkata daxil etdiyi aydın olur. Buradakı fikir aynlığı at sahibinə istehsalçı zəkatının vacib olub-olmaması mövzusu ilə əlaqədardır. Atlar ticarət məqsədi ilə baxılar və ya satın alınarsa, bunların zəkat vaxtında qiymətlərinə görə zəkata əlavə edilməsinin vacibliyində şübhə yoxdur.
Mədən və dəfinələrin zəkatı
Allah-Təalanın yer üzünü yaradarkən yerin altında yaratdığı müxtəlif iqtisadi sərvətlərə “mədən”, insan əli ilə basdırılmış əşyalara isə “dəfinə” deyilir. Hənəfilərə görə, “rikaz” mədən və dəfinələri əhatə edən bir termindir. Mədənlər ümumiyyətlə, odda əriyib qəlibə tökülən maddələrdir. Hənbəlilərə görə isə, bərk və maye bütün mədən mövləri bu kateqoriyaya daxildir.
Mədənlər üç növdür:
a. Bərk olub əriyən və qəlibə tökülən mədənlər: qızıl, gümüş, mis, dəmir, qurğuşun, qalay, bürünc mədənləri bu qəbildəndir. Bunların zəkatı nisab miqdarına çatdıqda beşdə birdir (1/5).
b. Əridilməyə əlverişli olmayan bərk mədənlər: bunlar odda əriməyən və qəlibə salma bilməyən mərmər, kirəc, gips daşı, almaz, yaqut, firuzə, duz kimi mədənlərdir. Bu kimi mədənlərdən istehsalçı zəkatı alınmaz. Bunların hamısı sahibinə, sahibi yoxdursa tapana aiddir.
c. Maye olub bərkiməyən mədənlər: civə və neft kimi qatı olmayan maddələrdir. Bunlardan da istehsalçı zəkatı vacib deyil. Bunlar tamamilə ərazinin sahibinə aiddir. İstehsaldan sonra ticarət mah kimi zəkata daxildir. Belə olan halda beşdə bir zəkat yalnız odda əriyib qəlibə tökülən mədən növü olan birinci növ üçün vacibdir. Bu növ mədənlər istər üşr, istərsə də xərac torpaqlarında olsun beşdə bir zəkat almar və qənimətlərin xərcləndiyi yerə sərf edilər. Bunun dəlili Kitab, Sünnə və qiyasdır. Qurani-Kərimdə belə buyurulur: “Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!” (Ənfal, 8/41) Hənəfilərə görə, mədənlər qənimət hökmündədir. Çünki bunlar əvvəl əhli-küfrün əlində olan torpaqlardan çıxarılır. Ancaq müsəlmanlar bu torpaqları daha sonra savaşaraq əldə etmişlər. Sünnədən dəlil Hz. Peyğəmbərin bu hədisidir: “Rikazda xüms (beşdə bir vergi) vardır’’ (Buxari, Müsaqat, 3, Zəkat, 66).
Hz. Ömərin Mədinə kənarında olan 1000 dinar qızıl pulun 200 dinarını dövlət adma beytuhnala aldığı, Hz. Əlinin də mədənləri “rikaz” olaraq adlandırıb çıxarılan mədənlərdən və qədim dövrlərə aid tapıntı pullardan beşdə bir vergi aldığı rəvayət edilmişdir.
İmam Şafei, Malik və Əhməd ibn Hənbələ görə, rikaz qədim dövrlərdə yerin altında basdırılıb gizlədilən qiymətli əşya, xəzinə və dəfinədir. Mədənlər rikazın əhatə dairəsi xaricində qahr. Hətta İmam Şafei rikazı, sadəcə, cahiliyyə dövründə basdırılmış qızıl və gümüşdən ibarət olduğunu və bunlardan alınan beşdə bir verginin zəkat verilən şəxslərə sərf edilməli olduğunu bildirir. Əbu Hənifədən nəql edilən bir fikrə görə, Malikə və Əhməd ibn Hənbələ görə isə, beşdə bir gəliri fey hökmlərinə daxil olur və zəkata yox, sosial xidmətlərə xərclənir.
