Qurban bayramın birinci, ikinci və üçüncü günləri kəsilməlidir. Ancaq birinci günü kəsmək daha əfzəldir.
Qurbanlar şəhərlərdə və ya bayram namazı qılınan digər yaşayış yerlərində namazdan sonra, bayram namazı qılınmayan kəndlərdə və köçəri həyat yaşayan yerlərdə isə bayram günü dan yerinin ağarmasından sonra kəsilir. İlk vaxtı budur. Son vaxtı isə bayramın üçüncü günü günəş batdıqdan sonra bir az əvvəlinə qədər davam edir. Bir üzr səbəbi ilə bayram namazına gedə bilməyən kəs, namaz qılınacaq qədər bir müddət keçdikdən sonra qurbanını kəsə bilər. Qurbanı gecə kəsmək tənzihən məkruhdur. Çünki gecə qaranlıq səbəbi ilə kəsmək çətindir və xəta etmə ehtimalı da vardır.
Qurban kəsmə vaxtı ilə əlaqədar müxtəlif hədislər rəvayət edilmişdir. Bəra İbn Azibdən (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğu rəvayət edilmişdir:
“Bizim bu günümüzdə ilk işimiz namaz qılmaq, sonra da qayıdıb qurbanımızı kəsməkdir. Kim belə edərsə bizim sünnəmizə tabe olmuşdur. Hər kim bundan əvvəl qurbanını kəsərsə, bu qurban ailəsinə verdiyi etdən başqa bir şey olmaz.”1
Bu hədisi-şərifə görə, ərəfə günü gündüz və ya gecə, yaxud bayramın ilk günü, bayram namazı qılınan yerlərdə namazdan əvvəl kəsilən heyvan qurban hökmündə olmaz.
Ənəsdən (r.a) rəvayət edilən bir hədisdə belə buyurulur: “Kim namazdan evvəl qurban kəsərsə bir daha kəssin. Hər kim namazdan sonra kəsərsə, onun bu ibadəti tamamdır və müsəlmanların sünnəsine əməl etmişdir.”2
Qurban kəsmə müddətini üç günlə məhdudlaşdırma bu dəlillərə əsaslanır: Hz. Ömər, Hz. Əli və İbn Abbasdan (r.anhumə) rəvayət edilmişdir:
“Qurban kəsmə günləri üç gündür, ilk gün ən fəzilətlisidir’*3
Eyni zamanda İbn Ömər (r.anhumə) da belə demişdir: “Qurban günləri birinci qurban günündən sonra iki gündür.”4
Maliki və hənbəlilər də hənəfilər kimi qurban kəsmə müddətini üç gün olaraq qəbul edirlər.
İmam Şafeiyə görə isə qurban kəsmə müddəti dörd gündür və təşriq günlərinin sonuna qədər davam edir. Əsaslandıqları dəlil bu hədisdir:
“Ərafat bütövlüklə vəqfə yendir və bütün təşriq təkbirləri də qurban kəsmə zamanıdır’*5 İbn Hibbanın bir rəvayətində isə, “Bütün təşriq günlərində qurban kəsilər”6 deyilir. Təşriq günləri bayramın dördüncü gününü də əhatə edir.
Qurbanlar qibləyə tərəf yatırılar və “bismillahi Allahu əkbər” deyilərək kəsilər. Bunu, mümkün olarsa sahibi kəsməlidir, bu mümkün olmazsa uyğun bir müsəlmana kəsdirməli, özü də başında olmalı və bu ayə oxunmalıdır:
إن صلاتى ونسكى ومحياي ومماتى لله رب العالمين لا شريك لهMənası: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur.”7
Cabir İbn Abdillah (r.a) Rəsulullahın (s.ə.s) bayram günü iki qoç kəsdiyini və bunlara tərəf çevrilərək belə dua etdiyini rəvayət etmişdir: “İnni vəccəhtu vəchiyə lilləzi fətaras-səmavati vəl-ərda hənifən və mə ənə minəl-müşrikin. İnnə səlati və nüsuki və məhyayə və məmati lillahi Rəbbil-aləmin. La şərikə ləhu və bizalikə umirtu və ənə əvvəlul-müslimin. Allahummə minkə və ləkə an Muhammədin və um-mətihi.”8
Mənası: (Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri Yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm.9 Mənim namazım da, ibadətim də, həyatım və ölümüm de aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə bele buyurulmuşdur və mən ilk müsəlmanam).10
Hz. Peyğəmbər bu duanın ardından, kəsilən qurbanlarla əlaqəli bu əlavəni etmişdir: «Ey Allahım! Bu iki qurbanı səndən və sənə məxsus olmaqla Məhəmməd və ümməti adına kəsirəm.” Əbu Hüreyrədən gələn rəvayətdə, bu iki qurbandan birini ümməti adına, digərini isə özü və Məhəmməd ailəsi adına kəsdiyi ifadə edilir.11
Qurban kəsilərkən yalnız qurban sahibinin bismillah deməsi kifayət deyil, qurbanı kəsən, “bismillahi Allahu əkbər” deməlidir. Bismillahı qəsdən tərk edərsə qurbanın əti yeyilməz. Qurban yiyəsi əlini qəssabın əlinin üstünə qoyaraq qurbanı kəsərlərsə, ikisi də bismillahı deməlidir. Biri qəsdən bismillahı tərk edərsə, heyvanın əti yeyilməz.
