Quran ürəklərə necə təsir edir?

Quran

Qurani-Kərim həm ləfzindəki ahəng və musiqisi, həm də mənasındakı dərinliyi ilə son dərəcə təsirli bir kitabdır. Müsəlman olsun olmasın, ərəb olsun olmasın hər insana təsir göstərmə gücünə malikdir. Onu dinləyənlərin ruhları rahatlıq tapır, ürəkləri sevinclə dolar. İnsan onun ləzzətini dadanda dərin duyğulara dalır, xüşu ilə dolur, tükləri biz-biz olur və qəlbi həyəcandan döyünməyə başlayır. Quran onun nəfsi ilə içində gizlətdiyi köklü inancları arasına girir. Necə ki, Hz. Peyğəmbərin (s.ə.s) bir çox düşməni onu öldürmə niyyəti ilə gəldiyi halda Qurani-Kərimi eşidən kimi dərhal pis niyyətindən əl çəkmiş, İslama girmiş və düşmənliyi dostluğa, küfrü imana çevirmişdir.(Xattabi, Bəyanul-ecazil-Quran: 24, 64. Suyuti, əl-İtqan, 4: 14-16.).

Uca Rəbbimiz haqqıyla oxunan Quran ayələrinin möminlərin könül aləmində meydana gətirəcəyi mənəvi təsiri belə bəyan edir:

“…Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar…”. (Ənfal, 8/2)

“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır…”. (Tövbə, 9/6)

Allah-Təala Qurani-Kərimin nə qədər təsirli və əzəmətli olduğunu aşağıdakı ayələrlə belə bəyan edir:

«Əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, (o kitab mütləq bu Quran olardı)…”. (Rad, 13/31)

“(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin”. (Həşr, 59/21)

Qurani-Kərimdə ilahi qüdrəti əks etdirən elə ehtişamlı əsərlər, istər gizli olsun, istər açıq, elə əzəmət təcəllaları var ki, əgər o, bir dağın təpəsinə endirilmiş olsaydı, o dağın Allah-Təalanın qorxusundan başını əydiyi, param-parça olduğu görülərdi. Elə buna görə Qurani-Kərim belə böyük bir ilahi kitabdır. Fəqət onun endilirişinin əsas məqsədi daha çox onun oxunub anlaşılması və üzərində təfəkkür edib iman edilməsi, buyruqlarına əməl edilməsidir.(Almaldı, 4:2989, (Rad 13/31)) Beləliklə, Allah-Təalanın ucalığının və peyğəmbərinin haqq olduğunun dəlilini dağların yeridilməsi, ölülərin dirildilib danışdırılması kimi fövqəlbəşər hadisələrdən daha çox Qurani-Kərimin ifadələrindəki fəsahət və bəlağətində, onun mənasının dərinlik və əzəmətində axtarmaq lazımdır.

Şübhəsiz, Qurani-Kərim son dərəcə təsir edici üslubu və ifadə tərzi ilə ələ aldığı mövzuları elə bir metodla təqdim edir ki, müsəlmanların mənəvi dünyasında dağlann yerindən oynamasından, yerin yanlmasından və ölülərin danışdınlmasından daha böyük və daha köklü dəyişikliklər meydana gətirmişdir. Təsiri altına aldığı bu uca ruhlar sayəsində həyatın gedişatını, hətta bütün yer üzünün görüntüsünü aşan möhtəşəm hadisələr meydana gətirmiş, tarixin seyrini dəyişdirmişdir. Daşdan və dəmirdən daha sərt, daha qatı olan dəyişməz düşüncə və adətləri alt-üst etmişdir. Ölülərdən daha hissiz, daha səssiz olan insanları canlandırmış, hərəkətə keçirmişdir. (Kutub, R-zilal 4:2061, (Rad 13/31)). Bunu da üslub və mənasındakı qüvvət və əzəməti ilə yerinə yetirmişdir (Murat Kaya, Qurani-Kərimdə ilahi əzəmət, s. 313-314.)

Hz. Peyğəmbər (s.ə.s) Qurani-Kərimin təsiredici gücü səbəbi ilə ümmətinin digər ümmətlərə görə daha çox olacağını belə ifadə etmişdir:

“Mütləq hər peyğəmbərə insanların hidayətinə vəsilə olan möcüzələr verilmişdir. Mənə verilən də Allahın mənə göndərdiyi vəhydir. Bu səbəbdən qiyamət günü peyğəmbərlər içində ümməti ən çox olan peyğəmbər olacağımı güman edirəm!”

(Buxari, Etisam, 1; Fəzailul-Quran, 1; Müslim, İman, 279.)

Çünki Qurani-Kərimin möcüzəviliyi davamlıdır. O həm onun nüzuluna şahid olanlara, həm daha sonra eşidənlərə, həm o dövrdə yaşayanlara, həm də daha sonra qiyamətə qədər gələcək bütün qullara təsir etmişdir. Hamı onun qarşısında aciz qaldığı kimi, eyni zamanda ondan faydalanmış, rəhmətindən həm insanlar, həm də cinlər istifadə etmişdir.

Hz. Peyğəmbər (s.ə.s) kamil bir insanın Qurani-Kərim qarşısında təsirlənəcəyinə işarə edərək belə buyurmuşdur:

“Quranı səs olaraq ən gözəl oxuyanlardan biri qiraətinə qulaq asdığınızda Allahdan qorxduğunu hiss etdiyiniz adamdır”.

(İbn Macə, İqamə, 176)

Bəli, qəflətdən uzaq halda Qurani-Kərimi şüurlu bir şəkildə oxuyan kimsə mütləq onun təsirində qalar.

Qurani-Kərimə tabe olanlar onun feyziylə elm və irfan üfüqlərinə qanad açıb imanlan qüvvət qazanarkən(Ənfal, 8/2; Tövbə, 9/125; İsra, 17/82.), qəlbləri mənən xəstə olanlar isə nəfslərinə boyun əyərək ondan uzaqlaşarlar. Belələri mənfəətlərini qoruma cəhdləri və həsədləri səbəbi ilə Qurani-Kərimə baxdıqca onu inkar edərək xüsrana uğrayar, kirlərinə kir qatarlar. (Tövbə, 9/124-125; İsra, 17/82; Fatir, 35/42.)

Allah Rəsuluna təsiri

Hz. Peyğəmbər (s.ə.s) Qurani-Kərimi çox sevər, ondan hədsiz dərəcədə təsirlənər, oxuduğu zaman və dinləyərkən dərin duyğulara qapılaraq göz yaşı tökərdi. Çünki sevən qəlbini və qulağını sevilənin sözünə yönəldər, ona sevdiyinin sözündən daha şirin heç bir şey olmaz. Əksər hallarda sevən sevdiyinin sözünü tez-tez təkrar edərək özünü onun yanında hiss edər. Bəzən də sevdiyinə qarşı məsuliyyətini xatırlayaraq qorxuya düşər. Hz. Peyğəmbərin (s.ə.s) Qurani-Kərimi həm oxuyanda, həm də dinləyəndə təzim və hörmət hisləri içində ağlayıb göz yaşlarına qərq olmasının misalları çoxdur. Bunlardan bir neçəsini nümunə vermək olar:

Bir gün İbn Məsud (r.a) Hz. Peyğəmbərin (s.ə.s) istəyi ilə “Nisa” surəsini oxumağa başladı. “(Ya Rəsulum!) Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı nə cür olacaq?” məalındakı 41-ci ayəyə gələndə Hz. Peyğəmbər (s.ə.s) bu ayədən son dərəcə təsirlənərək: “Hələlik bəsdir!” buyurdu. O anda gözlərindən yaşlar axırdı.