Hənəfilərə görə, mədənlərin zəkatı beşdə bir ikən, digər üç məzhəbə görə qırxda birdir. Bu fikir ayrılığı, üç məzhəbin mədənləri rikazın əhatə dairəsi xaricində qəbul etmələrindən irəli gəlir.
Hənəfilərə görə, tapılan mədənlərlə dəfinələrdən beşdə bir zəkat verildikdən sonra qalan qisim, əgər mədən və dəfinələr birinin mülkündə tapılmışsa, mülk sahibinə aiddir. Əgər heç kimin mülkiyyəti deyilsə, qalan qismi tapana aiddir. Belə olan təqdirdə dövlətin mülkiyyətində olan ərazilərdə tapılan mədənlər tamamilə dövlətə məxsusdur.
Dəfinələr də üç növdür:
1. Sahibsiz torpaqlarda və ya sahibi naməlum torpaqlarda tapılmışsa, beşdə bir vergi alınır, qalan beşdə dördü tapana aiddir. Sahibi olan yerlərdə tapılmışsa, hənəfilərə görə, beşdə dördü mülk sahibinə və ya varislərinə verilir. Belə bir dəfinəni qeyri-müsəlman və ya uşaq da tapsa, hökm dəyişmir.
2. Tapılan qızıl, gümüş və ya qiymətli əşyanın İslami dövrə aid olduğunu göstərən möhür və yazı kimi bir əlamət daşıyarsa, “lüqətə” (tapılan mal) hökmləri tətbiq edilir. Bu kimi tapılan əşya bir il ərzində elan edilir. Bunları tapanlar yoxsuldursa özünə, varhdırsa başqa yoxsullara və ya İslam dövlətinin səlahiyyətli təmsilçilərinə təhvil verərlər.
3. Hansı dövrə aid olduğu şübhəli olan dəfinələr: üstündə nə İslami nə də İslamdan əvvəlki dövrə məxsus olduğunu göstərən bir nişanə olmayan basdırılmış dəfinə bir fikrə görə İslamdan əvvəlki dövrə, başqa bir fikrə görə İslami dövrə məxsus olduğu qəbul edilir.
Tapılan bu növ əşyanın vergisində əksər fəqihlərə görə nisab şərt deyil. Ancaq İmam Şafei nisabı şərt qoşmuşdur.
İslam hüquqşünasları rikazın beşdə bir vergiyə daxil edilməsi üçün, tapıldıqdan sonra üstündən bir il keçməsinin şərt olmadığında fikir birliyi etmişlər.
Bir evdə tapılan dəfinə ev sahibinə aid olur. Əbu Hənifəyə görə, bundan beşdə bir zəkat vermək
vacib deyil. Çünki bu, torpaq altında bir yerə gətirilmiş torpaq hissələri kimidir. Əbu Yusif və İmam Məhəmmədə görə isə, belə bir dəfinədən beşdə bir zəkat vacibdir. Çünki “Rikazdan beşdə bir zəkat vermək vacibdir’’ hədisin mənası ümumidir. Evdə və ya ev kənarında olan dəfinələr arasında hər hansı fərq qoyulmamışdır.
Dənizdən çıxarılan mirvari, ənbər, sikkəli pullar və balıqlardan Əbu Hənifə ilə İmam Məhəmmədə görə, zəkat vermək vacib deyil. Əbu Yusifə görə isə, dənizdən çıxarılan nağd qızıl və gümüşdən, mirvari ilə ənbərdən beşdə bir zəkat alınar.
İmam Şafeiyə görə, qızıl və gümüşdən başqa mədənlərdən zəkat vermək vacib deyil. Qızıl və gümüşdə qırxda bir zəkat verilir. Çünki qızıl və gümüşün zəkatı ilə əlaqədar hədislər ümumilik ifadə edir. Eyni zamanda mədənin zəkatında bir il keçmə şərti yoxdur. Çünki bir il keçmə şərti mallarda çoxalmanın əmələ gəlməsi üçün qoyulmuşdur.
Əkin məhsullarının zəkatı
Əkin məhsullarından zəkatın fərz olması Kitab, Sünnə və İcma dəlillərinə söykənir. Qurani-Kərimdə belə buyurulur: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) infaq (sərf) edin!” (Bəqərə, 2/267) İslam hüquqşünasları buradakı əmrin torpaqdan əldə edilən məhsulların zəkatı ilə əlaqədar olduğu fikrindədirlər. Bununla birlikdə “infaq” termini geniş mənası ilə zəkatı da ehtiva edir. Həmçinin ayədə: “..yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin..”,-buyurulur (Ənam, 6/141). Əksər İslam hüquqşünasları bu ayədəki “haqq” terminin torpaqdan çıxan məhsulların zəkatı olduğu fikrini mənimsəmişlər.
Hz. Peyğəmbər belə buyurmuşdur: «Yağış və çay suları ilə sulanan torpaq məhsullarında onda bir (üşr), əl əməyi ilə sulananlarda iyirmidə bir (nisf üşr) vardır” (Buxari, Zəkat, 55). Hədislərdə ki “üşr” termini “torpqdan əldə edilən məhsulların zəkatı” mənasında istifadə edilmişdir. Bununla birlikdə İslam alimləri əkin məhsullarının onda bir və ya iyirmidə bir zəkata daxil olduğu mövzusunda həmrəydirlər. Ancaq zəkata daxil olub-olmayan ərazi və ya torpaq məhsulu növləri haqqında fikir ayrılığı vardır.
Əkin məhsullarından zəkat alınmasının şərtləri
Əkin məhsullarının zəkatından məsul şəxsin ağlı başında olması (ruhi xəstə olmaması) və ya həd- di-büluğ çağma çatması şərt deyil. Ruhi xəstə və ya kiçiklərin sahib olduğu məhsuldan da zəkat vermək vacibdir. Ancaq məsul şəxsin müsəlman olması şərtdir.
Hənəfilərə görə, yuxarıdakı ümumi şərtlərə əlavə olaraq əkin məhsullarından zəkatın fərz olması üçün aşağıdakı şərtlər müəyyən edilmişdir:
- Torpaq üşr torpağı olmalıdır. Xərac ərazisindən üşr vermək vacib deyil. Çünki bir torpaqdan həm xərac, həm də üşr vergisi alınmaz.
- Torpaqdan məhsul götürülməlidir. Əgər üşr torpağından bir şey əldə edilməzsə, üşr vermək də vacib olmaz. Çünki üşr hasil edilən məhsuldan verilir.
- Torpağı əkib-becərmək, gəlir və məhsul əldə etmək, artım kimi məqsədlər üçün edilməlidir. Bu səbəbdən başlanğıcda məhsulu olmayan meşə, şam, qovaq, ot və bu kimi ağac və digər şeylərdən üçün üşr verilməz. Ancaq bunlar kəsilib material kmi istifadə olunaraq satılarsa, ticarət mah kimi digər zəkat mallarına əlavə olunur.
Zəkat verilən əkin məhsulları və öhdəliklər
Əbu Hənifəyə görə, əkin məhsullarının zəkatında nisab miqdarına çatması şərt deyil. Buğda, arpa, düyü, dan, lobya və digər dənli bitkilər, qarpız, badımcan, pomidor, şəkər qamışı, şəkər çuğunduru, xurma, üzüm və bu kimi tərəvəzlər üşr ərazisi məhsullarından az olsun, çox olsun üşr zəkatı almar. Əsaslandığı dəlil “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin!” (Bəqərə, 2/267) ayəsidir.
Xülasə, Əbu Hənifəyə görə, insan əli ilə əkilib-becərilən hər məhsuldan üşr vermək lazımdır. Üşrdə bir növ vergi mənası olduğu üçün bunu dövlətin zorla alma hüququ vardır. Bu səbəbdən ölünün mirası olan əkin məhsullarından, uşaq və ya ruhi xəstəyə məxsus sahələrin məhsulundan da üşr alınar.
Hənəfilərə görə, torpaq məhsullarının üşrə daxil olması üçün üstündən bir il keçmə şərti yoxdur. Bir il içində, birdən çox məhsul götürülən yerlərdə, üşr də məhsula bağlı olaraq təkrar verilir.
Əbu Yusif və İmam Məhəmmədin də içində olduğu əksər alimlərə görə, əkin məhsulları üçün nisab miqdarı hər məhsul növü üçün beş vəsqdir (təqribən 650 kq, kufəlilərə görə 1 ton). Bu nisaba çatmayan əkin məhsullarından zəkat vermək vacib deyil. Dəlil Hz. Peyğəmbərin bu hədisidir: “Beş vəsqdən az (məhsulda) zəkat yoxdur’’ (Buxari, Zəkat, 4, 32, 38).
Bundan əlavə, əkin məhsulları bir il saxlanıla bilən məhsullardan olmalıdır. Bu səbəblə təzə meyvə və göy-göyərti növləri üçün üşr vacib deyil. Armud, alma, şaftalı, ərik, pomidor, bibər və s. kimi. Çünki bunlar tez xarab olan və çürüyən məhsullardır.
Torpaq məhsullarının zəkatı torpağın suvarılmasına görə müəyyən edilir. Torpaq əmək sərf edilmədən yağış, çay və bunların kanalları ilə sulanarsa, zəkat onda bir, vedrə, motor və ya pul ilə alınan suyla suvarılarsa iyirmidə bir verilir. Əgər hər ikisi ilə suvarılmışsa, il boyunca daha çox sulama əsas götürülərək üşr miqdarı müəyyənləşdirilir.
Dövrümüzdə suvarma ilə yanaşı gübrələmə, dərmanlama, mazut və işçilərin xərclərinin çox artdığı nəzərə alınaraq, bu kimi torpaqlardan əldə edilən məhsulun, əmək və xərc çəkilərək suvarılan torpaqların məhsuluna qiyas edilməsi uyğun hesab edənlər olduğu kimi, suvarmadan başqa qalan bu xərclərin zəkatdan götürüldükdən sonra, geri qalandan suvarma üsuluna görə zəkat verilməli olduğunu irəli sürən müasir alimlər də vardır.
İmam Şafei və Malikə görə, bir il ərzində saxlana bilən qida maddələri zəkata daxildir. İmam Şafei meyvələrdən sadəcə xurma və üzümə üşrün vacibliyi fikrindədir. Əhməd ibn Hənbəl isə, qida maddəsi fərqi qoymadan insan əli ilə əkilib-becərilən və saxlamla bilən, kilo ilə alqı-satqısı edilən hər cür əkin məhsuluna üşrün vacibliyini bildirmişdir.
Zeytun, küncüd, günəbaxandan üşr alındığı təqdirdə, daha sonra yağlarından yenidən üşr alınmaz. Ancaq bunları istehsalçıdan ticarət məqsədilə satın alan kəs yenidən “ticarət mah” zəkatına daxil edər.
Torpaq məhsullarının üşrü, dənli bitkilərdə xırman vaxtında, meyvələrdə isə toplandıqdan sonra verilir. Bunların sahibləri vəfat etsə belə, varislər üşrü verməlidirlər. Bu kimi ərazilərin vəqf edilməsi də üşr öhdəliyini aradan qaldırmaz.
Hələ üşrü verilməyən dənli bitkilərdən və ya ağacın üstündəki meyvələrdən yeyilərsə, üşrü verilmək niyyəti ilə yeyilməli və bunun üşrü də verilməlidir. Məsələn, Əbu Hənifəyə görə 10 kq üzüm toplanmışsa, 1 kq zəkatı verilməlidir.
Əbu Yusif və İmam Məhəmmədə görə, beş vəsq (650 kq) olan nisabı tamamlamada əkin məhsullarının müxtəlif növləri bir-birinə əlavə edilə bilməz. Hər növün ayrı-ayrı nisabı tamamlanmalıdır.
Sahibi olmayan, vəqf edilmiş üşr əraizisi məhsullarından da üşr verilir. Çünki üşr torpağın özündən yox, çıxan məhsulundan verilməlidir.
Zəkata daxil olan torpaq məhsulları yetişdikdən sonra, yığılmadan satılarsa, üşrü ərazi sahibinə, yetişmədən satılarsa, satın alana aiddir.