Ənəs İbn Malik Hz. Peyğəmbərin iki qoçu qurban edərkən bismillah və təkbir dediyini və ayağının heyvanın yan tərəfinə qoyduğunu rəvayət etmişdir.12
Qurban bayramında kəsilmək üzrə satın alınmış qurbanlıq heyvan kəsilməyib bayramın üç günü keçərsə, əgər bu heyvan mövcuddursa özü, istifadə edilibsə qiyməti yoxsullara sədəqə verilməlidir. Odur ki, növbəti ilə təxir olunması düzgün deyil.
Qurbanın vacibliyi üçün kəsmə müddətinin axın da etibarlıdır. Belə ki, qurban bayramının üçüncü günü, günəş batmazdan əvvəl varlı olan və digər şərtləri də daşıyan bir müsəlmana qurban vacibdir. Bundan əvvəlki vaxtlarda yoxsul olması nəticəni dəyişdirməz. Bunun əksinə bayramın üçüncü günü günəş batmadan bir az əvvəl yoxsullaşan və ya vəfat edən müsəlmandan da qurban məsuliyyəti götürülər.
İnsanlar bayram gününü müəyyən etmədə yanılsalar və namaz qılıb qurbanlarını kəsdikdən sonra, o günün ərəfə günü olduğu aydın olsa, qıldıqları namaz və kəsdikləri qurbanlar məqbuldur. Çünki bu kimi səhvlərdən çəkinmək daim mümkün deyildir. Bu səbəblə müsəlmanların ibadət və itaətlərini qorumaq məqsədi ilə bu mövzuda caizlik hökmü verilmişdir.
Zilhiccənin onuncu günü olduğu zəval vaxtından əvvəl aydın olarsa, bayram namazı qılınar Bundan sonra qurbanlar kəsilər. Lakin zəval vaxtından sonra sabit olarsa, o gün artıq bayram namazı qılınmaz, qurbanlar kəsilə bilər. O biri gün də bayram namazı qılınar.13
Qurbanlıq heyvan kəsilən yerə əziyyət verilmədən aparılmalı və kəskin bıçaqla kəsilərək ona çətinlik çıxarılmamalıdır. Dərisi heyvan sakitləşdikdən sonra soyulmalıdır. Qurban sahibinin qurban kəsildiyi gün, ilk yeməyini qurbanın ciyərindən yeməsi məndubdur.
- Buxari, ideyn, 8,10, Ədahi, 1, 11; Müslim, Ədahi, 7; Nəsai, İdeyn, 8; Əhməd İbn Hənbəl, IV, 232, 303.
- Buxari, İdeyn, 5 10 17 23 Zebaih, 17 ©dahi, 1, 4 8 11 12 Muslim, ©dahi. 1-4, 10 1ا Nssai, Ideyn, 8 30.
- Zeyləi bu hədis üçün «tamamilə qəribdir» demişdir. Bax. Nəsbur-rayə, IV, 213.
- Malik, MQvette, Duhaya, 12.
- Beyhaqi ravayat etmiş ve İbin Hibban sahih olduğunu bildlrmişdir.
- Əhməd Ibn Hənbəl, IV, 82 ?ovkani, 0.3.0., ٧ 125.
- Ənam, 6/162.
- İbn Macə, Ədahi, 1.
- Bax. Ənam, 6/79.
- Ənam, 6/162,163.
- Bax. İbn Mac©, Ədahi, 1.
- Bax. Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1.
- İbn Abidin, V, 222 vd.; Meydani, e.a.ə., III, 232; Zeylei, Təbyinul-həqaiq, VI, 3; Bilmen, e.a.©., s. 412. 413.
Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.798-801)