(Buxari, Fəzailul-Quran, 32; Müslim, Misaftrin, 247.)

Əta ibn Əbu Rəbah anladır: Hz. Aişə anamıza:

“Allah Rəsulunun sizi ən çox təəccübləndirən halını mənə deyə bilərsinizmi?” — dedim. Aişə (r.anhə):

“Onun hansı halı təəccüblü deyildi ki?” — dedi və belə davam etdi:

“Bir gecə yanıma gəldi, yatağa girdi və:

“İcazə versəydin, Rəbbimə ibadət edərdim”, — buyurdu. Mən də:

“Vallah, səninlə bərabər olmağı çox sevirəm, ancaq səni sevindirən şeyi daha çox sevirəm”, — dedim. Bunun müqabilində qalxıb dəstəmaz aldı, sonra namaza durdu və ağladı. O qədər ağladı ki, göz yaşlan sinəsinə axdı. Sonra rükuya getdi, yenə ağladı. Sonra səcdəyə getdi, səcdədə də ağladı. Səcdədən başını qaldırdı, ağladı. Bu hal Bilal gəlib sabah azanını oxuyana qədər davam etdi. Bilal (r.a) Hz. Peyğəmbərin (s.ə.s) ağladığını görəndə:

— Ey Allahın Rəsulu! Keçmiş və gələcək bütün günahların bağışlandığı halda səni ağladan nədir belə? — deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s):

Allaha çox şükür edən bir qul olmayımmı? Vallah, bu gecə mənə elə bir ayə nazil oldu ki, onu oxuyub təfəkkür etməyənlərin vay halına! — buyurdu və bu ayeyi-kərimələri oxudu:

«Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib get məsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak vs müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 3/190-191) (İbn Hibban, Səhih, 2: 386.)

Əbu Zərr (r.a) Hz. Peyğəmbərin (s.ə.s) bir halını belə anladır: “Peyğəmbərimiz (s.ə.s) bir gecə qiyamda sübhə qədər aşağıdakı ayəni təkrar-təkrar oxudu:

“Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”. (Maidə, 5/118.)

İbn Abbas (r.a) belə deyir: Hz. Peyğəmbər (s.ə.ş) bir adamın:

«Dərgahımızda (onlardan ötrü ağir) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) (yandırıb-yaxan) şiddətli əzab vardır!” (Əhməd ibn Hənbəl, 5:156; Nəsai, İftitah, 79.)ayələrini oxuduğunu eşidəndə yıxılıb huşunu itirdi. (Bəyhaqi, Şuab, 1: 522/917; Əli əl-Müttəqi, 7: 206/18644.)

Həmçinin bir gün Hz. Peyğəmbər (ş.ə.s) gözəl səsi ilə Qurani-Kərim oxuyan Əbu Musa əl-Əşarini (r.a) dinləmiş, bundan çox xoşlanmış və ona:

“Dünən axşam sənin oxuyuşunu, dinləməyimi bir görsəydin! Şübhəsiz, Davuda (ə.s) verilən gözəl səslərdən bir nəğmə də sənə verilmişdir”, – buyurdu. (Müslim, Misafirin, 236.)

Hz. Peyğəmbər (s.ə.s) Qurani-Kərimi oxumaqdan böyük zövq alardı. Oxuduğu rəhmət və əzab ayələrindən təsirlənərək dua edər və Allaha sığınardı. Əvf ibn Malik al-Əşcani (r.a) belə anladır:

“Rəsulullahla (s.ə.s) birlikdə bir gecə namaz qıldım. Birinci rükətdə “Bəqərə” surəsini oxudu. Hər rəhmət ayəsinə çatanda dayanıb Allahdan rəhmət diləyin, əzab ayəsinə çatanda dayanıb əzabdan Allaha sığınırdı. Sonra rükuya getdi. Qiyamda dayandığı qədər rükuda qaldı. Bu vaxt:

“Qəhr və qüdrət, izzət və səltənət, ululuq və əzəmət sahibi olan Rəbbimi təsbeh və tənzih edirəm”, — deyirdi. Sonra səcdəyə getdi, qiyamda durduğu qədər də səcdədə qaldı. Səcdə də bu şəkildə təsbeh edirdi. Sonra (ikinci rükətə) qalxdı və Ali-İmran surəsini oxudu. Sonra bu şəkildə hər rükətdə bir surə oxudu”.(Əbu Davud, Salat, 146-147/873; Nəsai, Tətbiq, 73/1130; Əhməd, 6: 24.)

Abdullah ibn Ömər (r.a) belə nəql edir: “Bir gün Rəsuli-Əkrəmin (s.ə.s) minbərin üstündə belə dediyini eşitdim:

“Allah-Təala səmaları və yerləri büküb iki əlinə alacaq və:

*Allah Mənəm! Məlik Mənəm! Hanı yer üzünün məlikləri? Hanı cabbarlar? Hanı böyüklənənlər?” — buyuracaq!”

Hz. Peyğəmbər (s.ə.s) bunları söyləyərkən mübarək barmaqlarını yumub açırdı. O əsnada minbərə baxdım, yerindən tərpənirdi. Öz-özümə: “Minbər aşıb Rəsulullahı yıxarmı?” — deyə narahatçılıq keçirirdim”.(Bax. Müslim, Münafiqin, 23-26.)

Hz. Peyğəmbər (s.ə.s) o anda əshabına: “O dəhşətli günda Göyü kitab səhifəsi kimi büküb qatlayacağıq, ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb əvvəlki halına salacağıq. Biz yerina yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”(Ənbiya, 21/104.) ayəsini açıqlayır və ondan son dərəcə təsirlənirdi.

Səhabələrə təsiri

Hz. Peyğəmbər (s.ə.s) kimi səhabələr də Qurani-Kərimi böyük bir mənəviyyatla oxuyar və onun dərin məna dəryasında qəlbləri titrəyərək yumşalar, tükləri biz-biz olardı. Hz. Əbu Bəkr (r.a) Qurani-Kərimi dinləyəndə necə təsirləndiyini belə anladır:

“Bir gün Hz. Peyğəmbərin (s.ə.s) yanında olanda:

“Bu bir həqiqətdir ki, pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!”(Nisa, 4/123.) ayəsi nazil oldu. Hz. Peyğəmbər (s.ə.s):

“Əbu Bəkr! Mənə nazil olan bu ayəni sənə oxudummu?” — buyurdu. Mən:

“Əlbəttə, ey Allahın Rəsulu”, — dedim. Mənə bu ayəni oxutdu. Sanki belimin sındığını hiss etdim və yerimdəcə donub qaldım. Hz. Peyğəmbər (s.ə.s):

“Nə oldu?” — deyə soruşdu. Mən:

“Anam, atam sənə fəda olsun, ey Allahın Rəsulu, hansımız günah işləmirikki?! İndi biz işlədiklərimizdən ötrü mütləq cəzalandırılacağıq?» — deyə üzüntümü ifadə etdim. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu:

“Ey Əbu Bəkr! Sən və digər möminlər xətalarınız səbəbi ilə dünyada bəzi sıxıntı və məşəqqətlərə uğradılaraq cəzalandırılarsınız. Beləliklə, Allaha günahsız olaraq qovuşarsınız. Başqalarına gəldikdə isə onlann etdikləri yığılar və cəzaları qiyamət gününə təxir olunar”. (Tirmizi, Təfsir, 4/3039 (Tirmizi hədisin “qərib” olduğunu və isnadı haqqında bəzi sözlər söyləndiyini ifadə etmişdir). Bax. Təbəri, Camiul-bayan, 9: 241-243, 247; İbn Kəsir, Tafsir, 2: 417.)

Hz. Ömər (r.a) həyatı boyunca Qurani-Kərimdən təsirlənən bir insan olmuşdur. Başına gələn bəzi hadisələri misal olaraq verək: Bir gün bir evin önündən keçərkən ev sahibinin evin xaricindən eşidiləcək qədər yüksək səslə “Tur” surəsini oxuduğunu eşitmişdi. Adam:

«Rəbbinin əzabı hökmən vaqe olacaqdır. Onu heç kəs dəf edə bilməz!” (Tur, 52/7-8.) ayeyi-kəriməsinə gəldikdə Hz. Ömər (r.a) miniyindən endi, bir müddət divara söykənib dinlədi. Sonra bu ayədə buyurulan xəbərdarlığın şiddətinin təsiri ilə evində bir müddət xəstə yatdı.(İbn Rəcəb əl-Hənbəli, ətähvif minən-nar, Dəməşq, 1979, s. 30.)

Hz. Ömər (r.a) günlük virdini oxuyarkən rast gəldiyi bir ayə səbəbi ilə boğazı qurudu, hıçqıra-hıçqıra ağlamağa başladı və yerə yıxıldı. Bir iki gün evindən çıxmadı. Belə ki, insanlar onun xəstələndiyini zənn edərək ziyarətinə getməyə başladılar.(İbn Əbu Heybə, Müsənnəf 13: 269; Əbu Nuaym, Hilyə, 1: 51; Əhməd, Zöhd, s. 119; Beyhəqi, Şuab, 5: 20.)

Həmçinin bir gün Hz. Ömər (r.a) “Təkvir” surəsini oxumağa başladı:

“Günəş sarınıb büküləcəyi zaman. Ulduzlar səpələnəcəyi zaman. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman…”

Onuncu ayeyi-kəriməyə gəldi: “Əməl dəftərləri açılacağı zaman…”, — dedi və dayana bilməyib huşunu itirdi və yerə yıxıldı.(Qəzzali, Ihya, 4: 184; Munibut-Təbəri, ər-Riyadun-nadra, 2: 375)

Bir gün möminlərin anası Hz. Aişə (r.anhə) namazda:

“Ancaq Allah bizə lütf etdi və bizi qızmar külək əzabından qorudu”(Tur, 52/27) ayəsini oxuduğu zaman ağladı və:

“Allahım, mənə lütf et və o yandırıcı əzabdan qoru. Sən yaxşılıqların sahibi və mərhəmət edənsən!” — deyə dua etdi.(İbn Əbu Şeybə, Musənnəf, 2: 211.)

Abdullah ibn Əbu Müleykə nəql edir:

İbn Abbas (r.a) ilə Məkkədən Mədinəyə və Mədinədən Məkkəye qədər yol yoldaşlığım oldu. O, namazlarını iki rükət qılırdı. İstirahət etdiyimizdə gecə yarısı qalxar və Quranı hərf-hərf, aramla oxuyardı. Bu məqamda hıçqıra-hıçqıra fəryad edərək ağlayar və:

“(Ey insan!) Bu sanin qaçdığın ölüm sarxoşluğu mütləq gələçəkdir”(Qaf, 50/19.) ayəsini oxuyardı.(Əbu Nuaym, Hilyə, 1: 327; İbn Əbu Şeybə, Musənnəf, 14: 61; Beyhaqi, Suab, 5: 23.)

Nafi (r.a) anladır: İbn Omar gecə namazı qılardı. Cənnətdən bəhs edən bir ayə oxuyanda dayanar, Allahdan cənnəti istəyər, dua edər bəzən də ağlayardı. Cəhənnəmdən bəhs edən bir ayə oxuduğunda yenə dayanar, cəhənnəmdən Allaha sığınar, dua edər və bəzən də ağlayardı. Bir dəfə:

“İman gətirənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbi ilə qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?!”(Hədid, 57/16.) ayəsinə gələndə ağladı və:

“Bəli, gəldi, ya Rəbb! Bəli, gəldi, ya Rəbb!” — dedi.

Bir gün də “Mutaffifin” surəsini oxuyurdu.

“O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!”(Mutaffifin, 83/6) ayəsinə gələndə o qədər ağladı ki, huşunu itirdi.(Mərvəzi, Müxtəsəru Qiyamil-leyl, s. 61.)

Ləbid ibn Rəbia ərəblərin ən böyük şairlərindən idi. Qurani-Kərim nazil olmadan əvvəl yarmarkalarda şeir müsabiqələri təşkil olunar, bunların içindən seçilən ilk yeddi şeir Mualləqatus-səba adıyla Kəbənin divarına asılardı. Bu şeirlərdən biri də Ləbidə aid idi. Onun şeiri illərlə Kəbə divarında asılı qalmışdı. Hz. Peyğəmbər (s.ə.s) onun bir misrası haqqında:

“Şairlərin söylədiyi ən doğru söz Ləbidin:

“Əlbəttə, Allahdan başqa hər şey batildir, boşdur!” — sözüdür”, — buyurmuşdur.(Buxari, Mənaqibul-Ənsar, 26; Müslim, Şeir, 2.)

Müsəlman olmaq üçün Hz. Peyğəmbərin (s.ə.s) yanına gələn Bəni-Kilab heyəti içində Ləbid də vardı. Bu bəxtəvər şair İslam nuru ilə aydınlandıqdan sonra Allahın kəlamını əzbərlədi. Ona olan təzim və hörmətindən ötrü bir daha şeir söyləmədi və son misraları da müsəlman olduğu zaman söylədiyi bu beyt oldu:

Allaha həmd olsun ki, gəlib çatmadan əcəlim,

İslamın o nurlu libasını mən də geyindim!(Bax. İbn Abdulbər, əl-İstiab, 3: 1335; Süheyli, (v. 581), Ravdul-ünf, Beyrut: Daru İhy’ ait-Türasil-Ərəbi, 1412,1: 119.)

Bir gün Hz. Ömər (r.a) ona:

“Ey Əbu Aqil! Bəzi şeirlərindən mənə oxuya bilərsənmi?” — deyə xahiş etdi. Ləbid:

“Allah mənə “Bəqərə” və “Ali-İmran” surələrini öyrətdikdən sonra şeir söyləməyim mümkün deyil!” — deyərək bu istəyi nəzakətlə geri çevirdi.(Bax. İbn Abdulbər, əl-İstiab, 3: 1337; Krş. İbn Sad, 1: 300; 6: 33; Beyhaqi, Şuab, 6: 287/ 4194; İbn Əsir, Üsdul-ğabə, 4: 516; İbn Həcər, Fəthul-bari, 7:153.)

Abdullah ibn Məsud (r.a) tələbələri ilə birlikdə Fərat çayının kənarıyla gedirdi. Tələbələrindən biri də tabeunun böyüklərindən Rəbi ibn Huseym (r.a) idi. İbn Məsud (r.a) Rəbini çox sevərdi. Yanına gələndə ona: “Vallah, Rəsulullah (s.ə.s) səni görsəydi, mütləq sevərdi. Səni görəndə xüşu əhlini xatırlayıram”, — deyərdi. Onu görəndə bəzən də “Ixlaslı vs təvazökar olanlara müjdə ver!”(Həcc, 22/34.) ayəsini oxuyardı. Bu səfər əsnasında bir dəmirçi dükanının yanına gəlmişdilər. Abdullah (r.a) dayanıb alovun içindəki dəmirə baxmağa başladı. Rəbi də alova baxanda az qaldı huşunu itirsin. Sonra oradan aynlıb bir təndirin önünə gəldilər. Abdullah (r.a) təndirin içindəki atəşin alov-alov yandığını görəndə:

«(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar”,(Furqan, 25/12-13) — ayələrini oxudu. Bunu eşidəndə Rəbi huşunu itirdi. Onu ailəsinə apardılar. Zöhr namazının vaxtı girəndə Abdullah (r.a): “Ey Rəbi, ey Rəbi!” — deyə çağırsa da, o, cavab vermədi. Abdullah (r.a) gedib zöhr namazını qıldırdı. Bu şəkildə ikindi, axşam və yatsı namazlarının vaxtı girəndə də onu çağırdı, ancaq Rəbi səhər vaxtının sərinliyi üzünə vurana kimi özünə gəlmədi.(Bax. Əbu Ubeyd, Fəzailul-Quran, s. 23; Əhməd ibn Hənbəl, əz-Zühd, s. 267/1930; İbn Həcər, Təhzibut-Təhzib, 12 cilt, Hind: Dairətul-Məarifin-Nizamiyyə, 1326, 3: 242.)

