Sual: Hansı hədisdə deyilir ki, Cəhənnəmdə ərlərinə qarşı naşükür olduqları üçün bir çox qadınlar olacaqdır?
Cavab:
Peyğəmbərin (səllallahu əleyhi və səlləm) belə buyurduğu rəvayət olunur:
«Ey qadınlar, sədəqə verin və çoxlu Allahdan bağışlanma diləyin, çünki mən, Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm»
Qadınlardan biri ondan soruşdu: «Ya Rəsulullah, Cəhənnəm sakinləri arasında niyə çox qadın var idi ?»
O, cavab verdi:
«Siz tez-tez lənətləyir və ərlərinizə qarşı nankorluq edirsiniz»
Bu hədis İmam Müslim, Abdullah ibn Ömərdən (r.a) uzun bir hədisin bir hissəsi olaraq nəql etmişdir. (Səhih Müslim, hədis 132)
İmam Buxari də oxşar hədisi nəql etmişdir. (Səhih Buxari, hədis 304)
Allah daha yaxşı bilir.
Müfti Suhail Motala
Yoxladı: Müfti Muhamməd Abasumar
Mənbə: hadithanswers.com
Tərcümə: t.me/Ehli_Sunne_Henefi






