Əbədi bir möcüzə olan Qurani-Kərim bir çox xüsusiyyətə sahibdir. Bunlann bir qismini belə ifadə etmək mümkündür:
• Qurani-Kərim Rəhman olan Allah-Təalanın insanlığa ən böyük rəhməti, xeyir və bərəkətidir. Ayeyi-kərimədə belə buyurulur:

“Rəhman! (Mərhəmətli olan Allah!) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı Öyrətdi”. (Rəhman, 55/1-4)
Surənin başında Rəhman ismi hallandıqdan sonra arxasından “Quranı öyrətdi” buyurulmuşdur. Bu da Rəhman olan Allahın insanlığa ən böyük mərhəmətinin Qurani-Kərim olduğuna işarədir.
Digər bir ayeyi-kərimədə belə buyurulur:
“…Allahın siza verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!». (Bəqərə, 2/231)

• Qurani-Kərimdə kiçicik də olsa bir şübhə, nəzmində və mənasında hər hansı bir nöqsanlıq yoxdur. Ayeyi-kərimələrdə belə buyurulur:

“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttaqiləra (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. (Kəhf, 18/1. Bax. Zümər, 39/28)
• Qurani-Kərim Allahdan gələn bir nur və bəsirətdir. Allah-Təala bunu belə ifadə edir:
“Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik”. (Nisa, 4/174)
“…Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (Maidə, 5/15-16)
Allah-Təala soruşur:
“Heç ölü ikən diriltdiyimiz və insanlar arasında gəzmək üçün bir nur verdiyimiz kas zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi”. (Ənam, 6/122)
Qurani-Kərimdə bir çox bəsirətlər, haqqı göstərən nurlar vardır. O ağlı, zehni, qəlbi, xeyrə aparan bütün yolları nurlandırır. Allah-Təala belə buyurur:
«…Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir». (Əraf, 7/203)
Qurani-Kərim insanı zülmətlərdən nura çıxanr. Allah-Təala belə buyurur:
«Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa — yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır». (İbrahim, 14/1)
Əbu Zərr (r.a):
-Ey Allahın peyğəmbəri! Mənə nəsihət et! — dediyində Hz. Peyğəmbər (s.Ə.s):
— Quran oxumağa və Allahı zikr etməyə fikir ver. Çünki Quran yer üzündə sənin üçün bir nur, göy üzündə də bir azuqədir, — buyurmuşdur.16
• Qurani-Kərim bir hidayət rəhbəridir, ona tabe olanlan ən doğru yola çatdırır. Allah-Təala bu barədə belə buyurur:

«Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır». (Bəqərə, 2/2)
Qurani-Kərim əslində “bütün insanlar üçün hidayət» olaraq nazil olmuşdur.17 Lakin onun hidayətindən sadəcə təqva sahibləri istifadə edər. Quran insanları dünya və axirətdə onlara faydalı olan, Allahın nzasını qazandıran, nəhayət, cənnət və cəmalullaha vasil edən doğru yolu göstərir. Quranın hidayəti inkardan imana, imandan ehsan və təqvaya doğru bir hidayətdir. İmandan sonrakı hidayətin gerçəkləşməsi ancaq Qurana tabe olmaqla mümkündür. Ayeyi-kərimədə belə buyurulur:

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) sn doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!” (İsra, 17/9-10)
Hz. Peyğəmbərin (s.ə.s) vəfatının sabahı günü müsəlmanlar Hz. Əbu Bəkrə (r.a) beyət etdikləri zaman Hz. Ömər (r.a) Peyğəmbərimizin (s.ə.s) minbərinə çıxaraq belə dedi: “Allah-Təala Peyğəmbəri üçün öz dərgahındakıları sizin yanınızdakılardan üstün tutmuşdur. Bu kitab Allahın peyğəmbərini doğru yola çatdıran kitabdır. Ondan möhkəm tutun ki, Allah onunla peyğəmbərinə hidayət verdiyi kimi sizə də hidayət versin”.18
• Qurani-Kərim bir ruhdur. Allah-Təala belə buyurur:
“Biz ssns əmrimizdən olan bir ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Həqiqətən sən (insanları) düz yola yönəldirsən”. (Şura, 42/52; Nəhl, 16/2; Mömin, 40/15; Mücadələ, 58/22)
İnsanlar Qurani-Kərim ilə yaşayır. Suyun və yağışın ölü torpağa həyat verdiyi kimi Quran da kar, dilsiz, kor, ağıldan əlil, yer üzündə bir ölü kimi gəzən inancsız insanlara imanla həyat verir.19
• Qurani-Kərimdə hər hansı bir ixtilaf, ziddiyyət və uyğunsuzluğa rast gəlmək olmaz. Onun surələri və ayələri bir-birini dəstəkləyir, biri digərini açıqlayır. Ayeyi-kərimədə belə buyurulur:

“Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyətlər tapardılar.” (Nisa, 4/82)
• Qurani-Kərim sözlərin ən gözəlidir, e-uiJl (əhşənəl-hədis) dir. Bənzərsiz fəsahət və bəlağəti ilə ağıllan və qəlbləri təsiri altına alır. Onu dinləyənləri heyran qoyub məftun edir. Anlamını bilməyənlər belə onu dinlədiklərində qəlbləri titrəyər, tükləri ürpərər, ruhlan həyəcanla coşar. Quran ilə könüllər mənəvi rahatlıq tapar, qəlblər Allah-Təalanın zikrinə alışıb yumşalar. Allah-Təala belə buyurur:

“Allah sözün an gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanlan, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi…» (Zümər, 39/23)
• Qurani-Kərim “məsanf’dir. (^jllJl) Mühüm məsələləri bəzən eyni, bəzən fərqli ifadələrlə zaman-zaman təkrar edər. Ancaq bu təkrarlan bezdirmədən, yeri gələndə ən gözəl bir üslubla edər. İnsanın nəfsi nəsihətdən xoşlanmaz. Əgər bir mövzu təkrar-təkrar anladılmazsa, insanın ağlında qalmaz. Buna görə Hz. Peyğəmbər (s.ə.s) də önəmli cümlələrini üç, bəzən yeddi dəfə təkrar edərdi.20
Məsani kəlməsinin başqa bir mənası da belədir: Qurani-Kərimdə mövzular ümumiyyətlə, cüt-cüt anladılır. Əmr-qadağa, halal-haram, ümumi-xüsusi, göylərin və yerin vəziyyəti, cənnət-cəhənnəm, qaranlıq-aydınlıq, mələklər-şeytanlar, müjdə-xəbərdarlıq, ümid-qorxu arxa-arxaya gəlir.
• Qurani-Kərim hər yönüylə əzəmətli bir kitabdır. Böyük bir nemət, dəhşətli bir xəbərdir.21 Mənaları uca, üslubu gözəl, metodu sağlam, hökmləri əhatəli və təsir qabiliyyəti qüvvətlidir. Elə bir heybəti və müqəddəsliyi var ki, insan-cin, mömin-kafir, yəni onu eşidən hərkəsin ürəyində böyük bir təsir buraxır. İnsanı ən sağlam, ən doğru, ən faydalı və ən şərəfli hədəflərə yönəldir. Möcüzəvi yönləri ilə kafirləri aciz qoyur. Düşmənləri belə onun ucalığını etiraf edirlər. Ona iman edib əmrlərinə uyan kəs isə ən böyük şərəfə nail olur.22
• Qurani-Kərim çox dəyərli və şərəfli bir kitabdır. Allah-Təala: «Ulduzların mənzillərinə and olsun ki -Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz bildirdikdən sonra «(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır)”23, — deyə buyurmuşdur. Yəni bu andın böyüklüyünü başa düşsəniz, and içilənin əzəmətini də anlayarsınız. Hansı ki, bu çox qiymətli Qurani-Kərimdir.24
• Qurani-Kərim hakimdir, yəni əhatə etdiyi hökmləri və dəlilləri son dərəcə sağlamdır. Batil əhli ondan nə bir şey əskildə, nə də ona bir şey əlavə edə bilər. Çox qiymətli öyüdlər, nəsihətlər, xəbərdarlıqlar və ibrətləri əhatə edir. O çox dəyərli və şərəfli kitabdır. Üç ayədə bu vəsflər zikr edilərək Quran üzərinə and içilmişdir.25
• Hz. Peyğəmbər (s.ə.s) xatəmun-nəbiyyin, yəni peyğəmbərlərin sonuncusu olduğu kimi, ona nazil olan Qurani-Kərim də son ilahi kitabdır. Qiyamətə qədər nə başqa bir peyğəmbər, nə də başqa bir kitab gələcəkdir. Bütün zamanların və məkanların dini olan İslam Allah-Təala tərəfindən tamamlanmış və kamilləşdirilmişdir. Ayeyi-kərimədə belə buyurulur:

“…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim… (Maidə, 5/3)
Bu ayədən yola çıxaraq Qurani-Kərimin İslamı kamilləşdirmək üçün nazil olduğunu söyləyə bilərik. Başqa bir ayədə də belə buyurulur:
«Onlar Allahın nurunu ağızları ila söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (Tövbə, 9/32-33, əlavə olaraq bax: Saff, 61/8-9)
14. İbnul-Cövzi, Zadul-məsir, 2: 557; İbn Kəsir, Təfsir, 4: 568
15. Nəsəfi, Mədarik, 1: 193
16. Əbu Xatim Muhamməd ibn Hibban əl-Büsti (v. 354/965), Sahihu İbn Hibban, Beyrut, 1993, 2: 78
17. Bəqərə, 2/185
18. Buxari, İtisam, 1, Əhkam, 51; İbn Həcər, Fəthul-Bari, 13: 246
19. Ənfal, 8/20-24
20. Buxari, Elm 30; Tirmizi, Fitən 76.
21. Hicr, 15/87; Sad, 38/67
22. Düsəri, Əzəmətul-Quranil-Kərim, s. 31-44
23. Vaqiə, 56/75-78
24. İbn Kəsir, Təfsir, 7: 544
25. Yasin, 36/2; Sad, 38/1; Qaf, 50/1
Kitab: Kitabımız Quran
Müəllif: Dr. Murat Kaya