Tabeun dövründə yaşamış Bəhz ibn Hakim (r.a) anladır: “Tabeundan Bəsrənin qazısı və imamı olan Zurara ibn Əvfa Ulu camedə sübh namazı qıldırırdı.

«Elə ki, sur çalındı, O gün çox ağır bir gün olacaqdır. (O gün) kafirlər üçün asan olmayacaqdır!”(Müddəssir, 74/8-10) ayələrini oxuduğunda yerə yıxılıb vəfat etdi. Onun cənazəsini daşıyanlar arasında mən də vardım”.(İbn Saad, Tabaqat, 7: 150; Abu Nuaym, Hilyə, 2: 258; Zəhəbi, Siyəru aləmin-nübəla, 4:516.)

Qurani-Kərimin Allah dostlarına təsiri ilə əlaqəli rəvayətlər də çoxdur. Bunlardan birini hədis alimi Yəhya ibn Əyyub belə anladır:

“Hədis alimi Zafir ibn Süleyman ilə birlikdə Fudayl ibn İyazın yanına getdik. Yanında yaşlı bir adam var idi. Zafir içəri girdi, məni də qapının yanına oturtdu. Zafir deyir ki, Fudayl mənə baxdı və sonra belə dedi:

“Bu hədisçilər qısa, Hz. Peyğəmbərə (s.ə.s) yaxın olan isnadı sevərlər. Fikir ver, sənə sənədində heç bir şübhə olmayan bir xəbər verim: Hz. Peyğəmbər (s.ə.s) Cibrildən, o da Allah-Təaladan belə xəbər verir: «… Elə bir atəş ki, yanacağı insanlar və daşlardır. Onun acımasız, güclü nəzarətçi mələkləri vardır…”(Təhrim, 66/6.) Ey Əbu Süleyman, sən də, mən də insanıq”.

Sonra Fudayl və yanındakı yaşlı adam huşlarını itirdi. Zafir onlara baxırdı. Bir müddət sonra Fudayl özünə gəldi və çölə çıxdı. Biz də qalxdıq, yaşlı adam hələ də özünə gəlməmişdi.”(Zəhəbi, Siyəru alamin-nübəla, 8: 438-439.)

Bu şəkildə Qurani-Kərimin nəzmindən, bəlağətindən, mənasından və xəbərlərindən təsirlənərək ibadət və itaətə yönələn insanların sayı hədsiz dərəcədə çoxdur. O ilahi kitab könlünü ona açan səmimi insanlara təsir edərək onlan ən doğru yola yönləndirir.

Qeyri-müsəlman olan ərəblərə təsiri

Qurani-Kərimin fövqəlbəşər üslubu hər səviyyədəki insanlara təsir edərək özünə məftun etmişdir. Ona iman edən də, inanmayan da onun cazibəsinə qapılmışdır. Nəfsaniyyət səbəbi ilə onu qəbul etməyən insanlar belə onun möcüzəvi ləfzlərinin təsirində qalmışlar. İnanmadığı halda Qurani-Kərimi dinləməkdən özlərini tuta bilməyən müşriklərin bu qəribə hallan siyər kitablannda belə yer alır:

Xalqı Qurani-Kərimə qulaq asmaqdan uzaqlaşdıran qəddar müşriklərdən olan Əbu Süfyan, Əbu Cəhl Ahnəs ibn Şərik bir-birindən xəbərsiz, gizlicə, gecə vaxtı evində namaz qılarkən Qurani-Kərim oxuyan Hz. Peyğəmbəri (s.ə.s) dinləməyə gəlirlər. Bir-biri ilə təsadüfən qarşılaşdıqlarında da özlərini qınayaraq bir də belə iş tutmayacaqlan barəsində söz verirlər. Bu hadisə üç gecə eyni şəkildə təkrar edir. Axırda bir-birilərinə:

“Amandı, heç kim bilməsin! Xalq bizim bu halımızdan xəbər tutarsa, rəzil-rüsvay olarıq. Bundan sonra heç kimə bu xüsusda söz dinlədə bilmərik!..” — deyə elədiklərini qınayaraq bir daha belə bir iş tutmayacaqlan mövzusunda əhdləşirlər.(İbn Hişam, 1: 337-338.)

Hz. Əbu Bəkr (r.a) kövrək ürəkli, yumşaq xasiyyətli, həlim-səlim bir insandı. Müşriklərin təzyiqlərindən ötrü evinin bir tərəfini məscid edərək ibadət və itaətlə məşğul olmağa başlamışdı. Həssas bir ürəyə sahib olan Hz. Əbu Bəkr (r.a) Qurani-Kərim oxuyarkən qorxudan səsi titrəyər, gözlərindən yaşlar boşalardı. Evinin önündən keçərkən onun bu səmimi Quran oxuyuşunu eşidənlər dayanıb onu dinləyər və böyük bir təsir altına düşərdilər. Qonşularından və yoldan gəlib keçənlərdən bəzən qapısının önündə izdiham olardı. Qureyşlilər bu mənzərə qarşısında dəhşətə düşdülər. Hz. Əbu Bəkrin (r.a) oxuduğu Quranın uşaqlarına, kölələrinə təsir edəcəyindən qorxdular. Hz. Əbu Bəkri (r.a) onu himayəsinə almış olan İbn Dəğinəyə şikayət etdilər.

İbn Dəğinə:

“Ey Əbu Bəkr, ya evində oturub səsini çıxartma, ya da mənim himayəmdən çıxdığını elan et!” — dedi. Bunun müqabilində Hz. Siddiq təslimiyyət dolu bu cavabı verdi:

“Himayəni sənə geri verirəm. Mənə Allahın himayəsi yetər”.(Buxari, Mənaqibul-Ənsar, 45; İbn Hişam, 1: 395-396.)

Hz. Osmanın (r.a) anlatdığı bu hadisə onun Qurani-Kərim qiraətinin təsiriylə müsəlman olduğundan xəbər verir:

Xalam Ərvanı ziyarətə getmişdim. Hz. Peyğəmbər (s.ə.s) də ora geldi. Onu seyr etməyə başladım. Halımda o gün bir fərqlilik vardı. Mənə yönələrək:

“Osman, sənə nə olub?” — deyə soruşdu. Mən:

“Sənin halına və əleyhində danışılanlara üzülürəm”, — dedim.

0 əsnada Hz. Peyğəmbərin (s.ə.s) “Lə iləhə illəllah” deməsi, Allaha and olsun, tüklərimi ürpətdi. Arxasından Allah Rəsulu (s.ə.s) “Zariyət” surəsinin bu ayələrini oxudu:

“Göydə də ruziniz və sizə vəd olunan vardır. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışığınız kimi gerçəkdir”. (Zariyət, 51/22-23)

Sonra qalxıb getdi. Mən də arxasından çıxıb ona çatdım və vaxt itirmədən müsəlman oldum.(İbn Abdulbər, əl-İstiab, 4: 1779.)

Başqa bir rəvayətə görə, Hz. Əbu Bəkrin (r.a) təşviqiylə Hz. Osman, Zübeyr ibn Awam, Abdurrahman ibn Avf, Sad ibn Əbu Vəqqas, Talha ibn Übeydullah (r.anhum) Peyğəmbərimizin (s.ə.s) yanına gəldilər. Hz. Peyğəmbər (s.ə.s) onlara İslamı anlatdı və müsəlman olmağa dəvət etdi, Qurani-Kərim oxudu, İslam hüququnu (şəriəti) anlatdı. Allah-Təalanın müsəlmanlara vəd etdiyi izzət və mükafatları xəbər verdi. Bunun nəticəsində hamısı müsəlman oldu.(İbn İshaq, Sirət, s. 121; Beyhaqi, Dəlail, 2: 165; İbn Kəsir, əl-Bldayə, 3: 80.)

Qurani-Kərimin qəlblərdə buraxdığı təsir gücüylə bağlı ən açıq misallardan biri də Hz. Ömərin (r.a) müsəlman olması hadisəsidir. Ömər (r.a) müsəlman olmadan öncə Hz. Peyğəmbərə (s.ə.s) və müsəlmanlara qarşı ən qəddar olanlardan biri idi. Bir gün Peyğəmbərimiz (s.ə.s) Darul-Ərkamda:

“Ey Allahım! Amr ibn Hişam və ya Ömər ibn Xəttabdan sənə hansı yaxşıdırsa İslamı onunla gücləndir!” — deyərək dua etmişdi.(İbn Hişam, 1: 367.)

Hz. Ömər (r.a) bundan sonrasını belə anladır:

Müsəlman olmadan əvvəl Hz. Peyğəmbərə (s.ə.s) əziyyət vermək üçün evdən çıxdım. O məndən öncə Məscidi-Harama gəlmişdi. Məndə gedib arxasında dayandım. Hz. Peyğəmbər (s.ə.s) “Haqq” surəsini oxumağa başladı. Dinlədiyim kəlamın bəlağət və fəsahətinə heyran qaldım. Öz-özümə: “Vallah, bu, Qüreyşlilərin dediyi kimi bir şairdir, hər halda”, — dedim. O əsnada Allahın Rəsulu (s.ə.s) surənin:

“And içirəm, gördüklərinizə və görmədiklərinizə ki, Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhamməd aleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! O, şair sözü deyildir! Nə az inanırsınız!”(Haqqa, 69/38-41.)ayələrini oxudu.

Bu vəziyyət məni çaşdırdı və: “Deyəsən, bu, kahindir! Ürəyimdən keçənləri bildi”, — deyə düşünməyə başladım. Bu dəfə:

“O, kahin sözü da deyildir! Nə az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir”(Haqqa, 69/42-43.), — ayələrini oxudu.

Hz. Peyğəmbər (s.ə.s) surəni bu şəkildə oxuyub bitirdiyi zaman ürəyim yumşaldı və qəlbim İslama meyil etdi.(Əhməd ibn Hənbəl, 1: 17; Heysəmi, 9: 62.)

Nəhayət, Hz. Ömər (r.a) bacısı Fatimənin evində oxunan Quran ayələrindən çox təsirləndi:

“Bunlar nə gözəl sözlərdir! Nə qədər qiymətlidir!” — dedi və Hz. Peyğəmbərin (s.ə.s) yanına gedərək müsəlman oldu.(İbn Hişam, 1: 369-371.)

Allah-Təala Qurani-Kərimdən və verdiyi bilgilərdən “Nəbəi-Azim: Böyük xəbər” — deyə bəhs edir.(Sad, 38/67.) Bu böyük xəbər o dövrün gündəmini dəyişdirir, enən ayələr hər kəsə dərin təsir bağışlayırdı. Müşriklər bu dəvətə qarşı mübarizəyə başladıqlarında Qurani-Kərim onların suallarını cavablandırır, inanclarının və düşüncələrinin yanlış olduğunu bildirirdi. Bunun kimi təkəbbürləri səbəbi ilə dəvətə qarşı gələn kafirlərin öndərlərinə xitab edərək ürəklərinə qorxu salan mənzərələrlə onlann cəhənnəmdəki hallarını təsvir edir və aqibətlərinin acı olacağına dair xəbərdarlıq edirdi.

O zamankı ərəb cəmiyyəti ədəbiyyatı sevdiyi üçün bəlağətli bir cümlədən son dərəcə təsirlənir və ona çox maraq gösətirirdi. Bir beyt bəzilərini göylərə çıxartdığı kimi, bəzilərini də yerin dibinə soxmağa bəs edirdi. Kafirlər Qurani-Kərimin təsir gücünə bələd olduqlarına görə ona qulaq asmamaq üçün xüsusi cəhd göstərər, başqalarının da onu dinləməsinə mane olmağa çalışar:

“Bu Quranı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” — deyərdilər.(Fussilət, 41/26; İbn Hişam, 1: 395-396.)

Çünki Qurani-Kərimin tilavətini eşidənin qəlbi bütün saflığı ilə ona meyil edər, ondan böyük bir həzz alar, bir az davam edəndə isə məhəbbət və qorxuyla dolar. Bəzi ayələr dinləyənin qəlbini yumşaldar, fərəh bəxş edər və imanını artırar. Elə ayələr də var ki, onu dinləyəni dəhşətə gətirib ürəyinə qorxu salar. Verilən nümunələrdə də görüldüyü kimi, bunu müsəlmanlarla bərabər onu inkar edən, inancı olmayan bir çox insan da etiraf etmək məcburiyyətində qalmışdır.(Abdulqadir Ata, Əzəmətul-Quran, s. 87.)

Qurani-Kərimin mükəmməl bir fəsahət və bəlağətə sahib olan misilsiz üslubu, xüsusi ilə ərəb şair və dahilərinə çox böyük təsir bağışlayırdı. Vəlid ibn Muğirə ilə əlaqəli bu xəbər bunun ən açıq nümunəsidir:

Vəlid ibn Muğirə bir gün Hz. Peyğəmbərimizin (s.ə.s) yanına gələrək:

“Mənə Quran oxu”, — deyə bir tələbi olmuşdu. Allah Rəsulu (s.ə.s) də:

“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi əmr edir, əxlaqsızlığı, pis işlər görməyi və haqsızlığı isə qadağan edir! (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”(Nəhl, 16/90.) ayələrini oxudu. Vəlid:

“Bunu mənə bir də oxu”, — dedi.

Rəsulullah (s.ə.s) ayəni təkrar oxudu. Vəlid:

“Allaha and olsun ki, bu sözdə elə şirinlik və elə gözəllik var ki, üstündə bol meyvəsi olan, kökü sulu, yamyaşıl ağaca bənzəyir. Bunu bəşər söyləyə bilməz. Şübhəsiz, bu söz hər bir sözdən üstündür. Ondan üstün söz ola bilməz, müxaliflərini mütləq üstələyər”, — demək məcburiyyətində qaldı.

Firikirləri alt-üst olan Vəlid qalxıb Hz. Əbu Bəkrin (r.a) evinə getdi. Qurani-Kərim haqqında bəzi suallar verdi və cavabını aldı. Sonra Qureyşlilərin yanına gedərək:

“İbn Əbu Kəbşənin (Muhammədin) söylədikləri həqiqətən heyrətamizdir! Vallah, o nə şeir, nə sehr, nə də dəlilik əlamətidir! Onun söylədikləri, şübhəsiz, Allah kəlamıdır”, — dedi. Vəlidin bu sözünü eşidən bəzi müşriklər bir araya gələrək onun müsəlman olmasına mane olmaq üçün planlar qurdular. Nəhayət, onu İslamdan uzaqlaşdırdılar.(Hakim, 2: 550; Təbəri, Camiul-bəyan, 29: 195-196.)

