Dini məsələlərdə valideynlərə itaət etməyin hökmü nədir?

Sual: Xocam, valideynlərə itaət etməklə bağlı müəyyən edilən qaydalar nələrdir? Məsələn, valideynlərimizin icazəsi yoxdur deyə, Cümə namazını tərk etmək və ya nafilə oruç tutmamaq olarmı?

Cavab:
Əlbətdə ki, elə ola bilməz. Bəli, dinimiz ata və anaya itaət etməyi əmr edib, amma onlara üstümüzdə sərhədsiz bir hakimiyyət haqqı tanımayıb. Ən böyük haqq Allahın haqqıdır. Valideynlər Allahın haqqını (onun əmr və qadağalarını inkar edərək) tanımadıqlarında onlara itaət ortadan qalxmış olur. Həmçinin, uşaqlarının da insan olduğu gerçəyini yox sayaraq onlara zülm etməyə valideyn olaraq haqları çatmır.

Allahın fərzlərindən və ya haramlarından biri onların istəklərinə zidd olarsa, istəklər yerinə gətirilməz. Amma bu, onlarla münaqişə etmədən həyata keçirilməlidir.

Onların istəkləri, hökmü fərz və ya vacib olmayan əməllərdən birinə tərs düşdüyü vaxt isə valideynlərin istəyi önə keçirilməlidir.

Həmçinin, istəklər uşağın ac qalması, insanların arasında səfil görünməsi kimi qəbuledilməz və məntiqsiz şeylərdən ibarət olarsa, onlara itaət edilməz, amma nəzakətli şəkildə onlara bu itaətsizliyin səbəbi izah edilər.

Sualı cavabladı: Nurəddin Yıldız


Mənbə: fetvameclisi.com

Tərcümə: azermuslim.com

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика