Cinlər insan vücudun ala bilərmi?

Əqidə

Sual: Cinlərlə bağlı fətva verə bilərsinizmi? Onlar bizim aləmimizdə insan sifətinə bürünərək yaşaya bilər, yoxsa yox?

Cavab:
Rəhimli və mərhəmətli Allahın adı ilə!
Əssələmu aleykum və rəhmətullahi və bərəkətuh!

Müsəlman qardaşım!
Rəsulullah (səllallahu aleyhi və səlləm) belə tövsiyə edirdi:
من حسن اسلامالمرء تركه ما لا يعنيه
Tərcümə: Birinin özünə aid olmayan şeyləri tərk etməsi onun gözəl müsəlman olmasının əlamətlərindəndir. (ət-Tirmizi, Zöhd, 2317).

Cinlərin cildlərini dəyişərək insanlar arasında yaşamasından və ya yaşaya bilməməsindən asılı olmayaraq, bunun bizə və imanımıza aidiyyəti yoxdur. Bunları öyrənməyin bir mənası da yoxdur. Biz daha çox imanımıza aid olan şeyləri öyrənməli və imanımızı gücləndirən məsələlərə diqqət yetirməliyik.
Lakin Əllamə Şibli (vəfatı: hicri 761) demişdir:
…ولا شك ان الجن يتطورون ويتشكلون في صور الانسان
Tərcümə: Şübhəsiz ki, cinlər cildlərini dəyişib insan şəklini almaq qabiliyyətinə malikdirlər.

İmam Süyuti (vəfatı: hicri 911) və bir çox digər alimlər də təsdiq etmişlər ki, cinlər insan şəklini alaraq dünyamızda yaşaya bilərlər.

Ən doğrusunu isə Uca Allah bilir.

Muhəmməd Saleh
Yoxladı və təsdiq etdi: Müfti İbrahim Desai


Mənbə: askimam.org
Tərcümə: azermuslim.com

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика