Uca Allah belə buyurur:
“Kim (dünyada) azğınlıq etmişsə. Dünyanı (axirətdən) üstün tutmuşsa. Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!»1
«Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir.»2
«Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.»3
«Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir.»4
«(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir.»5
«(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!»6
«Onlara söylə: «Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir.»7
Quranda dünyadan çox axirət xoşbəxtliyinin istənilməsi belə nəsihət edilir:
«Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.»8
Müxtəlif hədislərdə zöhd həyatının təşviq edildiyi və axirətin üstünlüyünün ön plana alındığı nəzərə çarpır.
«Dünyada qərib bir yolçu kimi yaşa, özünü qəbirdə yatanlardan say!9
«Qəbirləri ziyarət edin! Çünki bu sizi dünyadan soyudar, axirətə isinişdirər.»10
Hz. Peyğəmbər gündəlik həyatında daim Allahın istəyini ön planda tutmuş və dünya zövqlərini ehtiyaca görə məhdudlaşdırmışdır. Bir hədisdə belə buyurmuşdur:
«Uhud dağı qədər qızılım olsa, borcumu vermək üçün ayıracağım miqdar istisna olmaqla qalan qızılların üç gündən çox yanımda qalmasını arzulamaram.»11
Bununla yanaşı Allahın Elçisi digər müsəlmanlar səviyyəsində yaşamaq istəyən xanımlarından küsmüş və onlardan dünya ilə özü arasında bir seçim etmələrini istəmişdir. Xanımları dünya əvəzinə onu seçdiklərini bildirmişlər.12
- Naziat, 79/37-39
- Əla, 87/16, 17
- Ali-İmran, 3/185
- Mühəmməd, 47/36
- Hadid, 57/20
- Kəhf , 18/46
- Nisa , 4/77
- Şura , 42/20 ; Bəqərə , 2/200
- Buxari , Riqaq , 3 ; Tirmizi , Zöhd , 25 ; İbn Mace , Zöhd , 6
- İbn Mace , Cənaiz , 47
- Buxari , Zəkat , 4 ; Müslim , Zəkat , 31
- Bax . Əhzab , 33/28 ; Buxari , Təfsir , 66 ; Müslim , Talaq , 5
Qaynaq: «Islam Elmihalı»
Mənbə: t.me/Ehli_Sunne_Henefi







