Uşaqların ata və anaya qarşı hörmət və ehtiram göstərmələri, sözlərinə qulaq asmaları və möhtac olduqları zaman onlara baxmaları övladlıq borcudur.
Biz insana ata — anasına yaxşılıq etməyi (valideyinlərilə gözel davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır.1
Rəbbin yalnız Ona ibadət etməyi və valideyinlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!»2
İslamda bəndənin əmrinə itaət bu əmrin qanuni olmasına bağlıdır. Məsələn, ata — ana övladını Allaha şərik qoşmağa məcbur edərsə, onlara itaət etməz.
Bir dəfə Rəsulullahdan soruşurlar:
Yaxşı davranmağıma ən çox kim layiqdir?
-Anan!
-Sonra?
-Anan!
-Sonra?
-Anan!
-Sonra?
-Atan! ..3
Bir gün Rəsulullah (s.ə.s) əshabından soruşur:
«-Sizə böyük günahların ən böyük üçünü xəbər verimmi?»
-Bəli, ver, ya Rəsulullah!»
—Allaha şərik qoşmaq, ata — anaya asi olmaq və diqqət edin! Yalan söz, yalan şahidlikdir!» 4
Gündüzləri oruc, gecələri namaz ilə keçirən bir kimsə belə əcrdə, savabda Allah yolunda cihada çıxan mücahidə çata bilməz. Cihadın bu qədər mənəvi dəyərine baxmayaraq cihad üçün icazə istəməyə gələn bir nəfərə Peyğəmbərimiz (s.ə.s) belə soruşur:
«-Atan və anan yaşayırmı?»
-Bəli!
«Onların könlünü xoş etmək yolunda çalış! (Sənin cihadın onlara xidmət etməkdir)” 5
- əl-Əhqaf, 46/15
- əl-isra, 17/23
- Buxari, əl-Ədəb , 2 ; Müslim , əl-Birr
- Buxari, əl-Ədəb, 6 ; əş-Şəhadət , 10 ; Müslim, əl-iman , 143, 144
- Buxari, əl-Cihad , 138; əl Ədəb, 3 ; Müslim, əl-Birr, 5
Mənbə: t.me/Ehli_Sunne_Henefi