Hz. Peyğəmbər (s.ə.s) bir gün Minada İslamı təbliğ üçün Şeyban ibn Saləba oğullarının yanına getmişdi. Onlara Allahın elçisi olduğunu bildirdikdə qəbilənin başçılarından Məfruq ibn Amr:

“Ey Qüreyşli qardaş! Sən insanları nəyə dəvət edirsən?” — deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) gedib yanlarında oturdu. Hz. Əbu Bəkr (r.a) də ayaq üstə dayanıb paltarıyla Peyğəmbərimizə (s.ə.s) kölgə salırdı. Hz. Peyğəmbər (s.ə.s) Məfruqa dedi:

“Mən sizi Allahdan başqa heç bir ilah olmadığına, Onun şəriki olmayıb tək olduğuna, mənim də Allahın elçisi olduğuma şəhadət gətirməyə, Allah tərəfindən mənə əmr olunanları yerinə yetirənə qədər məni mühafizə etməyə və bu uğurda mənə köməklik göstərməyə dəvət edirəm. Çünki Qüreyş Allahın əmrinə qarşı çıxdı, Allahın peyğəmbərini yalanladı, batili tutub haqdan üz döndərdi. Allah bütün nöqsanlıqlardan uzaq hər cürə həmdə layiqdir!”, Məfruq:

“Ey Qüreyşli qardaş! Sən başqa nələrə dəvət edirsən?” — deyə soruşdu. Allah Rəsulu (s.ə.s) ona bu ayələri oxudu:

«De: Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız. Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız. Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Ona tabe olun! Sizi Onun yolundan uzaqlaşdıran yollara uymayın! Allah sizə bunları əmr etdi ki, bəlkə siz (pis əməllərdən) çəkinəsiniz”. (Ənam, 6/151-153)

Məfruq: “Ey Qüreyşli qardaş! Sən başqa nələrə dəvət edirsən? Vallahi, bunlar bəşər sözü deyildir! Əgər bəşər sözü olsaydı, biz onu bilərdik”,- dedi. Bu dəfə Hz. Peyğəmbər (s.ə.s):

“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi əmr edir, əxlaqsızlığı, pis işlər görməyi və haqsızlığı isə qadağan edir! (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”(Nəhl, 16/90) ayəsini oxudu. Məfruq:

“Ey Qüreyşli qardaş! Vallah, sən məni ən üstün əxlaqa və ən gözəl əməllərə dəvət etdin! Sənə yalançı deyən qövmün sənə iftira atmışdır!” — dedi.

Qəbilənin başçılarından Hani və Müsənna da eyni şəkildə fikirlərini bildirdilər. Ancaq qövmləriylə görüşüb məsləhətləşmədən bu təklifi qəbul edə bilməyəcəklərini söylədilər. Bir də Kisra və farslarla müqavilə bağladıqlarını, onların bu işdən narahat olacaqlarını bildirdilər. Nəticə etibarı ilə, dünya qorxuları səbəbi ilə qəbul etmədilər.(Bax. İbn Hibban, Sifart, 1: 80-88; Beyhəqi, Dəlail, 2: 422-427; İbn Əsir, Üsdul-ğabə, 5: 250-251; İbn Kəsir, əl-Bidayə, 3. 187-189; İbn Həcər, Fəthul-bari, 7: 220.)

Qurani-Kərimin möcüzəvi üslubunun təsiri ilə müsəlman olanlardan biri də şair Tufeyl ibn Amr əd-Dəvsidir. O, Məkkəyə gələndə, Qüreyşin böyüklərindən bəziləri yanına gələrək:

“Ey Tufeyl! Sən şairsən, qövmünün içində də hörmətin var. Vətənimizə gəlmisən, amma aramızdakı bu gəncdən diqqətli ol! O bizi pis vəziyyətə qoydu. Birlik-bərabərliyimizi dağıtdı. Sehrli sözləriylə insanın atasıyla, qardaşıyla və xanımıyla arasını vurdu. Bizim başımıza gələn bu bəlanın sizin qövmün də başına gəlməsindən qorxuruq. Ona qətiyyən qulaq asma!” — deyə xəbərdarlıq etdilər.

Bu sözlərin təsiri ilə Tufeyl Peyğəmbərimizi (s.ə.s) dinləməməyə, onunla danışmamağa qərar verdi. Hətta Məscidi-Harama gedəndə onun sözlərini eşitməmək üçün qulaqlarına pambıq tıxadı. Daha sonra öz-özünə: “Ayıb olsun mənə! Mən ağıllı və şair bir adamam. Sözün gözəlini də, çirkinini də yaxşı bilirəm. O zaman bu adamın söylədiyinə niyə qulaq asmayım? Gözəldirsə qəbul edər, çirkindirsə rədd edərəm”, — dedi və orada gözləməyə başladı. Hz. Peyğəmbər (s.ə.s) çıxıb evinə gedəndə arxasınca getdi və: “Ey Muhəmməd! Qövmün sənin haqqında mənə müəyyən məlumatlar verdi. Məni elə qorxutdular ki, sözünü eşitmiyim deyə qulaqlarıma pambıq tıxadım. Sonra Allahın köməkliyi ilə sözünü dinləməyə müvəffəq oldum. Sən bu məsələni mənə anlada bilərsənmi?” — dedi.

Tufeyl söhbətinə belə davam edir: “Rəsulullah (s.ə.s) mənə İslamı anlatdı və Quran oxudu. Vallahi, mən heç bir zaman Qurandan daha gözəl bir söz, İslamdan daha gözəl bir din eşitməmişdim. 0 anda müsəlman olub Allahdan başqa heç bir ilah olmadığına şəhadət gətirdim”. Tufeyl İslamın nuruna boyandı. Bir neçə gün keçdikdən sonra qəbiləsinin yanına qayıdıb onlara İslamı təbliğ etmək üçün Peyğəmbərimizdən (s.ə.s) icazə istədi. Həmçinin insanları inandıra bilməsi məqsədi ilə qeyri-adi xüsusiyyətə sahib olması üçün Hz. Peyğəmbərdən (s.ə.s) dua etməsini xahiş etdi. Peyğəmbərimizin (s.ə.s) dua etməsi ilə iki gözünün arasında qəndil kimi bir nur peyda oldu. Bu vəziyyət insanlara qəribə gələr deyə nurun başqa bir yerdə olmasını istədikdə isə bu nur dəyənəyinin ucuna keçdi və qəndil kimi parlamağa başladı. Bu şəkildə qövmünün yanına dönərək İslamı onların arasında yaymağa başladı.(İbn Hişam, 1: 407-408; İbn Sad, 4: 237-238.)

Qurani-Kərimin təsiriylə bu şəkildə müsəlman olanların sayı çoxdur. Bunlardan biri də Cubeyr ibn Mutim olub, o, Hz. Peyğəmbərin (s.ə.s) Quran oxuyuşunu eşitdikdə qəlbi duracaq kimi olmuşdu.(Əhməd, 4: 83, 85.) Hadisəni özü bu şəkildə anladır:

“Allah Rəsulunu axşam namazında “Tur” surəsini oxuyarkən dinləmişdim:

“Yoxsa onlar heç bir şeydan (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!”(Tur, 52/35-37) ayəsini oxuduqda ürəyim yerindən çıxacaq kimi olmuşdu”.(Buxari, Təfsir, 52.)

Qurani-Kərimin təsirində qalanlardan biri də Süveyd ibn Samit idi. O, həcc və ya ümrə üçün Məkkəyə gəlmişdi. Cəsarəti, şeirləri, yaşı, nəsli və şərəfi səbəbi ilə qəbiləsi ona “Kamil” deyirdi. Rəsulullah (s.ə.s) Süveydin Məkkəyə gəldiyini eşidəndə gedib onu Uca Allaha iman edərək İslamı qəbul etməyə dəvət etdi. Süveyd:

Bəlkə səndə olan məndə olanın bir bənzəridir! — dedi. Hz. Peyğəmbər (s.ə.s):

Səndə olan nədir? — deyə soruşduqda Süveyd:

Loğmanın hikmətli sözlərinin yazılı olduğu səhifələr! — dedi. Allah Rəsulu (s.ə.s);

Onu mənə oxuya bilərsən? — buyurdu. Süveyd oxuyanda Peyğəmbərimiz (s.ə.s):

Şübhəsiz, bu gözəl bir sözdür. Fəqət Allahın mənə nazil etdiyi Onun kəlamı olan Qurani-Kərim bundan çox gözəl və daha üstündür. 0, hidayət və nurdur! — buyurdu və onu Qurani-Kərim oxuyaraq İslama dəvət etdi. Süveyd İslamı qəbul edib-etməməkdə qərarsız qaldı. Qurani-Kərim haqqında: “Şübhəsiz, bu çox gözəl bir kəlamdır!” — dedi. Sonra oradan ayrılıb Mədinəyə, qövmünün yanına döndü. Çox keçmədən Həzrəclilər tərəfindən qətlə yetirildi. Qəbiləsindən bəzi adamlar: “Biz onun müsəlman olaraq öldüyünə şahidik”, — dedilər. Əgər belədirsə, Allah ona rəhmət eləsin!(Bax. İbn Hişam, 2: 34-36; Bəlazuri, 1: 238; Təbəri, Tarix, 2: 233; Beyhaqi, Dəlail, 2: 419; İbn Əsir, Kamil, 2: 94-95; Hələbi, 2. 160.)

Eyni şəkildə ilk Əqabə görüşündə iştirak edən Mədinəli altı nəfər də Peyğəmbərimizin (s.ə.s) “İbrahim” surəsinin 35-52-ci ayələrini oxuması ilə müsəlman olmuşdular.(İbn Hişam 2: 38-40; İbn Sad, T. 217-219; Heysəmi, 6: 42.)

Qurani-Kərimin möcüzəvi üslub və məzmunundan insanlar kimi cinlər də təsirlənirdilər. Rəsulullahın (s.ə.s) mübarək ağzından Qurani-Kərim dinləyəndə:

«Biz heyrətamiz bir Quran eşitdik. O, doğru yola yönəldir. Ona görə də biz ona iman gətirdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq!” — demişdilər(Cinn, 72/1-2; Hattabi, Bəyan, 64-65.)

Bu xüsusiyyətinə görə də, İslamı təbliğin ən güclü vasitəsi Qurani-Kərim olmuşdur. Quranla təbliğin ən diqqətəlayiq misallarından birini Mədinədə İslamın öndəri Musab ibn Ümeyrin başda Üseyd ibn Hudayr və Sad ibn Muaz olmaqla insanları İslama dəvətində müşahidə edirik. Musab (r.a) Mədinədə Qurani-Kərim vasitəsi ilə insanların ağıllarını və qəlblərini ram etmişdir. Quranın sehrli və inandırıcı üslubunu onun cazibədar və təsiredici tilavətiylə birləşdirərək ürəkləri İslama isindirmişdir. Beləliklə, Məkkədən hicrət edib gələn mühacirləri bağrına basacaq ənsarı yetişdirmişdir.(İbn Hişam, 2: 43-46; İbn Sad, 3: 604-605; İbnul-Əsir, Üsdul-ğabə, 1: 112-113.)

Hicrətin 9-cu ilində Səqif heyəti Mədinəyə gəldiklərində Hz. Peyğəmbər (s.ə.s) onları Məscidi-Nəbəvidə qəbul etmişdi. Beləliklə, onların qəlblərinin yumşalmasını arzulayırdı. Təmsilçilər gecə vaxtı oxunan Qurani-Kərimi, səhabələrin təhəccüd namazında oxuduqları surələri dinləyir və müsəlmanların beş vaxt namazda səflərə düzülüşlərinə tamaşa edirdilər. Nəticədə onlar da müsəlman oldular.(Əhməd, 4: 218; Vahidi, əl-Məğazi, 3: 965.)

Qurani-Kərimin təsiri altında qalan insanların bir qismi iman ilə şərəflənərkən, bir qismi də nəfslərinin arzularına uyaraq bundan üz çevirmişdir.

Ərəb olmayan insanlara təsiri

Qurani-Kərim ərəb dilini bilənlərə təsir etdiyi kimi, o dili anlamayan insanları da fəsahət, bəlağət və daşıdığı ilahi feyzlə öz təsiri altına ala bilmişdir. Buna dair aşağıdakı misalları vermək olar:

Həbəşistana hicrət edən müsəlmanlarla onları geri aparmaq üçün gələn müşriklər Nəcaşinin hüzurundaydılar. Müşriklərin iftira və yalanlarını dinləyən Nəcaşi sözü müsəlmanların təmsilçisi Cəfər ibn Əbu Talibə verdi. Cəfər (r.a) onların ittihamlarına tutarlı cavab verdi. Onu diqqətlə dinləyən Nəcaşi:

Peyğəmbər olduğunu iddia edən o şəxsin Allahdan aldığını söylədiklərindən əzbər bildiyiniz yerlər varmı? — deyə soruşdu. Cəfər (r.a):

Bəli, — dedikdə ondan oxumasını istədi. Cəfər (r. a) Məryəm surəsindən oxumağa başladı. Quranı dinləyən oradakı qeyri-müsəlmanların qəlbləri yumşalıb gözlərindən yaş axmağa başladı. Cəfər (r.a) tilavətini bitirdikdən sonra Nəcaşi başını qaldırıb:

Şübhəsiz, bu dinlədiklərim ilə İsanın gətirdiyi eyni nur qaynağından fışqırır! — dedi. Sonra da Qüreyş elçilərinə dönərək:

Gəldiyiniz yerə geri dönün! Allaha and olsun ki, onları sizə təslim etmərəm, — deyib onlan hüzurundan çıxartdı.(İbn Hişam, 1: 358-360; Təbəri, Camiul-bəyan, 7: 4, (əl-Maidə 5/83).)

Yüksək mənəvi ruhla oxunan Qurani-Kərim, görüldüyü kimi, bu şəkildə ruhlara təsir edir. Hər kəs elmi səviyyəsinə görə ondan istifadə edir. Onda hər cür mənəvi xəstəliklərə şəfa vardır. Hər ayeyi-kərimə bir insanın və ya cəmiyyətin önəmli bir xəstəliyinə dərman olacaq keyfiyyətdədir. Bu səbəbdən təbliğçi kimə hansı ayələri və ya surələri oxuyacağını çox yaxşı bilməlidir. Hz. Peyğəmbər (s.ə.s) bu xüsusa çox diqqət yetirərdi. Həmsöhbətinin səviyyəsinə görə ayələr seçib oxuyardı. Səhabəsini də belə yetişdirmişdi. Hətta Peyğəmbərimiz (s.ə.s) göndərdiyi elçilərə getdikləri bölgələrdə yaşayan xalqın dini və etiqadi vəziyyətlərinə uyğun surə və ayələri bildirərdi. Məsələn, Himyar krallığına göndərdiyi elçi Ayyaş ibn Əbi Rəbiaya “Beyyinə” surəsini oxumağı əmr etmişdi.(İbn Sad, 1: 282.)

Həmçinin Nəcaşi Hz. Cəfər ilə birlikdə Mədinəyə 70 nəfər göndərmişdi. Onların hamısı da kilsə və din adamlarının ən yaxşıları idi. Hz. Peyğəmbər (s.ə.s) onlara “Yasin” surəsini oxudu. Onlar surəni axıra kimi dinlədilər, ağladılar və həqiqəti dərk edərək: “Bu Hz. İsaya endirilənə çox bənzəyir!” — deyərək müsəlman oldular.(Bax. Təbəri, Camiul-bəyan, 7: 4 (Maidə 5/82); Kastalani, Məuahib, 1: 292; Diyarbəkiri, lärixul-xamis, 2. 31.)

Həqiqi alimlərin Qurani-Kərimin Allahın kəlamı olduğunu o anda anlayaraq səcdəyə qapandıqları və ondan nə qədər təsirləndikləri bu ayələrdən anlaşılır:

“De: “Istər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal üzüstə səcdəyə qapanarlar. Və: “Rəbbimiz pak vs müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” — deyərlər. Ağlayaraq üzüstə səcdəyə qapanarlar və (Quran) onlann xüşusunu (Allaha bağlılıqlarını) daha da artırar”. (İsra, 17/107-109)

Qurani-Kərimin ərəb dilini bilməyən qeyri-müsəlmanlara belə təsir etdiyinə dair yaşanmış bir hadisəni misal verək: İstanbulun Qaraköy səmtindəki Yeraltı məscidində imamlıq edən, eyni zamanda İstanbul İslam institutunda müəllim işləyən Hafiz Əli Üsküdarlı (1885-1976) bir xatirəsini belə anladır:

“Ruminiyada bir məscid inşa edilmiş, açılışına həm kral və kraliça, həm də Osmanlı dövlətindən bir heyət dəvət edilmişdi. Heyətin rəhbəri nazir Mahmud Əsad Əfəndi idi. Heyətlə bərabər dörd hafiz getməli idi. Hafizləri mənim seçməmi istədilər. Mən də o zaman özümdən savayı ən yaxşı üç hafizi seçdim.

Açılış cümə günlərinin birində oldu. Kral və kraliça üçün məscidin içinə kimi xalı sərilmiş, oturmaları üçün də taxta bənzər bir kürsü hazırlanmışdı. Xalq və dövlət böyükləri gəldi. Mərasim cümə namazından öncə Quran tilavəti ilə başlayacaq, çıxışlar olacaqdı. Azan oxunanda kral gedəcək, xalı və kürsü qaldırılaraq cümə namazı qılınacaqdı. Cümədən sonra da mövlud oxuyacaqdıq.

Mərasim plan üzrə davam etdi, dörd hafiz birdən qarşılıqlı olaraq gözəl, yanıqlı bir səslə azan oxuduq. Kraliça xristian olduğu halda mənim Quran oxuşuyuma heyran qalmışdı. Namazdan sonra saraya gətirilməyimi istədi. Göndərdikləri xüsusi saray maşını ilə oraya getdik. Məni kraliça özü qarşıladı, özəl bir salona apardı, taxt kimi bir kürsünü göstərərək orada oturmağımı istədi. Mən də oturdum. Başqa heç kim yox idi. Rumınca bilməsəm də, işarə ilə anlaşırdıq. Qarşıma oturdu və məcsiddə oxuduğum kimi oxumağımı istədi.

Oxumağa başladım. Hər səhifəni bitirəndə dayanır, davam etməyimi istəyib-istəmədiyini anlamağa çalışırdım. O isə göz yaşlan içərisində davam etməyimi istəyirdi. Tam beş səhifə Qurani-Kərim oxudum. Təşəkkür etdi, qiymətli hədiyyələrlə məni yola saldı. Ertəsi gün bizi axşam yeməyi üçün saraya dəvət etdi. Bütün dövlət adamlan orada idi. Bizim heyət rəsmi geyinmişdi. Hafizlərin üzərində isə sırmalı cübbələr vardı…(Hayrəddin Karaman, Biri uarmış biri yoxmuş — həyatım vs xatirələr İstanbul: İz yayınevi, 2008,1: 331-332.)

Qurani-Kərimin səslənişindəki bu ahəng, musiqi və təsirinin olması, eyni zamanda onun sahib olduğu səs nizamı, yəni kəlmələrinin, hərflərinin, sükun və hərəkələrinin, uzun və qısa hecaların ən münasib tərzdə düzülüşü onun Allahın kəlamı olduğunun nəticəsidir. Qurani-Kərim bitməz-tükənməz bir ahənglə doludur. Bir səsdən digərinə keçiləndə meydana gələn ahəng qəlbləri hərəkətə keçirir. Mənasını bilməyənlər belə bu bənzərsiz səda qarşısında heyran qalarlar.(Murat Kaya, Qurani-Kərimdə ilahi əzəmət, s. 156-162.)

Muhamməd HamiduIIahın anlatdığı bir hadisə Quranın üslubundakı insanı təsiri altına alan səs ahənginə gözəl bir misaldır:

“Fransız bir musiqişünas olan Abdullah Gilles Gilbert İstanbula gəlmişdi. Qurani-Kərimin oxunduğu bəzi toplantılarda iştirak etmişdi. Ona bu oxunanın nəzm (şeir) yox, nəsr olduğu söyləndiyində heyrət içərisində qalmış və qısa bir müddət sonra da müsəlman olmuşdu. Mərhum bir gün mənə belə demişdi: “Dünyanın bütün dillərində nəzm əsərlərində ritm vardır, ancaq heç bir nəsr mətnlərində ritm yoxdur. Qurani-Kərim bundan istisnadır. Belə ki, Qurani-Kərim oxunarkən hər hansı bir ayədə keçən sadəcə bir kəlmə yox, bir hərf belə oxunmasa, bu, şeir oxunarkən misralardakı dayanma və aralıqlara riayət edilmədiyində intonasiyada yaranan əskiklik kimi bir səs pozuqluğu meydana gətirərək dinləyicini narahat edər”.

Onun bu izahını tam anlamasam da, təqdir etmişdim. Həmçinin bir gün İstanbul Universitetinin Ədəbiyyat fakültəsindəki otağımda məni ziyarətə gəlmişdi. Çox hirsli və üzüntülü bir halda:

— Elə düşünürəm ki, müsəlman olan atalarımız Qurani-Kərimin bəzi qisimlərini itiriblər, — dedi.

— Belə bir şey necə ola bilər? — deyə soruşduğumda:

— Quranın 110-cu surəsinin 2-ci:

«Dəstədəstə Allahın dininə girirlər» ayəsini oxuyaraq bunun musiqi nöqteyi-nəzərdən uyğun olmadığını dedi.

Mən vəziyyəti başa düşüb belə izah etdim:

Bu ayə, əslində, belə oxunmalıdır:

Əfvacə kəlməsində dayanmayıb, fə-sabbin kəlməsinə keçilməlidir…

Gilbert heyrət içində qalaraq:

— Həqiqətən belədirmi?! Əgər bu sənin oxuduğun kimidirsə, heç bir problem qalmır. Artıq imanımı təzələməliyəm. Allah məni bağışlasın! — dedi.(Hamidullah. Ourani-Kərim tarixi, s. 94-95.)

Bu fransız musiqişünas Qurani-Kərimin başından sonuna qədər oxumuş, sadəcə son qisimdə bir yerə ilişmiş, oradakı doğru oxuyuşu öyrənəndə də Quranın başından sonuna kimi qüsursuz bir səs ahənginə sahib olduğuna şahidlik etmişdir. Bu möhtəşəm ahəng fərqində olaraq və ya olmayaraq insanları sehrləyib təsiri altına almaqdadır.


? Kitab: Kitabımız Quran. Dr. Murat Kaya

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика