Qurbana neçə nəfər şərik ola bilər?

Qurban

Sual: Salam aleykum. Qurbana neçə nəfər şərik ola bilər?

Cavab:
Va aleykuma salam.

Bir qoyun və ya keçi yalnız bir nəfər üçün qurban kəsilə bilər. Bir dəvə və ya inək isə birdən yeddi nəfər adına qədər kəsilə bilər. Lakin yeddidə birinə malik olan şəriklərdən hər biri müsəlman olmalı və qurbanı Allah üçün kəsməlidir.

Bir şəxsin təkbaşına kəsmək üçün aldığı bir dəvə və ya inəyə daha sonra altı nəfərin də şərikliyinə razı olaraq birlikdə kəssələr qurban caizdir. Ancaq bu məkruhdur və aldığı pulu sədəqə verməsi məqsədəuyğundur.


Mənbe: Dəlilləriylə İslam Elmihalı. (s.803)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика