Fiqh nədir?
İslam hüququ elminin xüsusi adı olan “Fiqh” lüğətdə bilmək, anlamaq, şüurlu olaraq idrak etmək, bir şeyin mahiyyətini bilmək, bağlı bir şeyin həqiqətinə varmaq kimi mənaları ifadə edir.
“Fiqh” sözünün termin olaraq mənası isə, “insanın əməl baxımından lehinə və əleyhinə olan şər’i hökmləri bilməsi” deməkdir. Başqa bir tərifə görə də: “Tətbiq etməyə, yəni ibadət, qulluq və muaməlatla (ticarət, evlilik, miras və vəsiyyət kimi insanlar arasındakı münasibətlər) bağlı şər’i hökmləri təfsilatlı dəlillərilə bilmək”dən ibarətdir. Bu hökmləri bilən şəxsə də “fəqih” adı verilir.
Məzhəblər isə Kitab, Sünnət, icma və qiyas üzərinə qurulmuşdur.
- Kitabdan məqsəd, Qurani-Kərimdir.
- Sünnət Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) mübarək söz, davranış və əməllərinin cəmini ifadə edir.
- İcma isə bir əsrdə olan bütün müctəhidlərin bir hadisənin şər’i hökmü haqqmda ittifaq etmələridir.
- Qiyas, bir məsələnin Kitab, Sünnət və ya icma ilə sabit olan hökmünü eyni səbəbə, eyni hikmətə bağlı olan, tam bənzər məsələdə də ortaya qoymaqdan ibarətdir.
Bu ikinci məsələ haqqındakı hökm üzərində yaxşı düşünülsə, aydın olur ki, yenə Kitab və ya Sünnətlə yaxud icma ilə isbatlanmışdır. Müctəhid etdiyi qiyasla bu hökmü yenidən isbat etmir, əksinə, ikinci məsələyə görə gizli olan bu hökmü təkrar üzə çıxarır. Qiyas bir ictihad məsələsidir. Bunun məqbul olması şər’ən sabitdir:
«Ey ağıl və bəsirət sahibləri, düşünüb ibrət alın”.(Həşr 59/2.)
Qurani-Kərimin əmri buna dəlildir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) ümmətin fəqihləri üçün belə bir ictihadı caiz görmüş, gözəl qəbul etmişdir.
«Məzhəb” sözü lüğətdə gediləcək yol və ya yer mənasındadır. Termin olaraq isə “İmamların seçdikdəri məslək, yol və sistem” deməkdir. Fiqhi məzhəblər təbəi-tabiin dövründən meydana çıxmışdır. Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri isə bunlar arasında ən yayılmış və təqlidçilərinin ən çoxluq təşkil etdiyi məzhəblərdir. Oxucunun bu dörd məzhəb haqqında fikri olsun deyə, məzhəblər və onların İmamları barədə ümumi məlumat təqdim edirik.
İmami-Əzəm Əbu Hənifə
Əsl adı Numan bin Sabit olan və İmami-Əzəm ləqəbilə tanınan Əbu Hənifə, hicri 80-ci (miladi 699) ildə Kufədə doğulmuşdur. Əvvəl burada Qurani-Kərimi əzbərlədi. Ərəb dilinin o dövrdə hələ qurulan sərf və nəhviylə şeir və ədəbiyyatını öyrəndi. Kufə, Bəsrə və bütün İraqın böyük ustadlarından hədis və fiqh dərsləri aldı. O zamanlar Kufə və Bəsrədə inkişaf edən cədəl və İslamın dini fəlsəfəsi olan “kəlam” elmini öyrənmişdir. Kufənin imamlarından Əbu Amr Amir Şə’bi ilə yaxın münasibəti vardı. Hətta elm yoluna girməyində bu alimin böyük təsiri olmuşdur. Mənbələrə görə, 16 yaşında ikən atası ilə birlikdə Hicazda olmuş və 714-ci ildə Məkkədə, Kəbənin hərəmində hədis ravilərinin dərs halqalarında hədis dinləmişdir. Əbu Hənifə bu səyahətində Ata bin Əbu Rəbah və Nafi kimi tabiinlərlə ünsiyyətdə olmuş və onlardan da hədis dinləmişdir. Eləcə də onun İraqda ikən tabiindən 93 şəxslə görüşdüyü rəvayət edilmişdir ki, bu hal Əbu Hənifənin tabiinin kiçiklərindən və təbəi-tabeinin böyüklərindən olduğunu göstərir.
20 yaşında ikən Əbu Hənifə, İraqın məşhur fəqihi Hammad bin Süleymanın Kufə məscidindəki dərslərinə davam etdi. Eyni zamanda, oranın başqa alim və fəqih mühəddislərindən dərs dinlədi. İmam Əzəmin İmam Cəfər əs-Sadiq (ə.s), Ömər (r.a), Əli (r.a), İbn Məsud (r.a) və İbn Abbasm (r.a) qollarına mənsub elmli şəxslərdən və bundan əlavə daha 4000-ə yaxın din alimlərindən hədis dinlədiyi də rəvayət edilmişdir. Əbu Hənifə ustadı Hammad olmadığı vaxtlarda onun tərəfindən vəkalət alardı. Ustadının dərslərinə 10 ilə yaxın davam etdikdən sonra ayrı bir tədris halqası qurmağı düşünmüşdür, lakin müəllimi üçün etdiyi iki aylıq vəkillik dövründə verdiyi 60 fətvadan iyirmisinə ustadı tərəfindən düzəliş verildiyini görərək, Hammadın vəfatına qədər onun dərs halqasından ayrılmamışdır.
Hammad bin Süleyman hicri 120-ci ildə vəfat etdiyi zaman qırx yaşında olan Əbu Hənifə ustadının başqa fəal tələbələrinin və dostlarının təkidli xahişlərilə ondan boşalan yerə keçmiş və dərsləri davam etdirməyə başlamışdır.
Əbu Yusif Yaqub bin İbrahim əl-Ənsari, Züfər bin əl-Hüzeyl əl-Ənsari, Davud ət-Tai, Əsəd bin Amr, Afiyət bin Yezid əl-Avdi, Həsən bin Ziyad, Qasım bin Məan və s. böyük alim və müctəhidlər İmamın dərs halqasında yetişən böyük alimlərdəndir.
İmami-Əzəm Əbu Hənifə, bütün əhli-sünnət tərəfindən hörmət görən dörd böyük müctəhid məzhəb İmamının birincisidir. Məzhəbindəki genişlik və böyüklük baxımından, ona verilən “İmami-Əzəm” adına həqiqətən layiq olduğunu göstərmişdir. Əslində İslamiyyətin ilk feyzli dövrlərində müsəlmanlar arasında bir çox böyük müctəhidlər çıxmışdır. Lakin onların ictihadları və ictihad metodları haqqı ilə mənimsənilməmiş, özlərinə tabe olanlar da bu dünyadan köçüncə məzhəbləri davam etməmişdir. İmami-Əzəm isə, özünün metodları ilə məzhəbinin qalıcı olmasını təmin edən böyük bir cığır açmış və bu səbəbdən məzhəbi davam etmişdir.
Əbu Hənifə hicri 150-ci (m.767) ildə Allahın rəhmətinə qovuşmuşdur. İmami-Əzəm çox dəyərli bir alimdir. Onun qurduğu ictihad müəssisəsi İslam aləmi üçün bir rəhmət vəsiləsi olmuşdur. Adı müsəlmanlar arasında xeyir, rəhmət və şükranla anılır, bu gün dünyanın müxtəlif yerlərində onun qurduğu məzhəbə mənsub milyonlarla insan yaşayır. (Abdurrəhman Cəziri, “Dörd məzhəbə görə İslam Fiqhi”, 1, “Çağn yaymlan” , 7-ci nəşr, İstanbul, 1993; XIX-XXIII.)
İmam Şafii
Öz adına bağlı olaraq Şafii məzhəbinin qurucusu olan İmam Şafıinin əsl adı Əbu Abdullah Muhamməd bin İdris əş-Şafii əl-Qureyşidir. Dörd böyük məzhəb İmamı arasında nəsəbinin Qüreyşə bağlanması ilə xüsusi bir yerə sahibdir. Ulu babası Şafi, gəncliyində Allah Rəsulunu (salləllahu aleyhi və səlləm) görmüşdür. Onun atası Saib də Bədir döyüşündə İslamı qəbul etmiş möhtərəm bir səhabədir. Anası isə, bir rəvayətə görə İmam Hüseynin (r.a) nəvəsi Abdullahın qızı Fatimə, başqa bir rəvayətə görə isə Ummu Habibə Əzdiyyədir.
Mənbələrin bildirdiyinə görə İmam Şafii, hicri 150-ci (m.767) ildə Şam bəldələrindən olan Qazzədə; başqa rəvayətlərə görə də Əsqalan və ya Yəməndə doğulmuş, yetim qalmış, hələ iki yaşında ikən anası tərəfindən Məkkəyə aparılmış, orada böyümüş, bir müddət isə Mədinəyə getmişdir. 20 yaşlarında Malik bin Ənəsdən onun ölümünə qədər dərs almışdır. Daha sonra Şafıi Yəməndə bir vəzifəyə təyin edilmişdir. Burada gizli olaraq Zeydi İmamı Yəhya bin Abdullaha beyət etdiyi üçün digər Ələvilərlə birlikdə həbs edilərək Xəlifə Harun Rəşidin yanına Raqqaya aparıldığı rəvayət edilir. Ancaq xəlifə onu azad etmişdir. Biri hicri IH4-cü, digəri isə 195-ci illərdə olmaqla iki dəfə Bağdada getmiş və cəmi iki il orada yaşamışdır. Buradan yenidən Məkkəyə qayıtmış, iki il qaldıqdan sonra 199-cu ildə Misirə gedərək ömrünün sonuna qədər Fustat (Qahirə) bölgəsində yaşamışdır.
İmam Şafıi doqquz yaşında ikən Qurani-Kərimi əzbərləmiş, gənc yaşlarında Məkkə müftisi Əbu Xalid Müslim İbn Xaliddən fiqh dərsləri öyrənmişdir. Sonra İmam Maliklə görüşərək ondan da fiqh və hədis dərsləri oxumuşdur. Daha sonra İraqa gedərək İmam Muhamməd Şeybanidən də fiqh dərsləri öyrənmiş və “Kitab əl-Huccə» kimi əsərlərini burada yazmışdır. Bu arada İmam Muhammədin kitablarını oxumuş, onların üzünü köçürərək incələmişdir. Süfyan İbn Uyeynə, Əbdüləziz tbnul Macişun kimi alimlərdən də hədis dərsləri almışdır.
İmam Şafıi çox gənc yaşlarında ikən ərəb dili, şeir və ərəb tarixində biliklər əldə etmişdir. Bu baxımdan Qurani-Kərimi haqqıyla anlamaq və əhkamını öyrənmək mövzusunda nadir bir müctəhiddir. Buna görə də İmam Şafıi qüvvətli bir müfəssirdir. Bu böyük İmamın Quran ayələrindən nə qədər böyük etina ilə əhkamlar çıxarmasına “Kıtabul-Umm” adlı kitabı şahidlik edir.
İmam Şafıi, eyni zamanda böyük bir mühəddisdir. Hələ iyirmi yaşında ikən İmam Malikin “Muvatta” əsərini bütünlüklə əzbərləmişdir.
İmam Əhməd bin Hənbəlin oğlu Abdullah belə demişdir: “Mən atama Şafıinin necə bir insan olduğunu soruşdum, çünki ona çox dua edərdi. Atam dedi ki, Şafıi dünya üçün günəş və insanlar üçün sağlamlıq dərəcəsindədir. Bax, heç bunların yerinə keçəcək bir şey varımı?»
İmam Şafıinin ictihad etdiyi məsələlər köhnə məzhəb və yem məzhəb olaraq iki hissəyə ayrılır. O, hicri 195-ci ildə Bağdada getdiyi zaman köhnə məzhəbini yaymışdır. Sonra Bağdad, Cəzirə, Şam, Misir kimi gəzib dolaşdığı yerlərdə bir çox mühəddislərlə qarşılaşmış və bir qrup səhih hədislər öyrənmişdir ki, bunları mənfəətlərin cəlb etmə və fəsadları ortadan qaldırma məsələlərində bəzi rəy və ictihadlarını düzəltməkdə istifadə edərək Füstatda yeni məzhəbini yaymışdır.
Beləliklə, bu böyük İmam öz ictihadlarına görə müstəqil bir fiqhi məzhəb meydana gətirmişdir.
İmam Şafıinin əsas əsərləri bunlardır: “Əhkəmul Quran”, “Əs-Sunən”, “İxtiləful Hədis”, “Ər-Risələ fil usul”, “Əl-Məvaris”, “Kitəbul Umm” və s.
İmam Şafıi hicri 204-cü (m.819/920) ildə Misirdə vəfat etmişdir.(Abdurrəhman Cəziri, “Dörd məzhəbə görə İslam fiqhi-1”, “Çağri yayınlan”, 7-ci nəşr, İstanbul, 1993: XXIV.)
İmam Malik
Tam adı Əbu Abdullah Malik bin Ənəs bin Əbi Amir bin Amr əl-Haris bin Qeyman bin Hüseyl əl-Əsbahi olan Malik bin Ənəsin doğum tarixi dəqiq bilinməsə də hicri 90-cı il və 97-ci illər arasında doğulduğu ehtimal olunur. Ancaq mənbələr daha çox hicri 93-cü (m. 712) ildə doğulduğu üzərində dayanır. Mədinədə dünyaya gələn İmam Malik bin Ənəs, burada böyümüş və təhsil almışdır.
Təbəi-tabeindən olan İmam Malik, tabiindən bir çox fəqihlərlə görüşmüş, gənc yaşlarından etibarən elm sahəsinə atılmış, üç yüz tabiin, altı yüz təbəi-tabiin olmaqla doqquz yüz şeyxdən hədis əxz etmişdir. Bunların arasında Yəhya ibn Səid, Nafi, Zühri, Maqburi, Abdullah ibn Dinar, Hişam ibn Amr, Zeyd ibn Əşləm, Rəbia ibn Abdurrəhman kimi şəxsləri saya bilərik.
İmam Malik bütün həyatını Mədinədə keçirmişdir. O, hicri 179-cu (m.795/796) ildə, qısa bir xəstəlikdən sonra Mədinədə vəfat etmişdir. O zaman 85 yaşında idi və Baqi qəbirstanlığmda dəfn edilmişdir.
İmam Malikin əsas əsəri “Kitəb əl-Muvatta”dır. Bundan başqa əsərlər yazıb yazmadığı dəqiq olaraq bilinmir. Çünki bu mövzuda yazılan ilk mənbələrdə aydın olmayan şəkildə incələnmişdir. Ona isnad edilən əsərlər iki hissəyə bölünür:
- Fiqhə aid əsərlər
- Müxtəlif mövzularda yazılmış əsərlər.
Fiqhə aid əsərlər arasında Abdullah bin Abdulhakim əl-Misri tərəfindən nəql edilən “Kitəb- us-Sunən” və ya “Əs-Sunnə”dən, Abdullah bin Abdulcəlil tərəfindən rəvayət edilən “Kitəb-ul-Əzkiyə” dan və Xalid bin Nəzzar ilə Muhamməd ibn Mutərrif tərəfindən rəvayət edilən bir “Rişələ fil-Fətva”dan bəhs edilmişdir. Həmçinin “Təfsir”, “Rişələ fil-qadər var-radd aləl-qadəriyyə”, “Kitəb-un-Nucum” və “Kitəb-us-Sirr” adlı kitablarının olduğu rəvayət edilir ki, bütün bunların ona aid olduğu dəqiq deyildir. (Abdurrəhman Cəziri, “Dörd məzhəbə görə İslam fiqhi-1”, “Çağri yayınlan”, 7-ci nəşr, İstambul, 1993: XXVII-XXIX.)
İmam Əhməd bin Hənbəl
Dörd böyük İslam məzhəbindən Hənbəli məzhəbinin qurucusu olan və İbn Hənbəl adı ilə tanınan Əhməd bin Hənbəl hicri 164-cü (m.780) ildə Bağdadda doğulmuşdur. Həm Bağdaddakı təhsili ərzində, həm də təhsil məqsədi ilə İraq, Suriya və Hicazdan Yəmənə qədər etdiyi səyahətlərdə bütün çalışmalarını hədislərin araşdırılmasına ayırmışdır. Vətəninə qayıtdıqdan sonra İmam Şafiidən fiqh və fiqh üsulu dərsləri almışdır.