Balın zəkatı: üşr torpağından bəslənən arıların balından onda bir zəkat verilməlidir. Xərac ərazisindən, mübah otlaq və ya meşələrdən bəslənən arıların balları isə üşrə daxil deyil. Dəlil bu hədisdir: “Əbu Səyyarə (r.ə) özünün an pətəkləri olduğunu dedikdə, Hz. Peyğəmbər bunların üşrünü verməsini bildirmişdir”. Bununla birlikdə Allahın Eçisi Yəmən xalqına belə yazmışdır: «Bal istehsalçılarından üşr alınsın!’’ Şafei və malikilərə görə isə, baldan zəkat vacib deyil. Əsaslandıqları dəlil Tirmizinin balın zəkatı mövzusunda mühüm bir rəvayətin olmadığını deməsi ilə balın südə qiyas edilməsidir.
Verilən borcların (alacaqların) zəkatı
Başqalarının öhdəliyində olub nisab miqdarına çatan nağd pullan geri alacaq şəxslərin (borc verənlərin) həmin məbləği zəkata daxil olub-olmaması baxımından üç qismə bölmək mümkündür:
1. Qüvvətli borclar: borc olaraq verilən pullar, nisyə satılan ticarət mallarının əvəzi, borclu borcunu qəbul edirsə və ya borcun sənədlə sübuta yetirilmə imkanı varsa, qüvvətli hesab edilir. Bunlar hasil olan zaman keçmiş illərə aid zəkatlar verilir.
Qüvvətli və üstündən bir il keçmiş bir borcdan, zəkatla məsul şəxs zəkat nisabının ən az beşdə bir miqdarnı əldə etdikdə, bu miqdarın zəkatını dərhal verər. Bundan az olarsa, zəkata daxil başqa mah olmazsa, zəkatını dərhal verməsi vacib deyil.
İmam Məhəmmədə görə, bu kimi borclar, borclu olan tərəfdən inkar edilərsə, borcunu tələb edənin sübuta yetirən sənədləri olsa belə, əldə etdikdə keçmiş illərə aid zəkat vacib olmaz. Düzgün hesab edilən fikir də budur. Çünki hər sənəd hakim tərəfindən etibarlı sayılmaz və hər kəs iddia qaldırma imkanı tapmaya bilər.
2. Orta dərəcədə olan borclar: ev və ya dükan icarəsi kimi zəkat ünsürü olmayan bir malın əvəzi bu qismə daxildir. Bu kimi borclarda bir il keçmə müddəti kirəkeşin borclanmağa başladığı tarixdən etibarən başlayar və keçən hər bir il üçün zəkat verilməlidir. Ancaq tam nisab miqdarı qədər əldə edihnəyincə, sahibkarın zəkata daxil başqa mah olmadığı təqdirdə, zəkatını dərhal vermək məcburiyyətində deyil.
Əbu Hənifədən daha sağlam sayılan bir rəvayətə görə, bu kimi borcların keçmiş illərə aid zəkatlarnı verməyə ehtiyac yoxdur. Nisab miqdarı qədər borcu alıb bir il keçdikdə və ya zəkata daxil başqa mal varsa, ilin keçməsi gözlənilmədən buna əlavə edilərək zəkatı verilir.
3. Zəif borclar: hər hansı malın əvəzi olmadan öhdəlikdə olan borclardır. Mehr, miras, vəsiyyət, mü- qaviləli boşanmada qadından alınan müxaliə əvəzi və diyə kimi şeylər bu qismə daxildir. Çünki mehr bir mal mübadiləsindən əmələ gələn bir borc deyil.
Nəticə etibarilə, verilən borcların hər birindən zəkat vermək vacibdir. Ancaq zəkat, verilən borcu geri alma əsnasında fərz olar. Qüvvətli borclarda nisabın beşdə biri alındıqda, orta və zəif borclarda isə nisab miqdarı qədər alındıqda zəkat verilməlidir. Bununla birlikdə bir əvəz qarşılığı olmayan zəif borclar yeni bir qazanc əldə etmə xarakterli olduğu üçün, bunların üstündən bir il müddət keçməlidir. Zəkata daxil başqa bir mal mövcud olsa, bunlar bir-birinə əlavə edilərək zəkat verilir.
? Fiqh. Anar Qurbanov






