Sual: Əslində doğru olmayan zarafatlarla başqalarını güldürmək olarmı?
Cavab:
Uydurma və ya həqiqətə uyğun olmayan “zarafatlarla” başqalarını güldürmək caiz deyil. Rəsulullah ﷺ demişdir:
وَيْلٌ لِلَّذِي يُحَدِّثُ بِالحَدِيثِ لِيُضْحِكَ بِهِ القَوْمَ فَيَكْذِبُ ، وَيْلٌ لَهُ وَيْلٌ لَه
“Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışar. Vay onun halına! Vay onun halına” (Tirmizi)
Şəriət qanunları çərçivəsində qalmaq şərti ilə, başqalarını güldürə bilər və ya başqaları ilə yüngül bir an paylaşa bilər. Müvafiq olaraq, həddindən artıq dərəcədə edilməməli, lağ etməyə və ya başqalarının qüsurlarını ifşa etməyə səbəb olmamalıdır.
Rəsulullah ﷺ buyurmuşdur:
لاَ تُكْثِرِ الضَّحِكَ ، فَإِنَّ كَثْرَةَ الضَّحِكِ تُمِيتُ القَلْبَ
«Çox gülməyin! Həqiqətən, çox gülmək qəlbi öldürür» (Tirmizi)
لاَ تُظْهِرِ الشَّمَاتَةَ لأَخِيكَ فَيَرْحَمَهُ اللَّهُ وَيَبْتَلِيكَ
«Mömin qardaşının başına gələn müsibətə görə sevinməyin. Yoxsa Allah ona rəhmət edib səni bəlaya salar» (Tirmizi)
لَا تَتَّبِعُوا عَوْرَاتِهِمْ، فَإِنَّهُ مَنِ اتَّبَعَ عَوْرَاتِهِمْ يَتَّبِعُ اللَّهُ عَوْرَتَهُ، وَمَنْ يَتَّبِعِ اللَّهُ عَوْرَتَهُ يَفْضَحْهُ فِي بَيْتِهِ
«Müsəlmanların eyiblərini araşdırmayın, çünki kim onların eyiblərini araşdırarsa, Allah da onun eyiblərini araşdırar. Və Allah kimin eyiblərini araşdırarsa, onu öz evində rüsvay edər» (Əbu Davud)
Allah ﷻ daha yaxşı bilir.
Müfti İsmayıl Bassa
Mənbə: themufti.com
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