Əhməd bin Hənbəl bir çox alimlərlə qarşılaşmışdır. Bunlar arasında İmam Şafii, Süfyan ibn Uyeynə, İbrahim ibn Sa’d, Cərir ibn Abdulhəmid, İmam Əbu Yusif, Yəhya əl-Kəttən, Vəlid ibn Müslim, Vəki, Yəzid ibn Harun, İsmayıl ibn Uleyyə və Abdurrəzzaq kimi alimlərdən hədis və fiqh öyrənmişdir. Özündən də İmam Buxari, İmam Müslim, Əbu Davud, Əbu Xatim Razi, Həsən ibn Musa, Bəğəvi, İbn Əbid-Dünya, Osman ibn Saidid-Dərimi kimi məşhur İslam alimləri hədis rəvayət etmişlər.
Əhməd bin Hənbəl, böyük bir müfəssir və yüksək bir mühəddisdir. Oğlu Abdullah tərəfindən atasnın anlatdıqlarından toplanaraq əlavələrlə genişləndirilən və 29000-ə yaxın hədisi əhatə edən böyük bir hədis külliyatı “Müsnəd” çox şöhrət qazanmışdır. Zəmanəsində hədis elmi kitab halına salınmış, hədislərin mərtəbələrinə aydınlıq gətirilmiş, bir çox qüvvətli muhəddislər yetişmişdir. Əhməd bin Hənbəl bütün bu hədisləri görmüş, incələmiş, hafizəsinə nəqş etmiş və məşhur kitabını da belə ərsəyə gətirmişdir. Kitabındakı təxminən 29000 hədisi 700000 hədis arasından seçdiyi rəvayət edilmişdir. İmamın “Müsnəd”dən başqa namaz ərkanı və ədəbinə aid “Kitəb-us-Salət va mə yəlzəm fihə” adlı bir əsəri də vardır. Bundan başqa, həbsdə ikən yazdığı “Ər-Radd aləl-zənədiqa val-cəhmiyyə fi məşəqqat fihi min-əl-mutəşəbih-il-Quran” «adlı əsəri cədəl mahiyyətində bir əsərdir və Hənbəli alimləri tərəfindən tez-tez qeyd olunur. “Kitəb Taət-ur-Rasul” adlı bir kitabında da Kitab ilə Sünnət arasında bir ziddiyyət görüldüyü vaxt izlənəcək yolu göstərmişdir. Dini inanc və qənaətlərini də “Kitəb-us-Sunnə” adlı əsərində bütünlüklə açıqlamışdır.
Xəlifə Məmun, Mutəsim və Vasiqin dövründə əqidə Mötəzilə məzhəbinə görə təyin edilmiş və dövlət tərəfindən rəsmi məzhəb elan edilərək, bunu qəbul etməyən alimlərə bəzi işkəncələr də edilmişdir. İmam Hənbəl də, başqaları kimi, etiqad sorğu-sualına çəkilmiş, ağır zəncirlərə vurularaq Məmunun yanına aparılarkən, yolda xəlifənin ölüm xəbəri gəlmişdi. Lakin xəlifənin xələfi dövründə də məruz qaldığı cismani cəza və həbslərə səbrlə dözmüş və inanclından ən kiçik bir fədakarlıq etməmişdir. Ancaq Mütəvəkkil dövründə dövlət Əhli-Sünnətə qayıtdığı üçün artıq çəkdiyi məşəqqətlər də sona çatmış, xəlifə tərəfindən təltif edilmişdi. Hətta özünün xəbəri olmadan ailəsinə maaş təyin edilmişdir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnətinə qarşı sarsılmaz bağlılığı ətrafında böyük bir tələbə kütləsinin toplanmasını təmin etmişdir.
Əhməd bin Hənbəl abid, zahid, yüksək səciyyə sahibi olan təmiz əxlaqlı bir insan idi. Fəqir olaraq yaşamağı bir nemət sayar, “insana az bir mal bəs edir, çox mal lazım deyil” deyərdi. Özünə təklif edilən sərvət və rəyasəti hər zaman rədd etmişdir. Hicri 241-ci (m. 855) ildə Bağdadda vəfat etmişdir.(Abdurrəhman Cəziri, “Dörd məzhəbə görə İslam fiqhi-1”, “Çağri yaymlan”, 7-ci nəşr, İstanbul, 1993: XXX-XXXI.)
? Kitab: 4 məzhəbə görə qadın fiqhi. (s.52-58)





