Həşr və hesabat vermə

Həşr və hesabat vermə Əqidə

Həşr “toplanmaq, bir araya gəlmək” deməkdir. Termin mənası isə qiyamət qopduqdan sonra Uca Allahın insanları hesaba çəkmək üçün bir yerə toplamasıdır. İnsanların toplandıqları yerə məhşər və ya ərəsat deyilir.

Mələklər, cinlər və insanlar dirildikdən sonra hər bir bəşərin böyüyü, kiçiyi, ağıllısı, ruhi xəstəsi hamısı bir yerdə toplanacaqlar. Heyvanlar da dirildiləcəkdir.1 Lakin heyvanlar özlərinə aid haqlarını aldıqdan sonra torpaq olacaqdır. Onlann bu halını görən inkarçılar “kaş biz də torpaq olaydıq” -deyə fəryad edəcəklər.2

Məhşərdə hər bir kəs dünya həyatında kimə inanmış və tabe olmuşsa onun arxasınca gedəcək və onunla birgə toplanacaqlar. Mömin, münafiq, fasiq və kafir rəhbərləri ilə birlikdə olacaqlar. Qurani-Kərimdə rəhbər və tabe olanların birlikdə toplanması haqqında belə buyurulur.

“Bir gün (qiyamət günü) bütün insanlan öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq.”3 “(Firon) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!”4

Quranda məhşərdən bəhs edən çox sayda ayə vardır. Nümunə kimi aşağıdakı ayələri qeyd edə bilərik: (Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.»5 O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim”6

Məhşər günü çox sıxıntılı, qorxulu və dəhşətli bir gündür. Hər bir kəs özünü fikirləşəcəyi üçün yaxınları ilə maraqlana bilməyəcəkdir. O gün möminlərin üzləri parlayacaq, inkarçıların üzləri isə qaralacaq, eləcə də insan qardaşından, anasından, atasından, arvadından və uşaqlarından qaçacaqdır.7

Hz. Peyğəmbər hər kəsin öldüyü hal üzrə dirildiləcəyini, ayaqyalın və ilk yaradılışları kimi həşr ediləcəyini bildirmişdir.8

İnsanlar hesab vermək üçün toplandıqda, dünyada etdiklərinin mələklər tərəfindən qeydə alınan “əməl dəftərləri” paylanacaq. Məhz bu dəftərlər haqqında Quranda belə buyurulur: “(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”9

Əməl dəftəri cənnətliklərə sağdan, cəhənnəmliklərə soldan və ya arxadan verilir. Dəftəri sağdan verilənlərə “əshabi-yəmin”, soldan verilənlərə isə “əshabi-şimal” deyilir.

İnsanlar əməl dəftərlərini əllərinə aldıqdan və dünyada etdiklərini ən dəqiq detallarına qədər yazıldığını gördükdən sonra Uca Allah tərəfindən hesaba çəkiləcəklər. Eyni zamanda bunlardan başqa insanın orqanları və yer üzündəki canlı-cansız varlıqlar da onun etdiklərinə şahidlik edəcəklər.

Hz. Peyğəmbər hesabat verilən zaman insanlardan bu beş şeyin soruşulacağını bildirmişdir:

  • Ömrünü harada keçirdiyi,
  • Cavanlığını necə yaşadığı,
  • Malını haradan qazandığı,
  • Haraya sərf etdiyi,
  • Bildikləri ilə əməl edib-etmədiyi.10

Möminlərin bu suallara asanlıqla cavab verəcəkləri, inkarçıların isə sorğu-sualının çətin olacağı müxtəlif hədislərdə xəbər verilir.11


  1. Bax. Ənam, 6/38; Təkvir, 81/5; Nəbə, 78/40.
  2. Bax. Nəbə, 78/40.
  3. Isra, 17/71.
  4. Hud, 11/98.
  5. Yunis. 10/45.
  6. Fürqan, 25/27, 28
  7. Bax Əbəsə 80/34-42.
  8. Bax Buxari, Rıqaq, 45; Müslim, Cənnət, 14,19; Tirmizi, Təfsir, 18.
  9. Kəhf, 18/49.
  10. Bax. Tirmizi, Qiyamət, 1.
  11. Bax. Buxari, Riqaq, 49, Mezalim, 2; Müslim, Zekat, 20, Cənnət, 18.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.164-166)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика